Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 242,3 Kb.

səhifə1/112
tarix31.10.2018
ölçüsü242,3 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   112
77267

Nazim  Tapdıqoğlu 
(Vəlişov)
Azərbaycan faciələrinin 
təqvimi
(Hər bir azərbaycanlı  üçün yaddaş kitabı)
-  
S i 9 G -
[
Azərbaycan  Hespubükası  Prezidentinin
İşla r irlarosi
PREZİDENT KİTABXANASI
Bakı._-_ 
2010


Nazim Tapdıqoğlu (Vəlişov):  "Azərbaycan faciələrinin təqvimi".
B akı-2010
Kitabın işıq üzü görməsində  “Kitab Evi” İctimai Birliyinin sədri 
Salatın  Əhmədliyə 
 
A rif Rəsulova 
dərin təşəkkürümüzü bildiririk.
Son dərəcə qiymətli,  tədqiqat səviyyəli bu kitabda başı tarixən min bir 
bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciə­
lərin təqvim tarixləri toplanmışdır. Kitabda təqvimin xronoloji ardıcıllı­
qla düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olunmuşdur. 
Kitab faciəli,  amma eyni zamanda dəyərli tarixi keçmişimizi əks etdirən 
və bu səpkidə ürəklə,  əsl vətənpərvərlik ruhu,  türkçülük eşqi ilə yazılan 
ilk  sestemli,  universal nəşrdir.  M üəllif hər  bir  təqvim  gününün  Azər­
baycan xalqı  üçün faciəvi xarakter daşıdığını sübut etməyə çalışmış  və 
buna,  demək olar ki,  nail olmuşdur.  Gərgin axtarışlar və böyük zəhmət 
bahasına araya-ərsəyə gətirilən və geniş oxucu auditoriyası üçün nəzərdə 
tutulan bu kitab yəqin ki,  oxucular tərəfindən maraqla qarşılanacaq və 
öz layiqli qiymətini alacaqdır. İnanırıq ki,  bu kitab gənc nəslin milli  və­
tənpərvərlik ruhunda tərbiyə almasında böyük rol oynayacaq,  tarixi fa ­
ciələrimizi əks etdirən tədqiqatlar arasında özünə layiqli yer tutacaqdır...
ISBN: 978-9952-29-033-2
©  N .Tapdıqoğlu 
“MBM” nəşriyyatı 2010
ÖN  SÖZ
Hörmətli oxucu!  Yəqin ki,  bu kitabı oxuduqca yanıb-yaxılacaqsan, ürəyin 
ağrıyacaq. Mən də bunları yazdıqca yanıb-yaxılmışam, ürəyim ağrıyıb. Bu kitab 
əsrlərdir  ki,  başma  min  bir  məşəqqətlər,  müsibətlər,  faciələr  gətirilən  azəri 
türkünün, Azərbaycan xalqının arxiv oyanışıdır, xalqın əzilib-küsdürülən tale­
yinin ağlayan səhifələridir. Ümumilikdə Azərbaycanımızın ömrünə, tale qismə­
tinə  yazılan və bizi alovsuz, tüstüsüz yandıran bu qara, qanlı səhifələr onun qan 
yaddaşıdır.  Bu kitabdakı faciəli təqvim tarixləri adi yazılar deyil; əslində onlar 
sözlərlə əfsanələşərək qeyri-adiləşmiş qəmli nəğmələrdir.  Uzun illər topladığım 
bu mühüm materialları övladlarımıza ibrət olsun deyə tarix üçün,  gələcək üçün 
qələmə almışam.
Faciə - ərəb sözü olub,  “bəla”,  “müsibət”,  “bədbəxtlik",  “fəlakət",  “dəhşətli, 
üzücü hadisə  mənasını ifadə edir. Azərbaycan xalqının keçdiyi şərəfli tarix yolu 
əfsuslar olsun ki, faciələrlə zəngindir. Elə faciələr vardır ki, onun ictimai-tarixi 
məzmunu olur. Bu tip faciələrdə taleyin hökmünə qarşı çıxan, məğlub olduqda 
belə  onunla barışmayan şəxsiyyətin, xalqın qəhrəmancasına fəallığı özünü əks 
etdirir. Azərbaycan xalqının tarixi haqqım, şərəfini qorumaq ictimai 
fikrimizin 
əsas vəzifəsi olmalıdır. Fikrimcə, Azərbaycan xalqı minlərlə dünya xalqları içə­
risində  başı  ən  çox  bəlalar çəkən, haqqı  daha  artıq tapdanan,  saysız-hesabsız 
fəlakətlər görən, faciələr yaşayan 10 xalqdan biridir və bəlkə də birincisidir. Ki­
tabda zaman-zaman  xalqımızın başma  gətirilmiş fəlakətlər konkret faktlarla 
göstərilib.
Məlumdur ki, Azərbaycan türklərinin tarixi dədə-baba torpaqlarında sonra­
dan məskunlaşan  ermənilər gəldikləri andan bu torpaqlara sahib olmaq iddia­
sındadırlar  və onlara xaricdən havadarlıq  edənlər də çoxdur.  Başımıza gələn 
faciələrin bir qismi də bu məkrli planlarla bağlıdır. Erməni vəhşiliklərini bu gün 
yaddaş tariximizdən silsək, hələ bundan sonra da neçə faciələrə rast gələ bilərik. 
Tarix özü bir məktəbdir. Ondan yaxşı dərs alanlar heç vaxt məğlub olmurlar.
K itabda ermənilərin uzun zaman  Azərbaycan türkünə qarşı törətdiyi  qanlı 
hadisələr  (cinayətlər,  vəhşiliklər, qarətlər,  talanlar,  terror aktları, soyqırımlar...) 
baş verdiyi dəqiq  tarixlərlə  (gün,  ay,  il)  əks  olunub. Ayrı-ayrı təqvim tarixlə­
rində həyata keçirilən  bu qanlı olaylar Azərbaycan xalqının eyni zamanda er­
məni işğalçı qəsbkarlarına qarşı mübarizə əzminin göstəricisidir. Məlumdur ki, 
ermənilərin  azərbaycanlılara  qarşı törətdikləri  terror aktları saya  gəlməyəcək 
qədər  çoxdur.  Əlbəttə,  mənim  toplayıb-araşdıraraq  araya-ərsəyə  gətirdiyim 
mövcud bu erməni vəhşilikləri onların xalqımıza qarşı törətdikləri terror aktla-
3


Nazim Tapdıqoğlu
rınm miqyası cəhətdən kitabda öz əksini hələ tam şəkildə tapmamışdır.  Sadəcə 
olaraq  mən  zaman-zaman  xalqımıza qarşı  ermənilərin törətdikləri  bəzi  terror 
aktlarının, necə deyərlər, sxemini cızmışam.
Yanvar ayının ilk günündən başlayaraq, dekabrın son gününə qədər hər ayın 
günlər və illər üzrə xronoloji ardıcıllıqla olan hadisələrini sistemləşdirib kitabda 
ayrıca  bir  fəsil  kimi  verməyə  çalışmışam.  Bəzi  hadisələr,  olaylar  özlüyündə 
müəyyən dərəcədə xüsusi faciə xarakteri daşımasa da, məhz tarixilik baxımın­
dan xalqımız üçün  böyük  əhəmiyyət kəsb  etdiyinə görə  onları  kitaba  salmağı 
lazım  bilmişəm.  Bir  sıra  təqvim  tarixlərində  bəhs  olunan  olaylar  müxtəlif 
mənbə və sənədlərə əsaslandırıldığı üçün təkrarlara da yol vermişəm.  Kitabda 
1988-ci ilin fevralından başlayan və  12 may 1994-cü ilə  (atəşkəsə)
 
qədər davam 
edən  Qarabağ  müharibəsinin  yaddaşımıza  köçürülməsi  vacib  olan  ayrı-ayrı 
təqvim tarixlərinə də geniş yer ayırmışam.  Məlumdur ki,  biz Qarabağ mühari­
bəsində  (1988-1994-cü  illər)
 
ümumiyyətlə,  Qarabağ  ərazisində  irili-xırdalı 
880 yaşayış məntəqəsi itirmişik.  Əlbəttə ki, bütün bunların hər biri bizim üçün 
böyük  faciədir.  Mən  Qarabağda  yaşadığım  üçün  bu  kəndlərin  əksəriyyətini 
görmüşdüm.  Füzuli,  Cəbrayıl,  Ağdam,  Şuşa,  Xocavənd,  Xocalı  rayonlarının 
əksər yaşayış məntəqələrini qarış-qarış gəzmişəm.  Qarabağ ərazisində erməni­
lərlə müxtəlif döyüşlərin,  onların vəhşiliklərinin,  eləcə də bir sıra yaşayış mən­
təqəsinin işğala məruz qalmasının şahidi olduğum üçün onlara da kitabda bəzi 
yer ayırmağı vacib hesab etmişəm.
Əziz oxucu!  Ümidvaram ki,  geniş  oxucu auditoriyası üçün nəzərdə tutulan 
bu kitab nə qədər kiçicik qüsurları, məziyyətləri  olsa da belə,  Siz Oxucular tə­
rəfindən kifayət qədər maraqla qarşılanacaqdır...
Hörmətlə:  müəllif  Nazim  Tapdıqoğlu  (Vəlişov)
4
Azərbaycan faciələrinin təqvimi
Y A N V A R
1  yanvar  1813-cü il - Möhkəm qala olan Lənkəran qalası ruslar  tərəfindən 
qəti hücumla tutulur.  Çoxlu sayda adamlar həlak olurlar...
1 yanvar 1841-ci il 10 aprel 1840-cı il tarixli qanun qüvvəyə minir, komen­
dant idarə üsulu ləvğ edilir, ümumrusiya idarə sisteminə keçilir...
1  yanvar  1862-ciil-  Zaqafqaziya  mərz  palatası  fəaliyyətə başlayır...

yanvar 1868-ci il -  "Qafqaz və Zaqafqaziyanın idarə olunmasının dəyişdiril­
məsi haqqında" adlı  imperator fərmanı  (9 dekabr  1867-ci ildə təsdiq  olunub) 
qüvvəyə minir...
1 yanvar 1906-cı il -  Erməni yaraqlıları Ağdam rayonunun Papravənd kən­
dinə hücum edir.  15 nəfər həlak olur...
1 yanvar  1906-cı il -  Silahlı erməni daşnaqları Xaçın dərəsindəki Sırxavənd 
kəndində günahsız müsəlmanları qətlə yetirirlər...
1 yanvar 1919-cu il - Qarakənddə məskən salmış erməni daşnaqları Qaryagin 
(indiki Füzuli rayonu)  Ağdam yolunda günahsız azərbaycanlıları amansızlıqla 
qətlə yetirirlər...
1 yanvar 1920-ci  il - Erməni daşnaqları Üçmüəzzin mahalının azərbaycanlılar 
yaşayan Əxis kəndinə  basqın edərək,  burada amansız qətllər  törədirlər.  Sağ 
qalan kənd əhalisi doğma yurd-yuvalarından didərgin düşür...
1  yanvar  1940-cı il - Azərbaycanda Latın əlifbası Kiril əlifbası ilə əvəz olu­
nur...
1  yanvar  1990-cı il -  Ağdam-Şuşa yolu ilə  hərəkət edən azərbaycanlıların 
idarə etdikləri avtobuslar ermənilər tərəfindən daşa basılır...
1  yanvar  1992-ci il  -  Laçının Təzəkənd  kəndinin müdafiəsində  Qarıqışlaq 
kənd sakini,  1973-cü il təvəllüdlü  Rafiq Həsən oğlu Orucov  həlak olur...
1 yanvar 1992-ci il - Erməni yaraqlı quldurları Ağdam rayonunun Əhmədavar 
və  Çuxurməhlə kəndlərinə  basqın edirlər.  4  nəfər  azərbaycanlı  həlak  olur, 
28  nəfər yaralanır...

yanvar 1994-cü il - Murovdağ ətrafında uğursuz döyüş əməliyyatı aparılır. 
Milli Ordunun  könüllü əsgəri,  bakılı Aydın Allahverdi  oğlu Quliyev və onunla 
bərabər digər  9  nəfər azərbaycanlı əsgər həlak olurlar...

yanvar  1918-ci il - Terrorçu daşnaq qrupları indiki Türkiyə ərazisində olan 
Qətranlı kəndinə və onun yaxınlığındakı oymaqlara silahlı basqın edirlər. Vali-
5




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   112


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə