“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Əlavələr 
Bu bölmə ƏMTQ araşdırmaları dövründə aparılmış çöl tədqiqatları və laboratoriya analizləri metodikaları, 
qüvvədə  olan  standartlar,  ictimai  məsləhətləşmələr  barədə  təfsilatlı  məlumatlar,  fotoşəkillər,  xəritələr 
təqdim edilir. 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
16 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
2
 
2  ƏTRAF  MÜHİTƏ  VƏ  SOSİAL-İQTİSADİ  SAHƏLƏRƏ  TƏSİRLƏRİN  QİYMƏTLƏNDİRİLMƏSİ 
METODOLOGİYASI 
 
2.1  Giriş 
“H.Əliyev  adına  NEZ”-nın  modernləşmə  layihəsi,  Bitum  qurğusunun  tikintisi  və  istismarı  zamanı  ƏMTQ 
prosesi  onun  başlanğıcından  etibarən  və  bütün  layihə  boyu  ekoloji  və  sosial  risklərinin  və  təsirlərin 
qiymətləndirilməsinə və onların yumşadılmasına, idarə olunmasına və nəzarət olunması üzrə tədbirlərin 
təsvirinə  yönəlmiş  sistematik  yanaşmadır.  Layihənin  tərkib  hissələrinin  və  fəaliyyətlərinin  təsvirindən 
risklərin və təsirlərin müəyyənləşdirilməsinin əhatə dairəsi və tədbirlərin keçirilməsi səviyyəsini təyin etmək 
üçün istifadə edilir və bu təsvir yumşaldılma, idarəetmə və nəzarət etməyə yaxınlaşmalar üçün əsası təmin 
edir. 
ƏMTQ prosesi adətən özündə aşağıdakı Şəkil 2.1-də göstərilən tərkib hissələri ehtiva edir. 
 
Şəkil 2.1 
ƏMTQ Prosesi 
Maraqlı  tərəflərin  qiymətləndirmələrə  qoşula  bilməsini,  və  lazım  olarsa,  layihəyə  layihələndirmə 
mərhələsindən başlayaraq, yumşaldılma, idarəetmə və nəzarət etmə tədbirlərinə təsir edə bilməsini təmin 
etmək üçün maraqlı tərəflərlə görüşlər, layihə və ƏMTQ üzrə məlumatların açılması bütün ƏMTQ prosesi 
boyunca davam edir. İlkin ƏMTQ Hesabatının açılması və müzakirə olunması maraqlı tərəflərin Layihədə 
iştirakı proqramının və planlaşdırılmış məsləhətləşmələrin bir hissəsini təşkil edir. 
Qeyd  etmək  lazımdır  ki,  ƏMTQ  prosesi  xətti  proses  yox,  layihənin  təyini  inkişaf  etdikcə  və  təsirin 
qiymətləndirilməsi təkmilləşdikcə alınan nəticələrə yenidən baxılan və şəkli dəyişdirilən prosesdir. Prosesin 
əsas  çıxışı  konkret  araşdırmalardan  alınan  nəticələri  və  tam  qiymətləndirməni  təqdim  edən  hərtərəfli 
ƏMTQ-dir. ƏMTQ Layihənin təsdiqlənməsi prosesində qərar qəbul edənlər üçün əsas alətdir. 
 
Yumşaltma, İdarəetmə və Monitorinq 
Təsirlərin Müəyyənləşdirilməsi və Qiymətləndirilməsi 
(məcmu və qalıq təsirlər daxil olmaqla)
Mövcud Ekoloji və Sosial-İqtisadi 
Şəraitin Mövcud Vəziyyəti
Layihənin Alternativlərinin Təsviri 
və Əsas İşin Layihələndirilməsi
Tələblərin Təhlili
Seçimlər
 
EKOLOGİYA İDARƏSİ 
17 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
2.2  ƏMTQ-nin tələbləri 
ƏMTQ-nin  əhatə  dairəsini  və  mütəxəssis  araşdırmaları  üçün  nəzərdən  keçirilməsi  zəruri  olan  aidiyyəti 
hüquq tələbləri və qanunvericiliklə müəyyən edilmiş standartları müəyyənləşdirmək məqsədilə Azərbaycan 
qanunvericiliyi, beynəlxalq konvensiyalar, ekoloji və elmi ədəbiyyat icmal edilmişdir. 
 
2.3  Tələblərin təhlili 
Tələblərin təhlili elə prosesdir ki, onun vasitəsilə əsas fiziki/bioloji, sosial, mədəni, iqtisadi və antropogen 
mühitin aspektləri və təklif olunan işlərlə bağlı risklər layihənin icrası müddətində mümkün qədər erkən 
müəyyənləşdirilir.  Tələblərin  təhlili  zamanı  ƏMTQ-nin  sonrakı  mərhələlərinin  yalnız  texniki  və  maliyyə 
cəhətdən  əsaslandırılmış  alternativlərin  qiymətləndirilməsi  üzərində  cəmlənməsini  təmin  etmək  üçün 
alternativlər müəyyənləşdirilir və uyğun təfərrüat səviyyəsində qiymətləndirilir. 
Alternativlərin  qiymətləndirilməsi  tələblərin  təhlili  mərhələsində  seysmik  xətlər  üçün  alternativ 
bərabərləşdirmələrin və mərz çəkmək üçün istifadə oluna biləcək alternativ metodun müəyyənləşdirilməsi 
və  qiymətləndirilməsi  üçün  həyata  keçirilmişdir.  Təklif  olunan  hər  bir  mərz  xətti  üçün  üstünlük  verilən 
bərabərləşdirmə və metodun seçilməsində ekoloji və sosial meyarlar nəzərə alınmışdır. 
Tələblərin təhlili prosesi özündə Layihənin mümkün ekoloji və sosial təsirlərinin ilkin qiymətləndirilməsini 
ehtiva etmiş və ƏMTQ üçün təklif olunan yanaşmanı müəyyənləşdirməyə kömək etmişdir. 
 
2.4  Bazis tədqiqatları 
ƏMTQ  prosesinin  mühüm  tərkib  hissəsi  bazis  şəraitinin,  yəni  Layihənin  mümkün  olan  təsirlərinin 
qiymətləndirilməsi aparılan əvvəllər mövcud olmuş ekoloji və sosial şəraitin müəyyənləşdirilməsidir. Bazis 
şəraitinin  müəyyənləşdirilməsi  mümkün  həssas  qəbuledicilərin  (misal  olaraq,  ekosistemlər  və  yerli 
icmaların) müəyyənləşdirilməsini və onların təsirlərə qarşı həssaslığının qiymətləndirilməsini asanlaşdırır. 
Mövcud bazis məlumatları 
Bu  fəaliyyət  mövcud  mənbələrdən,  o  cümlədən  dövlət  agentliklərindən,  nəşr  olunmuş  mənbələrdən, 
maraqlı  tərəflərdən  və  yerli  ekspertlərdən  əldə  edilən  mövcud  ekoloji,  sosial  və  mədəni  irs  üzrə 
məlumatların icmal edilməsindən ibarətdir. 
İcmala  aşağıdakı  mövzular  daxildir:  topoqrafiya,  geologiya,  meteorologiya  və  iqlim,  hidrologiya  və  su 
ehtiyatları, flora, fauna, mühafizə olunan sahələr, mədən irs və sosial-iqtisadi şərait. 
Layihə Ərazisinin mövcud xarakteristikaları xəritə üzərinə keçirilmişdir, belə ki, istənilən həssas məsələlər, 
və ya məhdudiyyətlər Layihənin təsiri altında olan yerlərə nəzərən əyani surətdə görünə bilər. 
Bazis (İlkin Vəziyyət) araşdırmaları 
Açıq  məlumatların  icmalından  başqa  monitorinq  araşdırmaları  aparılmış  və  əlavə  ilkin  məlumatlar 
toplanmışdır. Bazis araşdırmalarının metodologiyaları və nəticələri, ədəbiyyat məlumatlarının icmalından 
alınan məlumatlarla birlikdə bu Hesabatda verilmişdir. 
 
2.5  Təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi 
Təsirlərin  qiymətləndirilməsi  prosesi  Şəkil  2.2-də  göstərilmişdir  və  aşağıdakıları  nəzərdə  tutan  iterativ 
prosesi ehtiva edir: 

  Proqnozlaşdırma – Bu Layihənin icrası nəticəsində ətraf mühitdə (ekologiyada) nə baş verəcək? 

  Qiymətləndirmə  -  Bu,  təsir  predmetidirmi?  Onun  müsbət  və  ya  mənfi  effekti  olacaqmı?  O,  nə 
dərəcədə mühüm və ya əhəmiyyətlidir? O, Layihənin Ekoloji və Sosial Məqsədlərinə cavab verirmi? 

  Yumşaldılma – Əgər bu əhəmiyyətlidirsə, bununla bağlı nə isə etmək olarmı? 

  Qalıq Təsir – Bu hələ də əhəmiyyətlidirmi? 
Təsirlərin  proqnozlaşdırılması,  Layihənin  icrası  səbəbindən  qəbuledicilərə  münasibətdə  ola  biləcək 
mümkün  təsirlər  (məsələn,  ekoloji,  sosial  və  ya  mədəni  irsə)  kimi  təyin  olunmuşdur.  Təsirlərin 
proqnozlaşdırılması və qiymətləndirilməsi prosesi mümkün olan təsirlərin qarşısını almaq və  ya  praktiki 
cəhətdən mümkün qədər aşağı səviyyələrə qədər azaltmaq üçün Layihəyə daxil edilmiş mövcud idarəetmə 
tədbirlərini nəzərə alır. 
 
EKOLOGİYA İDARƏSİ 
18 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə