Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə14/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

Nazim Tapdıqoğlu
rilir.  Ergi  düzündə  qızğın  döyüşlər  gedir.  Papravənd,  В oy əhmədli,  Şahbulaq 
kəndləri və  Ağdam şəhəri güclü atəşə tutulur. Ölənlər, yaralananlar və dağıntılar 
olur...

fevral  1994-cü  U  -  Erməni hərbi  birləşmələri  gecə  ordumuzun  Tərtər 
rayonundakı mövqelərinə qəflətən hücum edir. İtkilər olur....
9  fevral  1994-cü il - Azərbaycanın Xudat stansiyasında ehtiyat yolda daya­
nan yük vaqonu partladılır. Dövlətə külli miqdarda ziyan dəyir...
10  fevral 1124-cü il - Çar IV David Şabran qalasını ələ keçirir...
10 fevral  1828-ci il - Rusiya ilə İran arasında Təbriz yaxınlığındakı Türkmən- 
çay kəndində müqavilə imzalanır.  Bununla  da  1826-1828-ci illər  davam edən 
Rusiya-İran  müharibəsinə son qoyulur.  Müqavilənin  şərtinə əsasən Naxçıvan 
xanlığı, Ordubad dairəsi, İrəvan xanlığı Rusiyaya birləşdirilir. Azərbaycan rəsmi 
olaraq hissəyə parçalanır. İran Rusiyaya 20 milyon manat gümüş pulla təzmi­
nat verməyi öhdəsinə  götürür.  "Türkmənçay müqaviləsi" Xəzər dənizinin Ru­
siyanın  daxili  dənizi  olmasını,  orada  hərbi  donanma  saxlamaq  hüququ 
haqqında  1813-cü  il  "Gülüstan" müqaviləsinin şərtlərini təsdiqləyir.  Rusiya 
Abbas Mirzəni İran taxt-tacımn vəliəhdi kimi tanıyır. Hər iki dövlət səfarətxana 
açmağı  nəzərdə tutur.  Müqavilənin  15-ci  maddəsinə əsasən  erməni əhalisinə 
İrandan Cənubi Qafqaza köçməyə icazə verilir.  İranın Zaqafqaziyaya iddiala­
rına son qoyan  "Türkmənçay müqaviləsi" 1828-ci il martın 20-də Rusiya, iyulun 
3-də isə İran tərəfindən təsdiq olunur...
10  fevral  1918-ci il - Azərbaycan üçün əslində heç bir xeyri olmayan Cənubi 
Qafqaz Seymi yaradılır...
10 
fevral  1920-ci il - Erməni yaraqlıları Gəncə qəzasının 9-cu sahəsinə daxil 
olan Şişqaya,  Sadar ağac  və Hacı  Qəriblər kəndlərinə basqın  edirlər.  Əhalinin 
çox hissəsi qətlə yetirilir.  Sağ qalanlar ev-eşiyindən didərgin düşür.  Qaçqınlar­
dan 30 nəfəri donvurmadan ölür...
10 
fevral  1945-ci il - Azərbaycanın igid oğlu,  Sovet İttifaqı  Qəhrəmanı İs­
mayıl Xəlil oğlu Bayramov həlak olur...
10  fevral  1992-ci il - Ali Baş Komandan, Prezident  Ayaz Mütəllibov Qara­
bağ ərazisindəki silahlı qüvvələr üzərində vahid komandanlıq yaratmaq üçün 2 
və nömrəli  əmrlər verir.  nömrəli əmrlə vahid  komandanlıq  Tahir  Əliyevə, 
Goranboy ərazisinin  müdafiəsi Dadaş  Rzayevə,  Şuşanın müdafiəsi isə Rəhim 
Qazıyevə həvalə edilir...
10  fevral  1992-ci il - Erməni silahlı birləşmələri Şuşanın Malıbəyli kəndi is­
tiqamətində güclü hücuma keçirlər. Malıbəyli və Quşçular kəndlərinin könüllü
40
Azərbaycan faciələrinin təqvimi
döyüşçüləri, eləcə də köməyə gəlmiş az sayda olan Milli Ordu əsgərləri erməni­
lərlə  Malıbəyli kəndinin  girəcəyində  şiddətli  döyüşə girirlər.  Bir neçə  döyüşçü 
şəhid olur və yaralanır...
10  fevral  1994-cü il - Milli Qəhrəman Qorxmaz Abış oğlu Eyvazov Cəbrayıl 
rayonunun Mərcanlı kəndi uğrunda erməni yaraqlıları ilə döyüşdə həlak olur...
10 
fevral  1994-cü il -  "İgidliyə
 
gora "medalı ilə təltif edilmiş tağım komandiri 
Rafiq Miryusif oğlu  Orucov  Horadiz istiqamətində  baş  verən qızğın döyüşdə 
həlak olur...
10  fevral  1994-cü il - Kəlbəcər bölgəsində şəmkirli döyüşçülər - Anar Abbas 
oğlu Qasımov, Mütalib  Sevil  oğlu Qasımov, Kamal Bəhman oğlu Əliyev həlak 
olurlar...
10  fevral  1995-ci il - Polis işçisi, Milli Qəhrəman Nurəddin İslam oğlu İbra­
himov Binə qəsəbəsində Qüdrət adh cinayətkarı zərərsizləşdirərkən həlak olur...
11  fevral  1725-ci il - Rusiya Xarici İşlər Kollegiyasmn qərarı ilə Xəzəryanı 
vilayətlərə,  eləcə  də  Azərbaycana  çoxlı  sayda  erməni  və  rus  ailələrinin 
köçürülməsi planlaşdırılır...
11  fevral  1906-cı il - İrəvan mahalının 25 kəndinə hücum edən daşnaq ter­
rorçuları həmin yerlərdə sayı qeydə alınmayan amansız qətliamlar törədirlər...
11 
fevral  1920-ci il - Bakıda fəhlə klubu binasında Azərbaycan  K(b)P-nm 
I qurultayı keçirilir. AK(b)P yaradılır...
11  fevral  1979-cu il - Tehranda  inqilab  qələbə çalır...
11 
fevral  1988-ci il - Xankəndi şəhərində ermənilərin kütləvi toplantısı keçi­
rilir...
11  fevral  1992-ci il - Goranboy rayonunun Zeyvə kəndi ermənilər tərəfindən 
atəşə tutulur.  6  ev dağıdılaraq yandırılır...
11  fevral  1992-ci il - Qarabağın dilbər guşəsi olan və Şuşanın  15 km şimal- 
şərqində, Xankəndi şəhərinin isə 2-3 kilometrliyində yerləşən cənnətməkan Ma­
lıbəyli  və  Quşçular  kəndləri  erməni-rus  hərbi  birləşmələrinin  güclü  hücumu 
nəticəsində işğal  olunur. Azərbaycan tarixinə qara hərflərlə yazılan Malıbəyli- 
Quşçular faciəsi baş verir.  Təxminən  2.500 nəfərlik əhali soyuq,  şaxtalı fevral 
günündə keçilməz dağ-meşə yolu ilə ağır və üzücü 18 kilometr məsafəni qət edə­
rək axşam saat 18.00 radələrində  Ağdamın Abdal və Gülablı kəndlərinə yetişir. 
Bu faciədə  yerli  sakinlərdən Abdullayev  Rafiq İsmayıl oğlu,  Alıxanov Nazim 
Qulam oğlu, Allahverdiyev Əli Aydın oğlu,  Quliyev Aydın Ərşad oğlu,  Quliyev 
Nicat Tofiq oğlu, Quliyev Çərkəz Əliqulu oğlu, Quliyev Rafiq Mustafa oğlu, Ey­
vazova Fizzə Cümşüd  qızı,  Əhmədov  Gündüz Valeh oğlu,  Əhmədov Möhsüm
41


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə