Hər suala bir cavab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix30.12.2017
ölçüsü0,52 Mb.
#18683
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

qalır. Heyvan, yaxud bitkinin çox qədim zamanlardan bugünümüzə nə vəziyyətdə gəlib çıxması 

daha çox onların yaşadığı rayondan asılıdır.  

Qazıntılar  nəticəsində  ən  çox  rast  gəlinən  dənizdə  yaşayan  heyvanların  qalıqlarıdır  – 

öləndən sonra onların cəsədi tez bir zamanda su dibindəki çöküntülərlə örtülür və bu minvalla 

suyun dibindəki oksigen azlığından tam çürümədən xilas olur. Quruda yaşayan heyvanlar, bitkilər 

isə havanın və ətraf mühitin dağıdıcı təsirlərinə məruz qalıb məhv olur. 

Belə qazıntılarda tapılan qalıqların tədqiqatı nəticəsində biz yüz milyon illər qabaq Yerdəki 

heyvanlar aləmi barədə xeyli qiymətli məlumat əldə etmişik. Məsələn, qaya suxurlarında tapılmış 

qalıqlardan öyrənmişik ki, milyonlarla il qabaq yerdə sürünənlər erası olub və o zaman uzunluğu 

24  metr,  çəkisi  56  ton  olan  nəhənglər  varmış.  Bu  canlılar  indi  dinozavr  kimi  tanıdığımız 

məxluqlardır.  “Arxeopteriks”  adlandırdığımız  ilk  quş  haqda  da  məlumatı  da  biz  məhz  onun 

suxurda qalmış basma təsvirindən öyrənmişik. 

 

Aysberqlər hardan əmələ gəlib? 



 

A

ysberqlər bizim müşahidə edərək öyrənməyimiz üçün əvəzsiz obyektlərdir. Amma okean 



gəmiləri üçün onlar çox böyük təhlükə kəsb edir. 

Ən  dəhşətli  dəniz  qəzalarından  biri  1912-ci  il  aprel  ayının  14-də  baş  verdi  –  məşhur 

“Titanik” gəmisi aysberqlə toqquşdu və nəticədə 1513 insan həlak oldu... 

Aysberq buzlaqdan qoparaq sularda sərbəst üzən nəhəng buz parçasıdır. Bu onda baş verir 

ki,  buz  çayı  kimi  yüksəklərdən  “axaraq”  sürüşə-sürüşə  dərə  boyu  hərəkət  edən  buzlaq  dənizə 

yetişir. Onda su ilə təmasdan həmin buzlağın qırağı qopur və üzən aysberqə çevrilir. 

Bəzi aysberqlər fiordlarda – yəni, hündür sıldırım divarları olan körfəzlərdə peyda olur və 

ordan  okeana  çıxır.  Aysberqlərin  iti  kənarlarını  okeanın  dalğaları  qırıb  hamarlayır.  Onun  çox 

böyük 

hissəsi suyun altında gizlənir. Bir də görürsən ki, qəflətən qırılaraq sürətlə su üzünə qalxır 



və o da aysberqə dönüb sərbəst hərəkətə başlayır. 

Aysberqlərin  ölçüsü  fərqli  olur.  Kiçik,  cəmisi  5-10  metr  diametrə  malik  aysberqlərə 

dənizçilər “qrouler” deyir. Lakin okeanda daha çox diametri 100 metrdən artıq olan aysberqlərə 

rast gəlmək mümkündür. Ayrı-ayrı buz dağlarının diametri isə 1000 metrə çatır.  

Aysberqin sıxlığı su sıxlığının 90%-i qədərdir. Ona görə də suyun üstündə buz dağının 

yalnız  doqquzdan  biri  görünür,  doqquzdan  səkkizi  isə  suyun  altında  qalır.  Ona  görə  də  suyun 

üzərində 45 metr ucalan buz dağının su altındakı hissəsi 200 metr dərinlikdədir. Belə bir dağın nə 

qədər  buzdan  ibarət  olduğunu  təsəvvür  etmək  çətindir.  Axı  onların  bəzisinin  çəkisi  nə  az,  nə 

azacıq, düz 180 000 000 tona çatır! 



Aysberqin əsas hissəsi suyun altında olduğu üçün onun hərəkətinə külək deyil, suyun axını 

təsir  edir.  Aysberqlər  tədricən  isti  yerlərə  çatır,  elə  orada  da  əriyirlər.  Onların  yalnız  bəziləri 

Kanadadakı Nyüfaundlendin şərqinə, isti Qolfstrim cərəyanına qədər çata bilir. Gəmilər üçün ən 

böyük  təhlükə  yaradan  da  elə  onlardır.  Odur  ki,  Birləşmiş  Ştatların  sahil  mühafizə  xidməti 

aysberqləri daim izləyir, gəmiləri yenu buz dağlarının yaranmasından vaxtında xəbərdar edir.  

 

Buzlaq 



dövrü nə vaxt başa çatıb? 

 

Çoxları elə fikirləşir ki, buzlaq dövrü çoxdan başa çatıb və indi onun heç bir izini tapmaq 



mümkün deyil. 

Lakin  geoloqlar  deyir  ki,  biz  buzlaq  dövrünün  sonuna  hələ  indi  yaxınlaşırıq. 

Qrenlandiya sakinləri isə hələ də buzlaq dövründə yaşayırlar. 

Təxminən 25 min il qabaq Şimali Amerikanın mərkəzi hissəsini məskunlaşdıran xalqlar il 

boyu  qar,  buz  görürdülər.  Nəhəng  buz  divarı  Sakit  okeandan  Atlantik  okeanına,  Mərkəzi 

Amerikadan  düz  şimal  qütbünə  kimi  uzanırdı.  Bu,  buzlaq  dövrünün  yekun  mərhələsi  idi  və  o 

zaman Kanadanın bütün ərazisi, Birləşmiş Ştatların əksər hissəsi və şimal-şərqi Avropa qalınlığı 

bir kilometr olan buz qatıyla örtülmüşdü. 

Amma bu heç də o demək deyil ki, hava daim dəhşətli dərəcədə şaxtalı olurdu. O zamanlar 

Birləşmiş  Ştatların  şimalında  temperatur  indikindən  cəmi  5  dərəcə  aşağı  idi.  Dünyada  buzlaq 

dövrünün yaranmasına soyuq keçən yay ayları səbəb olmuşdu. Yay aylarında temperatur aşağı 

olduğundan buzlar, qarlar əriməyə macal tapmır, üst-üstə qalaqlanırdı deyə, axırda bu rayonların 

şimal hissəsini tamamən buz qatının altında qaldı. 

Buzlaq dövrü dörd mərhələdən ibarət idi. Hər mərhələnin əvvəlində buz qatı əmələ gəlir, 

bu qat cənuba doğru irəliləyir, sonra əriyərək Şimal qütbünə sarı geri çəkilirdi. Alimlər elə hesab 

edir ki, bu proses cəmi dörd dəfə baş verib. Soyuq dövrləri “buzlaşma”, istilərini “bazlaşmaarası” 

dövrlər adlandırırlar. 

Belə bir qənaət var ki, Şimali Amerikada buzlaq dövrünün birinci mərhələsi təxminən iki 

milyon  il  əvvəl;  ikincisi  təxminən  1  250  000  il  əvvəl;  üçüncüsü  təxminən  500  000  il  əvvəl; 

sonuncusu isə təxminən 100 000 il əvvəl başlayıb.   

Buzlaq dövrünün sonuncu mərhələsində buzların ərimə sürəti müxtəlif nahiyələrdə fərqli 

olub. Məsələn, Birləşmiş Ştatların indiki Viskonsin ərazisində buzların əriməsi təxminən 40 000 

il əvvəl başlanıb. Amerikanın Yeni İngiltərə adlanan nahiyəsini örtən buz qatı 28 000 il əvvəl yox 

olub. İndiki Minnesota ştatının ərazisi isə buzdan cəmi 15 000 il qabaq azad olub! 

Avropada Almaniya ərazisindəki buzlar 17 000 il, İsveçdə isə 13 000 il qabaq əriyib.  

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə