Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə53/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   49   50   51   52   53   54   55   56   ...   112

Nazim Tapdıqoğlu
19  iyun  2001-ci il - Amerika Erməni Demokratik Şurası tərəfindən  (Max
desyanın qrupu) Dağlıq Qarabağın  "özünümüdafiə dəstələri "nə 30 adda müxtəlif 
kompüter və elektron avadanlığı dəstləri  "hədiyyə" edilir.  nəfərlik mühəndis 
qrupu  Ermənistanın Türkiyə  və Azərbaycan  sərhədləri  istiqamətində  həmin 
elektron avadanlıqlarının quraşdırılmasmda iştirak edir...
19 
iyun  2006-cı il - Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinin dağlıq 
hissəsində ermənilər tərəfindən  qondarma  "Dağlıq  Qarabağ Respublikasının 
Parlamenti"nə  "seçkilər" keçirilir...
19  iyun  2010-cu il - Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Tərtər 
rayonunun Çaylı kəndi istiqamətində ermənilərlə döyüşərək düşmənin bir neçə 
(50-dən çox)  əsgərini məhv edən Azərbaycan ordusunun 22 yaşlı igid, qeyrətli 
oğlu, gizir Mübariz Ağakərim oğlu İbrahimov qəhrəmanlıqla həlak olur. Azər­
baycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamına əsasən 
Mübariz İbrahimov Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorun­
masında  müstəsna  xidmətlərinə  görə  Azərbaycanın  Milli  Qəhrəmanı 
(ölümündən sonra) fəxri adma layiq görülür...
20  iyun  1747-ci il - Nadir şah Əfşar Xorasanın Xabuşan vilayətinin Xoşab 
kəndində  qardaşı  oğlu  Əliqulu  tərəfindən  hazırlanan  sui-qəsd  nəticəsində 
öldürülür...
20 
iyun  1805-ci il - P.M.Karyaginin Qarabağda törətdiyi zülmlərdən qəzəb­
lənən İbrahim xanın İranda yaşayan oğlu Əbdül Fəttah ağa (bəzi mənbədə Əbül- 
fət  kimi də göstərilib)  onun qoşunu ilə Əsgəran yaxınlığında döyüşür...
20  iyun  1905-ci il - Bakı faytonçuları tətil keçirirlər...
20  iyun  1918-ci il - Andranikin quldur hərbçi dəstəsi Naxçıvana daxil olub 
orada talanlar və qırğınlar törədir...
20 
iyun 1918-ci i l -D aşnaq terrorçular  Nuxa  yolunda biçindən qayıdan  23 
nəfəri amansızlıqla qətlə yetirirlər...
20 
iyun  1920-ci il  -  Müsavatçılarla  XI ordu  döyüşçüləri  arasında vuruşma 
olur. XI ordu Zaqatalanı tutur...
20 
iyun  1988-ci il - Masis rayonunun azərbaycanlı əhalisinin çoxu evlərindən 
qovularaq Rəncbər kənd sərhəd zastavasında sığınacaq tapır...
20 
iyun  1988-ci il - DQMV-də təcili növbədənkənar sessiya çağırılır.  Ermə­
nilərin məqsədi qərarla Azərbaycanın tərkibindən çıxmaq və Azərbaycan bay­
rağını  Ermənistan  bayrağı  ilə  əvəz  etməkdən  ibarətdir.  Ermənilər  zalda  fit 
çalaraq  gələn  nümayəndə  heyətinin üzvlərini  (Sov.İKP  MK-nin  məsul işçisi 
L.Şişov, Azərbaycan SSR Ali Sovetinin sədri S.Tatlıyev, Azərbaycan KP MK
150
Azərbaycan faciələrinin təqvimi
katibi  V.Konavalov,  AHİŞ  sədri  L.Rəsulova  və general  Krayev)  ələ  salırlar 
Hətta bir müddət  binanın üzərindəki  Azərbaycan  bayrağı  erməni  bayrağı  ilə 
əvəzlənir...
20  iyun 1993-cü il - Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl, Tərtər ray­
onlarının əraziləri  ermənilər tərəfindən artilleriya atəşinə  tutulur.  Dağıntılar 
olur...
21  iyun  1503-cü il -  Həmədan yaxınlığında, Almaqulağı döyüşündə Sultan 
Murad məğlub olur. Ağqoyunlu dövlətinin ikinci qolu dağıdılır.  Şah I İsmayıl 
Şirazı ələ keçirir. Ağqoyunlu dövlətinin varlığına son qoyulur...
21  iyun  1806-cı il - Dərbənd Rusiyanın ixtiyarına keçir...
21 iyun 1830-cu il - Tikilməkdə olan Yeni Zaqatala rayonunda baş verən dağ­
lılarla ruslar arasındakı döyüşdə rus qoşunları qalib gəlir...
21 
iyun  1918-ci il - Daşnaq erməni terrorçuları Nuxa qəzasının Ağdam-Ha- 
cılı yolunda azərbaycanlıların karvanma basqın edirlər. Terrorçular tərəfindən 
60 nəfər qətlə yetirilir.  200 arabalıq əmlak talan olunur...
21  iyun  1990-cı il -  Erməni  terrorçuları Şuşa şəhərində  ezamiyyətdə olan 
E.Əliyevi girov götürürlər...
21  iyun  1990-cı  il  -  Laçın  rayonunun  Xumarta  kəndində  anadan  olmuş 
Kamal Bəşir oğlu Səlimov (1937) və onun 14 yaşlı oğlu Elçin Kamal oğlu Səlimov 
(1976) Köhnəkəndin Seyidlər adlanan örüş sahəsində naxır otardıqları zaman 
ermənilər tərəfindən vəhşicəsinə  qətlə yetirilirlər.  Atanın  gözləri  çıxarılır,  dili 
kəsilir; oğlunun kəllə nahiyəsi isə süngü ilə deşilir...
21  iyun  1991-ci il - Ağdərə  (Mardakert)  rayonunun Çərəkdar kəndi yaxın­
lığında  Baş Güney kənd  sakini Maarif Həsənov erməni  terrorçusu  tərəfindən 
qətlə yetirilir...
21  iyun  1992-ci il - Ağdam rayonunun Cinli və Əlimədədli kəndləri ermənilər 
tərəfindən atəşə tutulur...
21  iyun  1992-ci  il  -  Keçmiş  Ağdərə  rayonunun  Madagiz  kəndi  uğrunda 
gedən döyüşlərdə igid tərtərlilər - Vüqar Sahib oğlu Həsənov, Mehman Asif oğlu 
Dadaşov, Yaşar Mikayıl oğlu Quliyev şəhid olurlar...
21  iyun  1992- ci il - Ermənilər Ağdam ərazilərini güclü atəşə tuturlar. Əliağalı 
kəndində nəfər həlak olur, nəfər yaralanır.  Əlimədədli kəndində kənd sakini 
Aybəniz  Hüseynova yaralanır, onun körpə uşağı həlak olur. Şıxbabalı kəndində 
X sinif şagirdi Mehman Şirinov və Telman Quliyev həlak olur.  Ağdam DAM- 
nin rəisi  Vaqif Rzayev , şərab zavodunun gözətçisi  Rəsul Hüseynov  yaralanır­
lar...
151


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə