Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

vermir.  Siz  əgər  bəlli  bir  şəraitdə  özünüzü  necə  hiss  edəcəyinizi  bilmək  istəyirsinizsə,  “”bir 

kubmetrə  dörd  vahid”    anlayışından  havanın  quru,  yoxsa  rütubətli  olduğunu  başa  düşə 

bilməyəcəksiniz. Bədəninizdən havaya nə qədər rütubət uçursa, siz özünü bir o qədər yaxşı hiss 

edirsiniz. Havanın buxarlanma intensivliyi temperaturdan  asılıdır, absolyut rütubət anlayışı isə 

havanın bu xarakteristikası barədə bir şey demir. 

Nisbi  rütubət  bunun  üçün  daha  əlverişlidir.  O,  faizlərlə  ölçülür.  100  faiz  nisbi  rütubət 

havanın  su  buxarıyla  tam  doyması  deməkdir.  Temperatur  nə  qədər  yüksək  olsa,  buxarlanma 

çoxalır və havada su buxarının miqdarı da bir o qədər artıq olur. Beləliklə, isti gündə nisbi rütubətin 

90% olması o deməkdir ki, havada böyük miqdarda rütubət var və belə bir gündə siz özünüzü təbii 

ki, yaxşı hiss edə bilməyəcəksiniz.  

 

Dəmir niyə paslanır? 



 

Əgər  dəmirdən  olan  bir  əşyanı  bir  neçə  günlük  rütubətli,  sulu  yerdə  qoysaq,  o  elə  pas 

atacaq, sanki üzərinə qırmızıya çalan rəng çəkiblər. 

Pas nədir? Niyə o, polad, dəmir əşyalar üzərində əmələ gəlir?  

Pas dəmir oksididir. O, suda həll olmuş oksigenlə təmasa girərkən dəmirin “yanmasıdır”. 

Bu o deməkdir ki, əgər havada rütubət, su olmasa, suda həll olmuş oksigen də olmaz və 

pas əmələ gəlməz.  

Əgər yağış damlası dəmir səth üzərinə düşürsə, bu damla çox qısa bir zaman ərzində şəffaf 

qalır. Sonra islanmış dəmir və sudakı oksigen bir-birinə təsir edir, oksidləşmə prosesi baş verir, 

yəni həmin damlanın içində pas əmələ gəlir. Su qırmızıya çalmağa başlayır və pas suyun içində 

xırda zərrəciklər şəklində üzür. Su buxarlananda isə yerində quru pas qalır. Pas təbəqəsi həmin 

yerdə dəmirin üstünü tam örtür. 

Əgər dəmir səth üzərində pas əmələ gəlibsə, o, quru havada belə böyüyəcək. Ona görə belə 

olur  ki,  məsaməli  pas  ləkəsi  havada  olan  rütubəti  canına  çəkir.  Məhz  bu  səbəbdən  pas  əmələ 

gəlməsinin qarşısını qabaqcadan almaq yaranandan sonra onunla mübarizə aparmaqdan qat-qat 

asandır. Paslanmanın qarşısını almaq çox mühüm problemdir, çünki dəmir və polad məmulatlar 

uzun ömürlü olmalıdır. Bəzən onları bu məqsədlə ya rəngləyir, ya da plastik təbəqə ilə örtürlər. 

Bəs, müvəqqəti olaraq işləməyən hərbi gəmiləri pasdan qorumaq üçün nə etməliyik? Bu problemi 

rütubəti udan xüsusi qurğular vasitəsiylə həll ediblər. Belə mexanizmlər rütubətli havanı içinə 

çəkib yerinə quru hava buraxır. Belə şəraitdə heç pas da əmələ gələ bilməz! 

 



Duman nədir? 

 

Duman  yer səthindəki buluddur. Dumanla göydəki bulud arasında heç bir fərq  yoxdur. 



Bulud yerə, yaxud dənizə yaxın olanda, biz ona “duman” deyirik.  

Duman adətən, gecələr və səhər tezdən dərələrdə, su hövzələri üzərində əmələ gəlir. O, ilıq 

torpağa, yaxud suya tərəf enən soyuq hava kütləsiylə əlaqədardır.  

Duman ən çox havanın yerə və suya nisbətən daha sürətlə soyuduğu payız aylarında olur. 

Hava sakit olanda, qaranlıq düşən zaman çökəkliklərdə nazik duman layı yaranır. Gecələr torpaq 

soyuduqca havanın aşağı qatları da soyuyur. Bax, belə soyuq hava isti hava ilə təmasa girəndə 

duman yaranır. 

Bir qayda olaraq, şəhərdəki duman kənd yerlərdəkindən daha sıx olur. Şəhər havası toz və 

hislə doludur. Bu hissəciklər su zərrəcikləriylə təmasa girəndə sıx bir örtük əmələ gəlir. 

Yer  üzünün  ən  dumanlı  nahiyəsi  Atlantik  okeanın  Nyüfaundlənd  (Kanada)  sahilləridir. 

Orada rütubətli və ilıq hava Qütb dairəsindən cənuba axan soyuq sular üzərindən keçərkən qatı 

duman əmələ gəlir. Suyun soyuğu havanın rütubətini xırda su damcılarına kondensasiya edir. Bu 

damcıların ölçüsü yağış əmələ gəlməsi üçün kifayət olmur deyə, onlar havada duman şəklində 

qalırlar.  

San-

Fransisko nahiyəsindəki dumanlar isə tamam başqa cür əmələ gəlir. Burda sərin səhər 



mehi  ilıq  qumsallıqlara  tərəf  əsir  və  əgər  həmin  ərəfədə  qumsallığa  yağış  qumları  yağıbsa, 

buxarlanan rütubətdən sıx duman qatı yaranır. 

Çox vaxt duman buludlardan daha sıx olur. Bu ona görə belədir ki, duman zərrəcikləri 

buludlarınkından daha xırdadır. 

Saysız-hesabsız xırda damcılar bulud əmələ gətirən və sayca daha az olan iri damcılara 

nisbətən işığı daha çox udur. Odur ki, duman bizə buluddan daha sıx gəlir.  

 

Şeh nədir? 



 

Siz bəlkə də elə bilirsiniz ki, şeh təbiətin çox bəsit bir hadisəsidir və onun izahını asanlıqla 

vermək  olar.  Amma  nə  qədər  qəribə  olsa  da,  insanlar  şehin  nə  olduğunu  uzun  zaman  anlaya 

bilmirdilər. Təsadüfi deyil ki, bu təbiət hadisəsi barədə xeyli kitab da yazılıb. 

Aristotel zamanından 18-ci əsrədək belə hesab edirdilər ki, şeh də yağış kimi göydən yağır. 

Amma  əslində,  şeh  “yağmır”.  Hamının  yaxşı  tanıdığı,  yarpaqlarda,  otlarda  gördüyümüz  şeh 

əslində, heç də şeh deyil! Görürsünüz, bizim sadə saydığımız bir şey əslində nə qədər çaşdırıcıdır? 



Şehin nə olduğunu başa düşmək üçün bizi əhatə edən hava haqda bəzi şeyləri bilməliyik. 

Havada müəyyən qədər rütubət olur. İsti havadakı rütubət soyuq havada olandan daha çoxdur. 

Hava soyuq səthlə təmasa girəndə, onun bir hissəsi kondensə olunur və içindəki rütubət həmin 

səthin üzərində qalır. Bax, şeh budur.  

Bu hadisənin baş verməsi üçün sərin səthin temperaturu müəyyən dərəcədən mütləq aşağı 

olmalıdır.  Bu  göstəriciyə  “şeh  nöqtəsi”  deyirlər.  Məsələn,  əgər  metal  qaba,  yaxud  stəkana  su 

töksək, heç vacib deyil ki, qabın üzərində şeh əmələ gəlsin. Əgər həmin suya buz əlavə etsək, şeh 

o dəqiqə deyil, qabın səthi müəyyən temperaturadək soyuyanda əmələ gələcək. 

Bəs şeh təbiətdə necə yaranır? Bunun üçün gərəkdir ki, ilıq və rütubətli hava soyuq səthlə 

təmasa girsin. Şeh yerdə, yaxud cığırlarda əmələ gəlmir, çünki onlar günəşin istisini uzun müddət 

özündə saxlayır. Lakin ot, yaxud başqa tez soyumuş bitkilərin üzərində şeh yaranır.  

Bəs onda biz niyə deyirik ki, bitkilərin üzərindəki damlalar şeh deyil? Çünki bitkilərin 

üzərində yalnız səhər tezdən gördüyümüz az miqdarda rütubətə şeh demək olar. Rütubətin daha 

əhəmiyyətli  hissəsi  (bəzən  isə  elə  hamısı)  bitkinin  özü  tərəfindən  ifraz  olunur.  Rütubət  çölə 

yarpaqların  məsamələrindən  çıxır.  Bu,  həmin  yarpaqların  torpaqdakı  su  ilə  təmin  edilməsində 

vacib olan, “irriqasiya” adlanan bir  prosesin dav

amıdır.  Bu  proses  gündüz,  yarpağı  günəşin 

istisindən qorumaq üçün başlanır və gecə də davam edir. 

Yer kürəsinin bəzi guşələrində bitkilərin üzərində o qədər şeh olur ki, onu hətta heyvanları 

suvarmaq üçün nəzərdə tutulmuş xüsusi qablara toplayırlar!  

  

Qar 


dənələri niyə altıbucaqlıdır? 

 

Qar dənəsi təbiətin yaratdığı ən gözəl şeylərdəndir. Gözəllikdə qar dənəciyiylə bəhsə girə 



bilən nəsə düzəltmək istəsəydik, onun forması üzərində bir ömür baş çatlatmalı olardıq. Şıdırğı 

qar  yağanda  göydən  yerə  milyardlarla  qar  dənəsi  düşür  və  onların  arasında  ikicə  dənə  eynisi 

yoxdur. 

Biz artıq bilirik ki, qar sadəcə donmuş sudur. Əgər qar donmuş sudursa bəs niyə şəffaf yox, 

bəyazdır? Axı əslində, şəffaf olmalıdır. Qar ona görə ağdır ki, dənəciyin buz kristallarından ibarət 

tinləri işığı əks etdirir. Qar buna görə ağ görünür. 

Su  donarkən  kristallar  əmələ  gəlir.  Bu  o  deməkdir  ki,  molekullar  müəyyən  qaydada 

düzülərək həndəsi forma əmələ gətirir ki, buna da biz “kristal” deyirik.  

Belə alınıb ki, su molekulu üç hissəcikdən ibarətdir – iki hidrogen və bir dənə oksigen 

atomu. Ona görə də kristallaşarkən o ya üç, ya da altıbucaqlı fiqur əmələ gətirir. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə