Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

yuxarıya qalxan rütubətli, isti havanı əvəz etməsi nəticəsində aşağı təzyiq yaranır ki, bu da güclü 

küləklərin əmələ gəlməsinə səbəb olur. Yüksək təzyiq isə əksinə, yaxşı hava deməkdir.   

Şimal yarımkürəsinin yüksək təzyiqli nahiyələrində küləklər saat əqrəbi istiqamətində əsir. 

Təzyiq  aşağı  düşəndə  isə,  əksinə.  Yəni  küləyin  istiqamətini  belə  qabaqcadan  söyləmək 

mümkündür. Metereoloqlar müxtəlif təzyiqli sahələrin yerdəyişməsinin sürətini də bilirlər. 

Bütün  bu  detallardan  xəbərdar  olandan,  dünyanın  ən  müxtəlif  yerlərindəki  havanın 

vəziyyəti  haqda  dəqiq  məlumatlar  alandan  sonra  istənilən  yerdə  havanın  necə  olacağını 

qabaqcadan təsəvvür etmək mümkündür! 

 

N

iyə ilin fəsilləri var? 



 

Qədim zamanlardan insan fəsillərin dəyişməsinə heyran qalır, onun içində müəyyən suallar 

yaranırdı. Niyə yayda isti olur, qışda soyuq? Niyə qışda gecələr yaydakından daha uzundur? 

Biz bilirik ki, Yer həm Günəş ətrafında, həm də öz oxu ətrafında fırlanır. Günəş ətrafında 

dövrə vuararkən o həm də fırfıra kimi öz oxu ətrafında hərlənir. Əgər Yer oxu (Şimal və Cənub 

qütbləri arasındakı xəyali xətt) Yerin Günəş ətrafında dolanma orbitinə nisbətdə düz bucaq altında 

olsaydı,  onda  ilin  fəsilləri  deyilən  bir  şey  olmayacaqdı,  günlərimiz  isə  bir-birini  tam  təkrar 

edəcəkdi. 

Lakin  Yer  oxu  mailidir.  Niyə?  Məsələ  bundadır  ki,  Yerə  müxtəlif  qüvvələr  təsir  edir. 

Əvvəla,  bu,  Günəşin  cazibəsidir;  ikincisi,  Ayın  cazibəsidir;  üçüncüsü  isə  Yerin  özünün 

fırlanmasıdır. Nəticədə Yer Günəş ətrafına maili vəziyyətdə dövrə vurur. Bu vəziyyət bütün il 

boyu dəyişməz qaldığından Yer oxu həmişə bir nöqtəyə baxır – Qütb ulduzuna.  

Bu o deməkdir ki, ilin müəyyən bir hissəsində Şimal qütbü Günəşə baxır, qalan hissəsində 

isə onu görmür. Həmin bu maili vəziyyət ucbatından Günəşin birbaşa şüaları hərdən Yer kürəsinin 

ekvator xəttindən şimaldakı hissəsinə, hərdən ekvator nahiyəsinə, hərdən də ekvatordan cənuba 

işıq  salır.  Düz  bucaq  altında  enən  Günəş  şüalarının  müxtəlif  mövsümlərdə  Yerin  müxtəlif 

güşələrinə düşməsi səbəbindən planetimizin müxtəlif yerlərində ilin fəsilləri dəyişir.  

Şimal  yarımkürəsi  Günəşə  sarı  çevriləndə  ekvatordan  şimalda  yerləşən  ölkələrdə  yay, 

cənubdakılarda  isə  qış  olur.  Düz  şüalar  Cənub  yarımkürəsinə  düşəndə  isə  orada  yay,  Şimal 

yarımkürəsində isə qış olur. İlin ən uzun və ən qısa günləri qış və yay “gündönümü” adlanır.  

Bütün  yer  üzündə  ildə  gecə  ilə  gündüzün  bərabər  olduğu  cəmi  iki  gün  var.  Gecə  ilə 

gündüzün bərabərliyi payızda sentyabrın 23-də, yazda isə mart ayının təxminən 21-də baş verir.  

 



Reaktiv axınlar nədir? 

 

Bu gün biz “reaktiv” sözünü çox tez-



tez eşidirik və çoxumuz elə bilirik ki, “reaktiv axın” 

anlayışı mütləq reaktiv təyyarələrlə əlaqədardır. Amma bu heç də elə deyil! 

Reaktiv axınlar Yer ətrafındakı küləklər sisteminin tərkib hissəsidir. Odur ki, bu məfhumu 

anlamaq üçün əvvəl elə “külək”dən başlamalıyıq. Külək yer səthinə yaxın və paralel hərəkət edən 

hava axınlarına deyilir.  

Küləklərin hərəkəti əsasən, müxtəlif təzyiqli rayonların mövcudluğu ilə əlaqədardır və ona 

görə də külək çox vaxt yüksək təzyiqli rayonlardan aşağı təzyiqli rayonlara sarı əsir. 

Məhəlli yox, qlobal miqyasda isə demək olar ki, soyuq hava qütblərdən ekvatora, ilıq hava 

isə  ekvatordan  qütblərə  tərəf  axır.  Bu,  müntəzəm  axınlar  deyil,  turbulent,  yəni  fırlanan  hava 

kütlələridir. Yer kürəsinin hər rayonunda havaya müxtəlif amillər təsir edir. Təzyiqin göstəricisinə 

hətta  yerli  istilik  mənbələri  də  təsir  edə  bilər.  Küləyin  səmtinə  isə  konkret  nahiyədə  qurunun 

relyefi, suyun səthi, dağların təsiri var. 

Və nəhayət, bəzi yerlərdə elə sahələr var ki, havanın təzyiqi demək olar daim yüksəkdir. 

Belə sahələrə “antisiklonlar” deyilir və onlar həmin regionda küləyin səmtini müəyyən edir. 

Beləliklə, siz indi təsəvvür edə bilərsiniz ki, külək niyə əsir və ona təsir edən faktorlar 

hansılardır.  Lakin bütün bunlar atmosferin aşağı qatlarında əsən küləklərə aiddir. Bəlli olduğu 

kimi,  Yer  ətrafında  atmosfer  qatı  var ki, 120  kilometr  yüksəkliyədək  uzanır.  Atmosferin  üst 

qatlarında  küləyi  əmələ  gətirən  şərait  tamam  fərqlidir.  Burda  küləklər  yer  üzündəkindən  çox 

sürətlidir. Təxminən 9 kilometr yüksəklikdə küləyin gücü elə səviyyəyə çatır ki, ona “reaktiv axın” 

deyirlər. Belə küləklərin sürəti saatda 200-400 kilometr arasında olur. 

 

Külək necə yaranır? 



 

Küləyin yaranma səbəblərini müxtəlif baxış bucağından nəzərdən keçirmək olar - əvvəla, 

yaşadığın rayona nisbətdə; ikincisi, bütün yer üzünə nisbətdə. 

İstənilən yerdə təzyiq fərqi var deyə, həmin rayonda külək əsir. Əgər sən dəniz sahilində 

yaşayırsansa, hər gün küləyin şahidi olursan. Gün ərzində yerin səthi qızır, yer üzünə yaxın, qızmış 

hava kütləsi yuxarı qalxır, dənizdən əsən soyuq külək isə onun yerini tutur. Gecə torpaq soyuyur, 

su isə isti qalır. Suyun üstündəki ilıq hava yuxarı qalxır və meh artıq sahildən dənizə əsir, çünki 

yuxarı qalxan ilıq havanın yerini tutmağa çalışır. 




Bizim yaşadığımız rayonda küləyin başına gələnlər böyük miqyasda bütün yer kürəsində 

də olur. Planetimizin ən isti yeri ekvator xəttidir. Odur ki, bu zolaqda ilıq hava daim yuxarı qalxır, 

sonra isə ordan qütblərə tərəf – Şimal və Cənub qütblərinə axır. Bunun dalınca “at en dairələri” 

adlandırılan

 

müəyyən en dairələrində (30-35 dərəcə Cənub və Şimal en dairələri arasındakı ərazi) 



bu hava aşağı enir və öz hərəkətini davam etdirir, amma bu dəfə hərəkət iki istiqamətdə olur – 

qütblərə və ekvatora tərəf. 

Bir haşiyəyə çıxıb həmin əraziyə nədən “at en dairələri” deyildiyini söyləməkdə də fayda 

var. 16—19-

cu əsrlərdə Avropadan Amerikaya üzən yelkənli gəmilər həmin nahiyədə küləklərin 

az olması ilə əlaqədar okeanda bəzən günlərlə ləngiyir və su ehtiyatlarını özləriylə apardıqları 

atlara sərf etməmək üçün onları okeana atmalı olurdular. “At en dairələri” kimi qəribə ifadə də elə 

o zamanlar yaranıb...  

Əgər planetimiz fırlanmasaydı, yerdə yalnız şimal və cənub küləkləri olardı. Lakin Yerin 

hərlənməsi  ucbatından  Şimal  yarımkürəsinin  bütün  küləkləri  sağa  meyllənir,  Cənub 

yarımkürəsindəkilər isə  sola. “At en dairələri”ndən ekvatora  əsən küləklərə “passat küləkləri”, 

qütblərə sarı əsənlərə isə “vest küləkləri” deyirlər. Birləşmiş Ştatlar ərazisi əsasən, “vest küləkləri” 

əsən nahiyədə yerləşir. 

Yer kürəsinin başqa hissələrinin də özünün “dominant küləkləri” var.  

İndi artıq bizə bəlli oldu ki, küləklər heç nədən əmələ gəlmir. Onların yaranma səbəbi Yer 

səthinin müxtəlif nahiyələrinin müxtəlif dərəcədə qızmasıdır. 

 

 

Rütubət nədir? 



 

İçində  buz  kimi  su  olan  qrafini  stolun  üstünə  qoysaq,  nə  baş  verər?  Qrafin  çöldən 

tərləyəcək. Bəs bu su hardan əmələ gəldi? Havadan... 

Məsələ budur ki, havada daim su buxarı şəklində rütubət olur. İçində buz kimi su olan 

qrafinin tərləməsinə səbəb həmin buxarın soyuyub kondensata çevrilməsidir – buxar kondensata 

çevrilərək narın damcılar şəklində görünür. Havada isə su buxarı görünməz olur. “Rütubət” termini 

havada su buxarının olması deməkdir. Buxar hər yerdə, hətta nəhəng səhralarda da var.  

Deməli, rütubət daim olan bir şeydir və fərq onun yalnız miqdarındadır. Rütubəti ifadə 

etmək üçün çox üsul və cəmi iki termin var – “absolyut rütubət” və “nisbi rütubət”. Gəlin görək, 

onların mənası nədir. 

“Absolyut rütubət” bir hava vahidində olan su buxarının miqdarıdır, daha döğrusu havanın 

bir  kubmetrində  olan  su  hissəciklərinin  qədəridir.  Lakin  bu  göstərici  əməli  olaraq  bizə  heç  nə 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə