Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

şimşəklərin parıltısını müşahidə edəndə, dəhşətli gurultunu eşidəndə elə bilirdi ki, bu tanrıların 

qəzəbidir, onları insanları cəzalandırmaq üçün göydən yollayırlar... 

Göy gurultusunun və şimşəyin əslində, nə olduğunu anlamaq üçün gəlin, baxaq ki, biz 

elektrik haqda hans

ı  məlumatlara  malikik.  Biz  bilirik  ki,  bəzi  şeylər  mənfi-müsbət  elektriklə 

yüklənir və müsbət yük mənfi yükü həmişə özünə cəzb edir.  

Əşyaların elektrik yükü artdıqca, cazibə qüvvəsi də çoxalır.  

Axırda elə bir an çatır ki, onları bir-birindən ayrı saxlayan qüvvələr lap zəifləyir. Elektrik 

yüklənməsi  zamanı  yaranan  cərəyanın  qarşısını  kəsən,  ona  müqavimət  göstərən,  istənilən  şey, 

məsələn,  hava,  şüşə,  yaxud  elektriki  keçirməyən  başqa  bir  təbəqə  dağılır.  Bu  zaman  elektrik 

boşalması baş verir və hər iki əşyanın daşıdığı elektrik yükü bərabərləşir. 

Eyni proses şimşəyin də başına gəlir. Saysız-hesabsız su damlalarından ibarət olan bulud 

başqa  bir  buludun,  yaxud  elə  torpağın  daşıdığı  elektrik  yükünün  əksi  ilə  yüklənir.  Onların 

arasındakı elektrik gərginliyi hava izolyasiyasını keçmək gücündə olanda şimşək çaxır. Elektrik 

boşalması müqavimətin daha az olduğu istiqamətdə hərəkət edir. Bax, şimşək ona görə düz xətt 

üzrə deyil, ziqzaq şəklində çaxır. 

Havanın elektrik keçiriciliyi onun temperaturundan, sıxlığından və rütubətindən asılıdır. 

Quru  hava  yaxşı  izolyatordur,  rütubətli  hava  isə  elektriki  keçirir.  Ona  görə  də  çox  vaxt  yağış 

başlanan kimi, şimşək kəsilir. Rütubətli hava keçiriciyə çevrilir və elektrik boşalmaları səssiz baş 

verdiyindən, heç hiss edilmir. 

Bəs,  göy  gurultusu  nədir?  Elektrik  boşalması  zamanı  hava  sürətlə  genişlənir,  sonra  da 

sıxılır. Genişlənmə və sıxılma zamanı sürətli hava axınları baş verir. Belə axınların bir-biriylə 

toqquşması zamanı biz göy gurultusunu eşidirir. Uzaqlarda çaxan şimşəklərin gurultusu isə ona 

görə gəlib bizim qulaqlarımıza çatır ki, səs dalğaları bir buluddan digərinə keçməklə, əks olunur. 

İşıq sürətinin saniyədə 299 795 kilometr; səsin havada yayılma sürətinin isə saniyədə 335 

metr  olduğu  üçün,  biz  həmişə  əvvəlcə,  şimşəyin  işığını  görür,  yalnız  sonra  onun  gurultusunu 

eşidirik. 

 

Göy qurşağı nədir? 



 

Göy qurşağı təbiətin ən gözəl hadisələrindəndir və insanlar onun nə olduğu üzərində hələ 

lap qədim zamanlardan düşünüblər. Hətta yunan filosofu Aristotel belə, göy qurşağının yaranma 

səbəblərini aydınlaşdırmağa çalışırdı.  




Artıq bilirik ki, Günəş işığı, yaxud adi ağ işıq əslində, bütün rənglərin sintezidir. Siz yəqin 

işıq şüasının güzgünün çəp qırağına, çilçırağın büllur bəzəklərinə, yaxud sabun köpüyünün üzərinə 

düşərkən yaranan mənzərəyə diqqət yetirmisiniz. Onda ağ işıq müxtəlif rənglərə parçalanır, biz 

qırmızı, narıncı, sarı, yaşıl, göy, bənövşəyi rənglər görürük.   

İşıq  şüasını  tərkib  hissələrinə  parçalaya  bilən  əşyaya  “prizma”  deyilir.  Rənglərə 

parçalanmış şüanın adını isə “spektr” qoyublar. 

Göy qurşağı da nəgəng, əyilmiş bir spektrdır; yəni yağış damlalarından keçən ağ işığın 

parçalanması  nəticəsində  yaranan  rəngbərəng  şüalardır.  Bu  halda  prizma  rolunu  elə  yağış 

damlaları oynayır. 

Göy qurşağı yalnız leysan vaxtı yaranır. Yəni onun əmələ gəlməsi üçün eyni zamanda həm 

şıdırğı yağış, həm də gün şüaları olmalıdır. Onu görmək üçün mütləq günəşlə (o arxada olmalıdır) 

yağışın  (o  isə  sənin  qarşında  olmalıdır)  arasında  durmaq  lazımdır.  Başqa  halda  göy  qurşağı 

görünməz. Günəşin şüaları yağış damlaları üzərinə düşərək spektr əmələ gətirir. Göy qurşağının 

görünməsi  üçün  Günəş,  sizin  gözləriniz  və  göy  qurşağının  mərkəzi  bir  xətt  üzərində  qərar 

tutmalıdır!  

Əgər günəş göy üzündə çox yüksəkdə qərar tutubsa, belə düz xətt alınmayacaq. Odur ki, 

göy qurşağını ya səhər tezdən, ya da axşamtərəfi görmək olur. Səhər-səhər görünən göy qurşağı 

ona  dəlalət  edir  ki,  günəş  şərqdə  durub,  yağış  isə  qərbdə  yağır.  Nahardan  sonra  görünən  göy 

qurşağı isə günəşin qərbdə durması; yağışın şərqdə yağmasındandır. 

Qədim zamanlarda cahil insanlar göy qurşağını bəd əlamət sayırdılar. Onlar fikirləşirdilər 

ki, ölən adamların ruhu o biri dünyaya məhz göy qurşağı vasitəsiylə keçir və əgər göy qurşağı 

görünürsə, deməli, kiminsə ölüm saatı yaxınlaşır. 

 

Niy


ə ekvatorda isti olur? 

 

Hər dəfə biz xəritəyə, yaxud qlobusa baxanda, ekvator xəttini o qədər əhəmiyyətli bir detal 



kimi qəbul edirik ki, onun xəyali xətt olmasına heç inanmağımız gəlmir. Əslində isə, yer üzündə 

bu xətti dəfələrlə keçərsən və heç xəbərin də olmaz. 

Dənizçilərin qəribə bir adəti də elə bundan qaynaqlanır. Onlar ekvator xəttindən ötəndə 

“xətti aşmaq” adlandırdıqları bir mərasim keçirir və bu əlamətdar hadisəni həmin mərasimlə qeyd 

edirlər.  “Ekvator”  sözü  latın  dilindən  gəlib,  “bərabərləşdirmək,  tənləşdirmək”  mənasındadır. 

Ekvator da əslində, elə bunu edir. O, Yer kürəsini Şimal və Cənub yarımkürələrinə bölür. Bu xəyali 

xətt yerin üstündə Cənub və Şimal qütblərindən bərabər uzaqlıqdadır.  



Yer  kürəsində  ekvatora  paralel  xəyali  xətlər  isə  “paralellər”  adlanır.    Ekvator  “sıfr” 

xəttisayılır, ondan yuxarı və aşağıdan keçən xəttlər isə planetimizdəki hansısa nöqtənin yerinin en 

dairəsini müəyyənləşdirir.  

Yer səthi xəritə üzərində regionlara bölünüb. Şimaldan başlayaraq, bu, Arktika, mülayim 

şimal qurşağı, tropiklər zonası, mülayim cənub qurşağı və Antarktikadır. 

Tropiklər  zonası,  yaxud  ekvatorial  zona  ekvatordan  23,5  dərəcə  cənub  və  şimal  en 

dairələrinədək uzanır. Bu regionda gün işığı şaquli düşür deyə, hava həmişə isti olur. 

Görək, bu nə ilə əlaqədardır. Bəllidir ki, Yer oxu onun Günəş ətrafındakı fırlanma orbitinə 

nisbətən mailidir. Ona görə də ekvator da Yerin orbitinə sarı meyllənir və bu bucaq dəqiq 23,5 

dərəcə təşkil edir. Yer  Günəş ətrafına hərlənərkən bu maililik nəticəsində onun düz şüaları  ya 

ekvatordan şimala, ya elə ekvator üzərinə, ya da ondan cənuba düşür. Günəşin şüaları Yer səthini 

yalnız 23,5 dərəcə en dairəsinədək işıqlandıra bilir.  

Günəş şüalarının yalnız ekvator nahiyəsində düz düşməsinin izahı da elə bundadır. İndi 

artıq bizə aydın oldu ki, niyə ekvatorda hava il boyu isti olur! 

 

Şimal və Cənub qütblərində temperatur eynidirmi? 



 

Bizlərin əksəriyyəti üçün Şimal və Cənub qütbü əraziləri bir sirr olaraq qalır. Onların nədən 

ibarət  olduğu  haqda  dəqiq  anlayışımız  yoxdur  deyə,  elə  bilirik  ki,  bu  iki  qütb  bir-birinə  çox 

bənzəyir. 

Amma maraqlı olan budur ki, Antarktika (Cənub qütbü ərazisi) və Arktika (Şimal qütbü 

ərazisi) arasında fərq bənzərlikdən daha çoxdur. Cənub qütbü ərazisini əsasən, Antarktida adlanan 

qitə tutur. Bu, buz və qarla örtülmüş qitə ərazi etibariylə Birləşmiş Ştatlardan iki dəfə böyükdür. 

Şimal qütbündə isə əksinə, Şimal buzlu okeanı qərar tutub ki, o da Şimali Amerika, Avropa və 

Asiya sahillərini yuyur. 

Başqa bir fərq ondan ibarətdir ki, insanlar, heyvanlar və bitkilər tədricən, şimala yaxınlaşır, 

qütb  şəraitinə  uyğunlaşırlar.  Cənubi  Amerikadan  başqa  digər  qitələrdən  yüzlərlə  kilometrlilk 

okean sularıyla ayrılmış Cənub qütbündə isə nə insan yaşaya bilər, nə də heyvan.  

Burda bitki aləmindən yalnız şibyə, mamır, otşəkilli bitkilər və bəzi çiçəklər təmsil olunub.  

Yeri gəlmişkən, pinqvinlərin bu rayona uyğunlaşmasının səbəbi yalnız odur ki, bu yerlərdə 

onların düşməni yoxdur. 

Bəs, Antarktidanın iqlimi necədir? Hava baxımından onun iki əsas cəhətini mütləq qeyd 

etmək lazımdır. Birincisi, orada yay mövsümündə belə dəhşətli soyuqlar olur, dünyanın ən dəhşətli 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə