Həmyerlimizlə qürur hissi keçiririk



Yüklə 21,68 Kb.
tarix04.11.2017
ölçüsü21,68 Kb.
#8379

H
əmyerlimizlə qürur hissi keçiririk








Hər dəfə təşkilatlar haqqında söz düşəndə Hacı Seyran Hüseynov, Xanoğlan Əliyev haqqında xoş sözlər deyər və onun əməyinə yüksək qiymət verər. Qürbətdə azərbaycanlıların təşkilatlanması, onların gördüyü işlər və eləcə də bir arada olmaları bir-birinə dəstək deməkdir. Təbii ki, bütün bunların başında dayanan isə mehribançılıq, isti münasibət, azərbaycançılığı yaşatmaq və səmimiyyətdir. Mehribançılıq və səmimiyyət olan yerdə isə daim keyfiyyətli, səmərəli iş alınır. Xanoğlan Əliyev kimdir? Onun kimliyi hər halda həmyerlilərimiz üçün də maraqlı olacaqdır. Vətənini sevən hər kəsi xalq sevir, onun əməyinə dəyər verir. Biz də Xanoğlan Əliyevi məhs bu keyfiyyətlərinə görə sevirik. Azərbaycan adını yaşadan, xalqını sevən, milli dəyərlərimizi qoruyan bir Azərbaycan oğlu ilə elə biz də fəxr edirik. Onların adlarını sadalamaq mümkündür, amma sadalasaq bir kitab alınar. Odur ki, heç kimin adını çəkmədən yenə də eloğlumuz, hörmətli həmyerlimiz Xanoğlan Əliyevlə bağlı mövzuya qayıtmalı oluram. Qürbətdə yaşamaq vətəndən ayrı düşmək o demək deyil ki, vətəndən xəbərsizik. Əksinə, qürbətdən vətəni d
aha aydın görmək mümkündür. Vətənə Xanoğlan Əliyevin gözləri ilə baxmaq istədim. Onun qürbətdən vətəni necə təmsil etdiyini oxuculara çatdırmaq keçdi qəlbimdən. Odur ki, oxucularımızın diqqətlə oxuması vacibdir. Söz aqilləri əbəs deməyiblər «Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən edilir». Bu sözlər ulularımızın söz süzgəcindən keçərək bu günümüzə qədər gəlib çıxıbdır. Kim olursan ol, harada yaşayırsan yaşa, fərq etməz, kimliyini unutma, vətənini hər yerdə müqəddəs say. O zaman daha hörmət və izzət sahibi olarsan. Xanoğlan Əliyevin də amalı budur. Harada olursa olsun, onun üçün bir vətən var. AZƏRBAYCAN! Baş vurmuş olsan da min qürbət elə Öz doğma yurduna dönüncə yenə, Onun tüstüsü də xoş gəlir sənə. Bəli, harada olursa olsun, orada onun üçün ana yurdu Azərbaycan var. O Azərbaycan ki, ora vətəndir. Qoxusu, havası daim onunla bərabərdir. Addımlarında qürbət, ürəyində vətən havası. Bəlkə də Xanoğlan Əliyevi vətənə bağlayan bu hisslər, bu duyğulardır. Kimsə bu hissləri, bu duyğuları onun qəlbindən söküb ata bilməz. Kalinini gözəl bir kəlamı bu gün də dillər əzbəridir. «Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edə biləcək qüvvə yoxdur». Xanoğlan Əliyevi zirvədən-zirvəyə aparan da vətən sevgisi olubdur. Vətəni kənardan təmsil etmək, vətəninin böyüklüyünü, xalqının qonaqpərvərliyini, torpaq ərazilərimizin bütövlüyünü diasporanın xətti ilə qeyri millətlərə çatdırmaq arzusu. Atalar deyib ki, istəyin hara, mənzilin də ora. Vətən havası, vətən sevgisi olan arzusu, istəyi onu Moskvanın Ximki rayonunda deputatlığa qədər ucaltdı. Azərbaycanlı olduğunu qürurla, fəxrlə hər kəsə çatdırdı. Hətta Azərbaycanı başqalarına da sevdirdi. Vətənpərvərliyin tərbiyəvi əhəmiyyəti çox böyükdür. O elə bir məktəbdir ki, burada bəşəri ideyalar aşılanmır.
Vətənim verdi mənə nanü-nəmək, Vətəni məncə unutmaq nə demək. Dəfələrlə onun keçirdiyi tədbirlərdə olmuşam. Bütün tədbirləri yaddaşımda xoş xatirələr buraxıbdır. Lakin yaddaşımda ən çox iz buraxan 2013-cü ildə keçirilən 9 may qələbə günü olmuşdur. O gün heç yaddaşımdan çıxmayacaq. O gün elə bir gün oldu ki, düşmənlərimiz də baxıb xar oldular. Elə ona görə də o gün mənim üçün qürurverici bir gün oldu. Yaxşı yadımdadır, Xanoğlan Əliyevə belə bir sual vermişdim: - Xanoğlan müəllim bu qədər vətən sevgisi sizin üçün haradan qaynaqlanır? O isə mənə belə cavab vermişdi: - Namuslu bir insan olmaq istəyirsənsə ömrünün mənasını vətənə xidmətdə gör. İnsan ömrü su kimi axıb gedir. Bir də dönüb arxaya baxanda görürsən ki, artıq qara saça dən düşübdür. Sonra öz-özünə düşünürsən: - İllər nə tez ötüşür. Artıq yaş da öz işini görübdür. Bu illər ərizində yadda qalan hansı işin qulpundan yapışmışam… O zaman keçmişə dönmək, gəncliyininə geri qayıtmaq istəyirsən. Lakin bu mümkünsüz olur. Ötən günlərinin hədər keçən anlarına təəssüf edərək nəsə etməyə çalışırsan, amma nail ola bilmirsən. Çünki keçmişin buna imkan vermir. Düşünürsən ki, ömürün su kimi axarında mən vətən üçün nə etdim? Təəssüflənərək heç nə edə bilmədim, deyib xəyala dalırsan. Ömrünü hədər keçirənlər Xanoğlan Əliyev kimi, Saleh Qurbanov kimi, Hacı Seyran Hüseynov kimi, Ulxan Mirzəyev kimi insanlara baxaraq yaşadıqları ömrü hədər sayırlar. Deyəsən mövzudan uzaqlaşdım. 1941-45-ci illər Böyük vətən müharibəsində azərbaycanlılar sona qədər vuruşdu. Onların arasında itkin düşənlər, qəhrəmancasına həlak olanlar az olmadı. Müharibəyə yanacaq 60-70 faiz Azərbaycan Respublikasından göndərilirdi.
Qırıcı təyyarələr, tanklar Azərbaycanın nefti ilə düşməni məhv edirdilər. Bunu bütün dünya bilirdi. Azərbaycandan neçə-neçə Sovet İttifaqı Qəhrəmanı həyatını Sovet iittifaqının möhkəmlənməsi üçün qurban verdilər. Əslində Azərbaycan da qəhrəman ölkə adına layiq idi. Çünki o zaman kişilərimiz ön cəbhədə vuruşurdular, qadınlarımız isə arxa cəbhədə çalışırdılar. Onlardan biri də Xanoğlan Əliyevin yerlisi Həzi Aslanov idi. Xanoğlan Əliyev hər zaman Həzi Aslanovla fəxr edibdir. Hətta qərib ölkədə onun adı ilə qürur hissi keçiribdir. Təsadüfü deyil ki, 9 may qələbə gününü də adına layiq görməyə çalışır. Həm də Həzi Aslanov ruhunu yad edir, onun azərbaycanlı olmasını hər yerdə fəxrlə dilə alıb danışır. 2013-cü ildə də belə oldu. 9 mayda Qələbənin 68 illiyində parkda keçiriən tədbirdə Azərbaycanlılar üçün ayrılan çadır, düşmənlərimiz olan ermənilərin çadırı ilə yanaşı qurulmuşdur. Ermənilərin sol tərəfində isə Taciklərin çadırı yerləşirdi. Parkda keçmiş sovet ittifaqının tərkibində olan bütün respublikalarının çadırı qurulmuşdur. Orada hər kəs öz milli yeməklərini, şirniyyatlarını, milli musiqilərini, milli geyimlərini də nümayiş etdirirdilər. Tədbirdə bir neçə diasporaların sədrləri də iştirak edirdilər. Onların arasında Ümumrusiya Azərbaycanlılar Konqresinin Dmitrov rayon üzrə sədri Hacı Seyran Hüseynov da iştirak edirdi. O da həmin tədbirə əliboş gəlməmişdir. Rəhbərlik etdiyi Marsey firmasının «MARSEY» ansamblını da özü ilə gətirmişdir. Xanoğlan Əliyev Azərbaycanın milli şirniyyatlarından şəkərbura, paxlava, şorqoqalı ilə gələn qonaqları süfrəyə dəvət edir, onlara Azərbaycan şirniyyatları haqqında məlumat verirdi. Milli xorəklərimizdən isə balıq ləvəngisi, plov, dolma da süfrələrdə nəfis dadı ilə yer tuturdu. Qonaqlar Azərbaycan mətbəxinin zənginliyinə valeh oldular. Onlar təklif olunan yeməklərdən yedikcə, azərbaycanlıların qonaqpərvərliyindən danışır və minnətdarlıq edirdilər. Bu arada diqqətimi ermənilərin çadırı çəkdi.
Onların boş qalan çadırlarına tərəf addımladım. Adi sudan başqa heç nə yox idi. Kənardan dayanıb Azərbaycan yazılan çadırı bir də diqqətlə süzdüm. Ermənilərin Azərbaycan çadırına necə baxdığını gördüm. O gözlərdə erməni xəyanəti, o gözlərdə erməni xisləti, o gözlərdə düşmənçilik gördüm. Yadıma Azərbaycanın qədim xalq mahnısı Sarı gəlin düşdü. Oradan uzaqlaşıb Azərbaycan çadırına tərəf gəldim. Hacı Seyran Hüseynova yaxınlaşdım. «MARSEY» ansamblını göstərərək dedim: - Bilirsənmi ürəyimdən nə keçdi. Təbəssümlə üzümə baxdı, sonra üzünü ansambla tutaraq: - Uşaqlar, indi burada bir burulğan yaradın ki, bütün çadırlarda olanları bu çadıra musiqinin ecazkar səsi ilə çəkə biləsiz. Sonra o dönüb erməni çadırına baxaraq ansambla dedi: - Sarı gəlini çalın. Uşaqların səsləndirdiyi «Sarı gəlin» hər kəsin diqqətini çəkdi. Erməni çadırında olan 3-4 erməni çadırı kimsəsiz buraxıb oradan uzaqlaşdılar. Xanoğlan Əliyev bu arada Hacı Seyrana yaxınlaşaraq: - Qardaşım doğrudan da böyük insansan. Vətənpərvərlik budur. Bu parka bundan sonra gəzməyə gələnlər bu günü xatırlayacaqlar. Onlar səmimi söhbət edirdilər ki, bu zaman şəhərin qubernatoru Azərbaycan çadırına tərəf addımladı. Milli geyimdə olan gənclər şəhərin qubernatorunu milli yeməklərimizə qonaq etdilər. Qubernator balıq ləvəngisindən dadaraq dedi, çox dadlıdır. İlk dəfədir belə bir yemək yeyirəm. Sonra o danışa-danışa ayaq üstə yeməklərimizdən yeyərək, Azərbaycan xalqının qonaqpərvərliyindən danışdı. Xalqımızın sayılan oğlu Xanoğlan Əliyevin işgüzarlığından danışaraq, onun deputat kimi fəaliyyətindən razı qaldığını bildirdi. Xanoğlan Əliyev Ximki rayonunda çox işlər görür. Bu yaxınlarda onun başqa bir tədbirində oldum. Tədbir rusiya məktəblərində Azərbaycan mədəniyyətini və eləcə də Azərbaycan tarixini şagirdlərə aşılamaqdan ibarət idi. Xanoğlan Əliyev uzaq Rusiyada Azərbaycanı beləcə təbliğ edir. Təbii ki, bütün bunlar Azərbaycanın Rusiyada mədəni inkişafını açıb göstərməkdir. Xanoğlan Əliyev eyni zamanda xeyriyyəçiliklə də məşğul olur. Bütün bu tədbirlərin davamı olaraq 1 iyun Beynəlxan Uşaqların Müdafiə Günü də Ximki rayonunda elə-belə ötüşmədi. O gün həmyerlimiz yenə də Azərbaycan adını yüksəklərə qaldırdı. O, şəhərin ən görkəmli parklarından birində təntənəli surətdə uşaqları sevindirdi. Təntənəli keçən tədbirdə, müxtəlif əyləncələr, tanınmış müğənnilər, gözbağlayıcı sirk ustaları uşaqların əylənməsinə geniş yol açdı. Xüsusilə meymunların göstərdiyi maraqlı proqramlar azyaşlı uşaqların rəngarəng keçən şənliyinə rəng qatdı. Canlı timsahlardan, ilanlardan hətta qorxanlar da oldu.
Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil, deyib atalar. Lakin qürbətdə keçən bu cür tədbirlər vətənimizin adına böyük bir tərifdir. Xanoğlan Əliyevin ətrafında toplaşan bəzi həmyerlilərimiz də onunla bərabər daim addımlayırlar. Tədbirdə Hacı Seyran Hüseynov da iştirak etdi. O da deputatımız Xanoğlan Əliyevdən geri qalmır. Elə bir neçə gün əvvəl Dmitrov rayonunda bir neçə uşaq evlərində olmuş, orada uşaqlar üçün hədiyyələr, müxtlif diplomlar təqdim etmişdir. Məktəbdə rus uşaqların «Cücələrim» mahnısını oxuyaraq, həm də rəqs etmişdilər. Azərbaycan! Övladların səninlə fəxr edir! Can Azərbaycan fəxr et ki, Xanoğlan Əliyev kimi, Hacı Seyran Hüseynov kimi oğulların var. Onlar ömrünü Azərbaycanın qürbətdə tanınmasına həsr ediblər. Onların vətənə olan sevgisini görənlər yalnız çıxışı zamanı bu sözləri deyirlər: - Var olsun Azərbaycan! Hər torpaq belə oğullar yetişdirmir.


Gülsüm Adilqızı:
Moskva «Vətən çağırır» qəzetinin baş redaktoru


QafqazPRESS.az
Yüklə 21,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə