Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə8/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

Nazim Tapdıqoğlu
rayonunun  Şəfəq kəndində 1 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilir...
16  yanvar  1990-cı il -  Ermənilər böyük qüvvə ilə Naxçıvan M R-nm K ə r k i 
kəndinə hücum edirlər...
16  yanvar  1990-cı il -  Laçın rayonunun Hacılar kəndində  1  nəfər  a z ə r­
baycanlı ermənilər tərəfindən öldürülür...
16  yanvar  1992-ci il - Xocavənd rayonunun Əmirallar kəndinin atəşə tu tu l­
ması  nəticəsində rayon  icra  hakimiyyəti  başçısının  müavini  Şahlar  İbrahimov 
həlak olur; daha  3  nəfər isə ağır yaralanır...
16  yanvar  1992-ci il - Fərrux kəndi və  "Qlobus"  yüksəkliyi  yaxınlığında 
gərgin döyüşlər gedir. Azərbaycan hərbi rəhbərliyi nədənsə müdafiəyə keçməyə 
əmr verir...
16  yanvar  1993-cü il - Sərdar Həmidovun başçılıq etdiyi batalyon Çıldıran 
istiqamətində hücuma keçirsə də dərhal əvvəlki mövqeyinə qayıdır...
16  yanvar  1993-cü il - Qarabağın  Çıldıran,  Sırxavənd,  Fərrux  kəndləri və 
«Qlobus»  yüksəklikləri  istiqamətində  iri miqyaslı  hücum əməliyyatı  keçirilir. 
Azərbaycan  ordusu qələbə qazana bilməyib geri çəkilir.  30 nəfər azərbaycanlı 
əsgər şəhid olur...
16  yanvar  2001-ci il - Baş qərargahı Parisdə olan  "Vartan cəngavərləri” ra­
dikal erməni  qrupu dünyanın müxtəlif ölkələrində məskən salmış  separatçı er­
məni  diasporaları  öz  aralarında  əslində  azərbaycanlılara  və  türklərə  qarşı 
yönəlmiş razılaşma və bağlaşma imzalayırlar...
17  yanvar  1915-ci il - Rus qoşunları Təbrizin işğalına başlayır...
17  yanvar  1918-ci il - Naxçıvanın  Əznaburd kəndində erməni cəlladlarının 
törətdikləri vəhşiliklər nəticəsində 22 nəfər azərbaycanlı dinc sakin qətlə yetiri­
lir...
17 
yanvar  1990-cı il - Bakıda respublika rəhbərliyinin istefası tələb olunan 
Ümumxalq mitinqləri keçirilir...
17  yanvar  1993-cü il -  Qarabağın Vəng kəndi ərazisində gedən döyüşlərdə 
igid tərtərlilər - İlham Arif oğlu Allahverdiyev və Əli Zakir oğlu İsmayılov həlak 
olurlar...
17  yanvar  1994-cü il - Tərtər bölgəsində şəmkirli döyüşçülər - Bəylər Əli oğlu 
Abdullayev, Zakir Xalıqverdi oğlu Alırzayev şəhid olurlar...
17 
yanvar  1994-cü il - Səhər tezdən erməni quldurları Füzuli rayonu ərazi­
sində, Horadiz qəsəbəsi istiqamətində  yenidən hücuma keçir. Tələfat və dağın­
tılar olur...
20
Azərbaycan faciələrinin təqvimi
18 
yanvar  1293-cü il - Görkəmli elm və hünər sahibi, xəttat, musiqiçi,  şair, 
filosof Səfiyəddin Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi 80 yaşında həbsxa­
nada  keçinir...
18  yanvar  1915-ci il 
-  
Sarıqamış əməliyyatı
 
rusların qələbəsi ilə başa çatır...
18 
yanvar  1920 ci il 
-  
Silahlı ermənilər Böyük  Vedı-Dəvəli
 
yolunu tuturlar. 
Burada çoxlu sayda azərbaycanlılara qarşı amansız qətllər törədilir...
18 
yanvar  1920-ci il - Rusiya K(b)P MK-nin Siyasi Bürosu Azərbaycan hö­
kumətinə münasibət məsələsini müzakirə edir. G.Çiçerinin məruzəsi və V.İ.Le- 
ninin  təklifi  üzrə  iclas  Azərbaycan  Respublikasının  daxili  işlərinə  müdaxilə 
ruhunda qərar qəbul edir. Qərarda göstərilir ki, Xalq Xarici İşlər Komissarlığına 
tapşırılır ki,  Azərbaycan hökuməti barəsində etimadsızlıq siyasəti yeritsin,  ona 
qarşı qəti protest elan etsin
. . .
18 
yanvar  1990-cı il -  Ermənilər Naxçıvan  MR-nm Sədərək qəsəbəsinə və 
Kərki  kəndinə  güclü  hücuma  keçirlər.  Kərkililər kəndi tərk  etmək məcbu­
riyyətində qalırlar...
18  yanvar  1992-ci il - Milli Qəhrəman Malik Hamil oğlu Əsədov Şuşanın 
Nəbilər və  Qaybalı  kəndləri ərazilərində erməni yaraqlıları ilə  döyüşdə  həlak 
olur.  Nəbilər kəndi  işğala məruz qalır.  Kənd işğal edilərək yandırılır.  Qaybalı 
kəndi də müvəqqəti  boşaldılır...
18  yanvar  1992-ci il - Erməni silahlı dəstələri Şuşa rayonunun Nəbilər kən­
dinə hücum  edərək kəndi yandırırlar.  Ölənlər və yaralananlar olur.  Bu qədim 
yaşayış məntəqəsi erməni hücumu nəticəsində xarabalığa çevrilir.  Kəndin əhalisi 
doğma yurdlarını tərk etmək məcburiyyətində qalaraq Şuşaya pənah aparır...
19  yanvar  1920-ci il - Erməni yaraqlıları Şuşa ətrafında azərbaycanlılar ya­
şayan kəndlərə basqınlar edirlər. Çoxlu sayda günahsız insanlar qətlə yetirilir...
19 
yanvar  1920-ci il  - İri erməni  quldur  birləşmələri Şuşa və Laçın  istiqa­
mətlərində hücumlarını davam etdirərək yollar üstündəki  bütün kəndləri dar­
madağın edirlər. Uşaqlar, qadınlar, əlillər də vəhşicəsinə öldürülür...
19 
yanvar  1943-cü il -  Böyük Vətən müharibəsinin tərkib hissəsi olan Sta­
linqrad döyüşü başlanır. Həmin gün baş verən döyüşdə yüzlərlə azərbaycanlı da 
həlak olur...
19 
yanvar  1990-cı il - Saat 19.00-da yarımhərbi formada olan 4 nəfər silahlı 
adam teleradio  mərkəzinə  gələrək  enerji  blokunun növbə rəisi İ.Hüseynov və 
növbə rəisi V.Romanovla  söhbət aparırlar.  Saat  19.25-də televiziyanın enerji 
bloku partladılır...
21


Nazim Tapdıqoğlu
19  yanvar  1990-cı il - Naxçıvanın Sədərək rayonunda 10 nəfər azərbaycanlı 
ermənilər  tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilir.  Ölənlər  arasında 4  və   
yaşlı körpələr də olur. Naxçıvan MR Ali Soveti SSRİ tərkibindən çıxmaq h a q ­
qında qərar  qəbuledir...
19  yanvar  1990-cı il  -  M.S.Qorbaçov və  SSRİ Ali  Soveti Rəyasət Heyəti 
Bakı şəhərində  fövqəladə vəziyyətin  tətbiq  olunması haqqında fərman  verir. 
Fövqəladə vəziyyətin elan olunacağı vaxt xalqdan gizli saxlanılır...
19 
yanvar  1990-cı il -  Sədərək müdafiə xəttində ermənilərin  atdığı  m ərm i 
atəşi nəticəsində İdris Ələsgər oğlu Məmmədov, Etibar Rzaqulu oğlu Əhmədov, 
Abbasəli Qaragöz oğlu Nəzərəliyev, Mirhəşim Mirşəmil oğlu Seyidov, Məhəm­
məd Əli oğlu Məmmədov,  Vəli Məmməd oğlu Zeynalov, Elvin  (7 yaş)  və Malik 
(5 yaş)
 
Nəsirovlar və başqaları qəlpə yarasından  həlak olurlar...
19 
yanvar  1990-cı il - Milli Qəhrəman Məhərrəm Mirəziz oğlu Seyidov Sə­
dərək uğrunda erməni yaraqlıları ilə baş verən döyüşdə həlak olur...
19 
yanvar  1991-ci il - A.Baqmanyan, S.Baqmanyan və A.Antonyan növbəti 
terror aktı törədirlər.  Belə ki,  onlar DQMV Dİİ-nin rəisi,  rus  generalı  V.Ko­
valyova silahlı hücum edərək, onu ağır yaralayırlar...
19 
yanvar  1992-ci il -  Şuşa  şəhərinin ermənilər tərəfindən atəşə tutulması 
nəticəsində nəfər dinc sakin həlak olur.  Onlarla ev və qiymətli memarlıq abi­
dələri dağıdılaraq zədələnir...
19 
yanvar  1993-cü  il - Ağdam şəhəri və rayonun ətraf  kəndləri ermənilər 
tərəfindən toplardan və  qrad qurğularından atəşə tutulur...
19  yanvar  1994-cü il - 701
 
saylı hərbi hissənin komandir müavini Nəriman 
Zeynalov
 
140 əsgərlə Susuzdağ mövqelərinədək irəliləyir. Ölənlər və yaralanan­
lar olur...
20  yanvar  1915-ci il - Rus qoşunları  Təbriz  şəhərini  işğal edir...
20 
yanvar  1975-ci il - Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu - 
ASALA terroçu təşkilatı  (banisi mücahid Akop Akopyandır)  yaranır...
20  yanvar  1920 -ci il - Silahlanmış ermənilər Zəngəzur qəzasımn Qaladərəsi 
Xocahan  arasındakı  azərbaycanlılar  yaşayan  kəndlərə  hücum edirlər.  Sayı 
dəqiq  qeydə  alınmayan qətllər  törədilir.  Evlər yandırılır;  3-cü sahənin  bütün 
kəndləri dağıdılır...
20  yanvar  1989-cu il - Silahlı ermənilər Naxçıvan MSSR-m Sədərək qəsəbə­
sinə  basqın  edir.  10  nəfər  qəsəbə  sakini  (o  cümlədən,  3  uşaq)  vəhşicəsinə 
öldürülür...
20  yanvar  1990-cı il - Silahlı ermənilər Naxçıvanın Sədərək yaşayış məntə­
22
Azərbaycan faciələrinin təqvimi
qəsini atəşə tuturlar. 10 nəfər qəsəbə sakini vəhşicəsinə qətlə yetirilir...
20  yanvar  1990-cı il - Erməni silahlı dəstələri Naxçıvan MR-nın Kərki kən­
dini tam ələ keçirirlər...
20 
yanvar  1990-cı il - Sovet ordusu və  "Sovet əsgərləri" adı altında Rostov 
vilayətindən və  Stavropol  diyarından  yığılmış  əsasən erməni mənşəli əsgər və 
zabitlər Bakı şəhərinə hücum edərək burada dinc əhaliyə amansız silahlı divan 
tuturlar;  dəhşətli qırğın törədilir.  Bu faciəli Yanvar qırğınında Bakıda və digər 
bölgələrdə  131  nəfər  ( 119  azərbaycanlı,  yəhudi,  3  tatar,  rus)  dinc sakin 
öldürülür, 700 nəfərdən çox adam yaralanır. 400 nəfər həbs olunur. Həmin  gün 
Bakıda fövqəladə vəziyyət rayonunun  komendantı,  general-leytenant  Du- 
binyakm saylı əmri elan edilir...
20 
yanvar  1991-ci il - V.Qalayanın başçılıq etdiyi erməni terrorçular qrupu 
Azərbaycan Respublikasının Qarabağ Vilayətinin  dağlıq  hissəsinin  Ağdərə 
rayonundakı Drmbon  kəndi yaxınlığında Kəlbəcər  şəhərinə gedən  avtomobil 
dəstəsinə silahlı hücum edir.  Maşının sürücüsü öldürülür...
20  yanvar  1992-ci il - Xocavənd rayonunun  Qaradağlı kəndini erməni bas­
qınından xilas  etmək məqsədi ilə Muğanlı,  Əmirallar,  Kuropatkin kəndlərinin 
döyüşçüləri və Milli Ordunun  köməyə gələn bir neçə üzvləri Xocavənd yaşayış 
məntəqəsinə  hücum edir.  Kömək  gəlmədiyindən döyüşçülər  tutduqları Xoca­
vənd postlarını boşaltmağa məcbur olur. Bu hücum da müsbət bir nəticə vermir. 
Şahmar İbrahimov həlak olur; Eyvaz, Şahid və Niyaz adlı döyüşçülər isə ağır ya­
ralanırlar...
20 
yanvar  1993-cü il - Ağdam şəhəri növbəti dəfə ermənilər tərəfindən qrad 
qurğularından atəşə tutulur. Dağıntılar olur...
20  yanvar 1994-cü il - Kəlbəcər istiqamətində sağ cinahda kəşfiyyat koman­
diri Rəhman İsgəndərov,  sol cinahda isə İntiqam Mirzəyevin  başçılığı  altında 
hücum başlayır.  Yanşaq və  Almalı kəndləri azad olunur.  İtkilər olur...
21  yanvar  1732-ci il -  Səfəvi dövləti  ilə  Rusiya  arasında  bağlanmış  “Rəşt 
müqaviləsi"nə əsasən Bakı və Dağıstan Rusiyaya verilir. Kür çayından cənubda 
yerləşən Azərbaycan torpaqları Səfəvi dövlətinə  qaytarılır.  Müqavilədə Səfəvi 
dövləti daxilində rus tacirləri üçün güzəştli şərtlər də nəzərdə tutulur...
21 
yanvar  1938-ci il - Azərbaycan SSR XDİK-in sədri vəzifəsini icra edən 
DT mayoru  Borşovun  əmri ilə 7 nəfər güllələnir...
21  yanvar  1990-cı il - Ağdam rayonunun Mərzili kəndi ermənilər tərəfindən 
atəşə tutulur...
21  yanvar  1990-cı il  -  Bakının Salyan  kazarmasında hələ  də döyüş  gedir.
23


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə