Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   33


Tahir Həsənli
Yerfililər
(hər bir yerfili üçün yazılmış kitab)
Kitab Klubu
www.kitabklubu.org
Bakı – 2012


 
Redaktor:   
 
 
 
Yusif Dirili
  
Kompüter yığımı:  
 
 
Məcid Həsənli
Korrektor:   
 
 
 
Elçin Hüseynov
 
Kitabda Yerfi kəndi və onun işgüzar insanları haqqın­
da  müəllifin  şəxsi  xatirələri,  kənd  və  Vətənlə  bağlı  şeirləri, 
həmçinin bəzi tayfaların şəcərələri yer alıb. Bundan başqa ki­
tabda  kəndlə  bağlı  şəkillərə  də  kifayət  qədər  yer  verilib. 
Gələcək nəsillərə vəsilə olması diləklərimizlə. 
© Tahir Həsənli 2012
© “Kitab Klubu” 2012


3
Ön söz əvəzi
Bu kitabı yazmağımın səbəbi
1971-ci il idi. Qubada müəllimlərin avqust konfransı keçiri­
lirdi.  Rayon  partiya  komitəsinin  birinci  katibi  Quba  müəl-
limlərinə müraciət etdi ki, respublikamızda ilk rayon qəzeti 
olan “Şəfəq” qəzetinin 50 illik yubileyini qeyd etməyə hazırla­
şırıq. Bizə qəzetin birinci nömrəsi lazımdır. Amma tapılmır. 
Siz,  rayonumuzun  ziyalıları,  bu  işdə  fəallıq  göstərin,  bəlkə, 
kimdəsə bu nömrə saxlanmış olar.
Lakin birinci nömrə tapılmadı.
O vaxtlar mən də kəndimizlə bağlı rayon qəzetinə məqalələr 
yazardım. Odur ki, kəndimizin xalçaçıları, əfəndiləri, hacıları, 
aşıqları, eləcə də tarixi ilə bağlı məsələləri yaşlılardan öyrənir, 
fotoşəkil, sənəd axtarırdım. Lakin öyrəndiklərim əksərən şifa­
hi olurdu. Evlərdən sənəd tapmaq mümkün deyildi. Məsələn 
eşitdim  ki,  1920-ci  illərdə  “Şərq  qadını”  jurnalının  üz 
səhifəsində yerfili Anaxanım nənənin at üstündə şəkli olub. 
Yerfidəki xalça artelinin üzvlərindən Lenin və Stalin xalçaları­
nı  toxuyanlardan  bir  qrupu  Moskvaya  göndərilib,  Kremldə 
Mavzoley  qarşısında  fotoşəkilləri  çəkilib.  Amma  nə  olsun? 
Heç bir evdən şəkil, ya bir sənəd tapmadım.
Yaşlı nəsil öləndən bir az sonra övladları onun sənədlərini 
itirib, ya lazımsız kağız kimi tullayıb, ya da yandırıb. Bütün 
bunlar məni narahat edirdi. Tarixi, keçmişi, olmamaq pis şey­
dir.
Bəzən yaşlılardan öz babalarını saymağı xahiş edirdim. İki, 
ya  üç  baba  saya  bilirdilər.  Hər  hansı  nəsildən  olan  adam 
əqrəba  olduğu  adamla  hansı  babada  eyniləşdiyini  tapa  bil­
mirdi.  Odur  ki,  həvəslə  bağlı  öyrənirdim,  aydın  məqsədim 
yox idi. Bilmirdim ki, bir gün belə bir kitab yazmaq qismətim 
olacaq. Bilsə idim, daha yaxşı öyrənərdim. Çünki bu gün bir 


 
4
çox məsələləri öyrənə biləcəyim adamlar artıq həyatda yox­
dur. Mənə heyfsilənmək qalır, sizə isə toplaya bildiklərim.
Ümidvaram  ki,  bu  kitab  Yerfidən  kənarda  yaşayan  yer-
fililərə Yerfini və yerfililəri daha yaxından tanıdacaq, eləcə də 
bütün cavan yerfililərə keçmişini bilməyə, bir-birini tanımağa 
bələdçilik edəcək.
Sən! Nəslini tanıyırsanmı?
Əziz yerfililər (Yerfili dedikdə bütün ərazidəkiləri nəzərdə 
tuturam) !
Mən  bu  kitabı  sizin  qürrələnməyiniz  üçün  yazmamışam. 
Çünki nəsillə öyünmək yaxşı iş deyil. Müqəddəs kitabımızda 
göstərilir  ki,  nəsillə  öyünmək  bütpərəstliyə  xasdır.  Heç  kəs 
nəslim deyib lovğalanmasın. Bunları öyünməyiniz üçün yox, 
öyrənməyiniz,  bir-birini  tanımağınız,  mehriban  olmağınız 
üçün yazdım.
Hər bir nəsildə hər cür adam ola bilər. Belə deyilir ki, insan 
özündən əvvəlki 6 nəslin xüsusiyyətlərini daşıya bilər. 7 nəsil 
ötdükdə yeni qazanılmış əlamətlər əvvəlki əlamətləri tədricən 
sıradan  çıxarır.  Dünyaya  gələn  övladın  özündən  əvvəlki  6 
nəsildə olan baba və nənələrdən kimə oxşayacağını bəndənin 
bilməsi  çox  çətindir.  Bunu  Yaradan  bilər.  İnsanın  özündən 
əvvəlki  6  nəsli  sayanda  126  nəfər  eyləyir.  (Sxemə  bax.)  126 
nəfərin  içərisində  hər  cür  adam  tapmaq  olar.  Odur  ki,  bir 
ağacda gül də bitir, tikan da. Hər bir adamın yaxşı əməli oldu­
ğu kimi, pis, yaxud xoşagəlməz əməlləri də olur. Mən müxtəlif 
adamlarla  söhbət  apararkən  hər  bir  kəsin,  eləcə  də  hər  bir 
nəslin  yaxşılıqları  ilə  birgə  pisliklərini  də  eşitmişəm.  Kimi 
istəsən, necə deyərlər, yıxıb sürümək olar. Amma mən yaxşı­
lıqları yazıram. Çünki çox adam pislikləri yadda saxlayır, yax­
şılıqları  tez  unudur.  Söyləyəcəyim  yaxşı  cəhətləri  də  şişirt-
mirəm. Eşitdiklərimi, oxuduqlarımı və gördüklərimi yazıram. 
Ümid edirəm ki, Allah qoysa 20-30 il sonra kimsə bu işi da­
vam  etdirmək  istər.  Onda  mənim  yazdıqlarım  yarayar. 
Növbəti işləyən üçün həm asan olar, həm də çətin...Asan olar 


5
ki, mənim yazdıqlarımı hazır şəkildə istifadə edər, çətin olar 
ki,  yeni  söz,  yeni  məlumatlar  əldə  etmək  üçün  Respublika 
Dövlət arxivinə girməli olar. Mən itirə biləcəkləri topladım, 
itirilməyənlər isə bir yerfili alim oğulun yolunu gözləyir.
Haşiyə. Siz heç lavaşdan dürmək eləyib yemisinizmi? Ya­
van dürmək də olur, təzə lavaşla şordan da. Olanda arasına 
təzə  göyərti  qoymaq  olur.  Bal,  yağ  olsa  görənləri  də  iştaha 
gətirir.
Mən də istədim ki, hər yerfiliyə bir dürmək verim. Elə bir 
az şor da vuraram bəsləridir. Sonra fikirləşdim ki, bizim yağı­
mız da var, balımız da (Lətifələr, xatirələr, şəkillər, cədvəllər 
və s. nəzərdə tuturam). Niyə xəsislik eləyim? Bir dürməcə yağ 
da vurum, bal da. Təkcə yerfililər yox, bu yerfili dürməcindən 
kimin nəfsi çəkir, qoy yesin. İsti-isti yeyin, soyutmayın. Nuş 
olsun!
Yəqin ki, siz oxuduqca burda daha nələrinsə yazılmasını 
istəyəcəksiniz.  Sonda  sizin  üçün  saxladığım  boş  vərəqlərə 
qeydlər edin: sizdən kiçiklər öyrənsin, bildikləriniz itməsin. O 
yazdıqlarınızı mənə də çatdırsanız sizə təşəkkür edərəm.
Yerfi kəndinin təbiəti
Tarixinin qədimliyini alın qırışlarında əks etdirən Azərbay
­
can  torpağının  Böyük  Qafqazdakı  şırımlarında  yerləşmiş 
kəndlər  bu  günümüzlə  yanaşı  keçmişimızi  də  yaşadır,  ulu 
tarixdən kəlmə-kəlmə danışır. Biçənəklər, meşələr, çaylar isə 
sükuta dalaraq, onlara tapşırılmış insan izlərini qoruyur.
Haqqında danışdığımız ərazi keçmiş Qonaqkənd rayonu­
dur. Bu ərazi tarixin atası Herodotun yazdığı 26 qəbilə dilinin 
nişanələrini özündə saxlayır. Burada yerləşən kəndlərdən Xı­
nalıq, Buduq, Əlik, Hapıt, Cek camaatı öz dillərində danışır, 
adət-ənənələrini  qoruyurlar.  Bu  yerlər  “öz  məcnunlarının”: 
etnoqrafların,  arxeoloqların,  coğrafiyaşünasların,  dilçilərin, 
geoloqların və başqa elm adamlarının yolunu gözləməkdədir.


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə