«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə



Yüklə 1,55 Mb.
səhifə21/21
tarix26.09.2017
ölçüsü1,55 Mb.
#2131
1   ...   13   14   15   16   17   18   19   20   21

Qeydlər:

1. «Xəstəliklər cədvəli»nin III qrafası üzrə, «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» və ya «hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız»lıq nəzərdə tutan xəstəliklərə görə RM, İŞM, RYK, EMS və lazer şüalanması mənbələri və I — II qrup patogenli mikroorqanizmlərlə işləyən və ya işləmək üçün seçilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların hərbi qulluqçuları ixtisası üzrə işə yararsız sayılırlar.

2. RM, İŞM, RYK, EMS, lazer şüalanması mənbələri və I — II qrup patogenli mikroorqanizmlərlə xidmət üçün seçilən hərbi qulluqçular əgər bu cədvəldə yararlılıq dərəcəsi «fərdi» nəzərdə tutulmuşsa, işə yararsız sayılırlar.

c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular.




Fiziki inkişaf göstəriciləri. Xəstəliklərin və «Xəstəliklər cədvəli»nin maddələrinin siyahısı

Dərin sularda işləyən dalğıc, akvanavt

Dalğıc, dalğıclıq mütəxəssisi; yüksək təzyiqli qaz mühiti şəraitində işləyən digər mütəxəssislər

Gəmini texniki vasitələrlə idarəetmə mütəxəssisi (sükançı, sükançı-siqnalçı); görmə rabitəsi və müşahidə üzrə mütəxəssis (siqnalçı); optik ölçü vasitələrinin mütəxəssisi (məsafəölçən, vizirçi); raket silahını idarəetmə vasitələrinin mütəxəssisi (raket silahının şturman elektriki, atışı cihazla idarəetmə üzrə mütəxəssis)

Hava balışı üzərində gəmini (kateri) texniki vasitələrlə idarəetmə üzrə mütəxəssis, gəmi (kater) sürücüsü, mərkəzi idarəetmə postunun operatoru

Gəmiəleyhinə silahı idarəetmə vasitələrinin mütəxəssisi (torpeda elektriki, torpedaçı, gəmiəleyhinə silahdan müdafiə üzrə operator-mütəxəssis)

Radiotexniki müşahidə vasitələrinin (hidroakustik, radiometrist) mütəxəssisi

Radio-rabitə vasitələrini idarəetmə üzrə mütəxəssis (radioteleqrafçı)

Aviasiya mexaniki

HHQ-nin təminat hissə və bölmələrinin mexaniki (istilik maşınlarının mütəxəssisi, oksigençi, kompressorçu və s.)

Radiolokasiya stansiyasının operatoru, həmçinin displeylərlə və informasiya əksetdirən digər bloklarla işləyən şəxslər

Tankəleyhinə idarəolunan reaktiv mərminin operatoru

Kəlləçarxçı; qülləli, keçiyəbənzər, körpülü, tırtıllı avtomobil, dəmiryol və üzən kranların krançısı

Dəmiryol nəqliyyatı sürücüsü

Elektromontyor, elektroçilingər, işləyən elektrik qurğularına xidmət edən personal

Yanğınsöndürən

Qazanxana operatoru (ocaqçı)

 

QRAFALAR

 

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

Boy (sm-lə)

170-180

170-180

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ç) hərbi təhsil müəssisələrinə daxil olanlar

Qeydlər:

1. Hərbi liseylərə, həmçinin bütün hərbi təhsil müəssisələrinə daxil olanlar üçün (zabitlər istisna olmaqla) əks-göstərişlər «Xəstəliklər cədvəli»nin I qrafası ilə hərbi xidmət keçmək üçün «3,4» təyinat göstəricilərini, hava desant hazırlığı və sərhəd xidməti hərbi təhsil müəssisələrinə (fakültələrinə) daxil olanlar üçün isə «Xəstəliklər cədvəli»nin I qrafası ilə hərbi xidmət keçmək üçün «2,3,4» təyinat göstəricilərini nəzərdə tutan xəstəliklər sayılır.

2. «Xəstəliklər cədvəli» üzrə «sıradankənar hərbi xidmətə yararlılığı» nəzərdə tutan xəstəliklər zabitlər üçün hərbi təhsil müəssisələrinə daxil olmağa əks-göstəricilər sayılırlar.

3. Hava desant hazırlığı üzrə hərbi təhsil müəssisələrinə (fakültələrə) daxil olan vətəndaşların bədən çəkisi 90 kq-dan artıq olmamalıdır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının

Siyahısı

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli, 73 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 10, maddə 975; 2006-cı il, № 9, maddə 830; 2007-ci il, № 5, maddə 544) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavələr edilən bəzi qərarlarının Siyahısı»ndan 21-ci bənd çıxarılsın.

2. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 sentyabr tarixli, 137 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 752) 2-ci və 3-cü bəndləri çıxarılsın.

3. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 oktyabr tarixli, 154 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 871) 3-cü bəndi çıxarılsın.

4. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli, 125 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 659) 2-ci bəndi çıxarılsın.

5. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 sentyabr tarixli, 167 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 858) 3-cü bəndi çıxarılsın.

6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 noyabr tarixli, 201 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №11, maddə 1061) 5-ci bəndi çıxarılsın.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının

Siyahısı


1. «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (II kitab), maddə 237; 2001-ci il, № 1, maddə 73, № 10, maddə 659; 2002-ci il, № 1, maddə 84; 2003-cü il, № 6, maddə 342; 2004-cü il, № 9, maddə 752, № 10, maddə 871; 2005-ci il, № 4, maddə 381, № 7, maddə 659, № 9, maddə 858, № 11, maddə 1061).

2. «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 yanvar tarixli, 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 73; 2004-cü il, № 9, maddə 752).

3. «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli, 164 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 659; 2002-ci il, № 1, maddə 84).

4. «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli və «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli, 164 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli, 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 84).

5. «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli qərarına dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 8 aprel tarixli, 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 381).

Aidiyyəti:



22 yanvar 2010-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 59)
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə