“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   2   3   4   5   6   7   8   9   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
anlayışdır. 
Göstərici 
Çox  zaman  məqsədlərə  nail  olmanı  ifadə  etmək  üçün  istifadə  olunan 
dəyişənlərin zaman keçdikcə qiymətləndirilməsi. 
Yumşaltma 
Təsirləri  onların  heç  bir  əks  təsirə  (yəni  qalıq  təsirə)  malik  olmadığı 
səviyyəyədək azaldılmasına yönəlmiş tədbirlər. 
Monitorinq 
Plan,  proqram  və  ya  layihə  qəbul  olunması  barədə  qərar  qəbul 
olunduqdan sonra onun həyata keçirilməsini yoxlamaq üçün görülən işlər. 
Məsələn, monitorinq əhəmiyyətli ekoloji təsirlərin təxmin edildiyi kimi baş 
verdiyini  yoxlamaq,  yaxud  yumşaltma  tədbirlərinin  icra  olunub 
olunmadığını müəyyən etmək üçün aparılır. 
Məqsəd 
Nəyin nəzərdə tutulmasının ifadəsini, tendensiyalarda dəyişikliklərin arzu 
olunan istiqamətini bildirir. 
Balanslaşdırma 
Qalıq təsirlərin neytrallaşdırılması məqsədilə görülə bilən geniş tədbirlər, 
məsələn, təbii yaşayış məskəninin bərpası, ərazinin qorunmasının və idarə 
edilməsinin təkmilləşdirilməsi və bacarıqların yaranması. 
Plan 
Məqsədə  nail  olmaq  üçün  əvvəlcədən  işlənib  hazırlanmış  ətraflı  təklif, 
sxem, proqram və ya metodlar. 
Plan hazırlayan orqan   Plan və ya layihəni işləyib hazırlayan səlahiyyətli qurum. 
Ehtiyatlılıq prinsipi 
Elmi  dəlillərin  bir  nəticəyə  gələ  bilmədiyi,  lakin  potensial  ziyanın 
əhəmiyyətli  ola  biləcəyi  hallarda  ətraf  mühitə  dəyən  ziyanın 
mümkünlüyünü aradan qaldıran ehtiyatlılıq tədbiri. 
Layihə proqramı 
 
“Tikinti işlərinin və ya digər tapşırıqların və ya sxemlərin icra olunması – 
təbii mühitdə və landşaftda, o cümlədən mineral ehtiyatların çıxarılmasını 
nəzərdə  tutan  digər  müdaxilələr”
.  Bəzi  dövlət  və  özəl  layihələrin  ətraf 
mühitə təsirinin qiymətləndirilməsi üzrə 85/337/EEC saylı (97/11/EC saylı 
direktivlə dəyişdirildiyi kimi) Direktivdə müəyyən edilir. 
Çirklənmə 
Tullantıların və ya maddələrin saxlanması və ya təmizlənməsindən, tikinti 
və xidmət göstərilməsindən yaranan, hər hansı şəxs və ya dövlət orqanı 
tərəfindən icra olunan fəaliyyətin səbəb olduğu ekoloji dəyişikliklərdir ki, 
onlar  da  insan  sağlamlığına,  rifahına,  təbii  və  ya  idarə  edilən 
ekosistemlərin tərkibinə, davamlılığına, məhsuldarlığına, yaxud insanlara 
faydalı  olan  materiallara  əks  təsirlər  göstərir,  yaxud  gələcəkdə  belə 
təsirlər göstərə bilmək potensialı vardır. 
Qalıq təsirlər 
Yumşaltma tədbirləri nəzərə alındıqdan sonra qalan təsirlər 
Nəzərdən keçirmə 
Plan və ya proqramın SEQ, yaxud layihənin ƏMTQ tələb edib etmədiyini 
müəyyən etməsi prosesidir. 
Çərçivənin 
müəyyənləşdirilməsi 
SEQ və ya ƏMTQ-nin hüdudlarının və incələmə səviyyəsinin, o cümlədən 
nəzərə alınmalı olan ekoloji təsirlərin və alternativlərin, istifadə ediləcək 
qiymətləndirmə metodlarının və Hesabatın strukturunun və məzmununun 
müəyyənləşdirilməsi prosesi. 
Bərk tullantı 
Bütün  bərk  tullantılar,  o  cümlədən  tikinti  tullantıları,  kimyəvi  tullantılar, 
artıq  sement/beton,  qablaşdırma  materialları,  ağac,  konserv  qabları, 
çəlləklər,  məftil,  mismar,  ərzaq  və  məişət  tullantıları  (məsələn,  plastik 
paketlər və örtüklər). 
Strateji Ekoloji 
Qiymətləndirmə 
(SEQ) 
Siyasətlərə, planlara və proqramlara aid olan ekoloji qiymətləndirmə üçün 
ümumi anlayış. 
Davamlılıq 
Qiymətləndirməsi 
Qərarların davamlı inkişaf yönlü verilməsinə şərait yaratmaq üçün hazırlıq 
prosesinin  başlanğıcından  planın  iqtisadi,  ekoloji  və  sosial  təsirlərinin 
 
EKOLOGİYA İDARƏSİ 



 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
(DQ) 
müəyyənləşdirilməsi. 
Davamlı İnkişaf 
Davamlı inkişafın beynəlxalq aləmdə geniş istifadə edilən və qəbul olunan 
tərifi  belədir:  “Gələcək  nəsillərin  öz  ehtiyaclarını  ödəmək  qabiliyyətini 
qurban vermədən hazırkı ehtiyacların ödənilməsini təmin edən inkişaf”. 
Təbəqələşmə  
Məntiqi  iyerarxiyaya  nail  olmaq  və  qiymətləndirmə  işinin  lüzumsuz 
duplikasiyasının qarşısını almaq üçün siyasətlərin, planların, proqramların 
və layihələrin qiymətləndirilməsinin əlaqələndirilməsi. 
Çirkab su 
Yaşayış evlərindən, işgüzar binalardan və digər su istifadəçilərindən atılan 
tullantı suları. Kanalizasiya suları. 
Su hövzəsi 
Açıq su hövzələri, o cümlədən suaxarlar, bəndlər, çaylar, göllər və dənizlər 
daxildir. 
Su ekosistemi 
Xüsusi bitki aləminin mövcud ola bildiyi mövsümi, müvəqqəti və ya daimi 
su ilə örtülü olan ərazidir. O, adətən təbiət etibarilə su ekosistemidir. 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
10 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
1
 
1  GİRİŞ 
 
1.1  Ümumi məlumat 
Heydər  Əliyev  adına  Neft  Emalı  Zavodu  (keçmiş  Yeni  Bakı  neftayırma  zavodu,  ‹Azərneftyanacaq› 
İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 
29 iyul tarixli əmri ilə yaradılmışdır. 
Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl 
müəssisəyə çevrilmişdir. 
50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft 
emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal 
edilmişdir. 
Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal 
olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya 
kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına 
olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir. 
Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il - 1976), katalitik riforminq qurğusu 
(1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji 
gücləri fəaliyyət göstərir. 
Zavodun  əsas  texnoloji  qurğusu  1976-cı  ildə  istismara  buraxılmış  ED-AV-6  elektrik  duzsuzlaşdırma  və 
mazutun  vakuum  distillə  edilməsi  blokları  ilə  birlikdə  neftin  ilkin  emalı  qurğusudur.  Neft  məhsullarının 
keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə «Merikem» (ABŞ) şirkətinin lisenziyası 
ilə həmin qurğuda yanacağın qələvi ilə təmizlənməsi və naften turşuları xammalının istehsalı üzrə lahiyə 
həyata keçirilmişdir. 
1993-cü ildə tikilib istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik 
krekinq qurğusu 1980-ci ildə istismara daxil edilmiş katalitik riforminq qurğusu ilə yanaşı istehsal edilən 
avtobenzinlərin və dizel yanacaqlarının keyfiyyətini yüksəltməyə imkan vermişdir. 
22 aprel 2004-cü ildə Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan "Azərneftyanacaq" NEZ-ə 50 illik 
yubileyi ilə əlaqədar və istehsal fəaliyyətində nail olduğu göstəriciləri nəzərə alaraq Azərbaycan xalqının 
ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. 
Uzun illər ərzində istifadə olunan qurğuların fiziki və mənəvi cəhətdən köhnəlməsi, onların bir sıra müasir 
norma  və  standartlara  cavab  verməməsi,  istehsal  olunan  məhsullara  olan  tələbatın  artması  zavodun 
yenidən  qurulması,  daha  müasir  qurğuların  quraşdırılması  zərurətini  meydana  çıxarmışdır.  Eləcə  də 
ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması yönümündə aparılan tədbirlər də ekologiyaya zərər vurmadan, 
insan sağlamlığına və ətraf mühitə təsirlər baxımından beynəlxalq standartlara cavab verən yeni qurğuların 
quraşdırılmasını tələb edir.  
 
1.2  Layihələndirmə üçün ilkin verilənlər 
Məqsəd: 
Heydər Əliyev adına Neft Emalı Zavodu: 

  Növbəti 15-20 il üçün ölkənin yanacaq tələbatının ödənilməsi, ixrac potensialının artırılması; 

  Yeni Bitum istehsalatının təşkili; 
1
 

  Avro-5 standartlarına cavab verən Dizel və Benzin yanacağının istehsalı; 
1
 Hal-hazırkı ƏM sənədi məhz yeni tikiləcək Bitum qurğusu üçün hazırlanmlşdır 
 
EKOLOGİYA İDARƏSİ 
11 
                                                      


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə