Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 
Sağıcılardan bir qrupu . 1978-ci il


71
işləməyə  başlayan  sovxoz  öz  gücü  ilə  yeni  ferma  binaları 
tikməyə başladı. Yerfidə, Nohurdüzündə, Qayadalıda, Dərk-
də, Talışda ferma binaları təzələndi. Keçmiş Qonaqkənd rayo­
nu  ərazisində  təkcə  bu  sovxozun  üç  kəndində:  Yerfidə, 
Nohurdüzündə, Dərkdə avtomatlaşdırılmış tövlələr yaradıl­
dı. Fermalara su xətləri çəkildi. Qaramalın cinsini yaxşılaşdır­
maq üçün başqa respublikalardan gətirilən heyvanlar alındı. 
Sovxozda məhsuldarlıq ildən-ilə artırdı. Bu həm də fəhlənin 
əmək haqqının artması demək idi. Sovxoz öz göstəricilərinə 
görə Qubanın qabaqcıl sovxozları ilə bir cərgədə dururdu.
İllər  
 
 
 
1957   1971   1976   1980
Orta hesabla hər inəkdən
sağılan süd (kiloqramla)   
850   1100   1438   1973
1980-ci ildə sovxoz əməkçiləri beşillik planı dörd ildə ye-
rinə yetirdi. Sağıcılardan Hacıyeva Ziyarət, Kərimova Şükufə, 
Həsənova  Pərzad,  Məhərrəmova  Aydagül  qulluq  etdiyi 
inəklərin  hər  birindən  2000–2300  kiloqram  süd  sağmışdılar. 
Təngədən yuxarıdakı sovxozlar üçün bu əlçatmaz rəqəm idi. 
Yerfi sağıcıları rayonun qabaqcıl sağıcıları ilə yarışa bilirdi.
1973-cü ilin 5 iyun tarixli “Şəfəq” qəzeti yazırdı: “Sovxozun 
heyvandarları bu il dövlətə 340 ton əvəzinə 360 ton süd sağ­
mağı  nəzərdə  tutmuşlar.  Təcrübəli  sağıcı  bu  il  də  yüksək 
öhdəlik götürmüş, doqquzuncu beşilliyin zərbəçi əmək ilində 
öhdəsindəki 11baş inəyin hər birindən 1750 kiloqram əvəzinə 
2500 kiloqram süd sağmağa söz vermişdir. Tahir Cəbrayılovun 
yolu  ilə  getməyə  çalışan  Güləbatın  Əlixanova  indiyə  qədər 
hər inəkdən 1000 kiloqramdan çox süd sağmışdır.
İndi G.Əlixanova K.Marks adına sovxozda həm təcrübəli 
sağıcı,  həm  də  gənclərin  yaxın  məsləhətçisidir.  Onun  yetiş-
dirmələri  Rəfiqə  Musayeva  və  Ziyarət  Əmrullayeva  təsər-
rüfatda  qabaqcıl  sağıcı  kimi  ad-san  qazanmışlar.  Fermaya 
gədəm qoyan Rumayə və Adilə Kərimovalar onun iş üsulları­
nı həvəslə öyrənirlər.”


 
72
Bir çox biçənək və yaylaqlara maşın yolu çəkildi. Yayda qa­
ramal yaylağa – Seyfə dibinə qalxardı. Sağıcıların, naxırçıla­
rın,  məhsul  emalçısının  alaçıqları  qurulardı.  Süd  yaylaqda 
sağılar,  orda  da  emal  olunardı.  Sonralar  yaylağa  çıxılmadı. 
Süd  maşını  Nohurdüzündə,  Yerfidə,  Dərkdə  sağılan  südü 
emal  edilən  yerə  daşıyardı.  Səksəninci  illərə  yaxın  hər  gün 
1 tondan çox süd sağılırdı.
1980-ci ilin yekununa görə sovxoz plana edilmiş əlavə da­
xil olmaqla 103 faiz ət, 119 faiz süd, 109 faiz yun planını yerinə 
yetirmişdi. 438 ton süd, 165 ton ət istehsal olunmuş, qarama­
lın sayı 900, qoyunun sayı isə 10242 baş, arı 159 pətək olmuş­
dur. Sovxozun yarım milyon manat bank hesabı vardı. 1988-ci 
ildə isə 460 ton süd, 144 ton ət istehsal olunmuş, inəkbaşına 
sağım isə 1900 kiloqram olmuşdur.
Qoyunçuluğun vəziyyəti də bu illərdə yaxşılaşmışdı. Qış­
laqda  hər  yataqda  çoban  evləri  tikilmişdi,  elektrik  xətti 
çəkilmişdi. Qoyun saxlamaq üçün balıstanlar, küzlər tikilmiş­
di. İl yaxşı gələndə növbəti il üçün ot tədarük edilir, nohurlar 
hazırlanır, maşınla su daşınırdı. Müqayisə yolu ilə başqa sov­
xozlardan arpa, dövlətdən şurka, yem alınır, qış hazırlığı gö­
rülürdü. Bunun nəticəsi idi ki, hər il qoyunçuluq üzrə ət və 
yun planlarına əməl edilirdi. Kərimov Ağa, Bağırov Heykəl, 
Qəniyev  Qurban,  Hüseynov  Məməseyn,  Ağayev  Dənyar, 
Kərimov  Mövlud  və  başqaları  orden  və  medallarla,  fəxri 
fərmanlarla təltif olunmuş əməkçilər idi. Onlar öz dövrlərinin 
qabaqcılları idilər. 1980-ci ildə Yerfidə əhali sayı 528 nəfər idi 
(ASE, V cild, səh. 134).
Dəryaz sıradan çıxmağa başladı. Əl ilə işləyən motorlu ot­
çalan  maşınlar  gətirildi. Artıq  iki  evdən  birində  belə  maşın 
vardı.  Əllə  ot  çalmaq  heç  kəsin  ürəyindən  deyildi.  İmkanı 
olan biçənəklərdə pres işlədir, ot tay şəklində bağlanır və da­
şınırdı.  1970-ci  illərdə  kənddə  yeni  mağaza  binası  tikildi. 
1972-ci il avqust ayının 15–dən Quba–Yerfi marşrutu üzrə av­
tobus işləməyə başladı.
Camaatın məşğuliyyəti əvvəlki illərə nisbətən yaxşılaşmış­
dı. Həmin illərdə sanki bəhsə-bəhs idi. Oğlunun toyuna kimi 


Qışlaqda yun qırxımı. 1963-cü il


 
74
Habil Əliyevi, kimi Baba Mirzəyevi – bu qayda ilə Aşıq Baratı, 
Aşıq  Məmmədağanı,  aşıq  Qurbanı,  aşıq  Hacəli  Hacıyevi, 
xanəndə Eynulla Cəbrayılovu, Teymur Mustafayevi və başqa­
larını  gətirirdilər.  Kəndə  hər  gün  abunə  mətbuat  gətirilirdi. 
Hər ailə 4–5 və daha çox qəzetə abunə olurdu.
1988-ci ildə sovxoz Metropolitenə yardımçı təsərrüfat kimi 
verildi. Metropolitenin köməyi ilə Güney yolunda təmir işləri 
görüldü. Həmin il kənddə elektrik dəyirmanı quraşdırıldı. Ən 
mühüm hadisə isə 1989-cu ildə Qaraqızdan Yerfiyə su xəttinin 
çəkilməsi oldu. Bu işdə sovxozun direktoru Mikayılov Məm-
məd rzanın səy göstərməsi öz nəticəsini verdi. Camaat uzun­
qulaqda, əllə su daşımağın əziyyətindən qurtardı. Su təmizlik 
gətirdi. Evlərdə hamam tikintisi başlandı.
Təhsil. 1960–1991-ci illərdə kəndimizdə iqtisadiyyatın inki­
şafı ilə bağlı təhsildə də dəyişikliklər baş verdi. Uşaq sayı art­
mağa başladı. Əlavə sinif otaqları tikildi. Qonşu kəndlərdən 
gələn uşaqlar üçün 80 nəfərlik internat binası inşa edildi. Sov­
xozun hesabına şagirdlərin gediş-gəlişi üçün avtobus ayrıldı. 
Əlliyə  qədər  uşaq  qonşu  kəndlərdən  gəlirdi  Məktəbin  uşaq 
sayı  iki  yüzü  ötmüşdü. Artıq  hər  fənn  üzrə  müəllim  vardı. 
Müəllimlərin sayı on beşi keçirdi. Şagirdlər də yaxşı oxuyur­
dular. Rayon fənn olimpiadalarında iştirak edirdilər. Halbuki 
digər qonşu dağ kəndlərinin şagirdləri bu olimpiadalara get-
mirdilər. Odur ki, Yerfi kənd məktəbinin məzunlarından hər 
il  ali  məktəbə,  texnikuma  qəbul  olunanlar  olurdu.  1970-ci 
ildən tam orta məktəb kimi fəaliyyət göstərən Yerfi məktəbi 
bir sıra uğurlar əldə etdi. Rayonun qabaqcıl məktəblərindən 
biri  oldu.  Bu  uğurların  qazanılmasında  məktəbin  direktoru 
Şalyarov Əsgərin də zəhməti az deyildi. Qeyd edək ki, əvvəllər 
Qonaqkənd  rayon  təhsil  şöbəsində  inspektor  işləmiş  Əsgər 
müəllim  1952-ci  ildən  pedaqoji  fəaliyyətə  başlamış  2011-ci 
ilədək  öz  seçdiyi  peşəsindən  ayrılmamışdır.  59  illik  əmək 
fəaliy yətinin  50  ilini  Yerfi  kənd  məktəbinin  direktoru  vəzi-
fəsində işləmişdir.
Yerfinin alimləri. Yerfi kəndinin elm sahəsində nailiyyəti 
olmuş  nümayəndələri  də  çoxdur.  Biologiya  elmlər  doktoru, 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə