Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   14   15   16   17   18   19   20   21   22

İndi  isə  növbə  ona  çatdı  ki,  atmosferin  işıq  şüalarının  başına  gətirdiyi  oyunlardan  baş 

çıxaraq. Səhrada yer səthi üzərində sıx hava təbəqəsi olur ki, hərdən o da bir güzgü rolunu oynayır. 

Obyekt bizim görmə imkanlarımızdan uzaqda, ya da üfüq xətti arxasında da ola bilər. Lakin ondan 

əks olunan işıq şüaları həmin o sıx hava qatı üzərinə düşsə, bizim gözümüzdə əks olunacaq. O 

zaman biz bu obyekti üfüq xəttinin üzərindəymiş kimi “görəcəyik”. Biz, əslində, görünməz olan 

bir şeyi “görürük”! Belə “hava  güzgüsündə” əks olunan səmanı bizim təxəyyülümüz göl kimi 

qəbul edə bilər. İlğım beləcə yaranır. 

İsti gündə təpənin ətəklərinə yaxınlaşarkən, bizə elə gəlir ki, yolun qarşıdakı hissəsi yaşdır. 

Bu da bir ilğımdır! Göydən düşən və yerin üstündəki isti hava qatında sınan şüaları belə görürük. 

Amma bizə elə gəlir ki, bu gördüyümüz əsl yoldur. 

İlğımı dənizdə də görmək mümkündür – göydə qəflətən gəmi təsvirləri əmələ gəlir! Bu 

halda hər şeyi suyun üzərindəki sərin hava qatı və ondan üstdəki isti hava layı izah edir. Üfüq xətti 

arxasındakı  gəmilər  ona  görə  “görünür”  ki,  onlardan  əks  olunan  şüalar  ilıq  hava  qatından  əks 

olunur və biz həmin gəmini göydə görürük! 

Gözəl ilğımlar görmək  mümkün olan məşhur  yerlərdən biri Siciliyadır.  Orada Messina 

şəhəri hərdən göydə əks olunur və ona kabusa bənzəyən qəsrlər sanki havada uçur. İtaliyalılar bu 

hadisəyə Fata Morqana deyirlər – ilğımlar yaradan əfsanəvi cadugər Morqana Le Feyin şərəfinə.  

  

İşıq nədir? 



 

İşıqsız biz dünyanı görə bilmərik, amma buna baxmayaraq, işığın nə olduğunu biz hələ də 

dəqiq bilmirik! 

Bizə  bəllidir  ki,  işıq  enerji  formalarından  biridir.  Onun  sürətini  də  ölçmək  olar;  onun 

xarakteristikası da bizə bəllidir. Biz həm də bunu bilirik ki, ağ rəng ayrıca bir rəng deyil, bütün 

qalan rənglərin birləşməsidir. İşığın rənglərə parçalanmış halına “spektr” deyirlər. 

Biz bilirik ki, rəng obyektin özündə deyil, ondan əks olunan işıqdadır. Yaşıl kağız ona görə 

yaşıl görünür ki, yaşıldan savayı bütün rəngləri udur, nəticədə, bizim gözümüz də kağızdan əks 

olunun həmin o yaşılı qəbul edir. Göy şüşə də yalnız göy rəngi buraxır, qalan rənglər isə udulur... 

Günəş işığı enerjidir. Onun linza ilə fokuslaşmış istisi alova çevrilir. İşıq və isti ağ səthdən 

əks olunur və qara səthlər tərəfindən udulur. Ona görə də ağ geyim qaradan həmişə sərin olur. 

Bəs işığın təbiəti necədir? Bu məsələylə ciddi məşğul olan ilk alim İsaak Nyüton olub. O 

belə  hesab  edirdi  ki,  işıq  işıq  mənbəyi  tərəfindən  güllə  kimi  atılan  “korpuskul”  deyilən 

hissəciklərdən ibarətdir. Lakin işığın bəzi xüsusiyyətləri bu nəzəriyyə ilə öz izahını tapmırdı. 




Başqa  bir  alim,  Güygens  işığın  tamam  başqa  izahını  təklif  etdi.  O  yeni  “dalğa” 

nəzəriyyəsini işləyib hazırladı. Alim elə hesab edirdi ki, işıq impulslar, yaxud dalğalar yaradır – 

təxminən, gölə atılan daşın yaratdığı dalğalar kimi.  

Təqribən,  150  ildir  ki,  alimlər  işığın  dalqa,  yoxsa  korpuskul  olduğu  haqda  bəhsə 

girmişdilər. Alimlərin əksəriyyəti dalğa nəzəriyyəsinə üstünlük verdi. Lakin sonra daha bir kəşf 

oldu və dalğa nəzəriyyəsi də şübhə altına düşdü. 

Bəs, müasir alimlər işığın əmələ gəlməsində hansı nəzəriyyəyə üstünlük verir? Hal-hazırda 

belə hesab olunur ki, işıq dalğaları eyni zamanda həm hissəciklər, həm dalğalar üçün səciyyəvi 

olan xassələrə malikdir. Hər iki nəzəriyyəni sübuta yetirən təcrübələr bu gün də aparılır. Lakin 

işığın nə olduğunu tam izah edə bilən bir məlumat hələ əldə olunmayıb.   

 

Rəng nədir? 



 

İşıq  şüasını  şüşə  prizmadan  buraxan  İsaak  Nyüton  sübut  etdi  ki,  gün  işığı  müxtəlif 

rənglərdən ibarətdir və bu şüa prizmada sınaraq, spektr əmələ gətirir. 

Bizim əksəriyyətimiz üçün spektr 6, yaxud 7 rəngdən ibarətdir, amma cihazlar 100-dən 

artıq çalar ayırır. Ağ rəng üç əsas rəngi təşkil edir, onlara “ilkin rənglər” deyirlər. Bu narıncı-

qırmızı, yaşıl və bənövşəyi-göy rənglərdir. 

Spektrdə  gözlə  görünən  daha  üç  qarışıq  rəng  təmsil  olunur.  Onlara  “ikincili  rənglər” 

deyirlər. İkincili rənglər yaşılımtıl-mavi, sarı və qırmızı-al rənglərdir. 

İkincili rəngləri başqa çalarların qarışığından da almaq mümkündür. 

Rənglər  insan  gözünün  qəbul  etdiyi  dalğaların  uzunluğuna  uyğundur.  Həşəratlar  və 

h

eyvanlar başqa uzunluqlu dalğaları qəbul edir və tamam başqa rənglər görür. 



İşıq, yaxud rəng dalğaları çox qısa olur. 

Boyaya, necə deyərlər, “rəng vermək” üçün piqmentlər əlavə edirlər ki, onlar işığın əsas 

rənglərinə uyğun gəlmir. İkincili rənglər isə boyadakı ilkin rənglərə uyğun gəlmir. Yəni boyada 

ilkin olanı sarı, yaşılımtıl-göy və qırmızıdır; ikincili rənglər isə narıncı-qırmızı, yaşıl və bənövşəyi-

göydür. 

Çalar – 


qara, yaxud ağ rəng əlavə olunmadan alınan rəngdir, məsələn sarı, qırmızı, göy, 

yaşıl. Ağ rənglə, yaxud başqa çalarlarla birləşəndə, yarımçalar alınır: məsələn, çəhrayı, fil sümüyü 

və  sairə.  Təmiz  çalar  qara  və  ağla  qarışanda  isə  “ton”  yaranır.  Bu,  sarımtıl-qəhvəyi,  bej,  boz 

rənglərdir. 




Qırmızı  rəng  qabda  qara  kimi  görünür.  Söhbət  işığın,  rəngin  olmadığı  yerlərdən  gedir. 

Qaranlıq otaqda biz rəngləri görə bilmirik, çünki qaranlıqda rəng olmur. Əşyanın rəngi həmin 

əşyanın düzəldiyi materialdan, onun işıqlanmasından asılıdır. Narıcı-qırmızı köynək ona görə belə 

görünür ki, yunu rəngləmək üçün seçilən boya işığın narıncı-qırmızı şüalarını əks etdirir, spektrın 

bənövşəyi-göy və yaşıl şüalarını isə udur... 

  

Səsin sürəti nə qədərdir? 



 

Əgər biz bir səs eşidiriksə, deməli, yaxınlıqda vibrasiya edən, titrəyən bir əşya var. Səslər 

titrəyən əşyalardan çıxır. 

Lakin səs harasa yayılmalıdır. Onu mənbədən qəbulediciyə nəsə daşımalıdır. Həmin bu 

nəsnəyə “mühit” deyirlər. Mühit rolunda nə desən, çıxış edə bilər – hava, su, əşyalar, hətta torpaq. 

Hindular qulaqlarını yerə qoyub uzaqdan gələn səsləri eşidirdilər.  

Əgər mühit yoxdursa, səs də yoxdur. Əgər hansısa mühitdə vakuum yaratsaq, orada səs 

yayıla bilməz. Bu, ona görə belə olur ki, səs dalğalarla yayılır. Vibrasiya edən əşya öz vibrasiyasını 

qonşu molekullara, yaxud hissəciklərə ötürür. Hərəkətin bir hissəcikdən digərinə keçməsi halı baş 

verir ki, bu da səs dalğalarının yaranmasına gətirib çıxarır. 

Səs dalğalarının yayılması üçün mühit müxtəlif materiallardan ola bilər – ağac, hava, su; 

deməli, səs dalğasının yayılma sürəti də müxtəlif olmalıdır. Əgər biz səsin sürətindən danışırıqsa, 

onda söhbətin hansı mühitdən getdiyiylə maraqlanmalıyıq. 

Səsin havada sürəti saniyədə 335 metr civarındadır. Lakin bu, havanın temperaturu sıfr 

dərəcə Selsidə belədir. Temperatur artdıqca, səsin yayılma sürəti də artır. 

Suda səs havadan sürətli yayılır. Temperatur 8 dərəcə olanda, onun sudakı sürəti saniyədə 

1435 metrə yaxın, yaxud saatda 6 min kilometr olur. Metalda bu sürət təxminən, saniyədə 5000 

metr, yaxud saatda 20 

000 kilometr təşkil edir. 

Siz yəqin elə fikirləşirsiniz ki, güclü səsin sürəti də zəif səsdən böyük olur, eləmi? Ancaq 

bu  qətiyyən  elə  deyil.  Onun  sürəti  zil,  yoxsa  bəm  olmasından  da  asılı  deyil.  Səs  sürəti  yalnız 

yayılma mühitindən asılıdır.  

Siz özünüz müxtəlif mühitlərdə səsin yayılmasını müqayisə etmək üçün təcrübələr keçirə 

bilərsiniz.  Suya  girin  və  iki  daşı  bir-birinə  vurun.  Səsin  havaya  nisbətən  suda  necə  yaxşı 

yayılmasına lap təəccüb qalacaqsınız.  

 

Səs həddi nədir? 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə