Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə5/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   2   3   4   5   6   7   8   9   ...   112

Nazim Tapdıqoğlu
lodyoj Azerbaydjana"
 
qəzetinin müxbiri Salatın Əsgərova  (Azərbaycanın Milli 
Qəhrəmanı)  və onunla bir yerdə olan 3 nəfər hərbi qulluqçu  (kəşfiyyat bataly­
onunun komandiri, polkovnik
 
Anatoli İllarianov, Laçın rayonunun hərbi komen- 
dantlığı qərargahının rəisi,  mayor
 
İqor İvanov və Sovet Ordusunun serjantı
 
İvan 
Tojekin)  daşnaq ermənisi Ar no Mixayloviç Mkrtıçyamn  rəhbərlik etdiyi qru­
pun törətdiyi terror aktı nəticəsində vəhşicəsinə qətlə yetirilirlər...
9  yanvar  1992-ci il - Erməni yaraqlıları Füzuli rayonunun Qaradağlı kəndi 
istiqamətində  güclü hücuma keçir.  Yavər  İsgəndərov, Bəkir  Quliyev, Nəriman 
Həsənov, Milli Qəhrəmanlar - Faiq Qəzənfər oğlu Rəfiyev və Nazim Qabil oğlu 
Quliyev  Füzuli rayonunun Qaradağlı kəndi  ərazisində  gedən  döyüşdə  həlak 
olurlar. Kənd sakinləri - Ələkbər Mənsimov, Natiq Əbdürrəhimov, Şahin Xəlilov, 
Şirəli Hüseynov, Nurəddin Məmmədov,  Tahir Əhmədov, Natiq Hacıyev ağır ya­
ralanırlar...
9  yanvar  1992-ci il - Xocavənd rayonunun Axullu kəndindən sonuncu azər­
baycanlı da ermənilər tərəfindən qovularaq çıxarılır. Erməni yaraqlılarının təh­
riki və təkidi ilə kənd boşaldılır...
10  yanvar  1732-ci il - Paytaxt İsfahandan uzaqlarda olan Nadirqulu xanm 
razılaşmamasma baxmayaraq Osmanlılarla Səfəvilər arasında Bağdadda alçal­
dıcı müqavilə imzalanır.  Bu anlaşmaya görə  Təbriz,  Ərdəhan,  Kirmanşah,  Hə­
mədan,  Hüveyzə  və  Loristan  Səfəvilərə  qalır;  İrəvan,  Naxçıvan,  Tiflis, 
Gürcüstanın bir çox hissəsi,  Gəncə, Şirvan və Dağıstan Osmanlılara verilir. Araz 
çayı iki dövlət arasında sərhəd olur. Ancaq Sultan da, Nadir də bu sənədi qəbul 
etmədikləri üçün o, tam gerçəkləşə bilmir...
10 
yanvar  1918 -ci il - Erməni daşnaqları Zəngəzurda Mülk kəndinə hücum 
edirlər.  150 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilir. Kənd yerlə yeksan edilir...
10 
yanvar  1990-cı il - SSRİ AS RH Ermənistan AS-nm Dağlıq Qarabağa 
dair 1989-cu ilin dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların 
SSRİ Konstitusiyasına müvafiq olmaması barədə qərar qəbul edirsə də Ermə­
nistanda buna diqqət verilmir...
10  yanvar  1990-cı il - DQMV Xüsusi İdarəsinin silahlı dəstə üzvləri Axullu 
kəndindəki mövqelərdə keşiş çəkən azərbaycanlı milis nəfərlərinə hücum edir. 
Toqquşma  nəticəsində hücum edən tərəfdən  vzvod  komandiri leytenant Tsi- 
bolyuk  həlak olur...
10 
yanvar  1990-cı il - M.Qorbaçovun imzası ilə Dağlıq Qarabağ Muxtar Vi­
layət Partiya Komitəsinin fəaliyyətinin bərpa edilməsi haqqında qərar verilir...
10  yanvar  1991-ci il  -  Goranboy rayonunun  Qazanbulaq ərazisində milis 
postu ermənilər tərəfindən atəşə tutulur. 400 baş qoyun oğurlanır...
14
Azərbaycan faciələrinin təqvimi
10  yanvar  1992-ci il - Respublika Təşkilat Komitəsi Xankəndi şəhərini tərk 
edir...
11  yanvar  1918-ci il  -  Erməni daşnaq  terrorçuları Zəngəzurun  Qarakilsə 
kəndinə basqın edirlər. 49 nəfər azərbaycanh dinc sakin amansızlıqla qətlə ye­
tirilir...
11  yanvar  1918-ci il - Sovet Rusiyası «Türkiyə Ermənistanı»
 
haqqında dekret 
verir...
11  yanvar  1990-cı il - DQMV Xüsusi Təyinath Silahlı Dəstələri Füzuli şəhə­
rinə daxil olur. Şəhərdə izdihamlı mitinq keçirilir. Füzuli fövqəladə vəziyyət ray­
onunun  komendantı,  podpolkovnik  Fetisov,  eləcə  də  D T K   və  DİN  rayon 
şöbələri əməkdaşlarının mitinqi pozmaq, dağıtmaq cəhdləri bir nəticə vermir...
11 
yanvar  1990-cı il - Xocalıya yardım aparan qubalıların maşm karvanma 
Əsgər an yaxınlığında ermənilər basqın edir...
11 
yanvar 1990-cı il - Lənkəranda hökumət orqanlarının fəaliyyəti dayandı­
rılır...
11  yanvar  1992-ci il - Erməni quldur birləşmələri Füzuli rayonunun Cuvarlı, 
Hoğa  (Üçbucaq)  və Xocavənd  rayonunun Axullu kəndlərinə  hücum  edirlər. 
Kənd sakinləri arasında ölənlər olur...
11  yanvar  1992-ci il - Erməni yaraqlıları Qaradağlı (Xocavənd rayonu)
 
kən­
dinə hücum edirlər. Təqaüdçü Böyükkişi Lələ oğlu Şirinov ağır yaralanır. Əmək 
veteram, 82 yaşlı Qasım Əliyev kəndin yaxinlığmdakı  “Pambıqlı  deyilən sahədə 
qoyun-quzu otardığı zaman  Kəndxurd kəndindən  atılan gülləyə  tuş  gəlir.  80- 
dan çox qoyun ermənilər tərəfindən oğurlanıb aparılır. Arasıkəsilmədən açılan 
atəşlərdən Qasım kişinin meyidi  2  gün dəfn edilə bilmir...
11 
yanvar  1993-cü il - Füzuli rayonunun qərb əraziləri ermənilər tərəfindən 
güclü artilleriya qurğularından atəşə tutulur. Dağıntılar olur...
11  yanvar  1994-cü il - Ermənistan hərbi birləşmələri cəbhənin Tərtər istiqa­
mətindəki Lüləsaz  (keçmiş Akop Komari) kəndi səmtində, Ağdam və Beyləqan 
istiqamətlərində hücum etməyə cəhd göstərir...
12  yanvar  1746-cı il - Nadir şah cəfəriliyin qəbulu və şiələrə Kəbədə bir rükn 
ayrılması məsələsindən əl götürdüyünü,  ancaq rükn olmadığına görə şiələrin 4 
məzhəb  adamlarından istədiklərinə  qoşularaq  Həccin
 
tələblərini  yerinə yetir­
mələrinə icazə verilməsini tələb edir...
12  yanvar  1943-cü il - Sovet qoşunları tərəfindən Leninqradın mühasirəsi
 
ya-
15


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə