Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

küləkləri əsir. İkincisi, Şimal qütbü nahiyəsində onu əhatə edən okeandan qalxan hava dalğaları 

temperat


uru bir qədər yüksəldir, əsas hissəi buzla örtülmüş Antarktitada isə yüksək təzyiqli soyuq 

hava kütlələri əmələ gəlir. Ona görə də bu yerlərin iqlimi Şimal qütbündəkindən daha sərtdir.   

Antarktidada hətta yayda belə, havanın orta aylıq temperaturu suyun donma nöqtəsindən 

aşağı  olur!  Ayrı-ayrı  günlərdə  temperatur  müsbət  4  dərəcəyədək  yüksələ  bilər,  amma  yayın 

ortasında artıq şaxtalar başlanır. Qışda isə Cənub qütbündə orta temperatur mənfi 23-35 dərəcə 

təşkil edir.  

 

Niyə səhrada su yoxdur? 



 

Səhra nədir? Səhra elə bir yerdir ki, orada həyatın yalnız xüsusi formaları mövcud ola bilər. 

Bütün səhralarda su qıtlığı hiss olunur. Bu o deməkdir ki, orada mövcud olan həyat formaları susuz 

keçinməyə uyğunlaşmalıdırlar. 

Yağıntıların  miqdarı  regiondakı  bitki  örtüyünün  həcmini  və  növlərini  müəyyənləşdirir. 

Meşələr yağıntının kifayət qədər olduğu yerlərdə yayılır. Ot örtüyü yağıntı az olan yerlər üçün 

xarakterikdir. Yağıntı lap az olan yerlərdə isə yalnız səhralar üçün səciyyəvi olan ayrı-ayrı bitki 

növləri bitə bilər. 

Afrika Səhrası kimi, ekvator nahiyəsindəki isti səhralar da səhralar üçün səciyyəvi olan 

quru iqlimə malik zonalarda yerləşir. Bu zonalarda yerə enən hava isinir və rütubətdən azad olur. 

Bu yerlərin torpağı okeanın yaxınlığına baxmayaraq, çox qurudur. Bunu Afrikanın şimal-qərbi və 

Avstraliyanın qərbi haqda da söyləmək olar. 

Ekvatordan uzaqlarda olan səhralar isə okeandan və onun rütubətli küləklərindən uzaqda 

yerləşdiyinə  görə,  küləklərin  qarşısını  səhra  ilə  dəniz  arasında  ucalan  dağlar  kəsdiyinə  görə 

yaranıb.  Belə  dağ  silsilələri  yağışları  dəniz  tərəfə  baxan  yamaclarında  saxlayırlar,  onların  əks 

tərəfdəki yamaclar isə tam quraqlıq olur. 

Bu hadisəni “yağış çəpəri” effekti adlandırırlar. Mərkəzi Asiya səhraları üçün yağış çəpəri 

rolunu Himalay da

ğları və Tibet oynayır. 

Birləşmiş Ştatların qərb hissəsindəki Böyük Hövzə səhralarına isə yağış Syerra-Nevada 

kimi dağ silsilələrinə görə gəlib çıxa bilmir. 

Səhralar  özlərinin  görünüşünə  görə  də  bir-birindən  çox  fərqlənir.  Qumun  bol  olduğu 

yerlərdə küləklər qum təpələri əmələ gətirir. Oralarda ayrıca qum səhraları da olur. Qayalı səhralar 

isə əsasən, qaya suxurlarından, fantastik uçurumlar və təpələr əmələ gətirən qayalardan, nahamvar 

düzənliklərdən ibarət olur. Başqa səhralar, məsələn, Birləşmiş Ştatların cənub-qərbində olanlar 

səhralar  üşünsə  bəhrəsiz  qayalar  və  susuz  düzənliklər  səciyyəvidir.  Küləklər  ən  kiçik  torpaq 




sahələrini belə eroziyaya uğradır və yerin üzündə qalan daşlar, çınqıllar elə görünür ki, sanki kimsə 

onu səhraya bilərəkdən döşəyib. 

Səhraların  əksəriyyətində  cürbəcür  bitki  və  heyvanlar  olur.  Səhralıqda  bitən  bitkilər 

buxarlanmanı  azaltmaqdan  ötrü  öz  yarpaqlarından  tamamilə  azad  olur.  Yarpaq  yerinə  onlarda 

heyvanları qovmaq üçün tikanlar əmələ gəlir. Bu yerlərdə yaşayan heyvanlar isə çox uzun müddət 

susuz keçinə bilir və özünə gərək olan rütubəti ya bitkilərdən, ya da elə şehdən alır.  

 

Tüstü nədir? 



 

Tüstü  ayrı-ayrı  yanacaqların  tam  yanmamasının  nəticəsidir.  Bu  o  deməkdir  ki,  əgər 

yanacaq tam yansaydı, tüstüsü olmazdı. 

Yanacaqların  çoxu  carbondan,  hidrogendən,  azotdan,  kiçik  miqdarda  kükürddən  və 

mineral küldən ibarətdir. Əgər bütün bunlar birdən və tam yansaydı, yanmanın tullantısı karbon 

iki oksid, su buxarı və sərbəst azotdan ibarət olardı ki, bütün bu maddələr ziyansızdır. Yanacağın 

t

ərkibində kükürd varsa, yanmadan əhəmiyyətsiz dərəcədə kükürd oksidi də əmələ gəlir. Bu maddə 



hava və rütubətlə təmasa girəndə, metalları korroziyaya uğradan turşu yaranır. 

Yanacağın tam yanması üçün yüksək temperaturda oksidləşmə təmin olunsun deyə, kifayət 

qədər oksigen olmalıdır. Bunu xüsusilə də, bərk yanacaqdan istifadə zamanı təmin etmək çətindir 

və nəticədə tüstü əmələ gəlir. 

Daş kömürün növlərindən olan antrasit və koks tüstüsüz yanır, çünki onların tərkibində 

uçan maddələr yoxdur.  

Bitumlu kömürlər aşağı temperaturlarda parçalanırlar və bu zaman ondan qaz və qatran 

ayrılır. Bu maddələr toz və küllə birləşəndə isə tüstü əmələ gəlir. 

İstənilən şəhər havası sərt hissəciklərlə dolu olur, amma onları tüstü saymaq düz deyil. 

Tüstünün  tərkibində  toz,  bitki  zərrəcikləri,  başqa  maddələr  ola  bilər.  Onlar  cazibə  qüvvəsi 

sayəsində tədricən aşağı enir. Kiçik şəhərlərdə və şəhər ətraflarında hər il ərazinin kvadratmetrinə 

belə hissəciklərdən ibarət 70-90 ton arasında toz çökür. İri şəhərlərdə isə bu göstərici 10 dəfə artıq 

da ola bilər! 

Tüstü böyük ziyanlar vura bilər. O, sağlamlığa, tikililərə, bitki aləminə ziyandır. Böyük 

şəhərlərdə  tüstü  günəş  şüasının,  xüsusilə  də  insan  sağlamlığı  üçün  vacib  olan  ultra-bənövşəyi 

şüaların keçməsinə mane olur. 

Əgər külək tüstünü qovmasaydı, şəhərlər bütün günü duman içində olardı. Tüstü dumanları 

tez-


tez rast gəlinən yerlərdə ağ ciyər və ürək xəstəliklərindən ölüm halları çoxalır.  


Tüstü bitki örtüyü üçün xüsusilə təhlükəlidir. O, bitkilərin “nəfəs almasına” mane olur, 

onları günəş şüalarından məhrum edir. Bəzən isə tüstünün tərkibindəki turşular bitkiləri sadəcə, 

məhv edir! 

Müasir zamanda bir çox şəhərlərdə tüstü və onun zərərli təsirləriylə çox aktiv mübarizə 

aparılır.  

  

His nədir? 



 

İngiltərədə  tüstü  ilə,  xüsusilə  də  məişət  ocaqxanalarının,  fabriklərin  borularından  çıxan 

tüstü 

ilə mübarizəyə böyük diqqət ayrılır. Hətta bəzi nahiyələrdə kömürlə işləyən ocaqxanaları 



qadağan da ediblər. 

Bəzi  şəhərlərdə  atmosferə  buraxılan  müxtəlif  sənaye  qazlarının  qarışığı  elə  bir  duman 

əmələ gətirir ki, ona his deyilir. Bu his bizim bildiyimiz, məsələn, şam yanan zaman əmələ gələn 

hisə bənzəməz. Bu his ağ ciyərlərə düşəndə öskürək yaradır. Həmin hisin tərkibində bəzi qazlar 

və müxtəlif bərk hissəciklər olanda, o artıq zəhərli sayılır.  

Beləliklə,  havada  daim  toz  olur.  Həmin  toz  havadan  asılı  vəziyyətdə  qalan  xırdaca 

hissəciklərdir.  Təbiətdə  toz  torpağın  eroziyasından,  vulkan  püskürməsindən,  yanma  qazlarının 

təsirindən və sənaye tullantılarından əmələ gəlir. Sonuncunu tüstülənən fabrik borularına tamaşa 

edəndə görmək olar. 

Havada  olan  tozun  miqdarını  təsəvvür  etmək  çətindir.  Belə  hesab  edirlər  ki,  Birləşmiş 

Ştatlar üzərində təxminən 39 000 000 ton toz var! Bunun 28 000 000 tonu təbii mənbələrdəndirsə, 

11 000 


000 tonu məhz insan fəaliyyətinin nəticəsidir! 

Təbii  ki,  ən  çox  toz  sənaye  şəhərlərində  olur.  Məsələn,  Amerikanın  iri  şəhərlərində  il 

ərzində yerə çökən tozun miqdarı ilə tanış olaq: Detroyt – 65 ton, Nyü-York – 55 ton, Çikaqo – 55 

ton, Pitsburq – 42 ton, Los-Anceles – 

30 ton. Sənaye müəssisələri lap çox olan şəhərlərdə isə hər 

il yerə 180 ton toz yağa bilər. 

Bu, insan sağlamlığı üçün çox ciddi bir problemdir, ona görə də bir çox şəhərlər havanın 

kirlənməsini  azaltmaq  üçün  aktiv  tədbirlər  görürlər.  Çoxlu  toz  əmələ  gətirən  dəzgahlar  xüsusi 

toztut

ucularla təchiz olunur. Bundan başqa ventilyasiya sistemləri və cürbəcür elektrik avadanlığı 



da tətbiq olunur. Bəzən sulu qazma və su püskürmə sistemlərindən belə istifadə edirlər. Bütün bu 

ciddi təbbirlərə baxmayaraq, havanın kirlənməsi problemi hələ də öz həllini tapmayıb.  

 

Qaz nədir? 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə