“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə31/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
23-PSV-1012 
Borular arası 
məkan 
Qaynar yağ 
2250 
Termiki genişlənmə 
Nadir 
 
7.8.4  Qurğunun yuyulması və boşaldılması zamanı maye çirkləndiricilər 
Bu tip çirkləndiricilər qurğunun işə salınması, dayanması və texniki xidmət zamanı və s. zamanı əmələ gəlir. 
Dəqiq həcmlər detallı layihələndirmə zamanı müəyyənləşdirilə bilər. 
 
7.9  Havanın keyfiyyəti və istixana qazı emissiyaları 
Bu  bölmə  nəzərdə  tutulan  Layihənin  tikintisi  və  istismarı  zamanı  atmosfer  çirkləndiriciləri  və  istixana 
qazlarının emissiyasını və təsirlərin azaldılması ilə bağlı qəbul ediləcək əlaqəli tədbirləri əhatə edir. 
Təsir mənbələri, qaynaq, kəsmə və rəngləmə işləri zamanı atmosferə atılan zərərli maddələr və istismar 
zamanı inqrediyentlərin atmosferə atılmalarıdır. 
Layihələndirilən obyektlərin və tikililərin layihəsində atmosfer havasının mühafizəsi üzrə mövcud sanitar 
normaların tələblərinə uyğun olaraq işlənilməsinə baxmayaraq, atmosferə zərərli maddələrin tullantılarının 
olmasını tamamilə istisna etmir. 
Atmosferə  atılan  zərərli  tullantıların  miqdarı,  tullantı  mənbələrinin  parametrləri  və  başqa  məlumatlar  bu 
bölmədə verilib. 
Əsas həssaslıqlar 
İnsan  səhhəti  atmosfer  havasının  keyfiyyət  standartlarını  ötüb  keçən  atmosfer  çirkləndiricilərinin 
səviyyələrinə məruz qalmağa həssasdır. Evlərin sakinləri, məktəbə gedənlər və ya xəstəxanalarda olanlar 
və tikinti fəaliyyətinin toz qaldırdığı yerlərə yaxın bitki örtüyü və məhsullar xüsusən toz emissiyalarına qarşı 
həssasdır və onlara mənfi təsir ola bilər. Məsələn: > 10 μm-də narın toz həssas reseptorlarının qarşısında 
və içəri çökməklə narahatlığa səbəb ola bilər. 
Yanar qazların buraxılması 
Tikinti avtomobilləri və avadanlığının qaz emissiyaları əsasən tikinti və tikinti avadanlığının istismarı zamanı 
əlavə nəqliyyat və yol hərəkəti zamanı baş verən yanar qazlardan ibarətdir. Standart tikinti avtomobilləri və 
avadanlığından  istifadə  olunacaq,  bura  səciyyəvi  olaraq,  kompressorlar,  torpaq  işləri  görən  avadanlıq, 
maşın,  traktor  və  elektrik  enerjisi  ilə  təmin  etmək  üçün  kiçik  generator  daxildir.  Bunlar  atmosfer 
çirkləndiricilərinin (NO
x
 və SO
2
) konsentrasiyalarını məhdud dərəcədə lokal şəkildə artıra bilər, lakin onlar 
məhdud vaxt ərzində istifadə olunan geniş ərazini əhatə edən hərəkətli mənbələrdən olduğundan, artım 
hələ modelləşdirilməyib. 
Qaynaq işləri zamanı da havaya müəyyən dərəcədə metal və azot oksidləri buraxıla bilər, lakin yüksək 
dərəcədə lokallaşdırıldığından, bunların təsiri çox az olacaqdır və onların sürətlə dağılması gözlənilir. 
Layihə ərazisində ümumilikdə verilən yaxşı atmosfer havası keyfiyyəti standartlarını müvafiq hava keyfiyyəti 
standartları ilə müqayisə etsək, tikinti və əməliyyatlar zamanı nəzərdə tutulan Layihədən yaranan yanar 
qaz emissiyalarının Layihəni Əhatə edən Atmosfer Havası Keyfiyyəti Standartlarını ötüb keçməsi olduqca 
inanılmaz hesab olunur. 
İstifadə  olunacaq  avtomobil  və  mexanizmlər  adətən  dizellə  işləyir,  ona  görə  də,  benzin  kimi  alternativ 
yanacaqla müqayisədə onların daha az idarə olunmayan itkilər törətməsi gözlənilir. Buna görə də, dizel 
yanacağından  istifadə  karbohidrogenlərin  buxarlanma  itkilərini  minimallaşdıracaq.  Benzinlə  işləyən 
avtomobil və  ya qurğudan  nadir hallarda istifadə olunarsa,  yanacağın doldurulması  zamanı  əlavə idarə 
olunmayan emissiya itkiləri minimal dərəcədə olacaq. 
İstixana qazları emissiyaları 
Təqdim  olunan  Layihənin  tikinti  və  istismar  mərhələləri  zamanı  karbon  dioksid,  metan  və  uçucu  üzvi 
birləşmələr  kimi  istixana  qazları  (İXQ)  yaranacaq.  Karbon  dioksid  tikinti  və  istismar  zamanı  Layihə 
tərəfindən istifadə olunan bütün qurğu və yanacaq avadanlığından ayrılacaqdır. Yanacaqla doldurmadan 
yaranan  idarə  olunmayan  emissiyalar  həm  də  yerli  ərazidə  uçucu  üzvi  birləşmələrin  yaranması  ilə 
nəticələnəcək. 
Həm tikinti, həm də istismar mərhələsi zamanı ayrılan istixana qazlarının miqdarı olduqca az hesab olunur. 
Toz/aerozol hissəciklərinin yaranması 
 
EKOLOGİYA İDARƏSİ 
72 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Tikinti  fəaliyyətləri  nəticəsində  idarə  olunması  mümkün  olmayan  toz  emissiyaları  müxtəlif  olur.  Bunlar 
fəaliyyətin növü və həcmindən, torpağın növündən və rütubətliliyindən,  yol örtüyünün vəziyyəti və hava 
şəraitlərindən asılı olur. Küləyin sürəti orta deyil, yüksək olduqda quru hava zamanı daha çox toz qalxa 
bilər. 
Mümkün təsirlər yerli sakinlərin narahatçılığı, tozun bitkilərə, canlı orqanizm və səthlərə çökməsidir. Digər 
mümkün təsirlərə insan səhhətinə təsirlər daxildir. Əgər havada uzunmüddətli toz olarsa, bu, tənəffüs yolları 
xəstəliklərindən  əziyyət  çəkən  insanların  səhhətinə  təsir  edə  bilər.  Tozun  çökməsi  subyektiv  problemə 
çevrilə  bilər  və  yaxınlıqdakı  yerlərin  həssaslığı  daxil  olmaqla,  bir  sıra  müxtəlif  amillərdən,  hər  hansı 
çöküntünün  təkrar  baş  verməsi  və  hissəciyin  özünün  xüsusiyyətindən  asılıdır.  Bu  subyektivliyinə  görə, 
tozun çökməsi ilə bağlı qanunla müəyyən edilmiş limitlər yoxdur və əsas diqqət narahatçılığın qarşısının 
alınmasına və lazım gələn yerlərdə havada olan toz emissiyalarını minimallaşdırmağa yönəldilib. 
Emissiyaların azaldılması 
Tullantıların nəzarət altında və nəzarətsiz yandırılmasına icazə verilməyəcək. Toz problemlərinin qarşısını 
almaq üçün görüləcək tədbirlərə aşağıdakılar daxildir: 

  Nəqliyyat vasitələrinin hərəkəti giriş yolları və işarələnmiş iş sahələri ilə məhdudlaşacaq (fövqəladə 
hallar istisna olmaqla) 

  Təmizlənmiş tullantı sularından tozun yaranmasının azaldılması və tozun yatırılması məqsədilə yol 
səthlərinin sulanmasında (nəmləndirilməsi) istifadə olunacaq. 
 
7.10  Qaz halında olan tullantılar 
İstehsalat obyektində qaz halında olan tullantıların aşağıdakı mənbələri var: 

  İnseneratorun tüstü qazları (daimi); 

  Qaynar yağ qızdırıcısının tüstü qazları (daimi); 

  Qoruyucu təzyiq klapanları (nadir hallarda). 
 
7.10.1  İnseneratorun tüstü qazları 
Cədvəl 7.5 
İnseneratorda yandırılan üç növ tüstü qazları 
Xarakteristikası
 
Sərf (kq/saat) 
Növ 
Bituroks
®
 prosesindən çıxan qaz
 
6000 
daimi 
Xammal və məhsul çənlər parkından gələn 
ventilyasiya qazları
 
100 
periodik 
Məsulun boşaldılması stansiyasından gələn 
ventilyasiya qazları
 
3000 
periodik 
 
Çıxış qazları 800-850ºC-də yandırılma üçün inseneratora verilir. İstiliyin rekuperasiyasından sonra (orta 
təzyiqli buxar istehsalı) tüstü qazı 280ºC-də tüstü borusu vasitəsilə atmosferə atılır. 
 
7.10.2  Bituroks
®
 prosesindən çıxan qazlar. 
Bituroks
®
 qurğusunda tullantı axınlarının əsas mənbəyini Bituroks
®
 prosesindən çıxan qazlar təşkil edir. 
Reaktordan 180-210ºC-də çıxan qazlar əsasən azot (50-60% həcmdə) və sudan (35-50% həcmdə) təşkil 
olunub.  
Bituroks
®
 prosesinin gedişatı zamanı əmələ gələn çirkləndiricilər üzvi və qeyri üzvi xarakterə malik olur: 

  Kükürd qazları: SO2/SO3 (˂ 10 vppm); H2S (˂ 200 vppm) 

  Karbon oksidləri: CO (0,03-0,08% həcmdə) və CO2 (0,5-1,2% həcmdə) 

  Üzvi  çirkləndiricilər  oksidləşmə  prosesi  zamanı  maye  məhsuldan  ayrılan  karbohidrogenlərdən 
təşkil olunub: C5 - C16 (˂1% həcmdə). 
Reaktordan çıxan qazları emal etmək üçün separator və inseneratordan çıxış qazı xətti nəzərdə tutulub. 
 
EKOLOGİYA İDARƏSİ 
73 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə