Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   2   3   4   5   6   7   8   9   ...   112

Nazim Tapdıqoğlu
sarkeçər rayonu); Böyük Qarakilsə-Kirovakan-Quqark, Həmzəçimən-Bozigah, 
Dərəkənd-Dzoraqyuğ,  Qamışqut-Yegeknut,  Nikitino-Fioletovo,  Hacıkənd- 
Debed (Böyük Qarakilsə rayonu); Dəvəli-Ararat, Keşişverən-Zovaşen, Çəmbə- 
rək-Surenavan, 
Aşağı 
Qarabağlar-Çimənkənd 
(Vedi 
rayonu); 
Vorontsovka-Kalinino, Boqdanovka-Noraşen, Qızılkilsə-Qızıldaş, Molla Eyy- 
ublu-Evli,  Cücəkənd-Qızıl  Şəfəq (Vorontsovka rayonu);  Alılı-Salvard  (Q ara­
kilsə 
rayonu); 
Dəymədağlı-Şrvenants, 
Kilsəkənd-Şraşen,
Kürdkənd-Lernad-zor,  Sirkətac-Xdrants,  Axtaxana-Xladağ (Qafan  rayonu); 
Dəlilər-Dəllər, Aysoru Düyünü-Verin Dvin, İmanşalı-Mxçyan, Ayaslı-Hayke- 
stan,  Axund  Buzavand-Bzovan (Qəmərli rayonu);  Alıxan-Getik, Üçüncü Qa- 
rakilsə-Dzoraşen, 
Qızılkilsə-Karmravan, 
Güllübulaq-Vardaxpyur, 
Gürcüyolu-Torosgyuğ,  Dərəköy-Dərəkənd,  Təzəkənd-  Tazagyuğ,  Titoy Xa- 
raba-Bavra  (Qızıl Qoç  rayonu);  Hacı Nəzər-Kamo,  Aleksandrovka-Qəribc- 
anyan,  Türk  Qarakilsəsi-Axurik,  Böyük  Kəpənəkçi-Musaelyan  (Düzkənd 
rayonu); Kərpicli-Geğadir, Baş Gərni-Gəmi, Cadqıran-Raz-dan, Göykilsə-Ka- 
putan, Yelqovan-Kotayk (Ellər rayonu); Böyük Arxvəlli-Medz Mantaş, Kiçik 
Arxvəlli-Pokr Mantaş, Haçakilsə-Paros (Ərtik rayonu); Qızıldəmir-Voskevaz, 
İlançalan-Artaşavan  (Əştərək  rayonu);  ŞÖllü Mehmandar-Mehmandar,  Do- 
nuzyeyən-Zəngilər, Haçapara-Zəhmət, Eyləs-İpəkli, Həbilkənd-Kalinin (Zəngi- 
basar rayonu);  Yelenovka-Sevan,  Çubuxlu-Dzovagyuğ (Yelenovka rayonu); 
Qaranhqtəpə-Xavaradzor-Lusadzor, Saratu-Haçdərək-Həştərək, Haçasu-Aça- 
cur,  Güney-Getaşen,  Qaradaş-Sevkar,  Aşhigah-Lalakənd-Laligyuğ,  Bibis- 
Coğaz,  Kirdəvan-Yenokavan,  Ayrım  Polad-Ayrım,  Karvansaray-İcevan 
(Karvansaray  rayonu);  Göytur-Getap,  Keşişkənd  rayonu-Mikoyan  rayonu, 
Həsənkənd-Şatin,  Qoturvan-Qoduxvənd-Gədikvənd  (Keşişkənd  rayonu); 
Kəvər-Yeni Bayazid, Dəliqardaş-Saruxan, Kosaməmməd-Batıqyan (Kəvər ray­
onu);  Gorus-Qoris,  Qaladərəsi-Qalidzor (Gorus  rayonu);  Puşgah-Haykedzor 
(Meğri rayonu); Yeni Armavir-Nor Armavir,  10 nömrəli sovxoz-Dzerjinski qə­
səbəsi,  3  nömrəli sovxoz-Likaşin qəsəbəsi,  Hacı Bayram-Baxçalar,  Qurdqulu- 
Armavir, Kərimarx-Sovetakan, Sərdarabad-Hoktember-Hoktemberyan, Molla 
Bayazit-  Bambakaşat (Sərdarabad  rayonu);  Paşalı-Əzizbəyov,  İtqıran-Gülü- 
stan, Sultanbəy-Bartsruni (Soylan rayonu); Düzkənd-Baroj, Zorba-Sorik, Qul- 
dərviş-Vosketas,  Pirmələk-Areq,  Siçanlı-Avtona,  Şıxhacı-Şqarşik  (Talin 
rayonu); Üçkilsə-Vağarşapat-Eçmiədzin, Hacıqara-Hay Keşat, Hacılar-Mrqa- 
stan,  Molladursun-Şaumyan  (Üçkilsə rayonu);  Bəykənd-Medz Pərni,  Keşiş- 
kənd-Gehapot 
(Hamamlı-Spitak 
rayonu); 
Qırmızıkənd-Mixaylovka, 
Mixaylovka-Krasnoselsk (Çəmbərək rayonu); Qoturbulaq-Katnaxpyur (Cala- 
loğlu-Stepanavan rayonu); Tovuzqala-Berd (Şəmşəddin-Berd rayonu)...
Azərbaycan faciələrinin təqvimi
3  yanvar  1938-ci il -  "Üçlüyün " qərarı ilə tanınmış ziyalı Asəf Səttar  oğlu 
Rəhmanov güllələnir...

yanvar  1938-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessi­
yasının  bağlı məhkəmə iclasının bir gün əvvəl keçirilmiş iclasının qərarı ilə ta­
nınmış  ziyalı,  SSRİ  EA  Azərbaycan  filialının  elmi  işçisi,  APİ-nin  dilçilik 
kafedrasının müdiri Abdulla Məmməd oğlu Tağızadə güllələnir...

yanvar  1938-ci il - Azərbaycan SSR XDİK İdarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə içərisində azərbycanlı ziyalılar da 
olan 47 nəfər güllələnir...
3  yanvar 1990-cı il - Erməni yaraqlıları Əsgəran rayonunun Cəmilli kəndinə 
hücum edir. Atışma zamanı kənd sakini  Yunis  Abbasov  ağır yaralanır...

yanvar  1990-cı il - Daşnaq terrorçular Xankəndində hərbi xidmətdə olan 
azərbaycanlı leytenant zabit Əzizovu və Kərəmli  (Ağdərə rayonu)  kəndinin ço­
banı Əşrəf Cəfərovu girov götürürlər. Əşrəfin otardığı çoxlu sayda qoyun sürüsü 
ermənilər tərəfindən oğurlanır...
3  yanvar  1993-cü  il  -  Azərbaycan  Respublikasının  Prezidenti  "Ağdam 
rayonu ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında " fərman verir...
4  yanvar  838-ci  il - Xalq  Qəhrəmanı Babək və onun  qardaşı Abdulla əsir 
kimi  Samirə  şəhərinə gətirilir...

yanvar  1668-ci il -  Şamaxıda minlərlə adamın ölümünə səbəb olan güclü 
zəlzələ baş verir...

yanvar  1938-ci il - Azərbaycan SSR XDİK İdarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində azərbaycanlıların da ol­
duğu  50 nəfər güllələnir...

yanvar  1990-cı il - Əsgəran qəsəbəsi ilə Ağdam şəhərinin arasındakı körpü 
erməni terror qrupu üzvlərindən olan Q.Sarkisyan və başqaları tərəfindən part­
ladılır...

yanvar  1992-ci il - Ağdam rayonunun Papravənd kəndi ermənilər tərəfin­
dən atəşə tutulur...

yanvar  1992-ci il - Şuşa şəhərinin ermənilər tərəfindən atəşə tutulması nə- 
ticəsundə  1  nəfər  dinc azərbaycanlı sakin  ağır yaralanır.  Başdan-başa muzey 
şəhəri olan Şuşanın bir neçə dəyərli memarlıq abidəsi dağıdılır...

yanvar  1992-ci il -  Erməni hərbi  silahlı  birləşmələri  Füzuli  rayonunun 
Aşağı Veysəlli və Dördlər kəndləri istiqamətində hücuma keçirlər. Ölənlər və ya­
ralananlar olur...
4  yanvar  1993-cü il  -  Erməni silahlı  birləşmələri  Füzuli  rayonunun Aşağı
9


Nazim Tapdıqoğlu
Veysəlli kəndi istiqamətində hücuma keçirlər.  Müdafiə zamanı Azərbaycan tə­
rəfi də xeyli itki verir...
4 yanvar 1994-cü il - Ağdam rayonunun Salahlı Kəngərli kəndi yaxınlığında 
tankları yandırıldıqdan sonra şuşalı Tofiq Əhməd oğlu Əsədov girov düşür, az 
sonra həlak olur...
4  yanvar  1994-cü il - Xocavənd rayonunun Çeyilli yüksəkliyi ərazisində ağır 
yaralansa da,  axırıncı qumbaranı sinəsinə sıxıb  özünü düşmən tankının  altına 
ataraq, onu partladıb yoldaşlarını xilas edən  1964-cü il təvəllüdlü Ağcabədinin 
Hindarx kəndinin vətənpərvər, cəsur oğlu, Azərbaycanın Milli Qəhrəmanı Eti­
bar Bəylər oğlu İsmayılov qəhrəmancasına həlak olur...
4  yanvar  1994-cü il - Ermənilərlə döyüşdə ağcabədili döyüşçülər - Aydın Mə­
hərrəm oğlu Cəfərov, Azər Hümmət oğlu Cəfərov, Rövşən Rəhim oğlu Cəfərov, 
Elşən  Yusif oğlu  Cəfərov,  Elçin  Piralı  oğlu  Daşdəmirov,  Firdovsi  Qafar  oğlu 
Əbülhəsənov,  Füzuli  Qafar  oğlu  Əbülhəsənov, Münasib Hüseyn oğlu  Əliyev, 
Zakir Kərəm oğlu Əliyev, Rafiq Türbəndə oğlu Həsənov, Vüqar Məhərrəm oğlu 
Həsənov, Namiq Fəxrəddin oğlu Hüseynov, Niyazi Voroşil oğlu Hüseynov, Faiq 
Şahmalı oğlu İbrahimov, Xaliq Fehruz oğlu İsmayılov, Sahib Həsən oğlu İsmayı­
lov, Mübariz İsa oğlu Kərimov, Niyazi Savalan oğlu Kərimov, Namiq Vaqif oğlu 
Qəhrəmanov, Cahangir Əvəz oğlu Quliyev, Tahir Əbil oğlu Quliyev, Vüqar Yel- 
mar oğlu Quliyev, Etibar  Qənbər oğlu Mənsimov, Rizvan Qurban oğlu Orucov, 
Sənan Yusif oğlu  Orucov,  Fərid  Əli oğlu Rüstəmov,  Akif Binnət oğlu Şərəfov, 
Ceyhun Cavanşir oğlu Zeynalov həlak olurlar...
5  yanvar  1841-ci il - Zaqafqaziyada,  o cümlədən də Azərbaycanda  dövlət 
əmlakının idarə olunması haqqında qanun “birtərəfli”  qüvvəyə minir...
5  yanvar  1842-ci il - Cənubi Qafqaz diyarında 2 Dövlət Əmlakı Palatası ya­
radılır...
5  yanvar  1918-ci il -  Erməni quldur birləşmələri Axalkalaki yaxınlığındakı 
Acaraca, Danqal, Mulanis,  Murcaxet, Radızka,  Qavur,  Gumriz kəndlərinə bas­
qın edirlər. Bütün kəndlərin əhalisi vəhşicəsinə öldürülür...

yanvar  1919-cu il - Andranikin silahlı quldur dəstəsi Zəngəzur qəzasının 
azərbaycanlılar yaşayan Quşçulu, Əcili, Aqqız kəndlərini dağıdıb yandırır, əha­
lisinin bir hissəsini qırırlar...

yanvar  1938-ci il -  SSRİ Ali Məhkəməsi  Hərbi  Kollegiyasının qərarı ilə 
tanınmış ziyalı,  SSRİ EA Azərbaycan filialının baş  elmi əməkdaşı, ADU-nun 
Əsaslı kitabxanasının direktoru Ağamir Sadıq oğlu Məmmədov güllələnir...
5  yanvar  1938-ci il - Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiq Qədir oğlu
10
Azərbaycan faciələrinin təqvimi
İsmayılzadə az zaman kəsiyində davam edən qondarma məhkəmədən sonra gül­
lələnir...
5  yanvar 1992-ci il - Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən 
milis postu ermənilər tərəfindən atəşə tutulur.  1  nəfər ağır yaralanır...
5  yanvar  1992-ci il - Goranboy rayonunun  Şəfəq kəndi ermənilər tərəfindən 
atəşə tutulur. Dağıntılar olur...
6  yanvar  1478-ci il - Ağqoyunlu hökmdarı Uzun Həsən Gürcüstana səfərə 
hazırlaşarkən 54 yaşında ölür...

yanvar  1918-ci il - Daşnaq terrorçuları Zəngəzur qəzasının Qarakilsə kən­
dində türk qətliamı törədirlər.  165 nəfər dinc sakin erməni amansızlığının qur­
banı olur...
6  yanvar  1919 -cu il - Andranikin silahlı dəstələri Zəngəzurun  Rəzdərə,  Əsg­
ərli və Vəlili kəndlərinə basqın edir. Bu kəndlərin əhalisinə yaşından, cinsindən 
asılı olmayaraq divan tutulur; onlar qətlə yetirilir. Kəndlər darmadağın edilir...
6  yanvar  1920-ci il - Terrorçu erməni silahlıları Şirakel mahalının Düzkənd 
kəndinə basqın edirlər. 86 nəfər dinc sakin amansızlıqla qətlə yetirilir...
6  yanvar  1920 - ci il - Erməni daşnaqları Dərələyəzin Bilək kəndinə basqın 
edirlər.  50 k işi, 50 qadın və 25 uşaq qətlə yetirilir. Kənd tamamilə dağıdılır...

yanvar  1938-ci il - Azərbaycan SSR XDİK İdarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində günahsız azərbaycanlılar 
olan 47 nəfər güllələnir...

yanvar  1990-cı il - Sübh çağı Ağdam şəhərində təzəcə tikilib istifadəyə ve­
rilmiş  avtovağzalda partlayış baş verir.  Avtovağzalın kassiri  Fuad Nağıyev və 
sürücü Fariz Ağayev həlak olur;  nəfər isə ağır yaralanır...

yanvar 1992-ci il - Goranboy rayonunun Milli Özünümüdafiə Qüvvələrinin 
postuna ermənilər tərəfindən hücum edilir.  1  nəfər həlak  olur,  7  nəfər yarala­
nır...
6  yanvar  1992-ci il - Erməni yaraqlıları Xocavəndin Axullu kəndinə basqın 
edirlər.  Milis işçisi, 2 qız atası  Qabil Atakişiyev qətlə yetirilir...
6  yanvar  1992-ci il - «Referendum»\ın
 
nəticələrinə əsasən  «Dağlıq  Qarabağ 
Respublikasvmm
 
Ah Soveti «Dağlıq Qarabağ Respublikası»nm müstəqilliyi haq­
qında Bəyannamə qəbul edir. Azərbaycanın rəsmi dövlət qurumları bu məsələyə 
nədənsə etinasız yanaşırlar...
6  yanvar  1992 -ci il - Ağdamdakı 2711  saylı  avtomobil  dəstəsinə məxsus 
olan  61-98 AQD  nömrəli  avtomaşın  erməni  terrorçularının  basqınına məruz 
qalır.  Sürücü Famil Kazımov qətlə  yetirilir;  avtomaşın  basqınçılar tərəfindən
11


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə