Hər bir biznes ideyasının uğurla həyata keçirilməsi və şirkətin gələcək inkişafı



Yüklə 170,4 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü170,4 Kb.
#34842



2

Hər  bir  biznes  ideyasının  uğurla  həyata 

keçirilməsi  və  şirkətin  gələcək  inkişafı 

üçün maliyyə vəsaitlərinə ehtiyac duyulur. 

Bu vəsaitlər şirkətin əmək haqqı xərcləri, 

cari  əməliyyat  xərcləri,  avadanlıqların 

alınması və digər administrativ xərclərin 

ödənilməsi ilə yanaşı uzunmüddətli inkişafı 

təmin edəcək yeni layihələrin maliyyələşdirilməsində 

istifadə  edilir.  Şirkətin  maliyyə  vəziyyətinin  təhlil 

edilməsi,  vəsaitlərinin  istifadəsinin  planlaşdırılması, 

onların  qısa  və  uzunmüddətli  məqsədlər  üçün 

səmərəli  bölgüsünün  aparılması,  əlverişli  maliyyə 

mənbələrinin  müəyyən  edilməsi  və  yeni  vəsaitlərin 



Cari maliyyə əməliyyatları necə 



idarə olunmalıdır? 

Uzunmüddətli investisiyalar hansı 

mənbələrdən maliyyələşdirilməlidir?

1

2



cəlb edilməsi “korporativ maliyyə”nin əsasını təşkil edir. 

Bir  sahibkar  kimi  sizi  korporativ  maliyyə  ilə  bağlı 

aşağıdakı 2 sual maraqlandırmalıdır:

Kapital sizə 

niyə lazımdır?

2



3

Kapitalı haradan cəlb 

etmək mümkündür? 

SEÇİM


BANK?

QİYMƏTLİ


KAĞIZ?

Uzunmüddətli kapitalı cəlb 

edərkən şirkətin cari vəziyyəti və 

gələcək inkişaf strategiyasına ən 

uyğun maliyyələşmə mənbəyi 

seçilir. İnvestisiya layihələrinin 

büdcəsi, risk faktorları, pul 

vəsaitlərinin hərəkəti nəzərə 

alınmalı və maliyyələşmə 

mənbələri bu əsasda müəyyən 

edilməlidir. Belə ki, müxtəlif 

maliyyələşmə üsulları vəsaitin 

geri ödənişi, girov, sığorta və s. 

kimi şərtlərdən asılı olaraq fərqli 

məsrəflər tələb edir. 

Yetərli daxili maliyyə resurslarına malik olmayan bizneslərin 

əksəriyyəti  kapitalı  ilkin  olaraq  bank  kreditləri  hesabına 

formalaşdırmağa  çalışır.  Kreditin  geri  ödənilməsinin 

təminatı kimi biznesin maliyyə vəziyyətinin cari və gələcək 

perspektivi  bank  tərəfindən  qiymətləndirilir.  Adətən 

banklar sizdən şirkətin inventarı,  avadanlığı, bina və digər 

aktivlərini və ya sizin şəxsi əmlakınızı girov qismində tələb 

edirlər.  Bank  kreditləri  əsasən  1  (bir)  ildən  5  (beş)  ilədək 

müddətə  verilir.  Kreditin  alınması  zamanı  xərclər  kreditin 

məbləğindən  asılı  olaraq  illik  faizdən,  birdəfəlik  komissiya 

haqlarından,  kreditin  rəsmiləşdirilməsi,  nağdlaşdırılması, 

girovun  qiymətləndirilməsi  və  onun  sığortalanması  kimi 

xərclərdən  ibarət  olur.  Bu  xərclər  adətən  kreditin  əsas 

məbləği  daxil  olmaqla  hər  ay  öncədən  müəyyənləşdirilmiş 

ödənişlər vasitəsilə geri qaytarılır. Bütün bu xərcləri nəzərə 

alsaq,  bank  vasitəsilə  maliyyələşmə  əhəmiyyətli  məsrəflər 

tələb edir. Onu da qeyd etmək lazımdır ki, bir çox kiçik və orta 

həcmli şirkətlər tələb olunan girovu təmin etməkdə çətinliklə 

üzləşirlər.

Bank vasitəsi ilə 

maliyyələşmə




4

Kapital bazarları vasitəsi 

ilə maliyyələşmə

Səhmlər


Belə  bir  şəraitdə  alternativ  maliyyələşmə 

mənbəyi  kimi  qiymətli  kağızlar  bazarından 

istifadə edilə bilər. Maliyyələşmə üçün geniş 

istifadə olunan qiymətli kağızlar səhmlər və 

istiqrazlardır. 

Səhmlər  sizə  sahib  olduğunuz  biznesin 

risklərini 

və 


mənfəətini 

investorlarla 

qarşılıqlı  bölüşməklə  maliyyə  vəsaitlərini 

əlverişli  şərtlərlə  əldə  etmək  imkanı  təqdim 

edir.  Biznes  subyektləri  yeni  vəsaitləri  cəlb 

etmək  məqsədi  ilə  buraxılmış  səhmləri  yeni 

və  ya  mövcud  investorlara    sata      bilər.  Bu 

zaman  şirkət  investora  pulu  geri  ödəmək 

məcburiyyətində  olmur,  əvəzində  isə 

investorlar  şirkətin  mənfəətinin  müəyyən 

hissəsini  dividend  şəklində  əldə  edir.  Səhm 

buraxılışı  uzunmüddətli  maliyyə  vəsaiti 

cəlb  etmək  addımı  kimi  qəbul  edilir  və 

20 AZN


10

500.000


 

investorlarla  yaradılan  əməkdaşlıq 

biznesin  fəaliyyətdə  olduğu  müddət 

ərzində davam edir. 

Bu halda, səhmdarlar şirkətin gündəlik fəaliyyətində 

birbaşa  iştirak  etmir  və  strateji  qərarların 

alınmasında  səhmdarların  ümumi  yığıncağında 

malik  olduqları  səhm  payı  müqabilində  səsvermə 

hüququndan  istifadə  edir.  Bir  qayda  olaraq,  yalnız 

şirkətin  səhmlərinin  əhəmiyyətli  qisminə  malik 

olan  investorlar  şirkətin  qərarlarına  təsir  etmək 

imkanlarına sahib olurlar.

İnvestorun və şirkətin tələblərinə uyğun olan müxtəlif 

səhmlər  mövcuddur.  Adi  səhmə  malik  olan  investor 

şirkətin  mənfəətindən  dividendlər  alır  və  şirkətdəki 

səhmlərinin  nisbətinə  müvafiq  olaraq  onun  idarə 

olunmasında  səsvermə  hüququna  malik  olur.  Digər 

səhm növü imtiyazlı səhmlər adlanır ki, bu səhmlər 

səhmdara adi səhmlərdən daha öncə dividend almaq 

hüququ versə də, sahibinə səsvermə hüququ vermir. 

Bir səhm qrupuna daxil olan səhmlər səhmdara eyni 

hüquqları  verir  və  onlar  bir  qiymətdə  ticarət  olunur. 

Səhmlərin  qiyməti  şirkətin  ümumi  dəyərinin  onun 

səhmlərinin sayına bölünməsi ilə əldə olunur. Məsələn, 

əgər bir biznesin ümumi dəyəri 10 milyon manatdırsa 

və onun 500 000 səhmi varsa, hər bir səhmin dəyəri 

20  manatdır  (10,000,000/500,000=20).  Biznesin 

ümumi dəyəri onun hal-hazırda olan xalis aktivlərinin 

dəyəri  və  gələcəkdə  əldə  olunacaq  mənfəətinin 

proqnozlaşdırılması  ilə  müəyyən  olunur.  Bir  çox 

hallarda səhmlərin ilkin qiyməti şirkətin alıcısı olan iri 

investorlar və şirkət tərəfindən birgə razılıq əsasında 

formalaşır.  Şirkətin  dəyərinin  hesablanması  peşəkar 

maliyyə vasitəçiləri tərəfindən aparılır.

əgər bir biznesin ümumi dəyəri

və onun


səhmi varsa, hər bir səhmin dəyəri 

milyon


4


İstiqrazlar

İstiqrazlar  sizə  müəyyən  edilmiş  müddət  və  faiz  dərəcəsi  ilə  maliyyə  vəsaitlərinin  əldə  edilməsi  və  əsas  məbləğin  müddətin 

sonunda, faizlərin isə yarımillik və ya illik ödənilməsi imkanı verir. İstiqrazlar sahiblərinə şirkətin idarə olunmasında heç bir iştirak 

hüququ vermir. İstiqrazlar bir qayda olaraq bank kreditləri ilə müqayisədə daha uzun müddətli olur və bu müddət ərzində şirkət 

(emitent)  istiqraz  sahiblərinə  faiz  ödənişlərini  (kupon)  müəyyən  olunmuş  tarixlərdə  ödəyir.  İstiqrazların  alıcıları  kimi  müxtəlif 

maliyyə institutları (banklar, sığorta şirkətləri və s.) və geniş ictimaiyyət çıxış edir.

İstiqraz  ödənişləri  şirkətin  gəlir  səviyyəsindən  asılı  olmur  və  şirkətin  öz  mənfəətini  uzunmüddətli  perspektivdə  investorlarla  bölüşmək  zərurəti  yaratmır.  Bununla  yanaşı,  uğurlu 

istiqraz buraxılışı tarixçəsinə malik şirkət gələcəkdə daha aşağı faiz dərəcələri ilə daha uzun müddətli vəsaitlər əldə edə bilər. Qeyd etmək lazımdır ki, istiqraz buraxılışı zamanı bank 

kreditlərindən fərqli olaraq hər hansı girov tələb olunmur.

SƏHM


İSTIQRAZ

BANK KREDITI

Maliyyələşmə

xərcləri


Anderraytinq, listinq və məsləhət 

xidmətləri üzrə  komissiyalar

Anderraytinq, listinq və məsləhət 

xidmətləri üzrə  komissiyalar

Rəsmiləşdirmə, nağdlaşdırma, girovun 

qiymətləndirilməsi və sığortalanması və 

s. komissiyaları

Faiz ödənişləri

Mənfəət əldə olunduğu zaman dividend 

şəklində ödənilir

İstiqraz sahiblərinə mənfəət /zərərdən 

asılı olmayaraq illik və ya yarımillik 

əsasda faiz ödənişləri edilir

Mənfəət /zərərdən asılı olmayaraq 

adətən aylıq əsasda faiz ödənişləri edilir

Əsas məbləğin ödənməsi

Şirkət səhm satışından əldə etdiyi 

vəsaiti geri ödəmir

Müddətin sonunda tam şəkildə ödənilir

Adətən aylıq əsasda ödənilir

Müddəti

Şirkət fəaliyyətdə olduğu müddətdə



Adətən 1 ildən 10 ilə qədər müddətə 

olur


Adətən 1 ildən 5 ilə qədər müddətə olur

Girov


Yoxdur

Tələb edilmir

Tələb edilir

Şirkətin idarə olunmasına təsir imkanı

Səhmdarlar ümumi yığıncaqda 

səsvermə hüququna malik olurlar

İstiqrazı alan investorlar idarəetməyə 

təsir edə bilmir

Bir çox hallarda banklar tərəfindən 

şirkətə ciddi şərtlər qoyula bilər

5



6

Listinq Nədir? 

Qiymətli  kağızlar  vasitəsilə  maliyyə  vəsaitlərinin  cəlb  edilməsi  fond 

birjalarında təşkil edilir. Fond birjalarının dövlət tərəfindən tənzimlənməsi 

birjada  ticarət  olunan  kağızların  daha  yüksək  nüfuza  malik  olması  ilə 

nəticələnir.  Bu  da  investorların  həmin  kağızlara  marağının  artmasına 

və  şirkətlərin  daha  aşağı  xərclərlə  vəsait  cəlb  etməsinə  şərait  yaradır. 

Şirkətin qiymətli kağızlarının (səhm və istiqraz) fond birjalarında satışa 

çıxarılması və ticarətinin təşkili listinq adlanır. 

Bakı Fond Birjasında səhmlərini listinq etmək üçün şirkət Açıq Səhmdar 

Cəmiyyəti (ASC) olmalıdır. İstiqrazların listinqi üçün şirkət Qapalı Səhmdar 

Cəmiyyət  (QSC)  və  Məhdud  Məsuliyyətli  Cəmiyyət    (MMC)  ola  bilər. 

Bakı Fond Birjasında 1-ci (Premium) və 2-ci (Standart) səviyyəli listinq 

kateqoriyaları  mövcuddur  və  şirkətlər  bu  kateqoriyaların  birində  listinq 

olunmaq üçün müvafiq listinq tələblərinə cavab verməlidir. 

?

Azərbaycanda qiymətli kağızlarla ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası çıxış edir. 



Bakı Fond Birjası 2000-ci ildə təsis edilmişdir və onun yerli banklar, brokerlər və İstanbul Fond 

Birjası da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikasının 

Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən  tənzimlənir.  Birjada  səhm  və  istiqraz  kimi 

korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin 

borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.

6



Baki Fond Birjasında listinqin üstünlükləri

Səhmlərinin 

Bakı Fond 

Birjasında 

listinqə daxil 

edilməsi 

şirkət üçün 

əlavə fayda 

və yeni 

imkanlar 

yaradır.  

Uzunmüddətli kapital cəlb edilməsi – listinq biznesin genişləndirilməsi məqsədilə yeni investisiyaların 

maliyyələşdirilməsi üçün tələb olunan uzunmüddətli kapitalın cəlb edilməsinə imkan verir. 

Yeni investorlara çıxış – Şirkətin qiymətli kağızlarının listinq olunması bu qiymətli kağızların bank, sığorta 

şirkətləri, beynəlxalq investorlar və geniş ictimaiyyət kimi yeni investorlar tərəfindən alınmasına şərait yaradır.

Müsbət imicin formalaşması – Listinqdə olan şirkət haqqında məlumatlar geniş ictimaiyyət tərəfindən 

maraqla  qarşılandığına  görə  mütəmadi  olaraq  mediada  şirkət  haqqında  mühüm  xəbərlər  və  elanlar 

işıqlandırılır. Bu səbəbdən belə şirkətlər digərləri ilə müqayisədə daha yüksək imicə malik olur. Şirkət haqqında 

məlumatların  ictimaiyyət tərəfindən asanlıqla əldə olunması və izlənilməsi ona qarşı müştərilər, investorlar 

və təchizatçılar tərəfindən olan etibarın artması ilə nəticələnir. 

Likvidlik  və  təkrar  bazar  –  Listinq  olunan  şirkətin  səhmləri  təkrar  bazarda  ilkin  səhmdarlar  tərəfindən 

digər investorlara satıla bilər. Təkrar bazarın mövcudluğu qiymətli kağızlar üçün asan ticarət imkanı-likvidlik 

yaratmış olur. Belə bir imkanın olması şirkətin kağızlarını investorlar üçün daha da cəlbedici edir.

İşçilərin motivasiyası – Listinq şirkətin səhmlərinin işçilərə mükafat kimi verilməsinə imkan yaradacaqdır. 

Şirkətin səhminə sahib olan işçi dividend ödənişlərindən və səhmlərin qiymət artımından əlavə gəlir əldə 

etmiş olur. Bununla da, o şirkətin inkişafında daha çox maraqlı olur. 

Şirkətin  bazar  dəyərinin  müəyyən  olunması  –  Listinq  olunan  şirkət  haqqında  məlumatların  geniş 

ictimaiyyətə  açıq  olması  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  tərəfindən  mütəmadi  olaraq 

dəyərləndirilir. Səhmlərin davamlı olaraq qiymətləndirilməsi şirkətin bazar dəyərini  müəyyən etməyə imkan 

yaradır.


Təsisçilərin  çıxış  imkanı  –  Listinq  şirkətin  ilkin  səhmdarlarına  öz  paylarını  digər  investorlara  sataraq 

qoyulan sərmayələrini geri götürmək və şirkətdən ayrılmaq imkanı verir.

7



8

Bank krediti və istiqraz vasitəsilə cəlb edilmiş 

vəsaitlərin xərclərinin müqayisəsi

Bank krediti vasitəsi ilə maliyyələşmə ilə istiqrazın 

listinqə  çıxarılmasının  məsrəflərinin  müqayisəsi 

üçün  aşağıdakı  hesablamalara  diqqət  yetirin. 

Cədvəllərdə  müxtəlif  müddətlər  üçün  10  milyon 

AZN  məbləğində  bank  kreditinin  alınmasının 

və  istiqrazın  Bakı  Fond  Birjasının  Premium  və 

Standart  bazarlarına  çıxarılmasının  xərcləri 

müqayisə edilir. Hesablamalar müxtəlif bank faizi 

və  komissiyaları,  Bakı  Fond  Birjası,  Milli  Depozit 

Mərkəzinin  komissiyaları  və  dövlət  rüsumları 

nəzərə alınaraq aparılmışdır. Qeyd etmək lazımdır 

ki,  hazırda  ölkənin  maliyyə  bazarında  ortalama 

biznes kreditinin illik faiz dərəcəsi 16  %, istiqrazın 

illik faiz dərəcəsi isə 12  % dir.

£



8



Hesablamalar göstərir ki, istiqraz buraxılmasına görə ödəniləcək komissiyalar 166 - 195 min AZN arasında dəyişdiyi halda, bu 

məbləğ bank krediti üçün 210 - 300 min AZN təşkil edir. Bank kreditinin şirkət üçün illik xərci 18.3% - 22.0% arasında dəyişdiyi 

halda, bu xərc istiqraz buraxılışı zamanı 12.9% - 14.3% arasında dəyişir. Beləliklə, istiqraz buraxılışı yolu ilə vəsait cəlb edən 

şirkət illik əsasda 5.4% - 7.7% faizlik qənaət edə bilər. Qeyd etmək lazımdır ki, hətta kredit və istiqrazın faiz dərəcələri müvafiq 

olaraq 16% və 12% yox, hər ikisi 16% olduğu halda belə şirkət komissiya ödənişlərində təxminən 1% qənaət etmiş olur.  

Bank Kreditinin Xərci

Annunitet

Kredit xətti

Kredit 

müddəti


Komissiyalar

Faiz 


ödənişləri

Kapital 


xərci

Komissiyalar

Faiz 

ödənişləri



Kapital 

xərci


12 ay

210 000


887 703 

22.0 %


210 000    1 600 000    19.9 %

36 ay


260 000   

2 656 532    19.4  %

260 000    4 800 000    18.5 %

60 ay


300 000   

4 590 834    18.9  %

300 000    8 000 000    18.3 %

İstiqrazın Xərci

Listinq Premium Bazar

Listinq Standart Bazar

Kredit 

müddəti


Komissiyalar

Kupon 


ödənişləri

Kapital 


xərci

Komissiyalar

Kupon 

ödənişləri



Kapital

 xərci


12 ay

167 480   

1 200 000    14.3%

166 180     1 200 000    14.3%

36 ay

181 480   



3 600 000    13.1%

178 180     3 600 000    13.1%

60 ay

195 480     6 000 000    12.9%



190 180     6 000 000    12.9%

Cəlb ediləcək kapitalın məbləği

10,000,000

Kreditin Faiz Dərəcəsi

16 %

İstiqrazın Faiz Dərəcəsi



12 %

Bank Krediti

Kreditin Rəsmiləşdirilməsi

 

1  %



Nağdlaşdırma komissiyası

 

0.5  %



Girovun Sığorta haqqı 

12 ay


0.4  %

 36 ay


0.9  %

 60 ay


1.3  %

Girovun qiymətləndirilmə haqqı

0.2  %

Cəmi birdəfəlik xərclər



12 ay 

2.1 %


36 ay

2.6 %


60 ay

3.0 %


Bakı Fond Birjası İstiqrazı

Listinq kateqoriyası

 Premium

Standart


BFB Listinq birdəfəlik rüsum 

 600


300

BFB Listinq illik rüsum

0.02  %

0.01  %


Minimum

600


300

Maksimum


4000

2000


BFB yerləşdirmə xərci

0.04  %


0.04  %

MDM birdəfəlik saxlama xərci

0.025  %

0.025  %


MDM illik saxlama xərci

0.025  %


0.025  %

MDM birdəfəlik reyester xərci

0.025  %

0.025  %


MDM illik reyester  xərci

0.025  %


0.025  %

QKDK-nin emissiya prospektinin qeydiyyatı

880

880


Broker komissiyası

1.5 %


1.5 %

Kapitalın dəyərinin hesablanması 

9



10

Listinq olunmaq şirkətin ge-

niş ictimaiyyətə açıq olması 

və qiymətli kağızlarının geniş 

kütlə tərəfindən alınıb satıl-

masıdır.  Şirkət  listinq  olun-

duğu  zaman  listinq  tələblə-

rini yerinə yetirməsi ilə bağlı 

öhdəlik götürür. Hər bir fond 

birjasının  fərdi  listinq  qay-

daları  olmasına  baxmaya-

raq beynəlxalq təcrübədə bu 

tələblər oxşarlıq təşkil edir. 

Bakı  Fond  Birjasının  Listinq 

Qaydalarına müvafiq olaraq 

şirkət mütəmadi şəkildə ma-

liyyə hesabatlarını və şirkət-

də  baş  verən  digər  mühüm 

dəyişikliklər  haqqında  mə-

lumatları  vaxtında  ictimaiy-

yətə açıqlamalıdır.  

Tələblər arasına maliyyə he-

sabatlarının illik auditi, inves-

torlarla  əlaqələrin    müvafiq 

çərçivədə qurulması, şirkətin 

inkişafı  ilə  bağlı  mütəmadi 

olaraq məlumatların ictima-

iyyətə  açıqlanması,  daima 

yenilənən  veb-səhifə  və  s. 

daxildir.

Listinqin doğru seçim olması 

peşəkar  mütəxəssislər  tərə-

findən  qiymətləndirilməlidir. 

Bakı  Fond  Birjasında  lis-

tinqdən  keçmək  arzusunda 

olan  şirkət  bir  çox  məqam-

ları nəzərə almalıdır. Bunlara 

daxildir: 

Bu suallara cavab şirkətinizin listinqə çıxarılmaq 

üçün nə dərəcədə hazır  olmasının göstəricisidir. 

Siz listinq üçün hazırsınız?

Şirkətinizin uzun 

müddətli hədəfləri 

və strategiyaları 

hansılardır?

Sizin şirkətdə listinq 

standartlarına cavab 

verən əməliyyat, 

maliyyə və informasiya 

idarəetmə sistemləri 

mövcuddurmu?

Şirkətin listinqə 

çıxarılması üçün doğru 

zamandırmı?

Sizin şirkətdə həll 

olunması zəruri olan 

hüquqi, maliyyə və 

ya vergi problemləri 

mövcuddurmu?

Listinqə daxil olmazdan 

əvvəl hər hansı bir 

şirkətin və ya layihənin 

alınması ilə bağlı 

natamam təşəbbüslər 

mövcuddurmu? 

Listinqə daxil 

olmaq bu hədəf və 

strategiyalarınıza 

uyğundurmu?

İnvestorların və 

ümumi olaraq bazarın 

gözləntiləri barədə 

məlumatlısınızmı? 

Sizin şirkət listinqdən 

sonrakı mərhələdə 

şəffaflıq və hesabatlılıq 

kimi listinqin tələblərinə 

hazırdırmı?

Şirkətinizdə 

korporativ idarəetmə 

standardlarını tətbiq 

edilirmi?




Listinq Məsləhət Proqramı

Yuxarıda qeyd olunmuş suallara cavab tapmaqda Bakı Fond Birjası 

tərəfindən təqdim olunan Listinq Məsləhət Proqramı sizə yardımçı 

olacaq.  Proqram çərçivəsində kapital bazarından maliyyələşmək 

niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının, habelə 

digər  peşəkarların  –  auditorların,  broker  şirkətlərinin,  hüquq, 

ictimaiyyətlə  əlaqələr  üzrə  ixtisaslaşmış  şirkətlərin  peşəkar  və 

tam  ÖDƏNİŞSİZ  əsaslarla  dəstəyi  nəzərdə  tutulub.  Proqram 

kapital  bazarlarından  maliyyələşmə  imkanlarının  təşviqi, 

potensial  şirkətlərin  və  emitentlərin  müəyyən  olunması,  onlara 

əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış 

istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir. 

Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında 

uğurla  fəaliyyət  göstərən  və  öz  seqmentlərinin  liderləri  olan 

şirkətləri  korporativ  idarəetmə  təcrübəsinin  təkmilləşdirilməsi, 

maliyyə şəffaflığının təmin edilməsi, hesabatlılığın təşviqi, kapital 

bazarının  üstünlükləri  və  buradan  vəsait  cəlb  etməyin  yolları 

barədə  məlumatlandırmaqdan  və  bununla  da  həmin  şirkətlərin 

kapital  bazarlarından  əlverişli  şərtlərlə  maliyyə  vəsaitləri  cəlb 

etməsinə  dəstək  olmaqdan  ibarətdir.  əgər  siz  də  kapital  bazarı 

vasitəsilə maliyyə vəsaitləri cəlb etmək istəyirsinizsə Bakı Fond 

Birjasının Listinq Məsləhət Proqramına müraciət edin.

BFB

Şirkət


auditor

hüquq şirkəti

PR və investorlarla

əlaqələr üzrə şirkət

anderrayter

broker


11


12

Listinqin mərhələləri

Bakı  Fond  Birjasında  iki  listinq  kateqoriyası  mövcuddur:  Premium  və  Standart 

Listinq.  Premium  listinqin  tələbləri  əsasən  böyük  yerli  və  xarici  şirkətlər,  Standart 

listinq isə böyüməkdə olan kiçik və orta şirkətlər üçün daha uyğundur. Səhmlərini listinq 

etmək  üçün  şirkət  Açıq  Səhmdar  Cəmiyyəti  olmalıdır.  İstiqrazların  listinqi  üçün  şirkət 

Qapalı Səhmdar Cəmiyyəti və ya Məhdud Məsuliyyətli Cəmiyyət də ola bilər. Məhdud 

Məsuliyyətli Cəmiyyətlər yalnız Standart Listinq kateqoriyasında öz istiqrazlarını listinq 

edə bilər. Şirkətlər əsasən 3 (üç) məqsədlə qiymətli kağızlarını listinqə çıxarır: səhmlərin 

İlkin Kütləvi Təklif (kapital artımı) yolu ilə satışı, yeni istiqrazların emissiyası və kapital 

artırmadan şirkətin mövcud səhmlərinin bazar qiymətində ticarətinin həyata keçirilməsi.

Şirkət İlkin Kütləvi Təklif zamanı səhmlərinin bir hissəsini satışa çıxardaraq əlavə kapital 

cəlb edir. Bununla yanaşı, Bakı Fond Birjasında qiymətli kağızların listinqə çıxarılması 

üçün  kütləvi  təklif  olunması  və  ya  kapital  artırılması  mütləq  deyil.  Listinq  şirkətə  və 

onun  mövcud  səhmdarlarına  şirkətin  müsbət  imicinin  formalaşması,  səhmlərin  bazar 

qiymətinin müəyyən olunması və mövcud səhmdarlar üçün paylarının digər investorlara 

asanlıqla satılması kimi üstünlüklər təqdim edir. Bunları nəzərə alaraq, bir çox hallarda 

şirkətin mövcud səhmdarları İlkin Kütləvi Təklif olmadan da şirkətin kağızlarının listinqdən 

keçməsini tələb edirlər.

12



10 ADDIMDA LİSTINQ

1. 


Şirkətin Listinqə 

uyğunluğunun

ilkin

qiymətləndirilməsi



7. 

Emissiya 

prospektinin 

açıqlanması və 

marketinq 

kampaniyası

8. 

Yerləşdirmənin 



həyata 

keçirilməsi və 

yekun nəticələrin 

qeydiyyatı

9. 

Məlumatın 



ictimaiyyətə 

açıqlanması

10. 

Qiymətli 



kağızların 

ticarətinə 

başlanması

2. 


Listinq qərarının 

alınması və 

peşəkarların 

seçilməsi

3. 

Şirkətin listinqə 



hazırlanması

4.

Emissiya 



prospektainin 

hazırlanması və 

təsdiqi

5.

Emissiya



hesabının 

açılması


6.

Bakı Fond 

Birjasına listinq 

üçün müraciət 

edilməsi

Qeyd: Kapital artırmadan mövcud səhmlərini listinqə çıxaran şirkətlər 

yalnız 1-ci, 2-ci, 3-cü və 6 –cı mərhələləri nəzərə almalıdırlar.

13



14

ADDIM 1:


ADDIM 2:

Şirkətin Listinqə uyğunluğunun ilkin qiymətləndirilməsi

Şirkət Listinq ilə bağlı qərar qəbul etmədən əvvəl bir sıra strateji məsələləri qiymətləndirməlidir. Buraya şirkətin inkişaf strategiyası, cəlb ediləcək vəsaitlərin istifadəsi, şirkətin gəlir və 

xərclərinin proqnozlaşdırılması, listinq tələblərinə uyğunluğu təmin edəcək təşkilati, hüquqi və texniki infrastruktur kimi məsələlər daxildir. Adətən ilkin qiymətləndirmə şirkətin icraedici 

orqanı tərəfindən və ya bu sahədə ixtisaslaşmış peşəkarlar tərəfindən aparılır. 

Bu sahədə zəruri resurslara malik olmayan şirkətlər Bakı Fond Birjasının Listinq Məsləhət Proqramından faydalana bilər. Bu zaman Listinq Məsləhət Proqramı çərçivəsində fəaliyyət 

göstərən Listinq İşçi qrupu sizə lazımi strateji, hüquqi və təşkilati dəstəyi göstərəcəkdir. Listinq İşçi qrupuna ölkənin bu sahədə ixtisaslaşmış broker, anderrayter, audit, hüquq və 

ictimaiyyətlə əlaqələr üzrə qabaqcıl şirkətlərin nümayəndələri daxildir. Listinq İşçi qrupu hər bir şirkətə fərdi yanaşma tətbiq edəcək və xüsusi görüşlər keçirərək listinq prosesi ilə 

bağlı bütün məsələlərə dair sizə tam ödənişsiz əsaslarla zəruri məsləhət xidmətlərini göstərəcəkdir. Şirkətin ehtiyaclarından asılı olaraq İşçi qrupu sizə listinq qayda və prosedurları, 

tələblər, ticarət qaydaları, potensial investorlar və bütövlükdə bazar haqqında ətraflı məlumat və gərəkli məsləhətlər verəcəkdir. Bu xidmətdən faydalanmaq üçün Bakı Fond Birjasına 

(email:listing@bse.az və 012 4989820)

 müraciət etməniz kifayətdir.

Qiymətli kağızların listinqi ilə bağlı qərarlar adətən şirkətin səhmdarları və ya Müşahidə Şurası tərəfindən verilir. Qərar verildikdən sonra şirkət listinq prosesinə hazırlıq məqsədilə 

bu sahədə ixtisaslaşmış şirkətlərlə müqavilə imzalayır və listinq prosesinə hazırlığı başlayır. Listinq prosesi ilə əlaqədar zəruri peşəkar dəstəyə broker, anderrayter, audit, hüquq və 

investorlarla əlaqələr üzrə xidmətlər göstərən şirkətlər daxildir.

Listinq qərarının alınması və peşəkarların seçilməsi

14



15

ADDIM 3:


ADDIM 4:

ADDIM 5:


ADDIM 6:

Şirkətin listinqə hazırlanması

Emissiya prospektinin hazırlanması və təsdiqi

Emissiya hesabının açılması

Bakı Fond Birjasına listinq üçün müraciət edilməsi

Bu mərhələdə şirkət seçilmiş peşəkarlarla listinq hazırlığına başlayır. Şirkətin təşkilati-hüquqi forması qiymətləndirilir, ona zəruri dəyişikliklər edilir, İdarə Heyətinin və Müşahidə 

Şurasının strukturu listinq tələblərinə uyğun formalaşdırılır. Bu sahədə əsasən hüquq şirkətlərinin xidmətlərindən istifadə olunur.

Maliyyə hesabatları qiymətləndirilir, gəlir və xərclər proqnozlaşdırılır, aktivlər qiymətləndirilir, biznes riskləri müəyyən edilir və zəruri hallarda şirkətin vergi öhdəlikləri dəqiqləşdirilir. Bu 

xidmətlər əsasən broker, anderrayter və audit şirkətləri tərəfindən göstərilir.

Şirkətin listinq və investisiya tarixçəsi hazırlanır, ictimaiyyətə açıqlanacaq məlumatlar, onların forması və listinq üzrə marketinq strategiyası müəyyən olunur. Listinqə çıxan şirkət 

dəqiq marketinq strategiyasına malik olmalıdır. Bu sahədə əsasən investor və ictimaiyyətlə əlaqələr və anderrayter şirkətlərinin xidmətlərindən faydalanılır. Qeyd etmək lazımdır 

ki, bütün proses ərzində Bakı Fond Birjası təqdim etdiyi Listinq Məsləhət Proqramı vasitəsilə sizə dəstək olacaqdır. Bu zaman siz Listinq İşçi qrupuna daxil olan peşəkar broker, 

anderrayter, audit, hüquq və investorlarla əlaqələr şirkətlərinin xidmətlərindən daha əlverişli şərtlərlə faydalana biləcəksiniz. 

Şirkətin  listinqə  hazırlanması  ilə  paralel  olaraq  onun  emissiya  prospekti  də  tərtib  edilir.  Emissiya  prospektində  investorların  daha  məlumatlı  şəkildə  qərar  qəbul  etmələri  üçün 

buraxılışın şərtləri, şirkətin maliyyə və idarəetmə vəziyyəti haqda məlumatlar əhatə olunur. Prospektdə olan məlumatların yoxlanılması və təsdiq edilməsi üçün müvafiq sənədlər 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilir. Komitə tərəfindən müraciətə 15 (on beş) iş günü ərzində baxılır. 

Şirkət  tərəfindən  buraxılan  qiymətli  kağızların  qeydiyyat  və  uçotunun  aparılması  məqsədilə  Milli  Depozit  Mərkəzində  müvafiq  emissiya  hesabının  açılması  tələb  olunur.  Şirkət 

(Emitent) hesabın açılması üçün nizamnamə və şirkətin hüquqi şəxs kimi dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədləri, təsdiq olunmuş emissiya prospekti və qiymətli 

kağızların reyestrindən Çıxarışı Milli Depozit Mərkəzinə təqdim etməlidir.

Emissiya prospekti və digər sənədlər təsdiq edildikdən və müvafiq emissiya hesabı açıldıqdan sonra şirkət Listinq üçün Bakı Fond Birjasına müraciət edir. Müraciət və emissiya 

prospektinin Listinq Qaydalarına uyğunluğu Listinq Komissiyası tərəfindən yoxlanılır. Müraciət 10 (on) gün ərzində baxılır və qərar verilir.



16

Qiymətli kağızların ticarətinin başlanması

ADDIM 7:

ADDIM 8:


ADDIM 9:

ADDIM 10:

Emissiya prospektinin açıqlanması və marketinq  kampaniyası

Yerləşdirmənin həyata keçirilməsi və yekun nəticələrin qeydiyyatı

Məlumatın ictimaiyyətə açıqlanması

Səhmlərin yerləşdirilməsindən ən azı 15 (on beş) gün, istiqrazların yerləşdirilməsindən isə ən azı 5 (beş) gün öncə emissiya prospekti geniş kütləyə açıqlanmalıdır. Lakin təklifin 

mediada  yetərli  qədər  işıqlandırılması,  şirkətin  müsbət  imicinin  formalaşdırılması  və  investorlarda  təklifə  marağın  oyadılması  məqsədi  ilə  kompleks  marketinq  kampaniyasının 

aparılması əhəmiyyətli hesab edilir. Şirkət və onun peşəkar tərəfdaşları potensial investorlarla görüşlər keçirir, onların bütün zəruri sualları cavablandırılır. Bu zaman şirkət maksimal 

sayda investorlara məlumatı çatdırmaq və onları qiymətli kağızların alınmasına təşviq etmək məqsədi güdür. Daha sonra investorlara qiymətli kağızların alınmasında iştirak üçün 

müəyyən edilmiş son tarix bildirilir.

Müəyyən edilmiş son tarixdə qiymətli kağızın təklifi tamamlanır və kağızlara maraq göstərmiş investorlar tərəfindən sifarişlər verilir. Qiymətli kağızlar üçün müraciətlərin sayı çox 

olduğu təqdirdə, onlar investorlar arasında əvvəlcədən müəyyən olunmuş şərtlərə müvafiq olaraq bölüşdürülür. 

Yerləşdirmə başa çatdıqdan sonra emitent 30 (otuz) gündən gec olmayaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qiymətli kağızların emissiyasının yekunları barədə hesabat 

təqdim edir. Hesabat təqdim olunandan sonra 15 (on beş) iş günü müddətində qeydiyyata alınır. Komitə tərəfindən qiymətli kağızların təklifi və yerləşdirilmənin emissiya prospektində 

qeyd olunmuş şərtlərə cavab verməsi yoxlanılır. 

Yerləşdirmənin qeydiyyata alındığı tarixdən etibarən 7 (yeddi) gündən gec olmamaq şərti ilə emitent tərəfindən yerləşdirmənin yekunları barədə ictimaiyyətə kütkəvi informasiya 

vasitələri ilə açıqlayır.

Listinq olunan qiymətli kağızların ticarətinin 1-ci açılış sessiyası çox böyük maraqla qarşılanır. Belə ki, bəzi birjalarda bu hadisə ticarətin başlanılmasını bildirən simvolik zəngin 

çalınması ilə müşahidə olunur. Ticarətin ilk günü adətən yerləşdirmə zamanı yetərli sayda qiymətli kağız ala bilməyən investorlar tərəfindən tələb yaradılır ki, bu da öz növbəsində 

qiymətlərin artımına səbəb olur. Ticarətin ilk günü müşahidə olunan qiymət artımı adətən həmin buraxılışın investorlar tərəfindən uğurlu hesab edilməsinə, şirkətin gələcək inkişafı və 

mənfəəti ilə əlaqədar yüksək gözləntilərin olmasına və şirkətin növbəti qiymətli kağız buraxılışlarının daha aşağı xərclərlə həyata keçiriləcəyinə işarə edir.

16



Listinqdən sonrakı mərhələ

Şirkət listinq vərəqəsində olduğu müddət ərzində listinq qaydalarına 

riayət  etməlidir.  Listinq  qaydalarının  əsas  məqsədi  investorların 

marağının  qorunmasını  təmin  etməkdir.  Belə  ki,  qaydalar  birjada 

qiymətli  kağızların  ticarət  əməliyyatlarının  müntəzəmliyinin, 

şəffaflığının  təmin  olunması,  emitent  və  onun  birjada  listinqdən 

keçmiş qiymətli kağızları haqqında geniş məlumatın ictimaiyyətə 

və  investorlara  vaxtında  və  dəqiq  açıqlanmasını  nəzərdə    tutur. 

Bu  qaydalara  müvafiq  olaraq  listinq  olunmuş  şirkət    mütəmadi 

olaraq maliyyə hesabatlarını, illik hesabatlarını, şirkətin fəaliyyətinə  

mühüm təsir göstərən hər hansı bir hadisə, qərar və ya dəyişikliklər  

haqda məlumatı, səhmdarlarının ümumi yığıncağının çağrılmasının 

və iclasın yekunları barədə protokolu və digər “qiymətə təsir göstərə 

bilən” məlumatları geniş ictimaiyyətə açıqlamalıdır. 

17



18

Qiymətli kağızların emissiyası və listinqi ilə bağlı qanunvericilik 

Bakı  Fond  Birjası  və  Listinq  qaydaları  daxil  olmaqla  kapital 

bazarındakı bütün əməliyyatlar aşağıdakı hüquqi baza əsasında 

tənzimlənir:

Listinq tələbləri 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi  

Qiymətli kağızlar bazarında investorların 

hüquqlarının müdafiəsi haqqında Azərbaycan 

Respublikasının Qanunu 

Azərbaycan Respublikası Prezidentinin Fərman və 

Sərancamları

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 

qərarları

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ 

aktları


Bakı Fond Birjasında qiymətli kağızların listinqi, 

delistinqi və ticarətə buraxılması qaydaları və digər 

əlaqəli daxili korporativ aktlar

18



19

Bakı Fond Birjasında iki növ listinq kateqoriyası mövcuddur: Premium və Standart listinq. Premium listinq əsasən iri yerli və xarici şirkətlər üçün, Standart listinq isə böyüməkdə olan 

kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuşdur. Birjada qiymətli kağızların listinqi və delistinqi ilə bağlı qərarların verilməsi və bu qaydaların tətbiqinə nəzarət Listinq 

Komissiyası tərəfindən aparılır. Bu Qaydaların tələbləri pozulduğu halda emitentə qarşı cərimələr və digər məsuliyyət tədbirləri tətbiq edilir. Bakı Fond Birjasında qiymətli kağızların 

listinqi, delistinqi və ticarətə buraxılması qaydalarını birjanın internet səhifəsindən əldə edə bilərsiniz.  Aşağıda qaydalarla bağlı əsas  müddəalar təqdim edilir:

Bakı Fond Birjası

Emitent müvafiq ölkənin qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçməlidir



Emitent listinqlə bağlı birjaya müraciətindən əvvəlki 3 (üç) il ərzində fəaliyyət 

göstərməlidir

Emitent son 3 (üç) maliyyə ilinin hər birinin nəticələri üzrə illik xalis mənfəətə 



malik olmalıdır

Emitent açıq səhmdar cəmiyyəti formasında (adlı səhmlər və adlı istiqrazlar 



üçün) və ya qapalı səhmdar cəmiyyət formasında (adlı istiqrazlar üçün) təşkil 

olunmalıdır

Barəsində listinq ərizəsi təqdim edilmiş Emitentlə bağlı bu ərizənin təqdim 



edildiyi vaxtdan əvvəlki 3 il ərzində iflas proseduru başlanmamalı və ya o, qeyd 

olunan dövr ərzində vaxtaşırı müflisləşmə problemləri ilə qarşılaşmamalıdır

Emitentin idarəetmə orqanlarında listinq üçün ərizəni təqdim etdiyi tarixdən əv-



vəlki 6 (altı) ay ərzində mühüm dəyişikliklər olmamalıdır. Emitentin idarəetmə 

orqanlarında dəyişikliklər o zaman mühüm sayılır ki, onun Müşahidə Şurasının 

və ya İdarə Heyətinin üzvlərindən ən azı yarısı dəyişdirilmişdir

Səhmlərin və istiqrazların sahiblərinin reyestri qiymətli kağızlar bazarının 



peşəkar iştirakçısı olan reyestrsaxlayıcısı tərəfindən aparılmalıdır

Emitentin ümumi kapitalı 5.000.000 manatdan az olmamalıdır



Emitent maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq 

Standartlarına (MHBS) uyğun hazırlamalıdır; listinqdən keçmək üçün 

müraciət etmiş emitent ana şirkətdirsə, o Maliyyə Hesabatlarının Beynəlxalq 

Standartlarına uyğun hazırlanmış konsolidə olunmuş illik hesabat hazırlamalıdır

Emitent Müstəqil Auditor tərəfindən Beynəlxalq Audit Standartlarının (BAS) 



tələblərinə uyğun auditdən keçməlidir (audit rəyləri şərtsiz müsbət olmalıdır; 

yalnız bir il üzrə audit rəyinin şərti-müsbət olmasına yol verilə bilər)

Emitent nizamnaməsini özünün baş ofisində və/və ya internet saytında 



açıqlamalıdır;

Emitentin müşahidə şurasında ən azı 3 (üç) üzv olmalı və onlardan ən azı üçdə 



biri Müstəqil Direktor olmalıdır

Emitent daxili audit komitəsinə malik olmalıdır



Aidiyyatı şəxslə əqdlər mövcud qanunvericiliyə uyğun olaraq həyata 

keçirilməlidir

Emitent səhmdarların sahib olduqları səhmlərin sayına mütənasib olaraq 



əlavə emissiya olunmuş səhmləri əldə etmək üzrə üstünlük hüquqları nəzərdə 

tutmalıdır

Emitent üzərində nəzarətin bir və ya bir neçə ardıcıl əməliyyatın  keçirilməsi  



yolu ilə ötürülməsi halında, səhmlərin özgəninkiləşdirilməsi zamanı yeni 

səhmlərə sahib olan şəxs digər səhmdarlara müqavilədə göstərilən qiymətdən 

az olmamaq şərtilə açıq təklif irəli sürməlidir

Emitent üzərində nəzarət ötürüldükdə yeni səhmlərin sahibi olan şəxs tərəfindən 



yuxarıda göstərilən əqdin baş tutduğu tarixdən növbəti 3 (üç) iş günü ərzində 

əqd barədə birjaya yazılı surətdə məlumat verilməlidir

Emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqa-



mətlərini işıqlandıran veb səhifəyə malik olmalıdır

  Qiymətli kağızların Premium listinqə çıxarılması üçün tələblər




20

Emitentin  hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  haqqında 



şəhadətnaməsinin  və    notarial  qaydada  təsdiq  olunmuş 

nizamnaməsinin surəti

Emitentin fəaliyyət göstərdiyi son 3 (üç) il ərzində keçirilmiş 



Səhmdarların Ümumi Yığıncaqlarının protokollarının surətləri

Emitent lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, 



həmin lisenziyaların notarial təsdiq olunmuş surətləri

Emitentin qiymətli kağızlarının buraxılışının dövlət qey-



diyyatı haqqında şəhadətnamələrinin surəti

Birja üzvü ilə Emitent arasında qiymətli kağızların 



yerləşdirilməsi və ya dövriyyəsi haqqında hər hansı bir 

müqavilə olduqda, bu müqavilənin surəti

Emissiya Prospekti



Emitentin fəaliyyət göstərdiyi son 3 (üç) ilin nəticələri 

üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına 

uyğun hazırlanmış maliyyə hesabatları və həmin dövr üzrə 

Beynəlxalq Audit Standartlarına uyğun hazırlanmış audit 

rəylərinin surətləri

İnvestisiya Memorandumu (Emitent İnvestisiya Memoran-



dumu üzrə nəzərdə tutulmuş bütün məlumatı Emissiya 

Prospektinə daxil edərsə, ayrıca İnvestisiya Memorandumun 

hazırlanması tələb olunmur)

Emitentin hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və notarial qaydada təsdiq 



olunmuş nizamnaməsinin surəti

Emitent birjaya listinqə daxil edilməsi üçün ərizəni təqdim etdiyi müddətdən əvvəki 2 (iki) il ərzində 



keçirilmiş səhmdarların Ümumi Yığıncaqlarının protokollarının surətləri

Emitent lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa həmin lisenziyaların notarius tərəfind-



ən təsdiq olunmuş surətləri

Emitentin qanunvericiliyə uyğun hazırlanmış maliyyə hesabatlarının və audit rəylərinin surətləri



Qiymətli kağızların dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti

Kotirovka vərəqəsinə daxil edilməli olan qiymətli kağızların Emissiya Prospekti



İnvestisiya Memorandumu (Emitent İnvestisiya Memorandumu üzrə nəzərdə tutulmuş bütün 

məlumatı Emissiya Prospektinə daxil edərsə, ayrıca İnvestisiya Memorandumun hazırlanması tələb 

olunmur)


Emitent Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçməli və fəaliyyət göstərməlidir

Emitent ən azı listinqlə bağlı birjaya müraciətindən əvvəlki 1 (bir) il ərzində fəaliyyət göstərməlidir



Emitent maliyyə hesabatlarını qanunvericiliyin tələblərinə uyğun hazırlamalıdır

Emitent Müstəqil Auditor tərəfindən aparılan auditdən keçməlidir



Qiymətli kağızların Premium listinqə çıxarılması 

üçün birjaya təqdim olunmalı sənədlər

Qiymətli kağızların Standart listinqə çıxarılması 

üçün birjaya təqdim olunmalı sənədlər

Listinq Komissiyası qiymətli kağızların listinqə daxil edilməsi barədə qərar qəbul etdikdən sonra 5 (beş) iş günü ərzində müvafiq məlumatı (Emissiya Prospektini və/və ya İnvestisi-

ya Memorandumunu, Emitentin maliyyə hesabatlarını və s.) birjanın internet saytı vasitəsilə açıqlamalıdır. 

Qiymətli kağızların Standart listinqə çıxarılması üçün tələblər

20



Premium listinqə çıxarılmış qiymətli kağızların emitentləri səhmdarların Ümumi Yığıncağı 

tərəfindən  təsdiq  edilmiş  auditdən  keçmiş  maliyyə  hesabatları  və  illik  hesabatlarını 

növbəti ilin may ayının 31-dən gec olmayaraq birjaya təqdim etməli və açıqlamalıdır. İllik 

hesabatlar Bakı Fond Birjasının standartlarına uyğun hazırlanmalıdır. Emitentlər maliyyə 

ilinin hər rübü üzrə maliyyə hesabatlarını müvafiq rüb bitdikdən sonra 20 (iyirmi) iş günü 

ərzində birjaya təqdim etməli və açıqlamalıdırlar. 

Standart listinqə çıxarılmış qiymətli kağızların emitentləri səhmdarların Ümumi Yığıncağı 

tərəfindən  təsdiq  edilmiş  auditdən  keçmiş  maliyyə  hesabatlarını  və  illik  hesabatlarını 

növbəti ilin iyun ayının 30-dək birjaya təqdim etməli və açıqlamalıdırlar.

Emitent səhmdarların növbəti (45 gün qalmış) və növbədənkənar (30 gün qalmış) ümumi 

yığıncaqlarının çağırılması barədə bildirişi, eyni zamanda yığıncaq keçiriləndən sonra 3 

(üç) iş günü ərzində protokolunun surətini birjaya təqdim etməlidir. 

Hər iki listinq kateqoriyasına daxil edilmiş Emitent aşağıdakı məlumatları (qanunvericiliyə 

zidd olmadığı hallarda) 3 (üç) iş günü ərzində birjaya təqdim etməlidir: 

• 

Fəaliyyətin növünün dəyişilməsi və ya fəaliyyətin dayandırılması, əsas



 

fəaliyyət növünün həyata keçirilməsi ilə bağlı meydana çıxan mühüm  

 

 

dəyişikliklər;



• 

Emitentin mühasibat uçotu siyasətində nəzərdə tutulmuş mühüm dəyişikliklər;

• 

İcra orqanında və ya müşahidə şurasında edilən mühüm dəyişikliklər;



• 

Kommersiya fəaliyyətinə və maliyyə nəticələrinə təsir göstərən yeni  

 

 

məhsulların və xidmətlərin təklif edilməsi;



• 

Emitent tərəfindən digər şirkətin nəzarət payının alınıb-satılması;

• 

Emitentin xalis aktivlərinin 25 (iyirmi beş) faizindən artıq olan məbləğdə    



 

bağlanılan müqavilə və ya emitentin fəaliyyətinə təsir göstərə biləcək hər  

 

hansı müqavilələr;



• 

Dövlət orqanları, məhkəmələr tərəfindən emitentlə bağlı onun kapitalının  

 

10  % və daha artıq hissəsini əhatə edən işlərin baxılması (başlanması, müxtəlif 



instansiyalarda baxılması və ya hər-hansı qərar qəbul edilməsi) faktları;

• 

Mövcud iş yerlərinin 15 faizindən çoxunu əhatə edən iş yerlərinin ixtisar    



 

edilməsi planları və s.

Listinqə  müraciət  emitent  tərəfindən  təqdim  edilmiş  ərizənin  və  qaydalarla  müəyyən 

edilmiş müvafiq sənədlərin qəbul edilməsi ilə başlayır. Listinq üçün ərizə birjanın idarə 

heyətinin təsdiq etdiyi formaya uyğun olaraq hazırlanmalıdır. Listinq Komissiyası ərizəni 

və müvafiq sənədləri qəbul etdikdən sonrakı 10 (on) iş günü ərzində qiymətli kağızların 

listinqə daxil edilməsi barədə qərar qəbul etməlidir. Listinq Komissiyası tərəfindən hər 

hansı əlavə məlumat və sənədlər tələb etdikdə, qərarın qəbul edilməsi müddəti əlavə 

10  (on)  iş  günü  müddətinə  artırıla  bilər.  Qiymətli  kağızların  listinqə  alınmasına  dair 

qərar qəbul edildiyi halda, emitentə bu haqda məlumat verilir və 2 (iki) iş günü ərzində 

emitentlə birja arasında Listinq Müqaviləsi bağlanılır. Bundan sonra listinq tamamlanmış 

hesab edilir. Listinq Komissiyası listinq üçün ərizəni rədd etdikdə və ya 10 (on) iş günü 

ərzində qərar qəbul etmədikdə emitent, qərar qəbul edildikdən və ya onun qəbul edilməsi 

üçün  müəyyən  edilmiş  10  (on)  iş  günü  bitdikdən  sonra  20  (iyirmi)  iş  günü  ərzində 

mübahisənin həlli üçün birjanın Mübahisələrin həll edilməsi üzrə Komissiyasına müraciət 

etmək hüququna malikdir.

Məlumatların  mütəmadi olaraq açıqlanması

İYUN


30

MAY


31

P R E M İ U M

S TA N D A R T

21



22

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi kapital bazarlarında dövlət tənzimlənməsini 

həyata  keçirən  və  bazar  iştirakçılarının  maraqlarının  qorunmasına  xidmət  edən 

dövlət  qurumudur.  Bazar  iştirakçılarının  fəaliyyətinin  tənzimlənməsi  və  onların 

lisenziyalaşdırılması bu qurum tərəfindən həyata keçirilir. 

Hüquqi normativ baza ilə qurumun internet səhifəsində tanış ola bilərsiniz. Aşağıda 

qiymətli  kağızların  emissiyası  ilə  bağlı  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin 

müvafiq qayda və prosedurları sadalanmışdır: 

• 

Səhm və istiqrazların kütləvi emissiyası üçün emissiya prospektinin 



 

qeydiyyatının aparılması;

• 

Müvafiq sənədlərin təqdim edilməsindən sonra növbəti 



 

15 (on beş) iş günü ərzində prospektin qeydiyyatı haqqında qərar verilməsi;

• 

Qiymətli kağızların dövlət qeydiyyatı üzrə Çıxarışın şirkətə təqdim edilməsi;



• 

Təklifin müddəti bitdikdə və yerləşdirmə yekunlaşdıqdan sonra şirkət 30   

 

gün ərzində yerləşdirmənin yekunlarına dair hesabatın təqdim edilməsi;



• 

Hesabatın 15 (on beş) iş günü ərzində qeydiyyata alınması;

• 

Emissiyasının yekunları haqqında hesabatda olan məlumatlar həmin    



 

hesabat qeydiyyata alındığı tarixdən etibarən 7 (yeddi) gündən gec  

 

 

olmayaraq emitent tərəfindən kütləvi informasiya vasitələrinə açıqlanması.



Qiymətli Kağızlar üzrə 

Dövlət Komitəsi

56879789 87985 23

777889631898748

1235789996321178

4456 8983 322210

7898456321 321321

3214567899999872

565 87 9898911110



23

Səhm, istiqraz və digər qiymətli kağızların saxlanılması və reyestrinin aparılması, 

birja əqdləri üzrə klirinq və hesablaşmalar Milli Depozit Mərkəzi (MDM) tərəfindən 

aparılır.  əlavə  olaraq,  qiymətli  kağızlar  barədə  əqdlərin  qeydiyyatı  və  onların 

sahiblərinin  uçotunun  aparılmasını,qiymətli  kağızların  konsolidasiya,  konvertasiya 

və xırdalanması, eləcə də digər qlobal əməliyyatların aparılması kimi xidmətlər bu 

qurum tərəfindən həyata keçirilir. Mərkəz həmçinin qiymətli kağıza sahibliklə əlaqədar 

informasiyanın  emitentdən  (reyestr  saxlayandan)  deponentlərə  (müştərilərə)  və 

deponentlərdən qiymətli kağızların emitentinə (reyestr saxlayana) verilməsini təmin 

edir. Eyni zamanda səhmdarların  yığıncaqları, dividendlərin verilməsi və emitentin 

digər kooperativ  fəaliyyəti barədə qiymətli kağız sahibinin və ya onun səlahiyyətli 

nümayəndələrinin məlumatlandırılması kimi xidmətlər göstərilir.

Qaydalar ilə bağlı daha geniş məlumat qurumun internet səhifəsindən əldə oluna 

bilər. Aşağıda bəzi əsas mərhələlər təqdim olunmuşdur:

• 

Emitentin qiymətli kağızlarının  saxlanılması üçün depo hesabının açılması ilə



 

bağlı Mərkəz  ilə müqavilə bağlayır; 

• 

Şirkətin Nizamnaməsinin nüsxəsini, emissiya prospektini və Qiymətli Kağızlar



 

üzrə Dövlət Komitəsi tərəfindən verilmiş qiymətli kağızların dövlət reyestrindən 

 

çıxarışı Milli Depozit Mərkəzinə təqdim edir. 



Milli Depozit Mərkəzi

MDM


MDM


24

Terminlər lügəti 

Anderraytinq

Emitentin adından çıxış edərək investorların cəlb edilməsi və 

emitentin buraxdığı qiymətli kağızların bazarda yerləşdirilməsi 

öhdəliyinin götürülməsi 

Broker

Qiymətli kağızlar bazarinda alıcı və satıcı arasında vasitəçilik 



funksiyasını həyata keçirən peşəkar maliyyə şirkəti. Broker 

həmçinin investorlara və emitentlərə maliyyə məsləhəti 

xidmətlərini də göstərir.

Dividend


Səhmdarlarına şirkətin mənfəətindən ödənilən məbləğ

Delistinq

Qiymətli kağızların listinqdən xaric edilməsi

Emissiya 

prospekti

Şirkət və buraxılan qiymətli kağız haqqında məlumatların əks 

olunduğu  sənəd 

Emissiya


Yeni qiymətli kağızların bazara buraxılması

Emitent


Kapital cəlb etmək məqsədi ilə səhm və borc qiymətli kağızlarını 

investorlara satan hüquqi şəxs

İstiqraz

Müəyyən edilmiş müddət və faiz dərəcəsi ilə maliyyə vəsaitlərinin 

əldə edilməsinə və əsas məbləğin müddətin sonunda, faizlərin 

isə rüblük, yarımillik və ya illik ödənilməsinə imkan verən qiymətli 

kağızdır

İlkin kütləvi 

təklif

Şirkət tərəfindən səhmlərinin ilk dəfə olaraq geniş ictimaiyyətə 



təklif olunması və ya ilkin bazarda açıq satışa buraxılması 

İlkin bazar

Yeni buraxılmış qiymətli kağızların emitent tərəfindən ilk dəfə 

satışa çıxarılması

İnvestisiya 

Memorandumu

Marketinq sənədi kimi investorlara təqdim etmək üçün 

hazırlanmış sənəddir. İnvestisiya Memorandumu rəhbərliyin 

mükafatlandırılması, əməliyyatlar və maliyyə vəziyyəti, gəlirlərin 

istifadəsi və Emitentin dividend siyasəti və kapitallaşması 

haqqında və digər məlumatları əhatə edir.

Kapital bazarı

İstiqraz və səhmlər də daxil olmaqla, qiymətli kağızların ticarət 

olunduğu bazardır.

Klirinq və 

hesablaşma

Qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən 

edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, 

mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların 

aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsidir 

Kupon

İstiqrazın nominal dəyərindən ödənilən faiz məbləği. Kuponlar 



adətən rüblük, yarımillik və illik olur. İstiqrazların nominalının faizi 

formasında ifadə olunur. Məsələn, nominal dəyəri 1000 manat, 

illik kupon faizi 9% və ildə iki dəfə ödəyən istiqrazın sahibi hər altı 

aydan bir 45 manat məbləğində pul alacaqdır

Likvidlik

Bazarın, ticarətin yüksək fəallığı, müxtəlif maliyyə alətlərinin alıcı 

və satıcıların çoxluğu ilə xarakterizə olunan vəziyyəti

Listinq


Fond birjasının şərtlərinə və tələblərinə uyğun gələn qiymətli 

kağızların tənzimlənən bazarda satışa çıxarılması

Reyestr

Qiymətli kağızların dövlət reyestri Qiymətli Kağızlar üzrə Dövlət 



Komitəsi tərəfindən, qiymətli kağız sahiblərinin reyestri isə Milli 

Depozit Mərkəzi tərəfindən aparılır

Səhm

Sahibinə hər hansı bir müəssisənin aktivlərində müəyyən bir paya 



sahiblik və payına uyğun olaraq müəssisənin gəlirinin bir hissəsini 

dividend şəklində əldə etmək hüququ verən qiymətli kağız

Təkrar bazar

Qiymətli kağızların yerləşdirilməsindən sonra onların bazar 

iştirakçıları  tərəfindən ticarət olunduğu bazar  

Yerləşdirmə



Qiymətli kağızların ilk sahibləri tərəfindən alınması 

Yüklə 170,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə