Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   2   3   4   5   6   7   8   9   ...   22

Amma əvvəlcə, gəlin yadımıza salaq ki, gün işığı bütün rənglərin birləşməsindən ibarətdir. 

Adətən,  müxtəlif  rənglər  birləşərkən  əmələ  gələn  rəngi  biz  ağ  rəng  kimi  qəbul  edirik.  Lakin 

atmosferdə toz zərrəcikləri, su buxarı və başqa qarışıqlar olur. İşıq şüası atmosferdən keçəndə 

müxtəlif rənglər bu zərrəciklər vasitəsiylə dağılır. Özü də atmosferdəki  bənövşəyi,  göy,ə  yaşıl 

rənglər qırmızı və sarı  rənglərdən daha çox dağılır. Deməli, Günəş üfüq xəttinə  yaxınlaşdıqca 

həmin o dağılma sayəsində atmosferdə daha çox qırmızı və sarı rənglər qalır deyə, qürub da bizə 

daha çox qırmızı çalarlarda görünür.  

Yeri gəlmişkən, səmanın mavi rəngi də elə işığın dağılması ilə əlaqədardır. Bənövşəyi və 

göy rənglərin dalğaları qısa olur və atmosfer onu spektrin qırmızı rəngin üstünlük təşkil etdiyi 

hissəsindən on dəfə daha intensiv dağılır. Bu o deməkdir ki, qırmızı şüalar atmosferdən keçir, mavi 

rəngli şüalarsa havanın su və toz zərrəcikləriylə dağıdılır. Biz göyə baxanda, bu məhz dağılmış 

işıq səmanı mavi rəngə boyayır. 

 

Yer nədən düzəlib? 



 

Günlərin birində insan Ayla, başqa planetlərlə maraqlanmağa, onları öyrənməyə başladı. 

Amma nə qədər maraqlı olsa da, o hələ də Yerin quruluşunu dəqiq bilmir. 

Bu sualın təxmini cavabı belədir: Yer planeti özlüyündə nəhəng bir kürə, yaxud əsasən, 

qaya suxurlarından ibarət olan bir sferadır. Yerin nüvəsi də sərtdir, çünki onun daxilindəki suxurlar 

dəhşətli bir təzyiq altında qərar tutub.  

Gəlin, bu məqamı daha diqqətlə araşdıraq. Yer qabığı 18-50 kilometr qalınlığı olan, sıx 

qaya suxurlarından ibarət bir qatdır. Bu qata “litosfer” də deyirlər. Qabığın üst qatı qitələri yaradır, 

çökəklərdə isə dənizlər, okeanlar, qitələrin daxilində yerləşən göllər qərar tutur. Yer səthindəki 

sulara: okeanlara, dənizlərə, göllərə, çaylara və bütün kiçik su mənbələrinə “hidrosfer” deyilir. 

İnsan  yer  qabığının  yalnız  lap  üst  qatını  öyrənə  bilib  deyə,  planetimizin  içəridən  necə 

göründüyündən danışmaq bizim üçün çətindir. Dərin neft quyuları, mədən şaxtaları  qazarkən biz 

görürük ki, quyu dərinləşdikcə onun içindəki temperatur da artır. Təxminən 3,5 kilometr dərinlikdə 

temperatur  artıq  suyu  qaynadacaq  dərəcədədir.  Alimlər  Yerin  daxili  quruluşunu  öyrənərkən 

onların köməyinə zəlzələlərin tədqiqatı yetdi. İndi onlar belə hesab edir ki, böyük dərinliklərdə 

temperatur yer qabığındakı qədər sürətlə artmır. Odur ki, Yer planetinin nüvəsindəki temperatur 

5500 dərəcədən çox deyil. Heç şübhəsiz ki, bu  da çox böyük temperaturdur, çanki artıq 1200 

dərəcədə bütün qaya suxurları əriyir. 

Yer qabığı iki qatdan ibarətdir. Qitələr üçün bünövrə olan üst qat sərt qranitdən ibarətdir. 

Bu  qranit  təbəqəsinin  altında  “bazalt”  adlandırılan  suxurdan  ibarət  qalın  və  sərt  qat  yerləşir. 




Alimlər belə hesab edir ki, Yerin mərkəzində diametri 7 500 kilometr olan, ərinmiş dəmirdən ibarət 

nəhəng nüvə yerləşir. Mərkəzi nüvə ilə yer qabığı arasında isə qalınlığı 3,5 min kilometr olan, 

“mantiya” adlandırılan bir bir təbəqə var. Belə təxmin edirlər ki, mantiyanın tərkibi adı “olivin” 

olan, qaya suxurlarına bənzər suxurlardan ibarətdir.   

  

Günəş tutulmaları niyə nadir hadisədir? 



 

Ay Yer ətrafına hərlənərkən bəzən düz Yerlə Günəş arasında qərar tutur və planetimizin 

üzərinə öz kölgəsini salır.

 

Bu zaman Günəş tutulması baş verir. 



Günəş  tutulması  mütləq  təzə  Ay  çıxanda;  Ay  Yerin  Günəşə  baxan  tərəfinə  düşəndə 

görünür. Bəs onda niyə hər dəfə təzə Ay çıxanda, biz Günəş tutulmasının şahidinə çevrilmirik? 

Məsələ budur ki, Ayın Yer ətrafındakı orbiti Yerin Günəş ətrafındakı orbitinin səthiylə heç vaxt 

üst-


üstə düşmür. Ay Yerin ətrafına fırlanarkən  (tam dövrə 29 gün  ərzində başa çatır)  gah Yer 

orbitindən aşağı, gah da yuxarıdan keçir. 

Günəş tutulması tam, həlqəvari və qismən ola bilər. Əgər Ay Günəşin qarşısını tam tutursa, 

tutulma  da  tam  olur.  Lakin  Ayla  Yer  arasındakı  məsafə  həmişə  eyni  olmur  axı.  Çox  vaxt  Ay 

Yerdən xeyli uzaqda durduğundan Günəşi tam örtə bilmir.  

Bəzi Günəş tutulmaları zamanı Ay qara bir disk kimi görünür və Günəşin üzünü demək 

olar ki, tam tutur – 

onun kənarlarından yalnız nazik halqa görünür. Bu nazik işıq halqasına “tac” 

deyirlər, bu cür tutulma isə halqavari tutulma adlanır. Qismən tutulma zamanı isə Ay diskinin 

yalnız bir parçası Günəşlə Yerin arasında durur.  

Ayın tutulması isə yalnız onun bədirlənmiş vəziyyətində və o, Yerin gün düşməyən, əks 

tərəfində duranda baş verir. Yer Ayla Günəşin arasından ötəndə, Ay Yerin kölgəsinə düşür və 

gözdən itir. Qismən tutulma isə Ay Yerin gölgəsinə yalnız qismən düşəndə baş verir. 

Bəzi illərdə Ay tutulması heç olmur, bəzi illərdə isə bir dəfədən üç dəfəyə kimi baş verir. 

Günəş tutulmasına isə hər il iki dəfədən beş dəfəyədək rast gəlirik. Yerin bəzi nöqtələrində tam 

Günəş tutulmasını 360 ildə bir dəfə görmək olar. 

  

Bürclər nədir? 



 

Ulduzlara  tamaşa  edəndə  yəqin  ki,  səmada  bir  neçə  ulduzun  bizə  tanış  olan  hərflər, 

üçbucaqlar,  kvadratlar  yaratdığının  şahidi  olmusunuz.  Qədim  zamanlardan  dünyanın  müxtəlif 



güşələrində  insan  belə  ulduz  qruplarına  cürbəcür  adlar  verirdi.  Latın  dilindən  tərcümə  edəndə 

bizim “bürc” adlandırdığımız şey də elə “ulduzlar qrupu” anlamını daşıyır. 

Bürclərin  müasir  adları  xalqların  əksəriyyətinə  qədim  Romadan;  romalılara  isə 

Yunanıstandan  gəlib.  O  da  bəllidir  ki,  yunanlar  da  ulduzlar  barədə  bilgilərinin  böyük  qismini 

qədim Şərqdən, Babilistandan əhalisindən əxz edib. 

Qədim Babildə ulduz qruplarına heyvanların, hökmdarların, mif və əfsanə qəhrəmanlarının 

adını verirdilər. Daha sonra yunanlar Babildə verilmiş bir çox adları öz qəhrəmanlarının – Herakl, 

Orion, Persey kimi adlarına dəyişdilər. Bu işə Qədim Roma da öz töhfəsini vermişdi. İndi biz 

həmin  qədim  adlardan  istifadə  edirik,  amma  bu  adların  arxasında  duran  obrazları  çox  vaxt 

təsəvvürümüzdə dəqiq canlandıra bilmirik. Məsələn, Qartal, Kiçik və Böyük Ayı bürcləri, Tərəzi 

və başqa bürclər formaca öz adlarına heç uyğun deyil. 

İlk dəfə bizim eranın təxminən 150-ci ilində məşhur astronom Ptolomey ona bəlli olan 48 

bürcü  qeydə  alaraq  təfsir  etdi.  Onun  siyahısında  o  zaman  bəlli  olan  bütün  bürclər  öz  əksini 

tapmamışdı. Odur ki, sonralar astronomlar Ptolomeyin tərtib etdiyi bu siyahını təkmilləşdirdilər. 

Səciyyəvidir  ki,  siyahıya  sonralar  əlavə  olunan  bürclərin  əksəriyyəti  artıq  Sekstant,  Kompas, 

Mikros


kop kimi elmi alətlərin, cihazların adını daşıyır. Beləliklə, bu gün astronomlara ulduzlu 

səmada 88 bürc bəllidir.  

Bürclər göyün bəlli bir hissəsini tutur. Bu o deməkdir ki, hər ulduz öz bürcündə yerləşir. 

Bürclər arasındakı sərhədlər qədim zamanlardan bəri sabit olmayıb, daha çox əyri-üyrü xətlərlə 

göstərilib. Ona görə də 1928-ci ildə astronomlar belə qərara gəldilər ki, bu sərhədləri düz xətlə 

qeyt etsinlər. 

 

Süd Yolu nədir? 



 

Süd Yolu! G

öy üzünün ən gözəl, ən ecazkar obyekti yəqin ki, odur. Səmanın bu ucundan 

digərinə qiymətli daşlardan düzələn qənirsiz bir boyunbağı kimi uzanıb gedir. Heç təsadüfi deyil 

ki,  qədim  insanlar  da  bu  ecazkar  mənzərəyə  baxanda,  eynən  elə  bizim  kimi  təəccüblənir,  bu 

əsrarəngiz gözəlliyə heyran qalırdılar. Gördüklərinin nə olduğunu anlamadan, öz aləmlərində Süd 

Yoluna cürbəcür, obrazlı izahlar verirdilər.  

Məsələn, xristianlığın yenicə yarandığı dövrlərdə insanlar elə fikirləşirdi ki, bu, mələklərin 

göylərə qalxmaq üçün istifadə etdiyi bir səma yoludur. Onlar həm də belə düşünürdülər ki, Süd 

yolu göy üzündə bir dəlikdir və bu dəlikdən Yerdə yaşayan insanlar göy qübbəsinin o tərəfində 

baş verənlərdən xəbər tuta bilir.  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə