«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Dərinin və dərialtı toxumaların xəstəlikləri



Yüklə 1,55 Mb.
səhifə14/21
tarix26.09.2017
ölçüsü1,55 Mb.
#2131
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Dərinin və dərialtı toxumaların xəstəlikləri

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

62

Dərinin və dərialtı toxumaların xəstəlikləri:

 

 

 

a) xroniki ekzemanın, psoriazın çətin müalicə olunan yayılmış formaları, dəri örtüyünün yayılmış lixenifikasiyası ilə atopik dermatit, bullyoz dermatozlar

D

D

D

b) xroniki övrə, residivləşən Kvinke ödemləri, yayılmış psoriaz, yayılmış absesləşən və xroniki xora piodermiyası, çoxsaylı konqlobat aknelər, ekzemanın məhdud və tez-tez təkrarlanan formaları, dəri örtüyünün ocaqlı lixenifikasiyası ilə atopik dermatiti, diskoid qırmızı qurd eşənəyi, fotodermatitlər, yayılmış qırmızı yastı dəmrov

C

C

C və ya B FƏRDİ

c) ekzemanın məhdud və nadir residivləşən formaları, psoriazın, sklerodermiyanın, qırmızı yastı dəmrovun məhdud formaları, ixtioz

C

C

B

ç) ocaqlı dazlığın və vitiliqonun yayılmış və total formaları

C

C

A
HDQ, ÜH, XQ-də FƏRDİ

d) kserodermiya, follikulyar keratoz; ekzemanın məhdud formaları davamlı remissiyada, ocaqlı dazlığın və vitiliqonun məhdud formaları

A-3

A

A

 

Ocaqlı dazlığın yayılmış forması dedikdə, hər birinin diametri 10 sm-dən az olmayan çoxsaylı (3-dən artıq) dazlıq ocaqlarının olması, ocaqlar birləşdikdə isə başın tüklü hissəsinin yarıdan çoxunda tüklərin bitməməsi başa düşülür.

Vitiliqonun yayılmış forması dedikdə, müxtəlif anatomik nahiyələrin dəri örtüyündə çoxsaylı depiqmentasiyalaşmış ləkələrin olması başa düşülür.

Müxtəlif anatomik nahiyələrin dərisində çoxsaylı (3 və çox) psoriatik piləklərin olması psoriazın yayılmış forması kimi başa düşülür.

Atopik dermatitdə yayılmış lixenifikasiya dedikdə, üzün, dirsək çuxurunun, dizaltı çuxurun dərisinin zədələnməsi, eləcə də dərinin total zədələnməsi başa düşülür.

«b» bəndinə, habelə ekzemanın məhdud və tez-tez residivləşən (ildə 3 dəfə və daha çox) formaları, tək-tək, lakin iri (xəstənin ovcu boyda və daha iri ölçüdə) psoriatik piləklər aiddir. Residivləşən Kvinke ödemləri və (və ya) xroniki övrə ilə xəstələnmiş «Xəstəliklər cədvəli»nin I — II qrafalarına görə şəhadətləndirilənlər barəsində qərar köpüşüklərin (urtikariyaların) 2 aydan az olmayaraq fasiləsiz residivləşməsi və stasionar müalicənin uğursuzluğu hallarında «b» bəndi üzrə çıxarılır.

«c» bəndinə zədələnmə ocaqlarının lokalizasiyasından, sayından və ölçülərindən asılı olmayaraq, sklerodermiyanın piləkli forması aiddir. «c» bəndində göstərilən dəri xəstəliklərinin məhdud formaları dedikdə, müxtəlif lokalizasiyalı tək-tək zədələnmə ocaqları, o cümlədən müxtəlif anatomik nahiyələrdə xəstənin ovcu boyda sahəni tutan zədələnmə ocaqları başa düşülür.

Ekzema xəstəliyində anatomik nahiyələrdən birinin zədələnməsi (ayağın, baldırın, əlin, başın və s.) məhdud forma kimi qiymətləndirilir.

Məhdud sklerodermiyası olan şəxslərin şəhadətləndirilməsi yalnız sklerodermiyanın piləkli formalarında keçirilir.

Dəri xəstəliklərinin nadir residivləşən formalarına, son 3 il ərzində 1 dəfədən az olmayaraq kəskinləşmə halları aiddir.

«ç» bəndinə kosmetik qüsur kimi üzdə vitiliqo ocaqlarının olması da aiddir.

Anamnezdə son 10 ildə residivləşməyən atopik dermatitin (ekssudativ diatezin, uşaq ekzemasının, neyrodermitin) olması, eləcə də məhdud sklerodermiyanın bir növü olan «ağ ləkələr xəstəliyi», vitiliqonun məhdud formaları (üz və bədənin görünən nahiyələri istisna olmaqla) bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

63

Dərinin və dərialtı toxumaların kəskin xəstəliklərindən və xroniki xəstəliklərinin kəskinləşməsindən sonrakı müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

 

Bu maddə ilə hərbi qulluqçulara məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar dəri və dərialtı toxumaların ağır gedişli və fəsadlaşmalarla müşayiət olunan xəstəliklərinin uzunmüddətli müalicəsindən sonra astenizasiya saxlanıldıqda çıxarılır.

 

Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

64

İnfeksion və iltihab mənşəli artropatiyalar, birləşdirici toxumanın sistem zədələnmələri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə, davamlı və kəskin dərəcədə ifadə olunmuş dəyişikliklərlə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə

D

D

C

c) funksiyaların cüzi dərəcədə pozulması və xəstəliyin nadir kəskinləşmələri ilə

C

C

B

 

Bu maddə revmatoid artriti, Bexterev xəstəliyini, Reyter xəstəliyini, düyünlü periartriiti, Vegener qranulematozunu, psoriatik artropatiyanı və infeksiyalarla bağlı olan digər artritləri, birləşdirici toxumanın digər sistem xəstəliklərini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

orqanların və sistemlərin dəyişikliklərinin təzahür olunma dərəcəsindən, kəskinləşmə tezliyindən və funksional pozulmaların dərəcəsindən asılı olmayaraq, birləşdirici toxumanın sistem xəstəlikləri;

funksiyaların mühüm pozulmaları ilə revmatoid artrit və ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi) və ya onların sistem formaları, hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin davamlı itirilməsi ilə.

«b» bəndinə aşağıdakılar aiddir:

sistem əlamətləri olmayan, mülayim dərəcədə ifadə olunmuş ekssudativ-proliferativ dəyişikliklərlə və oynaqların funksional çatışmazlığı ilə müşayiət olunan oynaqların və onurğanın iltihabi xəstəliklərinin tədricən proqressivləşən formaları;

prosesin aktivliyinin kliniki-laborator əlamətləri olan revmatoid artritin və Bexterev xəstəliyinin başlanğıc formaları.

«c» bəndinə oynaqların və onurğanın nadir (ildə 1 dəfə və az) kəskinləşən xroniki xəstəlikləri aiddir.

Oynaqların ekssudativ-proliferativ dəyişiklikləri, prosesin aktivliyinin laborator əlamətləri saxlandıqda və müalicə uğursuz olduqda, kəskin iltihabi artropatiyaların uzun sürən (4 ay və daha çox) gedişli hallarında çağırış üzrə xidmət keçən hərbi qulluqçular da «c» bəndi üzrə şəhadətləndirilirlər.

Reyter xəstəliyinin xroniki formaları və infeksiya ilə bağlı digər xroniki artritlər (reaktiv artritlər), habelə psoriatik artrit olduqda, hərbi xidmətə yararlılıq kateqoriyası digər orqan və sistemlərin zədələnməsindən, oynaqların funksiyasının vəziyyətindən asılı olaraq «a», «b» və ya «c» bəndi üzrə təyin edilir. Oynaqların funksiyası hərəkətlərin həcminin qiymətləndirilməsi cədvəlinə (2 nömrəli cədvəl) əsasən təyin olunur.

5 ildən artıq müddətdə xəstəliyin kəskinləşməməsi və oynaqların funksiyasının pozulmaması ilə reaktiv artritlərin xroniki formaları bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

Oynaqların kəskin iltihabi xəstəliklərindən sonra şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə keçirilir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

65

İri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalar:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A- 3

A

A
HDQ, ÜH, DP, XQ-də
FƏRDİ

 

Sümüklərin və oynaqların xəstəlikləri ilə hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar, bir qayda olaraq, stasionar müayinədən və müalicədən sonra çıxarılır. Bu zaman, xəstəliyin residivləşməyə və ya proqressivləşməyə meyilliliyini, sağalmanın davamlılığını və hərbi xidmətin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Müalicənin nəticələri qənaətbəxş olmadıqda və ya ondan imtina edildikdə, ətrafın və ya oynağın funksiyasından asılı olaraq qərar «a», «b» və ya «c» bəndi üzrə çıxarılır.

«a» bəndinə aşağıdakılar aiddir:

iri oynağın qüsurlu vəziyyətdə ankilozu, fibrozlu ankiloz, süni oynaq;

oynağın patoloji hərəkətliliyi (dayanıqsız oynaq) və ya hərəkətlərin mühüm dərəcədə məhdudlaşması ilə oynağın davamlı kontrakturası;

ağrı sindromunun kəskinləşməsinin tez-tez (ildə 2 dəfə və çox) residivləri, oynaq qığırdaqlarının dağılmaları (rentgenoqramda oynaq yarığının eninin 2 mm-dən az olması) və ətrafların oxunun deformasiyası ilə müşayiət olunan iri oynaqların mühüm dərəcədə ifadə olunmuş deformasiyaedici (sümüklərin oynaq uclarında 2 mm-dən kiçik olmayan kobud sümük artımlarının olması) osteoartrozu;

ətrafın qeyri-sabitliyi ilə müşayiət olunan, sümüklərin 1 sm-dən böyük defekti;

bud sümüyü başının aseptik nekrozu;

sekvestral boşluqların, sekvestrlərin, uzun müddət sağalmayan və ya tez-tez (ildə 2 dəfə və çox) açılan fistulların olması ilə müşayiət olunan osteomielit.

İri oynaqların funksional əlverişli vəziyyətdə olan ankilozlarında, yaxşı funksional kompensasiyası olan süni oynaqda «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən şəxslərin hərbi xidmətə yararlılıq kateqoriyası «b» bəndi üzrə təyin edilir.

«b» bəndinə aşağıdakılar aiddir:

ətraf əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası ilə müşayiət olunan, cüzi fiziki yük nəticəsində yaranan, oynağın nəzərəçarpan qeyri-sabitliyi («laxlaması») və ya residivləşən sinoviti ilə iri oynaqların tez-tez (ildə 3 dəfə və daha çox) çıxıqları;

iri oynaqların birində ağrı sindromu ilə müşayiət olunan deformasiyaedici (rentgenoqramda oynaq yarığının eni 2 — 4 mm) osteoartroz;

hər il kəskinləşən (o cümlədən ilkin xroniki) osteomielit;

ətrafın hərəkətinə və ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsinə mane olan hiperostozlar;

hərəkətlərin həcminin mülayim dərəcədə pozulması ilə müşayiət olunan iri oynaqlardan birinin davamlı kontrakturası.

«c» bəndinə aşağıdakılar aiddir:

bazu oynağının nadir hallarda (ildə 3 dəfədən az) baş verən çıxıqları, orta dərəcəli fiziki yük nəticəsində yaranan oynaqların qeyri-sabitliyi və sinoviti;

sekvestral boşluqları və sekvestrləri olmayan, nadir (2 — 3 ildə 1 dəfə) kəskinləşmələrlə keçən osteomielit;

hərəkətlərin həcminin cüzi pozulması ilə iri oynaqlardan birinin davamlı kontrakturası.

Proses başa çatmadıqda, xondropatiyaları olan vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər, sonradan isə proses başa çatmadıqda, hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar «c» bəndi üzrə çıxarılır.

3 il və daha artıq müddət ərzində kəskinləşmə, sekvestral boşluqlar və sekvestrlər olmadıqda, osteomielit prosesi başa çatmış hesab edilir.

İri oynağın çıxığının təkrarlanması tibbi sənədlərlə və oynaq çıxığının yerinə salınmasına qədərki və ondan sonrakı rentgenoqramlarla təsdiq olunmalıdır. Oynaq bağlarının və kapsulunun zədələnməsi nəticəsində yaranmış oynağın qeyri-sabitliyi kliniki və rentgenoloji müayinələrlə təsdiq edilməlidir.

Oynaqların qeyri-sabitliyinə görə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra vətəndaşlar hərbi xidmətə çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Diz oynağının qeyri-sabitliyinin cərrahi müalicəsindən sonra şəhadətləndirilmə «a», «b» və ya «c» bəndi üzrə keçirilir.

Uğurlu cərrahi müalicədən sonra hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin və məzuniyyətdən sonra sıra hazırlığı, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat vasitələrini idarə etməkdən 6 ay müddətinə, oynaq bağlarının və kapsulunun zədələnməsi səbəbindən yaranmış diz oynağının qeyri-sabitliyinin müalicəsindən sonra isə 12 ay müddətinə azad edilmənin zəruriliyi haqqında qərar çıxarılır.

Sümüklərin kistoz degenerasiyası, iri oynağın ayırıcı osteoxondrozu olduqda, şəhadətləndirilənlərə operativ müalicə təklif olunur. Operativ müalicədən imtina edildikdə və ya müalicə qeyri-qənaətbəxş olduqda, yararlılıq kateqoriyası haqqında qərar, ətrafın və ya oynağın funksiyalarının pozulma dərəcəsindən asılı olaraq çıxarılır.

Oynaqların funksiyalarının pozulmaması ilə Osqud-Şlatter xəstəliyi olan «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən şəxslər «2» təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilirlər.

Oynaqlarda hərəkətlərin həcmi qiymətləndirilərkən 2 nömrəli cədvəl rəhbər tutulmalıdır.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

66

Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa):

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A- 3

A

A
ÜH, DP, XQ-də FƏRDİ; HDQ-də YS

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə