Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə9/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

Nazim Tapdıqoğlu
Azərbaycanlı əsgər və zabitlər  osetin,  çeçen,  gürcü,  inquş  və  digər millətlərin 
nümayəndələri ilə birləşib Sovet ordusuna qarşı vuruşurlar...
21 
yanvar  1991-ci il - Ağdam şəhərindəki avtovağzal partladılır.  Ölən,  y a­
ralanan və dağıntılar olur...
21  yanvar  1992-ci il - Ağdam rayonunun Cinli və Xıdırlı kəndlərinə erməni 
yaraqlıları basqın edir. Nəticədə 1  nəfər azərbaycanlı həlak olur...
21  yanvar  1992-ci il - Şuşan rayonunun Qaybalı kəndi erməni yaraqlılarının 
hücumuna məruz qalır.  İtkilər olur. Əhali doğma yurdundan didərgin düşür...
21  yanvar  1994-cü il - Çəpni kəndi istiqamətində  (Kəlbəcər rayonu)
 
döyüşdə 
Ermənistandan gəlmiş taburlardan biri Azərbaycan Silahlı Qüvvələrinin m üha­
sirəsinə düşür. Düşmənin 6 maşını, 200 əsgəri məhv edilir. Azərbaycan tərəfi də 
çoxlu sayda itki verir...
22  yanvar  1906-cı il - Erməni silahlıları Qurban bayramı günü Qazax qəza­
sının  Qızılhacılı kəndinə basqın edərək kəndi yandırır,  2 nəfəri  qətlə  yetirir,  1 
qocanı və 2 həddi-buluğa çatmamış qızı anaları ilə birlikdə əsir götürürlər...
22 
yanvar 1920 -ci il - Silahlı erməni  quldurları Böyük Vediyə taxıl  almağa 
gəlmiş  Ordubad sakinlərinə basqın edirlər.  3 nəfər qətlə yetirilir,  taxıl yüklü  1 
at və 21  uzunqulaq ələ keçirilir...
22  yanvar  1920-ci il - Erməni quldur birləşmələri Hacı Qərib, Məkrə müsəl­
man kəndlərini var-yoxdan çıxarır. Ölüm-dirim mübarizəsi aparan kəndlilərin 
qəhrəmancasına  vuruşmasına baxmayaraq,  müasir  silahlan olan  erməni qul­
durlar  dinc əhaliyə divan tuturlar. Sağ qalanlar Burcanarlı kəndinə qaçırlar...
22  yanvar  1923-cü il - Dağlıq Qarabağda kadr çatışmazlığı bəhanə edilərək
S.Kirovun  və  A.Karakozovun  məktubu  ilə  Ermənistandan  6  nəfər rəhbər işçi 
Dağlıq Qarabağa göndərilir...
22  yanvar  1990-cı il -Azərbaycan xalqı yanvarın 20-də milli-azadlıq uğrunda 
şəhid  olmuş  qəhrəman  övladlarını Bakının Şəhidlər Xiyabanında son mənzilə 
yola salır...
22  yanvar  1990-cı  il  -  Naxçıvan  MR-nın  Sədərək,  Şada,  Yuxarı  Yayçı, 
Havuş,  Günnüt,  Batabat və digər sərhədboyu yaşayış məntəqələri Ermənistan 
silahlı qüvvələri tərəfindən atəşə tutularaq hücuma məruz qalır, qanlı döyüşlər 
gedir; itkilər olur...
22  yanvar  1991-ci il - Erməni terrorçuları A.Baqmanyan, S.Babayan, A.Ab­
ramyan və "Qarabağ təşkilatının digər üzvləri Xocalı şəhər hava limanının rəi­
24
Azərbaycan faciələrinin təqvimi
sini qətlə yetirirlər...
22 
yanvar  1992-ci il - Azərbaycanın Ağdamdakı hərbi hissələri Xocalı yo­
lunu  açmaq üçün Əsgərana hücum  edirlər.  Amma bu hücum müvəffəqiyyətlə 
nəticələnmir.  İtkilər olur...
22  yanvar  1992-ci il - Erməni quldur birləşmələri Şuşa rayonunun Qaybalı, 
Ağdam rayonunun Xıdırlı kəndlərinə hücum edirlər. Dinc əhali arasında ölənlər 
və yaralananlar olur...
22  yanvar  1992-ci il - Ağdam rayonunun Papravənd kəndi yaxınlığındakı 
Azərbaycan Silahlı  Qüvvələri  əsgərlərinin postuna ermənilər  tərəfindən ver­
tolyotdan həmlə edilir. Yaralananlar olur...
22  yanvar  1993-cü il - Füzuli rayonunun Xocavənd rayonu ilə həmsərhəd 
kəndləri ermənilər tərəfindən güclü atəşə tutulur. Dağıntılar və tələfat olur...
23  yanvar  1909-cu il - İttihadçılar Osmanlı dövlət aparatına hücum edərək, 
nazir  Nazim  paşam  öldürürlər;  Kamil  paşanı  istefa varməyə məcbur edirlər...
23 
yanvar 1920-ci il - Erməni yaraqlıları Şərur mahalının azərbaycanlılar ya­
şayan Kərimqulubəyməzə kəndinə hücum edirlər. 2 nəfər azərbaycanlı qətlə ye­
tirilir, nəfər isə ağır güllə yarası alır...
23  yanvar  1920-ci il - Daşnaq terror qrupu Dərələyəz mahalının Ərkəz kən­
dinə hücum edərək nəfəri qətlə yetirir, qadını girov götürür, 600 baş qoyunu 
qənimət kimi sürüb aparırlar...
23  yanvar  1920-ci il -  Rusiya xarici işlər komissarı  Çiçerin  Azərbaycana 
ikinci təcavüzkar ruhlu  nota  göndərir...
23 
yanvar  1990-cı il - Bakıda 43 ziyalı adam nəzarət altına almır. Hərbi ko- 
mendantlıq Milli Müdafiə Şurasının ləğv olunması haqqında qərar verir...
23 
yanvar  1990-cı  il -  Daşnaq  terrorçuları Ağdərə  ərazisində  Kəlbəcərə 
gedən elektrik hava xəttini kəsirlər. Kəlbəcər rayonu elektrik enerjisindən məh­
rum olur...
24 
yanvar  1828-ci il - Rus ordusu yenidən güclü hücuma keçir. Çoxlu sayda 
ölənlər olur...
24  yanvar  1919-cu il - Daşnaq terrorçuları Göyçə mahalının Çamırlı kəndinə 
silahlı basqın edir. Onlar  4  kişinin b aşın ı,  6  qadının isə döşlərini kəsirlər...
24  yanvar  1920-ci il - Terrorçu daşnaqlar Əştərək bölgəsinin Savan kəndini 
top atəşinə tuturlar.  Ölənlər olur.  Sağ qalan kənd əhalisi doğma yurdlarından 
didərgin düşür...
25


Nazim Tapdıqoğlu
24 
yanvar  1945-ci il - Tank  qoşunları  qvardiya general-mayoru,  iki dəfə 
Sovet İttifaqı Qəhrəmanı  Həzi  Əhəd  oğlu  Aslanov  döyüş  zamanı  qəhrə­
mancasına həlak olur.  H.  Aslanovun yavəri olmuş Adil Əli oğlu Əliyevin mə­
lumatına görə, marşal İ.Baqramyatı H. Aslanova qısqanclıqla yanaşırdı; onun 
igidliyi,  şəxsi keyfiyyətləri  Baqramyanı  narahat  edirdi.  Məhz  Baqramyanın 
göstərişi ilə onun əkskəşfıyyatmın polkovniki Pyotr  Vasilyeviç Solovyov arxadan 
açdığı atəşlə H.Aslanovu qətlə yetirir...
24 
yanvar  1945-ci il - "Lenin" ordenli igid döyüşçü, sanitar təlimatçısı, Sovet 
İttifaqı Qəhrəmanı Məmməd Cəbrayıl oğlu Məmmədov Almaniyamn Namslau 
şəhərində həlak olur...
24 
yanvar  1981-ci il - İrəvanda nəşr  olunan  "Sovet Ermənistam’’ qəzetinin 
redaktoru Məhərrəm Bayramov erməni millətçilərinin antitürk hərəkətlərini ifşa 
etməyə səy göstərdiyinə görə daşnaq terrorçusu tərəfindən namərdcəsinə qətlə 
yetirilir...
24 
yanvar  1990-cı il- Bakı-Sumqayıt avtomobil yolunda 05-10 A Q U nömrə- 
nişanlı  “Jiquli” avtomaşınının üzərinə  “Sovet əsgərinin” idarə etdiyi tank çıxır. 
Nəticədə  “Jiquli” maşmmdakı Azərbaycan Elmlər Akademiyasının Xlor-Üzvi 
Sintez İntitutunun  əməkdaşları,  görkəmli  ziyalılar -  professor İbrahim İbrahi­
mov, professor İsmayıl Mursaqulov, kimya elmləri  doktoru Svetlana Məmmə­
dova həlak olurlar. Professor İdris Əhmədov və kimya elmləri namizədi Parlaq 
Mustafayeva isə yaralanırlar...
24 
yanvar  1993-cü il - Ağdam şəhəri və şəhərə yaxın kəndlər ermənilər tərə­
findən yenidən toplardan, qrad qurğularından güclü atəşə tutulur. Ağdamdakı 
hərbi hissələrin birində güclü partlayış baş verir. Ölənlər və yaralananlar olur...
24 
yanvar  1994-cü il - Keçirilən döyüş  əməliyyatında  Laçının vətənpərvər 
oğlu Rövşən Əli oğlu Rzayev həlak olur...
25 
yanvar  1918-ci il -  Markarm  başçılıq  etdiyi  silahlı erməni terrorçuları 
Cəbrayıl  qəzasının  Eyvatlı  kəndinə  basqın  edərək  kəndi  dağıdırlar.  Girov 
götürülən kənd sakini Hüseyn Allahverdi oğlu Xələf dağının gündoğan tərəfin­
dəki  daşarmud ağacına sarmır;  ermənilər  Hüseynin bədənini nişangah edərək 
onu vəhşicəsinə qətlə yetirirlər...
25 
yanvar  1978-ci il - Ermənilər Qərbi Azərbaycanda xeyli sayda yer-yurd 
adlarını  dəyişirlər:  Karvansara-Amre  Taza,  Qondaxsaz-Rya Taza, Korbulaq- 
Şenkani,  Kürd Pəmbi-Sipan,  Çobanmaz-Avşen,  Carcaris-Derek,  Quruboğaz- 
Ortaçya, 
Ахы/а-Berkarat 
(Aparat 
rayonu); 
Qaçağan-кгемШог
(Allahverdi-Tumanyan rayonu); İlli-Hoğmik (Amasiya rayonu); Yuxarı Axta-
26
Azərbaycan faciələrinin təqvimi
Lernanist (Axta-Hrazdan rayonu); Qalaça-Berdavan, Xoşkotan-Voskevan, Do- 
stlu-Bereqqamavan,  Ləmbəli-Baqrataşen,  Aşağı  Körpülü-Haxtanak,  Yuxarı 
Körpülü-Verin  Körpülü  (Barana-Noyemberyan  rayonu);  Babacan-Qızılkənd, 
Məkdağ-Yenikənd, Yuxarı Zağalı-Axbradzor, Kəsəmən-Bahar, Tüskülü-Lusa- 
kunk,  Çaxırlı-Sovetakert,  Çiçəkli-Makeniş  (Basarkeçər-Vardenis  rayonu); 
Bzovdal-Bazum, Kolagirən-Drozakert, Şahəli-Vahaqnadzor, Mollaqışlaq-Güllü- 
dərə,  Həmzəçimən-Markahovit (Böyük  Qarakilsə-Quqark  rayonu);  Qaralar- 
Aralez, 
Qaraxaç-Lusaşoğ, 
Taytan-Vanaşen, 
Çimənkənd 
(Aşağı 
Qarabağlar)-Urdzadzor (Vedi-Ararat rayonu);  Qarakilsə-Lernhovit,  Qızqala- 
Getavan,  Lorsovxoz-Katnarat,  Şahnəzər-Medzavan  (Vorontsovka-Kalinino 
rayonu); Sabunçu- Araksavan (Qəmərli-Artaşat rayonu); Kefli-Kakavasar, Pa- 
lıdlı-Arpeni, Təknəli-Kokohovit (Qızıl Qoç-Qukasyan rayonu); Güllücə-Zovk, 
Kəmrəz-Kamaris,  Kənkan-Hatis  (Ellər-Abovyan rayonu);  Aşağı Necili-Sayat 
Nova, Ağcaqışlaq-Getapiya, Yengicə-Norabats, Mehmandar- Hovtaşat, Masis 
sovxoz-Darakert,  Xarratlı-Arevabuyr,  Şöllü-Daştavan  (Zəngibasar-Masis 
rayonu); Yayıcı-Dzovaber (Yelenovka-Sevan rayonu); Ağdan-Qandzakar, La- 
lakənd-Vazaşen, Tala-Getahovit, Coğaz-Berkaber, Tsirvaz-Lusahovit (Karvan- 
saray-lcevan 
rayonu); 
Muğan-Drovazard 
(Kəvər-Kamo 
rayonu); 
Qamışlı-Zartonk  (Sərdarabad-Oktemberyan rayonu); Daylaxlı-Arin, Səfolar- 
Cermuk  (Soylan-Əzizbəyov-Vayk  rayonu);  Əhəngçi-Zovasar,  Yuxarı Talin- 
Talin, 
Aşağı 
Talin-Daştadem, 
Sabunçu-Hatsaşen 
(Talin 
rayonu); 
Ağcaqala-Tsaxqalanc, Ayarlı-Lernamerdz, Ayğırlıç-Aqnaliç, Aşağı Zeyvə-Ara- 
taşen,  Aşağı Xatınarx-Qay,  15 N-Ii sovxoz-Aygek,  Qrampa-Dziazan,  Yuxarı 
Zeyvə-Taronik, Yuxarı Kolanlı-Qriboyedov, Qaraqoyun-Ferik, Muğan-Hovda- 
meç, Samağar-Geğakert, 4 N-li sovxoz-Vocgehad, Franqanots-Amberd, Yuxarı 
Xatınarx-Aknaşen  (Üçkilsə-Eçmiədzin  rayonu);  Nalbənd qəsəbəsi-Şirakamut, 
Tapanlı-Gığasar,  Cigdəməl-Arevşoğ (Hamamlı-Spitak rayonu); Başkənd-Ard- 
zvaşen,  Yamqpəyə-Meşəkənd,  Qoturbulaq-Ttucur  (Çəmbərək-Krasnoselsk 
rayonu);  Qırğı-Ardzvaberd,  Haxum-Yaraqavan (Şəmşəddin-Berd rayonu)...
25 
yanvar  1988-ci il -  Qafan RPK-nin birinci katibi,  daşnaq  Mkrtıçyanın 
rəhbərliyi ilə  erməni terrorçuları Qafan və  Qaçaran şəhərlərində  açıq şəkildə 
azərbaycanlı ailələrinin üzərinə həmləyə keçirlər. Azərbaycanlılara məxsus olan 
evlər dağıdılır; ev sahibləri döyülür, təhqir olunur, doğma yurdlarından qovulur.
2.000  nəfər azərbaycanlı qaçqın düşür. Qaçqınların bir qismi Azərbaycanın ətraf 
rayonlarına, bir qismi isə Sumqayıt şəhərinə gəlir. Beləliklə, Ermənistandan ilk 
qaçqınlar dəstəsi Azərbaycana pənah  gətirir.  Ermənilər  növbəti  "etnik təmiz­
ləmə” siyasəti həyata keçirməyə başlayırlar...
25  yanvar  1990-cı il - Ağdamdan yola düşən avtobus ermənilər tərəfindən
27


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə