Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
  1   2   3   4   5   6   7   8   9   ...   59


 

 
Camal  Zeynaloğlu 
 
 
 
 
Həqiqət  işığında 
 
 
 
 
 
 
 
 
Bakı  - 2012 
 
  
 


 

 
  
  Az 2 
  -----------
 
   2012         
 
                    
BBKC - 44 
                  
                   Redaktor:   Şəfiqə Əliyeva, əməkdar müəllim 
 
                   Rəyçi:         Oqtay Salamzadə, yazıçı-teoloq  
      
    C- 44.
  
Camal Zeynaloğlu:
   
“Həqiqət işığında
  
    
 
Bakı, “Şəms” nəşriyyatı – 2012, - 214 səh.                  
 
   Bu  kitab  Camal  Zeynaloğlunun  oxucularla  yeddinci  görüşüdür.  “Yaxşı 
insanlar sorağında” silsiləsindən olan bu ilk kitab tanınmış ziyalı, gözəl insan, 
etibarlı  dost  və  yoldaş,  nadir  istedad  sahibi,  yazıçı-publisist,  şair,  filosof, 
tarixçi,  teoloq,  astronom,  ictimai  xadim,  Azərbaycan  Ziyalılar  Cəmiyyətinin 
məsul  katibi,  “Ziyalı”  qəzetinin  baş  redaktoru,  həvəskar  bəstəkar,“Qızıl 
Qələm”və  “Məhsəti  Gəncəvi”  mükafatları  laureatı,  fəlsəfə  elmləri  namizədi, 
dosent  Həqiqət  xanım  Kərimovanın  həyat  və  yaradıcılıq  fəaliyyətinə  həsr 
olunmuşdur.  
        Kitab 2000-ci ildə işıq üzü görməli idi. Amma bəzi   
       səbəblər üzündən  oxuculara 12 il gec təqdim olundu. 
 
          510000030 - (304) 
  C------------------------------ 23-10 qrifli nəşr       
           127 - 2012 
                               
                                                                 © C.Zeynaloğlu -2012 
           


 

                     
Həqiqət Kərimova 
                               
Kərimova Həqiqət Səftər qızı, 9 
fevral   1955-ci  ildə  Göyçayda  anadan  olmuşdur. 1980-ci 
ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tarixçi, 
tarix  və  ictimaiyyət  müəllimi  ixtisası  üzrə  bitirmişdir. 
1981-1984-cü  illərdə  Bakı  Dövlət  Universitetinin  fəlsəfə 
tarixi  ixtisası  üzrə  əyani  aspiranturada  təhsil  almışdır. 
1984-cü  ildən  2002-ci  ilə  qədər Azərbaycan  Dövlət  Neft 
Akademiyasının  fəlsəfə  kafedrasında  müəllim,  baş 
müəllim vəzifəsində çalışmışdır. 2002-ci ildə Azərbaycan 
Dövlət  İqtisad  Universitetində  rektorun  ictimaiyyətlə 
əlaqələr üzrə köməkçi vəzifəsində işləmişdir.Həmin ildən 
Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  fəlsəfə  kafedrasında  dosent  vəzifəsində 
çalışır.  O,  2001-ci  ildən  fəlsəfə  elmləri  namizədidir.H.Kərimova  50  -dən  artıq  elmi-
publisistik  kitabın,  monoqrafiyaların,  3  dərs  vəsaitinin,  1  metodik  tövsiyyənin, 
bütövlükdə  218,81  çap  vərəqi  həcmində  əsərlərin,  100  -ə  yaxın  elmi-publisistik 
məqalənin,  müxtəlif  sahələr  üzrə  elmi  monoqrafiyaların  (fəlsəfə,  ilahiyyat,  astrofizika, 
tibb,  iqtisadiyyat,  kimya),  3  fəlsəfi  poemanın  və  bəstəkarlıq  əsərlərin  müəllifi  və 
istedadlı  jurnalistdir.  H.Kərimova  hazırda  “Elm  və  mənəviyyat”  jurnalının  baş 
redaktoru,  “İqtisadiyyat,  Fəlsəfə,  İnformasiya  Texnologiyaları”  elmi  tematik 
məcmuəsinin  təsisçisi  və  baş  redaktoru,  iqtisadiyyatımızın  beynəlxalq  aləmdə 
tanınmasında  əsas  rol  oynayan,  Azərbaycan  və  rus  dillərində  nəşr  olunan  “Zəfəran” 
(“Şafran”)  jurnalının redaktorudur. “Kamaliyyə” diplomu verilməklə “Qızıl  Qələm”, 
“Məhsəti  Gəncəvi”  və  “İnam”  media  mükafatları  laureatı,  Azər.KİVHİ-nin, 
Respublika 
Jurnalistlər 
Birliyinin 
üzvüdür. 
Azərbaycan 
dövlətçiliyinin 
möhkəmləndirilməsində  göstərdiyi  xidmətlərə  görə  iki  dəfə  Dünya  Azərbaycanlı 
Gəncləri  Beynəlxalq  Həmrəyliyi  Cəmiyyətinin  fəxri  fərmanları  ilə  təltif  olunmuş,  adı 
“Azərbaycan 
Yazıçıları 
Ensiklopediyası”na 
daxil 
edilmişdir. 
Ailəlidir, 2 övladı var. 
 
 
   


 

 
“Həqiqət  xanımda  olan  vətən,  azərbaycançılıq  sevgisini  bütün 
ziyalılarımızda  görmək  istərdim.O,  yaradıcılıq  manerasında 
fərqlənən,  ictimai-siyasi  təşkilatçılıq  bacarığı  ilə  seçilən  fitri 
qabiliyyət sahibidir. Nə yazırsa-yazsın böyük sevgi hissi ilə ürəklə 
yazır. Dincəlmək nədir, bilmir. “Ana” romansı onun bizim ailəyə 
verdiyi ən gözəl hədiyyədir. O romans məni çox kövrəldib, anamı, 
uşaqlıq  illərimi  xatırladıb.  Həqiqət  xanıma  təşəkkürümü 
bildirəndə, ağladığını gördüm. Çox həssas və duyumlu insandır.” 
                                                            
                                                             
Aqil Əliyev, 
                           AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi. 
 
 
   
“Mən İslam dininin gözəlliyini anam İzzət xanımdan öyrəndim, 
elmi  mahiyyətini  isə  Quran  işığında  Həqiqətimdən  öyrənib  təvsir 
kitabları  aldım.Oxuduqca  zənginləşdim,  bilgilərimi  Həqiqət 
xanımla  bölüşdüm.  Mənim  Qurana  məhəbbətim  onu  necə  də 
sevindirirdi?!  Quranı  mənə  bu  qədər  sevdirdiyi  üçün  Həqiqət 
Kərimovaya minnətdaram.” 
 
                                                          Şəfiqə Əlirza qızı Əliyeva, 
                            “Ziyalı” qəzetinin təsisçisi, Əməkdar müəllim. 
 
 
   
“İslam  astronomiyası  tarixi  uzun  illər  aktual  sayılmışdır,  lakin 
maneələr  olduğundan  işlənməsi  mümkün  olmamışdır.  İslam 
tarixində  astronomik  tədqiqatlar  və  astronomlar  haqqında  ərsəyə 
çatdırılmış  məlumatlar  Həqiqət  xanım  Kərimovanın  özümüzü 
özümüzə  tanıtmaq  yolunda  yeni  addımdır.  Qələmindən  çoxlu 
sayda  əsərlər  yaranmış  Həqiqət  xanıma  belə  bir  çətin  işi  yerinə 
yetirməsinə  görə  bir  astronom  kimi  daha  çox  minnətdarlığımı 
bildirirəm. O, öz təmənnasız xidmətlərinin əvəzini almalıdır.” 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə