“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
vasitələrindən istifadə edilməsi; 

  layihələndirilən  obyektlərin  göstəricilərinin  düzgün  seçilməsinə,  bütün  tələblərə  cavab  vermə 
nöqteyi  nəzərdən  qəbul  edilməsinə,  armaturların,  boruların  və  s.  qaynaq  edilməsi  üçün 
elektrodların  möhkəmlik  və  mexaniki  xüsusiyyətlərinin  göstəricilərinə,  qaynaq  tikişlərinin  lazımı 
üsulu ilə yoxlanılması; 

  yeni avadanlıqların və texnoloji kəmərlərin quraşdırıldıqdan sonra, hidravliki və yaxud pnevmatik 
olaraq kipliyə sınaqdan keçirilməsi; 

  boru kəmərlərinin başlanğıcında və sonunda işçi təzyiqə uyğun siyirtmələrin nəzərdə tutulması; 

  sənaye çırkab sularının yığılması üçün drenaj sisteminin nəzərdə tutulması;  

  məişət-çirkab sularının zərərsizləşdirilməsi üçün bioloji təmizləmə qurğularının quraşdırılması; 

  məişət tullantılarının xüsusi konteynerlərə yığılması və xüsusi yerlərə daşınması; 

  obyektin  tikilməsində  nəzarət-ölçü  cihazları  nasaz  olan  avadanlıqların,  mexanizmlərin  və 
aqreqatların istismarının qadağan edilməsi; 

  konstruksiyaları  və  kommunikasiyaları  korroziyadan  mühafızə  etmək məqsədi  ilə  antikorroziyalı 
örtüklərdən istifadə edilməsi. 
 
1.5  ƏMTQ üzrə iş həcmi 
ƏMTQ üzrə iş həcmi sifarişçi tərəfindən müəyyən edilmişdir və aşağıda olduğu kimi təqdim edilir. 
Podratçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələblərinə uyğun şəkildə 
ƏMTQ-in  hazırlanmasına  görə  məsuliyyət  daşıyacaqdır.  ƏMTQ-in  hazırlanmasında  bütün  tənzimləyici 
normalar və ən qabaqcıl üsullar tətbiq ediləcək. ƏMTQ-də əsas diqqət, aşağıda sadalanan, lakin onlarla 
məhdudlaşmayan vacib məsələlərə və ən ciddi potensial təsirlərə yönələcək: 

  Layihənin Əsası və Təsviri 

  Qanunvericiliyin və Normaların İcmalı  

  Mövcud Ətraf Mühit 

  Fiziki və Coğrafi Yerləşmə  

  Geologiya və Geo-təhlükələr, 

  Torpaq və torpaqdan istifadə 

  İqlim və Meteorologiya  

  Qrunt və Səth Suları 

  Bioloji və Təbii Sərvətlər (Flora və Fauna) 

  Havanın çirklənməsi 

  Səs-küy və titrəmə 

  Sosial və İqtisadi Aspektlər 

  Arxeologiya və Mədəni İrs  

  Təklif Edilən Fəaliyyətin Potensial Təsirinin Qiymətləndirilməsi 

  Maddi-texniki Təminatın İdarə edilməsi 

  Tullantıların İdarə Edilməsi 

  Dağılmaların Qarşısının Alınması və Nəzarəti  

  Nəqliyyat 

  Etibarlılıq və Təhlükəsizlik 

  Layihəyə Alternativlər 

  Ətraf mühitə və insanlara təsirin azaldılmasına yönəlmiş təklif edilən Təsirin Minimallaşdırılması və 
 
EKOLOGİYA İDARƏSİ 
14 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Monitorinq Tədbirləri. 

  İctimai məsləhətləşmələr. 
 
1.6  Hesabatın strukturu 
Yuxarıda,  paraqraf  1.3-də  təqdim  olunan  iş  həcmlərinə  uyğun  olaraq  ƏMTQ  Hesabatının  strukturu 
hazırlanmış və sifarişçi ilə razılaşdırılmışdır.  
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Hesabatlarına aşağıdakı bölmələr daxil olacaqdır:
 
Xülasə 
Bu  bölmə  əsasən  ƏMTQ  Hesabatlarının  konsepsiyasından  götürülən  qısaldılmış  materiallardan  ibarət 
olacaq  və  tədqiqatın  nəticələrinə  və  yekunlarına  diqqəti  cəlb  edəcək.  Bu  bölmə  ümumi  oxucular  üçün 
mümkün qədər ətraflı hazırlanacaqdır. 
1-ci Fəsil: Giriş 
Bu bölmə Layihənin məqsədlərini, ƏMTQ tədqiqatlarının məqsədlərini və miqyasını müəyyən edəcək və 
araşdırma  sahələri  üçün  ətraf mühitin  ilkin  vəziyyətinə  uyğun  qiymətləndirmələrin  aparılacağı  meyarları 
təqdim edəcəkdir. Bu bölmələr eyni zamanda çöl tədqiqatları barədə qısa məlumatları, ekoloji və köçürmə 
məsələlərini, ƏMTQ-nin, araşdırmalarını, normativ tələblər barədə ümumi məlumatları əks etdirəcəkdir. 
2-ci Fəsil: Ətraf Mühitə Və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi Metodologiyası 
Bu Fəsildə layihə ərazisinin fiziki, bioloji və sosial-iqtisadi mühitinə potensial təsirləri müəyyən olunur. Bu 
fəsildə eyni zamanda layihənin mənfi ekoloji təsirlərini yumşaltmağa kömək edəcək tədbirlər müəyyən edilir.  
3-сü Fəsil: Layihənin Təsviri 
Bu bölmə təklif edilən Layihənin texniki çərçivəsini təqdim edəcək. Bu fəsildəki məlumatlar Obyekt üçün 
işlənilmiş Texniki Tapşırıqdan götürüləcək və nisbətən qısaldılmış şəkildə veriləcəkdir. 
4-cü Fəsil: Hüquqi Çərçivə. Norma və Standartlar 
Müvafiq  normativ  çərçivə,  o  cümlədən  təklif  edilən  layihələrin  həyata  keçiriləcəyi  planlar  və  siyasətlər 
(milli/beynəlxalq) bu fəsildə müzakirə ediləcəkdir.
 
5-ci Fəsil: Ətraf Mühitin İlkin Vəziyyəti 
Bu bölmədə layihə təsirlərinin nəzərə alınmasına uyğun olaraq mövcud yerli və regional ekoloji vəziyyətlər 
təqdim olunur. Bu fəsildə qiymətləndirilən məsələlər təklif edilən Layihə və onun yerləşdiyi əraziyə aid olan, 
nəzərdən keçirilmək üçün müəyyən edilmiş potensial ekoloji mövzuların tam siyahısından ibarət olacaqdır. 
6-cı Fəsil: Alternativ Variantların Təhlili
 
Bu fəsil obyektin tikintisi işləri üçün layihə əsaslandırmasını, bu tədqiqatlarda nəzərdən keçirilmiş alternativ 
variantların icmalını və layihə üçün nəzərdən keçirilmiş alternativlərinin təsvirini əks etdirəcəkdir. 
7-ci Fəsil: Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi və Yumşaltma Tədbirləri 
Bu fəsildə ətraf təbii və sosial-iqtisadi mühitlərə təsirlər, layihənin mənfi ekoloji təsirlərinin yumşadılmasına 
kömək  edəcək  tədbirlər  müəyyən  ediləcəkdir.  Təklif  edilən  layihənin  ətraf  mühitə  potensial  əhəmiyyətli 
təsirləri,  onların  müəyyən  edilmiş  hüdudları  aşıb  aşmaması  əsasında  müzakirə  ediləcəkdir.  Layihənin 
təsirləri və yumşaltma tədbirləri fəslin hər bir başlığında ardıcıl olaraq nömrələnəcəkdir. 
8-ci Fəsil: Ətraf Mühitin İdarə Edilməsi və Monitorinqi Planları 
Bu fəsildə Ətraf Mühiti İdarəetmə Planının və ya Proqramının tələb olunan son vəziyyətə necə nail olacağı 
və  ətraf  mühitə  mənfi  təsirləri  olan  və  ya  ola  biləcək  fəaliyyətlərin  necə  yumşaldılacağı,  nəzarət  və 
monitorinq ediləcəyi ətraflı təsvir olunacaq. 
Bu  fəsil  layihə  fəaliyyətləri  müddətində  müşahidə  ediləcək  xüsusi  tələbləri  və  əgər  ətraf  mühitə  olan 
təsirlərin  qarşısı  lazımi  səviyyədə  alınmazsa,  yaxud  yumşaldılmazsa,  əsaslı  tədbirlərin  görülməsini 
işıqlandıracaqdır. 
Bu  fəsil  həmçinin  layihə  iştirakçısının,  ekoloji  idarəetmə  qrupunun  və  podratçıların  rolları  və  vəzifələri 
barədə tövsiyələri daxil etməklə yumşaldıcı tədbirlərin həyata keçirilməsini təmin etmək üçün görülən işləri 
müəyyən edəcəkdir. 
 
EKOLOGİYA İDARƏSİ 
15 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə