Hər birinin nominal dəyəri 1 000 (min) abş dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların



Yüklə 499,24 Kb.
səhifə1/9
tarix28.08.2018
ölçüsü499,24 Kb.
#65136
növüXülasə
  1   2   3   4   5   6   7   8   9

























Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti


Hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların



EMİSSİYA PROSPEKTİ

Qeyd: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs bu Emissiya Prospektində olan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır və

onu qeydiyyata almaqla yerləşdirilən qiymətli kağızlara münasibətini ifadə etmir.


Bakı 2016








Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

( Bu emissiya prospektində olan məlumatlar 15 may 2015-ci il tarixli Qiymətli Kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmışdır.)



Hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların




EMİSSİYA PROSPEKTİ

M Ü N D Ə R İ C A T

Səhifə


XÜLASƏ 2

  1. H İ S S Ə

  1. Emitentin auditorları barədə məlumat 7

  2. Seçilmiş maliyyə məlumatı 7

  3. Emitent barədə məlumat 7

  4. Emitentin biznesinin icmalı 9

  5. Digər təşkilatlarda iştirak 28

  6. Tendensiyalar barədə məlumat 29

  7. Emitentin idarəetmə və nəzarət orqanları 29

  8. İdarə heyətinin işgüzar praktikası 31

  9. Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan şəxslər 32

  10. Emitentin maliyyə məlumatları 33

  11. Emitent haqqında əlavə məlumatlar 34

  1. H İ S S Ə

  1. Əsas Məlumat (maraqların toqquşması və təklifin səbəbləri) 40

  2. İstiqrazlar barədə məlumat 41

  3. Təklifin şərtləri 44

  4. Ticarətə buraxılma və onun tənzimlənməsi 48

Bakı 2016
XÜLASƏ
  • Xəbərdarlıq.


Bu sənəd emissiya prospektinin giriş hissəsidir.
İstiqrazlara investisiya etmək barədə hər hansı bir qərar verməzdən əvvəl bu emissiya prospektini oxuduqdan sonra həyata keçirilməlidir.
Emissiya prospektində olan məlumatların yanlış, qeyri-dəqiq, ziddiyyətli olduğu və ya qiymətli kağızlara investisiya edib-etməmək barədə qərar verən investorlara kömək etmək məqsədilə əsas informasiyanın verilmədiyi zaman emissiya prospektini hazırlamış şəxslər mülki məsuliyyəti daşıyırlar.



    • Əsas anlayışlar


Qiymətli kağızlar bazarı – qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi, dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusu;

Emitent – İstiqrazların emissiyasını həyata keçirən hüquqi şəxs. Bu emissiyada emitent SOCAR-dır. İnvestor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxs; Nəzarət orqanı – Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)

Anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların kütləvi təklifi və yerləşdirilməsi üzrə investisiya xidməti;

Market-meyker – qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən şəxs;

Depo hesabı – mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesab;

Fond birjasının listinqi – fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş tələblərə əsasən fond birjasında ticarətə qəbul edilən qiymətli kağızların siyahısı;

Qanunvericilik – Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləsini, Qiymətli kağızlar bazarı haqqında Qanununu, digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri əhatə edir.

Faiz ödənişi (və ya kupon) – istiqrazlar üzrə investorlara ödənilən faiz məbləğidir. Kuponlar istiqrazın nominal dəyərindən hesablanır və faizlə göstərilir.
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə