Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   2   3   4   5   6   7   8   9   ...   22

var. Həqiqətən də bu fəsillərin dəyişməsiylə planetin səthində dəyişikliklər müşahidə olunur. Yaz 

və yayda onun səthinin rəngi bir qədər də tündləşir, onların rəngi göyümtül-yaşıldan sarıya dəyişir. 

Bəlkə bu elə bitki örtüyüdür? 

Astronomların proqnozlarına əsasən, planetin atmosferində az miqdarda su buxarı var ki, 

bu da həyatın yaranmasına səbəb ola bilər. 1887-ci ildə İtaliya astronomu Covanni Skiaparelli elan 

etdi  ki,  o  Mars  səthində  kanalları  xatırladan  qəribə  qurğular  müşahidə  edib.  Təbii  ki,  bu 

müşahidələrdən  sonra  ortaya  belə  bir  sual  çıxdı:  “Görəsən,  bu  kanalları  quraqlıq  nahiyələrə 

planetin qütblərindən su gətirmək üçün Mars sakinləri inşa etməyib ki?” 

1976-

cı  ildə  planetin  səthinə  Birləşmiş  Ştatların  iki  dənə  “Vikinq”  aparatı  endi.  Bu 



aparatlardakı xüsusi cihazlar vasitəsiylə alimlər planetin torpağında həyat əlamətləri axtarır, əldə 

olunan  nəticələr  Yerə  ötürülürdü.  Bu  tədqiqatlar  göstərdi  ki,  bizim  planetin  normativləriylə 

ölçülsə,  bu  torpaqlarda  mikroorqanizmlərin  mövcudluğu  mümkündür.  Lakin  onları  tapmaq 

mümkün olmasa, bu o deməkdir ki, Mars torpağı yerinkinə qətiyyən bənzəmir...  

İndi artıq bəllidir ki, Marsda həyat varsa da, yalnız çox primitiv formada ola bilər. 

 

Niyə buludların forması müxtəlif olur? 



 

Buludlar  belə  əmələ  gəlir:  isti  hava  su  buxarıyla  bir  yerdə  göyə  qalxır.  Müəyyən 

yüksəkliklərə çatanda, isti hava soyuyur. Aşağı temperaturda isə rütubət artıq su buxarı şəklində 

qala bilməz. Beləliklə, izafi rütubət su damcılarına, buz zərrəciklərinə çevrilir və nəticədə buludlar 

yaranır. 

Göy  üzündə  bir-birinə  bənzəyən  iki  bulud  görməzsən  və  atmosferdəki  cərəyanlardan 

onların formalarını daim dəyişir. Buludların formaca müxtəlifliyi bununla izah olunur ki, onlar 

müxtəlif  yüksəklikdə  və  müxtəlif  temperaturlarda  əmələ  gəlir.  Bundan  başqa,  buludlar 

yüksəkliyindən və temperaturundan asılı olaraq müxtəlif zərrəciklərdən də ibarət ola bilər ki, bu 

da formaya birbaşa təsir göstərir. 

Ən  yüksəkdə  olan  buludları  “işıqlanan  buludlar”  adlandırırlar.  Təsəvvür  edin  ki,  onlar 

yerdən 50-100 kilometr məsafədə qərar tutur! İkinci növ “sədəf buludları”dır. Onların yüksəkliyi 

22-

33 kilometrdir. Sədəf buludları toz və yağış dənəciklərindən ibarət, çox nazik, gözəl rəngləri 



olan buludlardır. Bu buludları  yalnız Günəş  yalnız batandan sonra,  yaxud dan  yeri sökülərkən 

görmək olur. 

10 kilometr və daha yüksəkdə “lələkli buludlar”, “lələkli-laylı buludlar” və “lələkli-topa 

buludlar” qərar tutur. Lələkli buludlar lələyə; lələkli-laylı buludlar nazik ağımtıl xətlərə bənzəyir; 




lələkli-topa buludlar isə top-top yığışmış, girdə, xırda buludlardır. Bu buludların hamısı narın buz 

dənəciklərindən ibarətdir. 

Alçaq  buludlar  isə  xırda  su  damcılarından  yaranır.  Yerdən  3-5  kilometr  yüksəklikdə 

tərkibində lələkli-topa buludlara nisbətən daha çox buxar və cürbəcür hissəciklər olan hündür topa 

buludlar yerləşir. Onlarla elə eyni yüksəklikdə göy üzünü çox vaxt boz narın pərdə kimi örtən, 

Günəşi də, Ayı da solğun bir ləkəyə oxşadan sıx laylı buludlar əmələ gəlir. 

Daha aşağıda, iki kilometr yüksəklikdə iri-iri parçaları olan laylı-topa buludlar formalaşır. 

Elə eyni yüksəklikdə yağış buludları toplanır. Yağış buludları sıx, tutqun rəngli və bəlli bir forması 

olmayan buludlardır. 610 metrdən aşağı yüksəkliklərdə isə laylı buludlar olur. Onlar yerdən qalxan 

dumandan  ibarətdir.  Eyni  yüksəklikdə  həm  də  topa-yağış  buludları  –  xeyli  qalınlığı  olan,  sıx, 

formasından bir az gül kələmə bənzəyən, şimşək və möhkəm külək gətirən buludlar olur.  

    


Dumanlıq nədir? 

 

Əgər  siz  kitablarda  nəhəng  spirallar,  burulğanlar  və  buludlardan  ibarət  dumanlıqların 



şəklini  görmüsünüzsə,  heç  ümid  etməyin  ki,  nə  vaxtsa  belə  bir  mənzərəni  həyatda  da  görə 

bilərsiniz. Dumanlıqların çoxunu teleskopsuz görmək olmur. “Dumanlıq” sözünün özü ona görə 

əmələ gəlib ki, zəif teleskoplarla onları izləməyə çalışan astronomlar dumanlı ləkələrdən başqa bir 

şey görə bilmirdilər. 

Bizə  dumanlıqların  iki  əsas  növü  bəllidir  –  qalaktik  və  qalaktikadankənar  dumanlıqlar. 

Qalaktik dumanlıqları bizim qalaktikada da görmək olar (Süd Yolu). Onlar toz və qazlardan ibarət 

olur.  Qalaktikadankənar  dumanlıqlar  isə  bizim  qalaktikanın  sərhədlərindən  kənarlarda  olur  və 

əsasən, ulduzlardan ibarətdir. 

Bizə bəlli olan qalaktik dumanlıqların sayı 2 mindən azdır. Deməli, insana məlum olan 

dumanlıqların əksəriyyəti bizim Qalaktikadan kənarda yerləşir. Bəs bu dumanlıqların sayı əslində 

nə qədərdir? Bu suala dəqiq cavab vermək təbii ki, mümkün deyil. Amma bizim bildiyimizə görə, 

Süd Yolundan kənarda milyonlarla dumanlıq ola bilər. 

Qalaktikadankənar dumanlıqları hələ də “ada-kainat”, yaxud “qalaktika” adlandırırlar. Bu 

o deməkdir ki, əgər kimsə çox uzaqdan bizim Qalaktikaya da baxsaydı, onu bir dumanlıq kimi 

görəcəkdi. 

Qalaktikadankənar dumanlıqlar müxtəlif formalarda olur. Onların bəziləri qeyri-düzgün, 

yaxud yumurtavari formaya malikdir. Ən çox rast gəlinəni isə spiralvari dumanlıqlardır. Bizim 

qalaktika kimi spiralvari dumanlıqlar saysız-hesabsız ulduzlardan, nəhəng qaz buludlarından və 

toz  zərrəcikləriylə  dolu  geniş  sahələrdən  ibarətdir.  Dumanlığın  adətən,  nüvəsi  və  nüvədən 



spiralvari  ayrılan  qolları  olur.  Yerə  ən  yaxın  Andromeda  dumanlığı  bizə  bəlli  olan  bütün 

dumanlıqların  ən  böyüyü  və  ən  parlağıdır.  Onun  işığı  bizim  Günəşin  ətrafa  yaydığı  işıqdan 

1 500 000 

000 dəfə güclüdür! 

 

N

iyə okeanın suyu duzlu olur? 



 

Hərdən planetimizə aid olan elə suallarla rastlaşırıq ki, bizə çox sirli gəlir, çünki onların 

dəqiq  cavabı  hələ  də  tapılmayıb.  Məsələn,  okeanlardakı  duzla  bağlı  sual  da  belələrindəndir. 

Görəsən, bu duz okeana necə düşüb? 

Təsəvvür edin ki, biz duzun orda necə peyda olduğunu hələ də dəqiq bilmirik! Bir şey 

əlbəttə, bizə bəllidir: duz suda əriyir və okeanlara yağış suyu ilə düşür. Yer səthindəki duzlar daim 

suda həll olur, onunla birlikdə okeanlara axır. 

Amma biz bilmirik ki, 

okeanlardakı nəhəng miqdarda duzun mövcudluğunu məhz bununla 

izah etmək olar, yoxsa yox. Bir təsəvvür edin: əgər bütün okeanların suyunu qurutsaq, yerdə qalan 

duzdan hündürlüyü 230, qalınlığı  demək olar ki, 2 kilometr olan bir divar ucaltmaq olar.  Bu 

div


arın uzunluğu isə bütün ekvator xətti boyunca, yəni 40 000 kilometrdən artıq olardı.  

Bizim gündəlik istifadə etdiyimiz adi duzu da dəniz suyundan, duz mədənlərindən, yaxud 

daş duz yataqlarından alırlar. Dəniz suyu 3-3,5% duzdan ibarətdir. Aralıq dənizi, Qırmızı dəniz 

kimi daxili su hövzələrində duzun miqdarı açıq dənizlərdəkindən çox olur. Təsəvvür edin ki, cəmi 

728 kvadrat kilometr ərazisi olan Ölü dənizdə təxminən 10 523 000 000 ton duz var!  

Dəniz suyunun bir litrində, orta hesabla, 30 qrama yaxın duz olur. Araşdırmalar göstərir 

ki,  planetimizin  müxtəlif  yerlərindəki  duz  yataqları  dəniz  sularının  buxarlanmağa  başladığı 

dövrdən milyonlarla il qabaq yaranıb. Bir maraqlı fakt da var: daş duzun əmələ gəlməsi üçün gərək 

dəniz suyunun on hissəsindən doqquzu buxarlansın. Belə hesab edirlər ki, müasir duz mədənlərinin 

yerində qabaqlar daxili dənizlər olub. Həmin hövzələrdəki buxarlanma prosesi onlara yeni suların 

gəlməsindən daha sürətlə cərəyan edirdi deyə, daş duz mədənləri yaranırdı.  

Qida  üçün  olan  sodanın  da  əsas  hissəsini  daş  duzdan  alırlar.  Duz  yataqlarında  adətən, 

şaxtalar qazılır. Təmiz suyu borularla şaxtalara vururlar və həmin su duzu əridir. İkinci boru xətti 

isə bu məhlulu yer üzünə qaldırır. 

 

Ən dərin okean hansıdır? 



 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə