Hesablama maşınlarının, komplekslərinin və kompüter şəbəkələrinin riyazi və proqram təminatı 05



Yüklə 30,43 Kb.
tarix02.10.2017
ölçüsü30,43 Kb.
#2946

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Ministry of Education of the Azerbaijan Republic




Xəzər Universiteti

Khazar University

Magistratura, Doktorantura və Elmi-İşlər Bölməsi

Division of Graduate Studies and Research

2014-2015-cü tədris ili üçün Xəzər Universitetində
FƏLSƏFƏ TARİXİ üzrə
Fəlsəfə doktoru hazırlığı üçün doktoranturaya qəbul

PROQRAMI

(Əyani -ödənişli)

Elmi - İnzibati Şuranın ______________________il _________N-li


qərarı ilə təsdiq edilmişdir.

Fəlsəfə tarixi proqramı -7210.01
Qədim Şərqdə fəlsəfi fikrin yaranması və inkişafı. Qədim Şərqdə fəlsəfi ideyaların meydana gəlməsi qanunauyğunluqları, fəlsəfənin din və mifologiya ilə varislik əlaqələri. Misirdə və Babilistanda fəlsəfi ideyalar. Veda ədəbiyyatı və Hindistanda fəlsəfi düşüncənin formalaşması. Əsas fəlsəfi sistemlər. Çində fəlsəfi məktəblər.

Qədim dövr Azərbaycan fəlsəfi fikri. Azərbaycanda dini-mifoloji və fəlsəfi baxışların yaranması. Maqların atomizmi. Zərvanilik təlimi. Zərdüştlik təliminin yaranması, onun dini-fəlsəfi və sosial-etik baxışlar sistemi. Avestanın dini-mifoloji və fəlsəfi məzmunu.

Antik yunan-roma fəlsəfəsi. Yunan fəlsəfəsinin meydana gəlməsi, onun dini-mifoloji təsəvvürlər və Şərqin elmi-fəlsəfi bilikləri ilə varislik əlaqəsi. Yunan fəlsəfəsinin inkişafının Sokrataqədərki mərhələsi. Klassik mərhələ: Sokratın insan fəlsəfəsi. Platonun kosmoloji baxışları, ideyalar haqqında təlimi və idrak nəzəriyyəsi. Aristotelin ilk səbəb və materiya və forma haqqında təlimi, sosial fəlsəfəsi və idrak nəzəriyyəsi.

Ellinizm və Roma dövrünün fəlsəfəsi. Yunanıstanın iqtisadi-siyasi və mədəni cəhətdən süqutu. Mistika və fəlsəfi sinkretizm dövrü. Akademik və peripatetik fəlsəfi məktəblərinin fəaliyyəti. Stoisizm və skeptisizm məktəbləri. Epikürün atomizmi və etik təlimi. Antik fəlsəfənin Roma dövrü. T. L. Karın atomist təlimi təbliğ və inkişaf etdirməsi; onun fəlsəfəsində təbiətin rasionalist-determinist izahı. Yeniplatonçuluq fəlsəfi məktəbi. Plotinin emanasiya nəzəriyyəsi.



Orta əsrlərdə Şərq ölkələrində fəlsəfi fikir. Hindistanda vedanta məktəbinin inkişafı. Hind ictimai-fəlsəfi fikrində sosial bərabərsizliyə qarşı ideyaların artması. Çin fəlsəfəsində buddizmin təsirinin artması. Daosizm fəlsəfəsinin inkişafı. Yenikonfusiçilik. Çində materialist və sybyektiv-idealist təlimlər.

İslam mədəni bölgəsində fəlsəfənin formalaşmasına antik yunan-roma elmi-fəlsəfi irsinin təsiri. Fəlsəfi fikrin inkişafının əsas istiqamətləri. İslam fəlsəfəsi: mütəzililik və əşərilik. Sufilik fəlsəfəsində mötədil və ifrat istiqamətlər. Şərq peripatetizminin xüsusiyyətləri və onun görkəmlə nümayəndələri. “Saflıq qardaşları” cəmiyyətinin fəlsəfi fikrin inkişafında və təbliğində rolu. İbn Xəldunun ictimai dəyişikliklər fəlsəfəsi.



VII-XII əsrlərdə Azərbaycan fəlsəfi fikri. İslamaqədərki dövrdə Azərbaycan ərazisində mövcud olmuş dini-fəlsəfi təlimlər. İslam bölgəsində yaranmış dini-fəlsəfi təlimlərin Azərbaycanda yayılması.

"Kitabi-Dədə-Qorqud" boylarında sosial və əxlaqi-hüquqi görüşlər. Xürrəmilərin fəlsəfi-etik baxışları və sosial bərabərlik ideyası.

XI-XII əsrlərdə Azərbaycanda mövcud olmuş fəlsəfi sistemlər. Şərq peripatetizminin Azərbaycanlı nümayəndələri. Bəhmənyarın fəlsəfəsi. Sufilik təlimindəki müxtəliflik. Ə.Sührəvərdi mötədil sufiliyin nümayəndəsi kimi. E.Miyanəcinin panteizmi. Ş.Y.Sührəvərdinin işraqilik fəlsəfəsi. Nizami Gəncəvinin fəlsəfi görüşləri.

XIII-XVI əsrlərdə Azərbaycan fəlsəfi fikrinin inkişafı. Elmi-fəlsəfi fikrin inkişafında N.Tusinin xidmətləri. S. Ürməvinin fəlsəfəsi. M. Şəbüstərinin sufi-panteist təlimi. Hürufilik fəlsəfəsi: Nəimi. Nəsimi fəlsəfəsində insan problemi. M. Füzulinin fəlsəfi görüşləri.

Orta əsrlərdə Qərbi Avropada fəlsəfi fikir. Xristian fəlsəfəsinin formalaşması. A.Avqustinin dini-fəlsəfi təlimi. Sxolastikanın inkişaf mərhələləri. Erkən sxolastika. Sxolastik fəlsəfənin tərəqqi dövrü. F.Akvinalının təlimi. Sxolastikanın son mərhələsi.

İntibah dövrünün fəlsəfəsi. İtaliyada humanizm. İntibah dövrünün platonizmi və aristotelizmi. Naturfəlsəfə və yeni təbiətşünaslıq. Təbiət fəlsəfəsi.

XVII-XIX əsrlərdə Qərbi Avropa fəlsəfəsi. Yeni dövr fəlsəfəsinin xüsusiyyətləri. F.Bekon fəlsəfəsinin mahiyyəti. R. Dekart fəlsəfəsinin dualizmi və rasional metodu. İngilis fəlsəfəsi. T. Hobbsun və C.Lokkun fəlsəfəsi. C. Berklinin subyektiv idealizmi. D.Yumun aqnostisizmi. B. Spinozanın fəlsəfi görüşləri. Leybnisin obyektiv idealist fəlsəfəsi. Fransız maarifçilərinin fəlsəfəsi. Volter və Russonun fəlsəfi görüşləri. Fransız materialistlərinin sosial baxışlarının idealist xarakteri.

Alman fəlsəfəsinin inkişafı. Herderin tarix fəlsəfəsi. İ.Kant alman klassik fəlsəfəsinin banisi kimi. İ.Fixtenin subyektiv idealist fəlsəfəsi. Şellinq fəlsəfəsinin inkişafının əsas mərhələləri. F.V.Hegel, onun obyektiv idealizm fəlsəfəsi. L.Feyerbaxın antropoloji materializmi. A. Şopenhauerin irrasional fəlsəfəsi. Həyat fəlsəfəsi. Marksizm fəlsəfəsinin formalaşması və əsas prinsipləri.



Azərbaycan maarifçilik fəlsəfəsi və milli şüurun oyanışı. Azərbaycanda maarifçilik ideologiyasının və fəlsəfəsinin yaranması, onu doğuran sosial-siyasi və iqtisadi şərait. A. Bakıxanovun fəlsəfi və etik görüşləri. M.F.Axundovun varlıq təlimi. Onun sosial fəlsəfəsində azadlıq insanın təbii hüququ kimi. Maarifçilik fəlsəfəsinin inkişafında H.Zərdabinin rolu. C.Əfqaninin sosial-siyasi fəlsəfəsi.

XX əsrin əvvəllərində maarifçilik fəlsəfəsi. Maarifçilərin (F.Köçərli, S.M. Qənizadə, Ö.F.Nemanzadə, C.Məmmədquluzadə və b.) milli mədəniyyəti və dili inkişaf etdirmək sahəsində səyləri. Onların sosial tərəqqiyə dair fikirləri, mövhumat və cəhalətə qarşı çıxışları.


Milli şüurun oyanışında və milli-mənəvi ideyaların təbliğində H.Cavid, Ə.Cavad, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və b. ziyalıların səyləri. N.Nərimanovun fəlsəfəsi. Türkçülük və Azərbaycançılıq ideologiyasının formalaşması. “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” ideoloji-siyasi və fəlsəfi konsepsiyasının mahiyyəti. M.Ə.Rəsulzadənin milli dövlətçilik ideyası. Ə.Hüseynzadənin sosial-siyasi görüşləri. Ə.Ağaoğlunun sosial-siyasi düşüncəsində islamçılıq və millətçilik. İctimai ziddiyyətlərin həllində onun “milli sülh yolu” konsepsiyası.

Müasir Qərb fəlsəfəsi. Qərbdə yayılmış əsas fəlsəfi cərəyanlar. Praqmatizmin inkişaf xüsusiyyətləri. Praqmatizm və elmi metod. Ekzistensializm fəlsəfəsinin mahiyyəti; insan və onun azadlığı problemi. M.Haydeggerin və K.Yaspersin fəlsəfəsi. Hüsserlin fenomenoloji təlimi. Neopozitivizmin və neotomizmin ideya-nəzəri mənbələri və inkişaf xüsusiyyətləri. A.Berqsonun “həyat fəlsəfəsi”. Hermenevtikanın nümayəndələri. Dilin fəlsəfəsi. Analitik fəlsəfə - L.Vitgenşteyn.

Varlıq və materiya problemi. İnkişaf. Varlıq kateqoriyası, onun mənası və məzmunu. Obyektiv və subyektiv varlıq. Varlığın əsas formaları. Materiyanın elmi-fəlsəfi anlayışı. Substansiya anlayışı. Materiya və ruh. Materiyanın sinergetik modeli. Hərəkət anlayışı. Məkan və zaman. Varlığın universal əlaqələri. Dialektikanın kateqoriyaları. Determinizm prinsipi. İnkişaf anlayışı, inkişafın əsas əlamətləri. İnkişafın konsepsiyaları. Qanun və qanunauyğunluq. İnkişafın qanunları.

Şüur problemi. Şüur, onun strukturu və mənbələri. Şüur və ruh. Şüur və təfəkkür. Şüurun strukturunda intuisiyanın yeri. Şüuri və qeyri-şüurinin qarşılıqlı əlaqəsi. Şüur, təfəkkür və dil. İdeal problemi.

İdrak. İdrakın subyekti və obyekti. İdrakın əsas formaları. Hissi və rasional idrak. İntuisiya. Biliyin strukturu. Fəlsəfədə həqiqət problemi. Elmi idrakın əsas forma və vasitələri. Sosial idrakın spesifikası.

Fəlsəfi antropologiya. Fəlsəfə tarixində insan probleminin qoyuluşu. İnsan haqqında islam konsepsiyası. İnsanın mahiyyəti və mövcudluğu. İnsan mahiyyətinin çoxölçülü xarakteri. İnsanın mənşəyinə dair konsepsiyalar. İnsan və cəmiyyət münasibətləri. İnsan və bəşəriyyət. Fərd və şəxsiyyət. Fəlsəfi antropologiyada insan həyatının mənası məsələsi. Ölüm və ölməzlik.

Cəmiyyətin mahiyyəti və quruluşu. Cəmiyyət sosial idrakın predmeti kimi. Cəmiyyət, birlik və sosial anlayışları. Cəmiyyət haqqında nəzəriyyələr. Təbiət və cəmiyyət, ictimai həyatın təbii əsasları. Cəmiyyət bütöv, özünütənzimləyən və özü inkişaf edən sosial sistemdir. Cəmiyyətin sosial strukturu. Cəmiyyətin ayrı-ayrı sahələrinin qarşılıqlı əlaqəsi. Sosial fəaliyyət. İ. Vallerstaynın qlobal cəmiyyət nəzəriyyəsi. Qlobal cəmiyyətdə sosial fəaliyyətin istiqamətləri.

Cəmiyyətin sosial sferası. Sosial sfera anlayışı. Cəmiyyətdə sosial fərqlərin mahiyyəti. Sosial stratifikasiya nəzəriyyəsi. Sosial diferensiasiyanın səbəbləri. İnsanların sosial-tarixi birlik formaları. Cəmiyyətin sosial strukturunda ailənin yeri.

Mədəniyyət və sivilizasiya. Mədəniyyətin fəlsəfi anlamı. Mədəniyyətin izahına müxtəlif yanaşmalar, onların ümumi cəhətləri və xüsusiyyətləri. Maddi və mənəvi mədəniyyət. Mədəniyyətin funksiyaları.

Sivilizasiya anlayışı. Sivilizasiyanın əsas əlamətləri. Sivilizasiyanın izahına müxtəlif yanaşmalar. İndustrial və postindustrial sivilizasiya. Mədəniyyət və sivilizasiyanın fərqi və onların qarşılıqlı münasibəti.



Tarix fəlsəfəsi. Tarixi prosesin fəlsəfi dəyərləndirilməsi. Tarixi prosesin mənası problemi. Tarixin mədəni-tarixi dövrləşdirilməsi. Tarixi inkişaf və xolizm ideyaları. İctimai tərəqqi anlayışı. Tərəqqinin meyarı. İrəliyə və geriyə inkişaf haqqında təlimlər. Tarixi prosesdə inqilab və təkamül anlayışları. İnqilab və islahat.

Tarixi prosesin subyektləri anlayışı. Xalq anlayışı; tarixdə onun rolu. Tarixdə şəxsiyyətin rolu.

Müasir dövrün qlobal problemləri və onların həlli yolları.


Referat mövzular
1.Müasir dövrün qlobal problemləri və onların həlli yolları.

2.Cəmiyyətin sosial strukturunda ailənin yeri

3.Fəlsəfi antropologiyada insan həyatının mənası məsələsi

4.Ə.Ağaoğlunun sosial-siyasi düşüncəsində islamçılıq və millətçilik

5.Fəlsəfi antropologiyada insan həyatının mənası məsələsi

6.Neopozitivizmin və neotomizmin ideya-nəzəri mənbələri və inkişaf xüsusiyyətləri



ƏDƏBİYYAT

1. Abbasova Q.Y., Hacıyev Z.S. Sosial fəlsəfə. Bakı, Ayna Mətbu Evi, 2001.

2. Алексеев П.В., Панин А.В. Философия. Учебник, изд. третье, переработанное и дополненное. М., «Проспект», 2001.

3. Əhmədli R. Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi.Türkçülük. Müasirlik. İslamçılıq. Bakı, “Elm”, 2007.

4. Философия. Под ред. В.Н. Лавриненко. Учебник. М., Юристъ, 2004.

5. İmanov H.R. Fəlsəfənin əsasları. Dərs vəsaiti. Bakı, Turan evi, 2009.

6. İmanov H.R., Əhədov A. Orta əsr islam Şərqində fəlsəfi fikir. Bakı, Bakı Universiteti nəşriy., 1998.

7. İsmayılov F.Q. Müasir Qərb fəlsəfəsi. Bakı, Azərnəşr, 1991.

8. История философии в кратком изложении. Пер. с чеш. Богута И.И. М., Мысль, 1991.

9. Мехтиев Р.Э. Философия. Учебное пособие, изд. второе. Баку, Şərq-Qərb, 2009.

10. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006.

11. Zeynalov М.B. Fəlsəfə tarixi. Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan nəşriy., 2000.



12. Zeynalov М.B. Xarici ölkələrin fəlsəfə tarixi. Dərslik. Bakı, Şərq-Qərb, 2008.

13. Tusi X.N. Əxlaqi-Nasiri. Tərcümə ed. R.Sultanov. Lider, 2005.
Yüklə 30,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə