“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   2   3   4   5   6   7   8   9   10   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

  Ətraf mühit məsələlərinin həll olunması;  
“Azərneftyağ” neft emalı zavodu: 

  Tədrici olaraq istismardan çıxarılması və torpağın təmizlənməsi; 
H.Əliyev adına NEZ-də Yenidənqurma işlərinin nəticəsi olaraq: 

  Zavodun İlkin emal gücü 6 mln. Tondan 7.5 mln. tona qədər artırılacaq; 

  Katalitik Krekinq qurğusunun gücü ildə 2 mln. Tondan 2.5 tona qədər artırılacaq; 

  Yeni Bitum qurğusu inşa olunacaq; 
1
 

  Avro 5 standartlara cavab verən Dizel və Benzin istehsal olunacaq; 

  Ümumi Zavod Təsərrüfatı yenidən qurulacaq; 

  Zavodun istismar xərcləri optimallaşdırılacaq; 

  “Azərikimya” İB qaz xammalı (LPG) ilə təmin olunacaq; 

  “Azərneftyağ” NEZ-in infrastrukturu istismardan çıxarılacaq və ərazi boşaldılacaq; 
Layinənin əsas mərhələləri: 
İyul 2018: Yeni Bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatının istismara verilməsi 
1
 
İyul 2019: Avro-5 dizel istehsalatının təmin edilməsi: 

  atmosfer/vakuum distillə qurğusu, 

  katalitik krekinq qurğusu (FKK), 

  aminlə təmizləmə qurğusu, 

  doymamış maye qazların (LPG) “Merox” qurğusu, 

  SAF kükürdün alınması qurğusu, 

  Turş suların emalı qurğusu, 

  Dizelin hidrotəmizlənməsi qurğusu, 

  Hidrogenin alınması qurğusu və köməkçi obyektlərin istismara verilməsi 
May 2020: Avro-5 benzin istehsalatının təmin edilməsi: 

  izomerləşmə qurğusu, 

  naftanın hidrotəmizlənməsi qurğusu, 

  metiltretbutilefirinin (MTBE) istehsalı, 

  FKK benzininin hidrotəmizlənməsi qurğusu və əlaqəli obyektlər 
ƏMTQ  layihənin  potensial  ekoloji  və  sosial  risklərini  hərtərəfli  qiymətləndirmək  üçün  əsas  vasitədir.  O 
mövcud  vəziyyətin  təfsilatlı  təsvirini  (ilkin  vəziyyətin  qiymətləndirilməsi),  bütün  layihə  fəaliyyətlərinin 
potensial ekoloji və sosial nəticələri, həmçinin alternativlər nəzərə alınmaqla layihənin birbaşa təsirlərinin 
qiymətləndirilməsini özündə birləşdirir. 
“H.Əliyev adına NEZ”-in modernləşdirilməsi - FAZA-1 -  Bitum qurğunun tikintisi  və istismarı layihəsi ilə 
əlaqədar Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsi sənədinin hazırlanması üçün 
Ekologiya İdarəsi arasında müqavilə imzalanmışdir. 
 
1.3  Layihənin məqsədi 
ƏMTQ aşağıdakı məqsədləri nəzərə alır: 

  layihənin planlaşdırma və tərtibatı mərhələsində ətraf mühitlə bağlı problemlərin nəzərə alınmasını 
təmin etmək; 

  layihənin icrasında ətraf mühit üzrə yüksək standartlara cavab verən tələblərin nəzərə alınmasını 
və yerinə yetirilməsini təmin etmək; 
 
EKOLOGİYA İDARƏSİ 
12 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

  ətraf mühit və sosial sahə üzrə təsirlərin aşkar edilməsini, həmçinin uyğun hallarda onların sayının 
müəyyən olunmasını, qiymətləndirilməsini və azaldılması üzrə təklif olunan tədbirləri təmin etmək; 

  qanunvericiliklə bağlı şərt və tələblərin nəzərə alınmasını təmin etmək; 

  layihə ilə bağlı bütün maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması, onların fikir və təkliflərinin 
nəzərə alınması;  

  layihənin  ətraf  mühit  və  sosial-iqtisadi  məsələləri  nəzərə  almaqla  həyata  keçirildiyini  nümayiş 
etdirmək. 

  Potensial təsirlər aşağıdakı meyarlar üzrə qiymətləndirilir: 

  ətraf mühit üzrə tətbiq olunan müvafiq yerli və beynəlxalq standart, qayda və təlimatlar; 

  mövcud ekoloji şərait və problemlər; 

  layihə üzrə maraqlı tərəflərin qaldırdığı məsələ və narahatlıqlar.  
Layihədən yaranacaq ətraf mühit üzrə potensial təsirlərin müəyyən edilməsinə mövcud və planlaşdırılmış 
nəzarət,  monitorinq  və  təsirlərin  azaldılması  işlərinin  yerinə  yetirilməsi,  keyfiyyət  və  səmərəliliyin 
qiymətləndirilməsi  daxildir.  Qalıq  təsirlər  aşkar  edilərsə,  təsirlərin  azaldılması  və  monitorinq  üzrə  əlavə 
tədbirlər müəyyən edilir. 
 
1.4  Normativ-hüquqi tələblər 
Layihə obyektin tikintisi və istismarı zamanı ətraf təbii mühitin mühafizəsi sahəsində fəaliyyət Azərbaycan 
Respublikasının  qüvvədə  olan  «Ətraf  mühitin  mühafizəsi  haqqında»,  «Ekoloji  təhlükəsizlik  haqqında», 
«Balıqçılıq  haqqında»,  «Sanitariya-epidemioloji  salamatlıq  haqqında»,  «Yerin  təki  haqqında»,  «Su 
məcəlləsi», «Torpaq məcəlləsi» və başqa qanunlarına və mövcud normativ sənədlərinə əsaslanmışdır. 
Ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə layihədə aşağıdakılar nəzərə alınmışdır: 

  ətraf  mühitin  mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasında  qüvvədə  olan  standartlara, 
norma və qaydalara riayət edilməsi; 

  Azərbaycan  Respublikasının  qoşulduğu  bir  sıra  Beynəlxalq  konvensiyaların  tələblərini  nəzərə 
alaraq,  ətraf  mühitin  mühafizəsi  sahəsində  Beynəlxalq  norma  və  standartların  tələblərinin 
gözlənilməsi; 

  təbii ehtiyatlardan səmərəli istifadə edilməsi; 

  ətraf mühitin çirklənməsinin qarşısının alınması. 
Layihənin bu hissəsinə layihələndirilən obyektin qurğuların və kommunikasiyalarının tikintisi və istismarı 
zamanı ətraf mühitin mühafizəsini təmin edən texniki, texnoloji, konstruktiv və təşkilatı tədbirləri daxildir. 
Bu  layihədə  tətbiq  olunan  qurğular,  avadanlıqlar  və  kommunikasiyalar  Dövlət  standartlarına,  norma  və 
qaydalarına uyğun işlənir və ekoloji cəhətdən qəbul edilə bilər. Təmir-tikinti işləri ətraf mühitin normalarına, 
istehsalatda sanitariya və təhlükəsizlik texnikası qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir. 
Layihələndirilən  obyektin  tikintisi  zamanı  əmələ  gələn  istehsalat  tullantıları  (qaynaq  çubuqlarının, 
qırıntıların,  armatur,  dəmir  parçaları)  yığılıb  müəssisənin  istehsalat  bazasına  göndəriləcəkdir.  Metal 
tullantıları aidiyyəti metallurgiya zavoduna təhvil veriləcəkdir. 
Layihədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur: 

  texnoloji avadanlıqların səmərəli yerləşdirilməsi; 

  kommunikasiyalar arasında norma məsafələrin qoyulması; 

  texnoloji rejimlərin və şərtlərin optimallaşdırılması; 

  təzyiq altında işləyən avadanlığın qoruyucu klapanlarla təchiz olunması;  

  avadanlıq, armatura və boru kəmərlərinin tam hermetikləşdirilməsinin təmin olunması; 

  texnoloji  prosesin  idarə  olunmasının  müasir  nəzarət,  siqnallaşma  və  avtomatlaşdırma 
 
EKOLOGİYA İDARƏSİ 
13 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə