Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   2   3   4   5   6   7   8   9   ...   22

Okeanlar çox cəhətdən bizim üçün hələ də bir sirr olaraq qalır. Biz heç okeanların yaşını 

da bilmirik. Çox mümkün ki, Yerin ilk inkişaf dövrlərində okeanlar heç olmayıb. 

Bu gün insan okeanların dibini tədqiq edir ki, onları daha yaxşı tanıya bilsin. 3600 metr 

dərinliyədək okeanların dibi yumşaq, lilli çöküntü ilə örtülmüş olur. Bu çöküntünün tərkibində çox 

xırda dəniz heyvanlarının skeletləri də var. Dərinliyi 6 kilometrdən artıq olan yerlərdə isə okeanın 

dibi qırmızımtıl lillə örtülüdür. Bu lilə “qırmızı gil” deyirlər. Onun tərkibində heyvan skeletlərinin 

hissəcikləri, xırda bitki qalıqları və vulkanik kül olur. 

Hal-


hazırda  okeanların  dərinliyini  bilirsiniz  necə  ölçürlər?  Suyun  dibinə  səs  siqnalı 

göndərirlər, onun əks-sədasını eşitdikləri vaxtı qeyd edirlər, sonra da əldə olunan zamanı ikiyə 

bölürlər.  Qalır  bircə  bu  göstəricini  suda  səsin  sürətinə  vurmaq.  Alınan  rəqəm  okean  dibinin 

dərinliyini göstərir.  

Bu ölç

mə üsulunu tapdığımıza görə biz artıq həm müxtəlif okeanların orta dərinliyi, həm 



də onların ən dərin nöqtələri barədə təsəvvürə malikik.  Okeanlar arasında ən dərini Sakit okeandır, 

onun orta dərinliyi 4281 metr təşkil edir. İkinci yerdə 3926 metr göstərici ilə Hind okeanı gəlir. 

Ondan sonra orta dərinliyi 3963 metr olan Atlantik okeandır. Müqayisə üçün deyək ki, Baltik 

dənizinin orta dərinliyi isə cəmi 55 metrdir!  

Bu  gün  okeanlardakı  ən  dərin  nöqtə  də  bizə  bəllidir.  Həmin  nöqtə  Quam  adaları 

yaxınlığındadır – 10 790 metr. Başqa dərin nöqtə Atlantik okeanında, yenə Quam adalarından azca 

aralıda  yerləşir  –  9219  metr.  Ərazi  baxımından  bir  çox  dənizlərdən  böyük  olan  Hudzon 

körfəzininsə orta dərinliyi yalnız 183 metr təşkil edir. 

 

Dalğalar nədən yaranır? 



 

Əgər  sizin yolunuz  nə  vaxtsa  bir  su  hövzəsinin  yaxınlığından  düşübsə,  yəqin  fikir 

vermisiniz ki, sakit havada suyun üzündə demək olar ki, heç ləpə də görünmür, amma yağışlı, 

küləkli gündə su möhkəm dalğalanır.  

Suda dalğaların əmələ gəlməsini belə izah etmək olar. Dalğanı külək yaradır. Dalğa enerji 

formalarından birinin bir yerdən digərinə daşınmasıdır. Dalğanın yaranması üçün hər hansı bir 

güc, yaxud enerji olmalıdır ki, külək də bu enerjini suya ötürə bilsin. 

Dalğaların bir-birini qovmasına göz qoyanda, adama elə gəlir ki, dalğa ilə bir yerdə, su da 

irəli hərəkət edir. Lakin suda üzən ağac parçasına baxsaq görəcəyik ki, o heç də dalğa ilə bir yerdə 

irəliləmir. Ağac parçası dalğaların arasında yerini dəyişmədən suya batıb-çıxacaq, vəssalam. Onun 

irəliləməyini ancaq  külək əsəndə, yaxud suyun özündə bir axın yarananda görərsən.  



Bəs dalğanın özünün hərəkəti nədir? Bu hərəkət əsasən, su zərrəciklərinin aşağı-yuxarı 

hərəkəti nəticəsində yaranır. Bu hərəkətin istiqaməti həmişə sahilə tərəf yönəlmiş olur. Məsələn, 

əgər sizdə kəndir varsa, onun bir başını harasa bağlamaqla, digər ucunu əlinizdə tutub tərpətsəniz, 

kəndir boyu dalğavari hərəkət yarada bilərsiniz. Onda görəcəksiniz ki, bu dalğavari hərəkət bütün 

kəndir boyu gedir, amma kəndirin parçaları heç də irəli hərəkət etmir. 

Lap sahilə çatanda dalğanın təməli suyun dibinə dəyir və hərəkət sürtünmə nəticəsində 

yavaşıyır. Dalğanın zirvəsində yerləşən darağı isə öz hərəkətini davam etdirir, şappıltıyla sahilə 

çırpılaraq ləpədöyən əmələ gətirir. 

Dalğalar  sahilə  çatanda  öz  enerjisini  itirir.  Əgər  biz  düz  ləpədöyəndə  dursaq,  onun  nə 

boyda enerjiyə malik olduğunu əyani görərik!  

Dalğada  küləyin  itələdiyi  su  hissəcikləri  yuxarı  və  irəli  hərəkətdə  olur.  Sonra  ağırlıq 

qüvvəsi onları aşağı enib ilkin vəziyyətinə qayıtmağa məcbur edir. Dalğanı da suyun bu hərəkətləri 

irəlilədir.  İki  dalğanın  daraqları  arasındakı  məsafəyə  dalğa  uzunluğu  deyirlər,  onun  ən  aşağı 

nöqtəsi isə dalğanın dabanı sayılır.   

 

Qabar


ma dalğası nədir? 

 

27 avqust 1883-



cü ildə dəhşətli vulkan püskürməsi Krakatau adasını faktiki olaraq dağım-

dağım etdi. Bu partlayış okeanda hündürlüyü onlarla metr olan elə dalğalar yaratdı ki, yer üzündən 

yüzlərlə kənd silindı. Təsəvvür edin ki, həmin dalğalar saatda 1300 kilometr sürətlə irəliləyərək 

fəlakət yerindən minlərlə kilometr aralı olan Avstraliya və Kaliforniya sahillərinə də çatmışdı! 

Başqa bir hadisə. 1946-cı ildə Aleut adaları yaxınlığında sualtı zəlzələ baş verdi. Əmələ 

gələn  nəhəng  dalğa  beş  saatdan  da  az  bir  müddətə  4  min  kilometr  məsafə  qət  edərək  Havay 

adalarına çatdı, sahilin bir neçə yüz metrliyindəki evləri, körpüləri uçurub viran elədi. Faciədə 170 

adam həlak oldu...  

Belə dəhşətli fəlakətə çevrilən dalğalara “qabarma dalğaları” deyirlər. Onlar dənizdəki, 

sahildəki  adi  dalğalara  qətiyyən  bənzəmir  və  nə  küləkdən,  nə  də  ki,  suyun  axınından  asılıdır. 

Alimlər bu dalğalara yapon dilində ad da qoyublar – “sunami”. Dənizin dibində baş verən müxtəlif 

fəlakətlər qabarma dalğalarının, yaxud sunamilərin yaranmasına səbəb olur. Belə fəlakətlərin əsl 

qaynağı isə bir qayda olaraq sualtı zəlzələlərdir. 

Suyun altında zəlzələ olanda zərbə dalğası yaranır ki, o da fəzada təxminən səsin yayılma 

sürətinə bərabər sürətlə suda yayılır. Həqiqətən də belə zərbə dalğasının sudakı sürəti elə səs sürəti 

qədərdir. 




Əgər həmin fəlakət rayonunda bir gəmi olsa, o, zərbə dalğasının gücünü tam olaraq hiss 

edəcək – bu təxminən, gəminin qayaya çırpılmasıyla eyni şeydir! 

Sualtı  zəlzələ  vaxtı  dəniz  dibinin  şaquli  və  üfiqi  hərəkəti  baş  verir.  Bax, qabarma 

dalğalarını da dəniz dibinin  bu hərəkəti və zərbə dalğası yaradır. Bu zaman suyun üzündə qəflətən 

nəhəng bir burulğan, ya da əksinə, hündür su dağı əmələ gəlir. Və bunun dalınca dənizin üzündə 

böyük sürətlə hərəkət edən qabarma dalğası görünür.  

Dalğa  sahilə  yaxınlaşanda  onun  ilk  əlamətləri,  nə  qədər  qəribə  olsa  da,  dəniz  səthinin 

əhəmiyyətsiz dərəcədə qalxması ola bilər. Sonra su bir neçə dəqiqə ərzində lap çəkilmə zamanında 

olan kimi, geri çəkilir. Bu zaman bəzi yerlərdə hətta dəniz dibinin xeyli sahəsi də görünə bilər. 

Bunun dalınca isə dağıdıcı qabaqma dalğası sahili haqlayır!..  

  

Burulğan nədir? 



 

Biz  burulğan  barədə  fikirləşəndə  gözümüzün  önünə  insanları,  gəmiləri  burula-burula 

bətninə çəkib udan, böyük dağıntılar, ölüm gətirən, fırlanan nəhəng su kütləsi gəlir. Amma əslində, 

burulğanların müəyyən təhlükə kəsb etməsinə baxmayaraq, onlar heç vaxt nəyisə içinə çəkmək, 

udmaq gücündə olmurlar. 

Gəlin, burulğanın nə olduğunu bir yerdə nəzərdən keçirək. Siz yəqin xırda çaylarda əmələ 

gələn balaca burulğanları çox görmüsünüz. Onlar sahilin bir parçasının irəli çıxıb suyun qabağını 

kəsdiyi və bununla da axına bir fırlanma hərəkəti verdiyi yerlərdə yaranır. 

Xırda bir nahiyədə fırlanan su, burulğanın qırağına can atır deyə, onun mərkəzində bir 

çökəklik  əmələ  gəlir.  Bu,  mərkəzdənqaçma  qüvvəsinin  nəticəsidir.  Biz  içində  su  olan  vedrəni 

möhkəm hərləyəndə, suyu yerə tökülməyə qoymayan da elə həmin qüvvədir. 

Bəs  insanlar,  gəmilər  üçün  guya  təhlükə  kəsb  edən  iri  burulğanların  təbiəti  necədir 

görəsən?  

Dalğanın biri özündən əvvəlkini qovub ona çatanda, okean suyunun cərəyanı bir hərlənmə 

hərəkət tapır. Belə hadisələr daha çox adaların arasındakı dar boğazlarda baş verir. 

Əgər  bu  boğaz  kifayət  qədər  dərindirsə,  axın  ordan  keçəndə  hərlənən  su  kütləsində 

burulğanlar müşahidə edirik. Amma bayaq dediyimiz kimi, açıq okeanda elə bir şey baş vermir. 

Okeandakı  burulğan  suyun  məhəlli  yox,  geniş  miqyasda  turbulent,  yəni  fırlanan  hərəkətinin 

nəticəsidir. 

Burulğanlara  dünyanın  müxtəlif  güşələrində  rast  gəlmək  olur.  Onların  ən  məşhurları 

Malström,  Xaribda  və  bir  də  Niaqara  şəlaləsinin  töküldüyü  yerdən  aşağıda  əmələ  gələn 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə