Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   2   3   4   5   6   7   8   9   ...   22

burulğanlardır.  Malström  Norveç  sahilləri  yaxınlığında,  Xaribda  İtaliya  ilə  Siciliya  arasındakı 

boğazdadır. 

 

Qolfstrim nədir? 



 

Qolfstrim okean sularındakı ən məşhur axındır. Lakin bu axın o qədər əzəmətlidir ki, həcm 

etibariylə, yer üzündəki bütün çayların daşıdığı sudan daha çox su axıdır! 

Qolfstrim şimal istiqamətində, Birləşmiş Ştatlar sahilləri boyunca hərəkət edərək, Atlantik 

okeanın  şimal  hissəsindən  keçməklə,  Avropanın  şimal-qərb  sahillərinə  yetişir.  Qolfstrim 

cərəyanında suyun rəngi parlaq-göydür və içindən ötdüyü okeanın yaşılımtıl və boz sularından çox 

ciddi şəkildə fərqlənir.  

O,  öz  səfərinə  Atlantik  okeanda,  ekvator  yaxınlığında  başlayır.  Suyun  səthində  onun 

hərəkəti, yaxud “dreyfi” qərb istiqamətində olur. Ona görə də Qolfstrim əvvəl Cənubi Amerikadan 

Karib  dənizinə  sarı  yönəlir.  Və  yalnız  orda,  şimala  burulub  Birləşmiş  Ştatların  şərq  sahilləri 

boyunca axanda, artıq Qolfstrim adını alır. 

Qolfstrim dünyanın isti hissəsində yarandığına görə onun suları nisbətən istidir. Nəhəng 

isti su kütləsinin gəlişi bir çox regionların iqliminə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Sizə bir neçə qəribə nümunə gətirək: Qolfstrim üzərindən Şimali Avropaya əsən küləklər 

(Avropada  ona  Şimal-Atlantik  cərəyanı  deyirlər)  Norveç,  İsveç,  Danimarka,  Hollandiya  və 

Belçikaya isti hava gətirir. Nəticədə, bu yerlərin qışı onlarla eyni en dairəsində yerləşən başqa 

yerlərə nisbətən daha isti keçir. Elə bu səbəbdən də Norveçin dəniz limanları bütün il boyu donmur.  

Qolfstrim  cərəyanına  görə  Parisin  və  Londonun  qışı,  onlardan  daha  cənubda  yerləşən 

Labradorun cənub hissəsinin qışından daha istidir. Küləklər Qolfsrtim üzərindən keçərkən ilıq və 

rütubətli  olur.  Belə  küləklər,  məsələn,  Nyufaundləndə  yaxınlaşanda  sıx  duman  yaradır.  Bax, 

Nyufaundlənd rayonundakı Böyük Banka adlanan nahiyədəki məşhur dumanlıq da elə bundan 

əmələ gəlir. 

Qolfstrim Şimali Amerika qışına Avropadakı qədər təsir göstərmir, çünki burdakı küləklər 

Avropa istiqamətində əsir. 

 

Bulaqdan n



iyə su axır? 

 



Bulaqlardan axan su bir zamanlar yağış şəklində yerə tökülən sudur. Yağış suyu torpağa 

hopur, çatlarla qaya suxurlarına keçir. Təbii ki, suyun müəyyən hissəsi də yerin səthində qalaraq 

buxarlanır, bitkilərin kök sistemi vasitəsiylə sümürülür. 

Suyun  qalan  hissəsi  isə öz  ağırlıq  qüvvəsinin  təsirindən,  enə  bildiyi  qədər  yerin  təkinə 

işləyir. Yerin müxtəlif dərinliklərində elə sahələr var ki, qaya suxurlarının bütün boşluqları su ilə 

doludur. Belə sahələrə “yeraltı sular zonası” deyirlər. Bu suların ən yuxarı nöqtəsi (yəni, su layının 

yuxarı sərhədi) “suyun səviyyəsi” adlanır. 

Bulaq onda əmələ gəlir ki, yerdən suyun çıxması üçün su səviyyəsindən daha aşağıda təbii 

dəlik olsun. Bax, buna görə də bulaqların əksəriyyətinə ya çökəklikdə, ya da dərələrdə rast gəlmək 

olur.  Yeraltı  sular  bulaqlar  vasitəsiylə  qaya  suxurlarının  boşluqlarından  dərələrin  dibinə  axır. 

Bulaq da ağırlıq qüvvəsinə tabedir: su hər yerdə yuxarıdan aşağı axır.  

Bəzi  bulaqlar  yeraltı  su  laylarından  qidalanırlar.  İlboyu  su  axan  bu  bulaqlara  “daimi 

bulaqlar” deyilir. Bir çox bulaqların isə yer səthini su layı ilə birləşdirən kanalı su layının üst qatına 

çox yaxın olur. Belə bulaqlardan yalnız yağış mövsümündə,  suyun səviyyəsi qalxanda su gəlir. 

Bu cür bulaqlara “mövsümi bulaqlar” deyirlər. 

Bulaq  suyu  torpağın  altındakı  qaya  suxurlarından  keçir  deyə,  onun  tərkibində  kükürd, 

əhəng  kimi  minerallar  bol  olur.  Suyunda  mineral  duzlar  əhəmiyyətli  dərəcədə  olan  bulaqları 

mineral  bulaqlar  adlandırırlar.  Azərbaycanda  “Badamlı”,  “Sirab”,  “Qalaaltı”  bulaqları 

belələrindəndir. 

Bəzi  nahiyələrdə,  xüsusilə  də  bir  zamanlar  vulkanik  aktivlik  olan  yerlərdə  su  yerin 

altındakı isti qaya suxurları ilə təmasa girərək isinir. Belə bulaqlara “termal bulaqlar” deyirlər. 

Azərbaycanın Kəlbəcər və bir çox başqa nahiyələrindəki “İstisu” bulaqları da belələrindəndir. Bu 

bulaqların bir çoxunun suyu müxtəlif xəstəliklərin dərmanıdır. 

Artezian quyuları isə bulaqlardan çox fərqlənir. Belə quyularda yağış suyu iki monolit lay 

arasındakı  məsaməli  suxurlara  çatana  kimi,  aşağı  süzülür.  Orda  su  hər  tərəfdən  böyük  təzyiq 

altında sıxılmış vəziyyətdə olur və həmin yerdə quyu qazan kimi, su təzyiqlə yerin altından qalxır. 

Belə  quyuları  elə  yerdə  qazmaq  lazımdır  ki,  onun  səviyyəsi  suyun  torpağa  hopduğu  yerin 

səviyyəsindən daha aşağıda olsun.  

 

Dağlar necə yaranıb? 



 

Dağların möhtəşəm əzəmətinə, böyüklüyünə görə qədim insanlar elə bilirdi ki, dağlar əbədi 

və dəyişməzdir. Lakin onları öyrənən geoloqlar, alimlər sübut edə bilər ki, dağlar əslində, daim 

dəyişir və heç də əbədi deyil. 




Yer  səthinin  müəyyən  təbəddülatı  həmin  bu  durmadan  aşınan,  dəyişən  dağların  əmələ 

gəlməsinə gətirib çıxardı. İndi dağ yamacları qışda donan suyun təsiri altında aşınır, torpaq və qaya 

suxurlarının  hissəcikləri  yağışlar,  su  axınları  vasitəsiylə  yuyulur.  Zaman  keçdikcə,  ən  yüksək 

zirvələr belə əvvəlcə, xırda təpələrə, sonra isə düzənliyə çevrilir... 

Geoloqlar  yaranma  üsuluna  görə  dağları  dörd  növə  bölürlər.  Amma  bütün  dağların 

yaranma səbəbi eynidir: milyon illər qabaq yer səthinin kəskin dəyişməsi.  

“Qırışlı dağlar” nəhəng təzyiq nəticəsində bir-birinə sıxılaraq qırışlar əmələ gətirən suxur 

laylarından ibarət olur. Belə dağların bir çox yerlərində tağ şəklində, batıq linzalar kimi əyilmiş 

dağ  layları  görmək  olar.  Bu,  sıxılmanın  və  yer  səthinin  yaratdığı  təzyiqinin  nəticəsidir.  Belə 

dağların nümunəsi Appalaç və Alp dağlarıdır. 

“Tağlı  dağlar”  üçün  tağ  şəklində  qabaran  qaya  suxurları  səciyyəvidir.  Çox  qədimlərdə 

yerin altından qalxan ərinmiş lava  yüksək təzyiqlə Yer səthinə çızarkən, özü ilə nəhəng suxur 

laylarını  da  qaldıra  bilib.  Belə  dağlara  bir  nümunə  kimi  Birləşmiş  Ştatların  Cənubi  Dakota 

ştatındakı Qara Təpələri göstərmək olar. 

“Sal 

dağlar”  isə  çatların  yaranması  və  yer  qabığının  çökməsi  nəticəsində  əmələ  gəlib. 



Qədim zamanlarda Yer səthinin çox geniş əraziləri, bütöv dağ silsilələri tez-tez qalxıb-enirdi. Sal 

dağların yer üzündə ən böyük nümunəsi Birləşmiş Ştatlarda, Kaliforniyada 740 kilometr uzunluğu 

və 150 kilometr eni olan Syerra-Nevada dağ silsiləsidir. 

“Vu


lkanik dağlar” yer səthinə çıxmış lavadan, vulkanik küldən və şlaklardan əmələ gəlir. 

Vulkanların  adətən,  konusşəkilli  quruluşu,  zirvəsində  böyük  krateri  olur.  Belə  vulkanların  ən 

məşhuru Amerikada Reyner, Şasta və Hud; Yaponiyada Fudziyama; İtaliyada Vezuvidir. 

Amma  elə  dağlar  da  var  ki,  onlar  yuxarıda  sadalanan  üsulların  birgə  təsiri  nəticəsində 

yaranıb.  Cırılma,  qırılma  nəticəsində,  hətta  lava  eroziyasından  əmələ  gələn  dağ  yamaclarını 

Birləşmiş Ştatların Rokiz dağlarında müşahidə etmək olar. 

 

D

aşlar niyə bu qədər müxtəlifdir? 



 

Görəsən, yer üzündə elə bir adam varmı ki, nə vaxtsa cürbəcür qəşəng, rəngbərəng daşlar 

yığmamış olsun? Ölçüsünə və rənginə görə müxtəlif, qiymətli daşları xatırladan, gah hamar, gah 

yöndəmsiz – bu daşlar bizim diqqətimizi həmişə cəlb edir, onları yığıb kolleksiya kimi saxlayırıq! 

Daşlar ona görə belə gözəl, rəngarəng görünür ki, bir, yaxud bir neçə mineraldan ibarət 

olur. Məhz bu minerallar daşlara gözəl çalarlar verir. Onların bəziləri isə lap qiymətli xəzinə kimi 

parıldayır. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə