Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 

Çox əsrlər qabaq Yunanıstanın Delfi nahiyəsində bir çoban fikir verib ki, torpaqdan çıxan 

qəribə  buxarlar  qoyun-keçinin  öz  davranışını  dəyişməsinə,  insanların  məst  olmasına,  danışıq 

qabiliyyətini  itirməsinə  səbəb  olur.  Yunanlar  elə  fikirləşirdilər  ki,  buna  səbəb  ilahilərdən 

hansınınsa  ruhudur.  Məhz  elə  buna  görə  həmin  yerdə  bir  məbəd  tikirlər.  Lakin  onların  “ruh” 

adlandırdığı əslində, yerdən çıxan qazlar imiş. 

Bu gün qazın üç tipi bəllidir: təbii qaz, daşkömür qazı və su qazı. Qaz yataqları dünyanın 

çox  yerində var. O, çox qədim dövrlərdə  yer qabığının deformasiyası nəticəsində əmələ  gələn 

yeraltı  anbarlarda  cəmləşir.  Uzun  qaz  boruları  onu  təzyiq  altında  minlərlə  kilometr  daşıyaraq 

şəhərlərə çatdırır ki, orada həmin qazdan metallurgiya zavodlarında və elektrik stansiyalarında 

istifadə edirlər.  

Daş  kömür  qazını  böyük  vakuum  qurğularında  qızdıraraq  xırdalanan  kömürdən  əldə 

ed

irlər. İstilik müəyyən həddə çatanda, kömür əriməyə başlayır və ondan qaz xaric olur, həmin 



qazı da borularla nəql edirlər. 

Qaz böyük cənə yığılır və orada qarışıqlardan təmizlənir. Sonra onu soyuducu borulardan 

keçirir və “təmizləyiciyə” yollayırlar. Təmizləyici qurğu qazı qalan qarışıqlardan da arındırır. Və 

nəhayət, təmiz qaz onun həcmini müəyyənləşdirən sayğacdan keçir və saxlama anbarına daxil olur 

ki, ordan da boru xətləri vasitəsiylə evlərə, müəssisələrə çatdırılır. 

Qazın təmizlənməsi zamanı əmələ gələn qatı qara bitumun tərkibində bir xeyli qiymətli 

maddələr olur. Bu maddələrdən ətir, dərman rəngi və yağların istehsalında istifadə olunur. Bütün 

bu proseslərdən sonra qaz sobasında qalan maddəyə isə “koks” deyilir. 

Hazırda qazdan işıqlandırma üçün praktiki olaraq artıq istifadə etmirlər. Alınan qazın 80%-

i yemək hazırlanarkən, mənzilləri və sənaye müəssisələrini qızdırarkən istifadə olunur. Qaz təmiz 

yanacaqlara aiddir deyə, ondan daha geniş istifadə etməyə can atırlar. Onu idarə etmək, nəql etmək 

çox 


asandır. Qazı anbarlarda saxlamaq elə xərc tələb etmir, işlətdikdən sonra qalan qalıqları asanca 

məhv etmək olur. 

İndi biz qəhvə dənələrini qızardanda, yemək hazırlayanda, çörək bişirəndə qazdan istifadə 

edirik. Hətta qaz yanacağıyla çalışan soyuducu qurğular belə var. Müasir camaşırxanalarda buxar 

əldə etmək üçün də qazdan istifadə olunur. Qaz yanacağından istifadə şəhərlərdə havanın nisbi 

təmizliyini təmin etmək üsullarındandır. 

 

Helium nədir? 



 


Heliumun kəşfi əsl elmi detektivə bənzəyir! 1886-cı ildə ingilis alimi ser Norman Lokuyer 

“spektroskop”  adlanan  cihazla  Günəşi  öyrənirdi.  Bu  cihaz  şüalarda  ayrı-ayrı  elementlərin 

mövcudluğunu aşkar etməyə imkan verirdi, çünki hər kimyəvi elementə spektrın müəyyən xətti 

uyğun gəlir.  

Alim  spektrə  baxanda  naməlum  bir  xətt  görür  və  başa  düşür  ki,  bu  xətt  Yer  üzündə 

indiyədək bəlli olmayan yeni bir elementə aid ola bilər! Həmin elementə “helium” adı verirlər – 

yunan sözü olan, Günəş anlamını daşıyan “Helius” sözündən. 

Az sonra alimlər həmin elementi yerdə də axtarmağa girişdilər. Müəyyən zamandan bəri 

aparılan çoxsaylı təcrübələrdən sonra bəlli oldu ki, bizim atmosferdə də helium var. Lakin onun 

miqdarı o dərəcədə azdır ki, havanın 247 350 kubmetrinə cəmi bir kubmetr helium düşür! 

Başqa  təcrübələr  nəticəsində  müəyyən  edildi  ki,  helium  radiumdan  ayrılır  və  müxtəlif 

hissəciklərin ayrılması zamanı “alfa-hissəciklər” adlandırılan bir nəsnə də əmələ gəlir – böyük 

hərəkət sürətinə malik helium atomları.  

Sonrakı  araşdırmalar  nəticəsində  heliumun  çox  faydalı  qaz  olması  aşkarlandı.  O,  çox 

yüngül olduğundan böyük qaldırıcı gücə malik idi. Yanma təhlükəsi  yoxdur deyə, ondan həm 

hərbi, həm də mülki dirijabllarda, metereoloji zondlarda istifadə etmək olardı. 

Heliumun  əhəmiyyətini  anlayan  Birləşmiş  Ştatlar  höküməti  təbii  helium  yataqlarının 

axtarışına  başladı.  Amerikanın  bəzi  yerlərində,  məsələn,  Texas,  Nyü-Meksiko  və  Kanzas 

ştatlarında təbii qaz çıxarılır. Bəlli oldu ki, bu qazın tərkibində 1-2 faiz helium da var. 

Onun istehsalı üçün başqa mənbə olmadığından, indi Birləşmiş Ştatlar dünyada kifayət 

qədər heliuma malik olan yeganə ölkədir! Əvvəl-əvvəl, bu qazın bir kubmetrinin qiyməti 70 000 

dollar idi, amma bu gün qiymət dəfələrlə aşağı düşüb. 

Bəs, siz bilirsiniz ki, heliumdan tibb sahəsində də istifadə edirlər? O, astmalı xəstələrə 

k

ömək edir. Bundan başqa, dalğıclara və böyük dərinliklərdə çalışan adamlara nəfəs almaq üçün 



heliumla  oksigen  qarışığından  əmələ  gələn  hava  verilir  ki,  onlarda  “kesson  xəstəliyi”  adlanan 

amansız xəstəlik yaranmasın!   

 

Atom nə boydadır? 



 

Gəlin  ondan  başlayaq  ki,  bizim  atom  barədə  bilgilərimiz  sabah  dəyişə  də  bilər. 

Sinxrofazotron 

adlanan  qurğuların  yaranması  ilə  alimlər  atom  haqda  getdikcə  daha  çox 

informasiya əldə edirlər. 



Maraqlıdır ki, “atom” sözü yunan dilində “bölünməz” deməkdir. Qədim yunanlar atomu 

istənilən maddənin ən xırda hissəciyi sayırdılar. 

Bu gün artıq atomun tərkibində 20-dən artıq müxtəlif hissəciklər tapılıb! Alimlərin fikrinə 

görə,  atom  elektronlardan,  protonlardan,  neytronlardan,  pozitronlardan,  neytrinolardan, 

mezonlardan  və  hiperonlardan  ibarətdir.  Elektronlar  mənfi  yüklü  hissəciklərdir.  Onlardan 

təxminən  1836  dəfə  ağır  olan  proton  müsbət  yüklüdür.  Daha  ağır  hissəcik  –  neytronun yükü 

yoxdur,  o,  neytraldır.  Pozitron  təxminən  çəkicə  elektrona  bərabərdir,  o  da  müsbət  yüklüdür. 

Neytrin


o  elektrondan  təxminən  iki  min  dəfə  balacadır  və  yükü  də  yoxdur.  Mezonlar  isə  həm 

müsbət yüklü ola bilər, həm də mənfi. Hiperonlar da protonlardan yekədir. 

Beləliklə, bütün bu hissəciklər, yaxud mənfi-müsbət-neytral yüklər bir yerdə necə qalır, 

indiyə kimi bəlli deyil. Müxtəlif kimyəvi elementlər belə atomlardan ibarətdir. Onların bəziləri 

çəkicə fərqlənir deyə, kimyəvi elementləri atom çəkisinə görə qruplaşdırırlar. Məsələn, hidrogen 

belə cədvəldə 1 nömrəlidir, dəmir isə 55. Bu o deməkdir ki, dəmir atomu hidrogen atomundan 55 

dəfə ağırdır. Lakin buna baxmayaraq, onların hər birinin çəkisi çox cüzidir. Bir hidrogen atomunun 

çəkisi cəmi bir qramın milyin-milyon-milyon-milyonda-biri qədərdir! Atomların nə qədər xırda 

olduğunu təsəvvür etmək üçün bir fikirləşin: bir qram hidrogendə nə qədər atom var?  Bu rəqəm 

yanında 23 sıfrı olan “altı”dır. Könlümüzdən həmin rəqəmi saniyədə bir dənə olmaqla, saymaq 

istəsək, on min milyon-milyon il tələb olunacaq ki, bir qram hidrogendəki bütün atomları saya 

bilək!  


 

Nüvə enerjisi nədir? 

 

Nüvə  enerjisi  atomdan  alınan  enerjidir.  Hər  atom  enerji  hissəciklərindən  ibarətdir.  Bu 



enerji atomun bütün hissəciklərini bir yerdə qalmağa məcbur edir. Odur ki, atom enerjisində enerji 

mənbəyi atomun nüvəsidir. Bu enerji atom parçalanarkən ayrılır. 

Əslində,  atomdan  enerji  almağın  iki  üsulu  var.  Birincisi  sintez,  ikincisi  bölünmə 

reaksiyasıdır.  Sintez  reaksiyası  zamanı  iki  atom  birləşərək  vahid  atom  əmələ  gətirir.  Atomlar 

birləşərkən çox böyük enerji istilik şəklində ayrılır. Günəş enerjisinin də böyük hissəsi onda baş 

verən sintez reaksiyasından alınır. Bu da atom enercisinin bir növüdür. 

İkinci  üsul  bölünmə,  yaxud  parçalanma  reaksiyasıdır.  Parçalanma  bir  atom  iki  yerə 

bölünəndə  baş  verir.  Bu  reaksiya  atomların  müxtəlif  hissəciklərlə,  məsələn,  neytronlarla  (o  da 

atomun tərkibindədir) bombardmanı zamanı yaranır. 

Lakin  hər  bombardman  atomun  parçalanmasına  səbəb  olmur:  atomların  əksəriyyətini 

parçalamaq mümkün deyil. Lakin uran və plutonium atomları bəlli şəraitdə parçalanır. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə