20
983-CÜ İLDƏ (12.04.1575 – 30.03.1576) BAŞ VERMİŞ HADİSƏLƏR
HAQQINDA SÖHBƏT
.......................................................................................................................................................... 621
Müxtəlif əhvalatlar ........................................................................................................................... 622
984-CÜ İLDƏ (31.03.1576 – 20.03.1577) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT
.......................................................................................................................................................... 622
Dinin pənahı olan şahın fani aləmdən əbədi cahana köçməsi .......................................................... 622
Aləmin pənahı olan şahın (II Şah İsmayılın) səltənət və cahandarlıq taxtına əyləşməsi haqqında
söhbət ............................................................................................................................................... 631
Ölümlər ............................................................................................................................................ 640
985-Cİ İLDƏ (21.03.1577 – 09.03.1578) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 642
Pələngan qalasının fəthi haqqında söhbət ........................................................................................ 643
Aləmin və aləm sakinlərinin şahı Sultan Məhəmməd Xudabəndə padşahın əhvalı haqqında ......... 647
GİRİŞ VƏ ŞƏRHLƏRİN YAZILMASI ZAMANI İSTİFADƏ EDİLMİŞ QAYNAQLAR VƏ
ƏDƏBİYYAT .................................................................................................................................. 653
21
GİRİŞ
Azərbaycanın XV-XVI əsrlər tarixinə dair qaynaqların respublikamızda tərcüməsi, nəşri və
tədqiqi. XV-XVI əsrlər Azərbaycanın orta əsrlər tarixində mühüm bir mərhələni təşkil etmişdir. Bu mərhələ
Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvilər dövlətlərinin timsalında klassik dövlətçilik ənənələrimi-
zin uğurlu bir şəkildə davamı və inkişafı, milli ədəbiyyatımızın və mədəniyyətimizin yüksəlişi ilə xarakterizə
olunur. Sözügedən dövrdə ölkəmizin beynəlxalq siyasi, iqtisadi və mədəni əlaqələri genişlənir, Azərbaycan
tarixi ilə bağlı məlumat verən mənbələrin sayı və çeşidi artırdı. Elə buna görə də XV-XVI əsrlər tariximizə
dair qaynaqların öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan alimləri XV-XVI əsrlərə dair tarixi qaynaqların tərcüməsi, nəşri və tədqiqi istiqamətində
xeyli işlər görmüşlər. Tariximizin bu dövrü ilə bağlı önəmli qaynaqlardan sayılan bir sıra Ağqoyunlu və Sə-
fəvi mənbələri fars dilindən tərcümə edilərək nəşr olunmuşdur. Ağqoyunlu Uzun Həsənin saray tarixçisi
Əbu-Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsəri R.Şükürova tərəfindən Azərbaycan dilinə çevrilmiş
1
, Ağ-
qoyunlu Sultan Yaqubun saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini” əsəri isə
Z.Bünyadovun və O.Əfəndiyevin redaktəsi ilə rus dilində çap edilmişdir
2
. Səfəvi müəlliflərindən Xacə Zey-
nalabidin Əli Əbdi bəy Şirazinin ümumi tarix haqqında yazdığı “Təkmilətül-əxbar” əsərinin I Şah İsmayılın
tarixinə aid hissəsi O.Əfəndiyev tərəfindən rus dilinə
3
, eyni əsərin I Şah İsmayıl və I Şah Təhmasibə aid his-
sələri isə Ə.Rəhimov tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir
4
. I Şah Təhmasibin xatirələrini əhatə
edən və “Şah Təhmasibin təzkirəsi” adlanan əsəri də Ə.Rəhimov Azərbaycan dilinə çevirmişdir
5
. I Şah Ab-
bas dövründə, XVI əsrin sonu – XVII əsrin əvvəllərində qələmə alınan və qızılbaş tayfalarının, onların məş-
hur əmirlərinin haqqında məlumat verən “Qızılbaşlar tarixi” adlı anonim mənbə M.Məhəmmədi tərəfindən
doğma dilimizə qazandırılmışdır
6
.
I Şah Abbasın məşhur saray tarixçisi İsgəndər bəy Münşinin üç cildlik “Tarixi-aləmarayi-Abbasi”
əsərinin əsasən XVI əsr hadisələrindən bəhs edən ilk cildini mərhum ustadım O.Əfəndiyevlə birlikdə ilk dəfə
olaraq Azərbaycan dilinə tərcümə edib yayınlamışıq
7
. Mənbənin Tehrandakı “Əmiri-Kəbir” nəşriyyatında
işıq üzü görmüş mətni naqis olduğu üçün bu tərcümə zamanı əsərin Tehran çapı ilə kifayətlənməyərək,
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan üç əlyazma nüsxəsindən də yararlanmışıq və Teh-
ran çapının təxminən 225 yerindəki boşluqları, çatışmazlıqları və yanlışlıqları Bakı nüsxələrinin köməyi ilə
təshih etmişik
8
. Bizim tərcüməmiz işıq üzü gördükdən təxminən iki il sonra Y.Mahmudov və Ş.Fərzəliyev də
Tehran nəşri əsasında eyni əsərin birinci cildini və ikinci cildin ilk hissələrinin
tərcüməsini çap etdirmişlər
9
.
Bu mərhələyə dair farsdilli mənbələr üzərində tədqiqatlara gəlincə, O.Əfəndiyev
10
, C.İbrahimov
11
,
S.Onullahi
12
, M.Heydərov
13
, M.Abbaslı
14
, S.Aşurbəyli
15
və digərləri bu yöndə apardıqları araşdırmalarla və-
1
Əbu-Bəkr Tehrani. Kitabi-Diyarbəkriyyə (Həsən bəy Ağqoyunlunun, onun sələflərinin tarixi və Qaraqoyunlu və Cığatay tarixin-
dən ona aid olanlar). Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilərin müəllifi: R.Şükürova. Bakı: Elm, 1998, 336 s.
2
Фазлуллах ибн-Рузбихан Хунджи. Тарих-и алам ара-йи Амини (под редакцией З.М.Буниятова и О.А.Эфендиева). Баку:
Элм, 1987, 172 c.
3
О.А.Эфендиев. Образование Азербайджанского государства Сефевидов в начале XVI века. Баку: Издательство АН
Азерб.ССР, 1961, c.143-165.
4
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar (Səfəvi dövrü – Şah İsmayıl və Şah Təhmasib dövrlərinin tarixi). Fars
dilindən tərcümə, müqəddimə və şərhlər: Ə.Rəhimli. Bakı: Elm, 1996, 198 s.
5
Şah Təhmasibin təzkirəsi (fars dilindən tərcümə və müqəddimə Ə.Rəhimovundur). Bakı: Azərnəşr, 1996, 128 s.
6
Qızılbaşlar tarixi (“Tarix-e qezelbaşan”). Fars dilindən tərcümə və şərhlər M.Məhəmmədinindir. Bakı: Azərnəşr, 1993, 48 s.
7
İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi. I cild. Farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin
müəllifləri: O.Ə.Əfəndiyev və N.S.Musalı. Bakı: Təhsil, 2009, 792 s.
8
Daha ətraflı bax: O.Efendiyev, N.Musalı. Târîh-i 'Âlem Ârâ-yi 'Abbasî isimli eserin Bakü yazmalarının önemine dair // Safevîler
ve Şah İsmail. İstanbul: Önsöz Yayıncılık, 2014, s.117-160.
9
İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Layihənin rəhbəri, redaktor və ön sözün müəllifi: Y.Mahmudov;
Fars dilindən çevirən: Ş.Fərzəliyev). Bakı: Şərq-Qərb, 2011, 1144 s. Qeyd edək ki, 2015-ci ildə həmin tərcümənin ardı olan ikinci
kitab da işıq üzü görmüşdür.
10
О.А.Эфендиев. Образование азербайджанского государства Сефевидов в начале XVI века. Баку: Издательство АН
Азерб. ССР, 1961; О.А.Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке. Баку: Элм, 1981.
11
Дж.М.Ибрагимов. Феодальные государства на территории Азербайджана XV века. Баку: Издательство АПИ, 1962.
12
S.M.Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhəri (sosial-iqtisadi tarixi). Bakı: Elm, 1982.