Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   2   3   4   5   6   7   8   9   10   ...   22

Daşların mənşəyi fərqlidir. “Çöküntü daşları” adını daşıyan daşlar çöküntü suxurlarından 

ibarətdir. Bu o deməkdir ki, çox illər qabaq suyun, küləyin, buzun, bitkilərin və heyvanların təsiri 

altında yer üzündə çöküntülər əmələ gəlib. Çökmə prosesi bütöv laylarla baş verirdi deyə, belə 

qayalara, daşlara “laylı daşlar” adı qoyublar.  

Qayaları  əmələ  gətirən  xırdaca  zərrələrin  girdə  forması  var,  çünki  onların  iti  küncləri 

küləklər, su axını nəticəsində cilalanıb, yonulub. Qumdaşı, əhəngdaşı tipik qaya suxurlarıdır. 

Digər qaya suxurları yerin dərin qatlarındakı ərinmiş maddədən əmələ gəlib. Onlar yerin 

üzünə  çıxıb;  onların  bəzi  hissəcikləri  başqa  qaya  suxurlarının  çatlarını  doldurub.  Belə  qaya 

suxurlarını «pirogen»,

 

yaxud vulkan mənşəli adlandırırlar. Qranit və bazalt bu suxurlara aiddir.  



Qayaların üçüncü tipi əvvəllər tamam başqa formada və strukturda olub, lakin sonralar 

yüksək temperatur və təzyiq nəticəsində dəyişib. Onlara «metamorf»,

 

deyirlər. Mərmər və kvarsit 



də metamorf qayalara aiddir. 

Bəzi  qaya  suxurlarında  başqa  qarışıqlarla  yanaşı,  metal  mineralları  da  olur.  Əgər  belə 

minerallar metal istehsal etmək üçün kifayət qədərdirsə, onlara artıq daş yox,ı “filiz” deyirlər. 

 

Mağaralar necə əmələ gəlib? 



 

Yer üzündəki mağaralar lap qədim zamanlardan bəri bəşəriyyətin inkişafı ilə sıx şəkildə 

bağlıdır. Hələ daş dövründə, ev tikməyin nə olduğunu bilməyəndə insanları qışın şaxtasından məhz 

mağaralar  qoruyurdu.  Azərbaycan  ərazisində  yer  üzündə  insan  yaşamış  mağaraların  ən 

məşhurlarından  biri  –  Azıx  mağarası  yerləşir.  Bu  mağara  respublikamızın  Dağ  Qarabağ 

n

ahiyəsindədir. 



Lakin qədim insanlar mağaralardan artıq sığınacaq kimi istifadə etməyəndə belə, onların 

qeyri-


adi,  sirli  şöhrəti  miflərə,  əfsanələrə  dönüb  yaşayır,  dillərdə  dolaşırdı.  Qədim  yunanlar 

inanırdı ki, mağaralar onların ilahilərinin – Zevsin, Panın, Dionisin, Plutonun məbədləridir. Qədim 

Romada isə belə hesab edirdilər ki, mağaralarda nimfalar, cadugərlər yaşayır. Qədim farslar və 

başqa İran xalqları isə bütün mağaraların  yerdəki ruhların hökmdarı Mitrasa məxsus olduğunu 

düşünürdülər... 

Bizim  günlərdə  əzəmətli,  gözəl  mənzərəsi  olan  mağaralar  turistləri  ən  çox  cəlb  edən 

yerlərdəndir. 

Yaxşı, bəs, mağara nədir?  

Mağara  təpələrin,  dağların,  qayaların  içindəki  təbii  boşluqlardır.  Onların  çox  müxtəlif 

yaranma üsulları var. Bəziləri dəniz dalğalarının qayalara daimi təsiri nəticəsində əmələ gəlib. 




Mağaraların hətta su altında olanları da var. Onlar adətən, əhəngdaşı kimi yumşaq suxurları yuyub 

aparan yeraltı suların fəaliyyətinin bəhrəsidir. Elə mağaralar da var ki, vulkanik fəaliyyət və qaya 

suxurlarının hərəkəti, yaxud qaynar lava püskürməsindən yaranıb. 

Birləşmiş Ştatlardakı mağaraların əksəriyyəti nəhəng əhəngdaşı laylarına tərkibində C2O 

(karbon iki oksidi) olan suların təsirindən əmələ gəlib. İndiana, Kentukki və Tennessi ştatlarında 

orta qalınlığı 53 metr olan əhəngdaşı layında çoxlu mağaralar var. 

Bəzi  mağaraların  tavanında  dəliyi  olur.  Bu  dəliklər  bir  zamanlar  suyun  yığıldığı  və 

sonradan suxuru dəlib içəri axdığı yerlərdə əmələ gəlir. Mağaralarda bir-birinin altında, müxtəlif 

səviyyələrdə  uzanan  qalereyalar  görmək  olar.  Bəzi  mağaralardan  daim  yeraltı  sular  axır, 

digərlərindən axan su isə sonradan kəsilir deyə, mağara da quruyur. 

Mağaranın  tavanından  düşən  hər  damlanın  tərkibində  əhəng  və  başqa  mineralların 

hissəcikləri olur. Su buxarlanır, minerallar isə yerdə qalır. Bu minvalla, yavaş-yavaş şaxta zamanı 

damlardan sallanan buz salxımlarını xatırladan “stalaktitlər” əmələ gəlir. Stalaktitlərdən süzülüb 

yerə tökülən damcılar isə mağaraların döşəməsində ucalam “stalaqmitlərı” əmələ gətirir. 

      

Qazıntı nəticəsində yerdən çıxan nədir? 



 

Qazıntılar nəticəsində aşkarlanan bitki və heyvan qalıqları bizə keçmişimizi öyrənməyə 

kömək  edir  və  milyonlarla  il  qabaq  yer  üzündə  yaşayan  heyvanlar,  bitkilər  haqda  daha  çox 

məlumat əldə etməyimizə səbəb olur. Bununla elmin “paleontologiya” adlanan sahəsi məşğuldur. 

Bəziləri elə fikirləşir ki, qazıntılarda aşkarlananlar yalnız çox qədim zamanlarda yaşamış 

heyvanların qalıqlarıdır. Əslində isə, qazıntılarda tapılan nümunələr üç tipə aiddir. Birinci tipə 

müxtəlif  orqanizmlərin  çürümə  prosesindən  can  qurtarıb  bugünümüzə  kimi  ilkin  vəziyyətində 

gəlib  çıxmış  hissələri  aiddir.  İkinci  tipə  müxtəlif  suxurlar  üzərində  rast  gəlinən,  çoxdan  məhv 

olmuş  ayrı-ayrı  heyvan  və  canlıların,  bitkilərin  quruluşunu  təkrar  edən  basma  şəkillər  aiddir. 

Bundan  başqa  həmin  heyvanların  palçıq,  gil  kimi  yumşaq  səth  üzərində  buraxdığı  izlər  də 

paleontoloqların qazıntılarda aşkarladığı maraqlı nümunələrdən sayılır. 

Əgər söhbət hər hansı bir orqanizmin istənilən parçasından ibarət tapıntılardan gedirsə, bu, 

daha çox bədənin sərt hissələri olur – skelet, balıqqulağı, yaxud çanaq. Yumşaq toxumalar çox tez 

məhv  olur.  Lakin  ayrı-ayrı  hallarda  meduzalar  kimi  99%-i  sudan  ibarət  heyvanlar  belə  qaya 

suxurlarında əla izlər qoyurlar. Buzlaqlarda aşkarlanan bəzi tapıntıların isə nəinki skeletı, hətta 

müəyyən toxumaları da necə var, eləcə də qalır.  

Tapıntının keyfiyyəti və dəyəri onun ölçülərindən qətiyyən asılı deyil. Məsələn, elə olur 

ki, bir kəhrəba parçasında milyonlarla il bundan qabaq yaşamış xırdaca qarışqa əla vəziyyətdə 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə