HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   10   11   12   13   14   15   16   17   ...   82

29 
 
Qeyd ed
ək ki, N.Nərimanov milli təmayüllü kommunist kimi Azərbaycanda belə 
fikir birliyin
ə  kütləvi  şəkildə  nail ola bilməmişdi.  Krımda  da  milli  təmayülçülük 
mövcud idi. 20-ci ill
ərdə  Krım  Muxtar  Sovet  Sosialist  Respublikası  bolşevik 
hakimiyy
ətinin ən qabaqcıl türkdilli respublikalarından idi. 1921-ci il oktyabrın 8-
d
ə  Ümumrusiya  MİK  “Krım  Sovet  Sosialist Respublikası  haqqında”  əsasnaməni 
t
əsdiq  etdi.  On  gün  sonra  Krım  MSSR  yaradıldı.  1922-ci ildə  Krım  Mərkəzi 
İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti Krımın dövlət aparatının və dövlət 
dilinin “tatarlaşdırılması” haqqında xüsusi qərar qəbul etdi. Bu məqsədlə Qavenin 
M
ərkəzi  İcraiyyə  Komitəsinin sədri,  Firdevs,  Memetov,  İdrisovun  üzv;  Deren-
Ayerlının  Xalq  Komissarları  Sovetinin  sədri  Ozenbaşlı,  Buluşev,  Noqayev, 
Kipçakskiy, Xattatov, Odabaş, Çapçıkçi, İsxakov, Ayvazov, Səttarov, Müslümov, 
Yaqyev,  M.N.İbrahimov,  V.İbrahimovun  üzv  olduqları  bir  vaxtda  geniş 
s
əlahiyyətli xüsusi dövlət komissiyaları, büroları  və komissarlıqların kollegiyaları 
t
əşkil olundu. Bu siyahıda Bəkir Çobanzadə də var idi. O, bir müddət Krım Muxtar 
Respublikasında Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsində çalışmışdı. 
Sonralar Az
ərbaycanda dilçilik elmi sahəsində fəaliyyət göstərmişdi. 30-cu illərdə 
is
ə  Bakıda  həbs olunaraq güllələnmişdi.  Bu  siyasətçilər tatar mənşəli  şəxslərin 
v
əzifələrə irəli çəkilməsini, dövlət sənədlərinin, möhür və blankların tatar dilində 
t
ərtib olunmasını, qanunlar toplusunun tatar dilinə tərcümə edilməsini, təbliğat  və 
t
əşviqat  sənədlərinin tatar dilində  tərtib  olunmasını,  əhali tərəfindən göndərilən 
ərizələrin tatar dilində qəbul olunmasını şərt qoymuşdular. Qəbul olunan qərarlar 
arasında mərkəzdən Krıma yüksək vəzifələrə göndərilən şəxslərin geri çağırılması, 
v
ətəndaş  müharibəsi dövründə  Türkiyə  və  Balkanlara mühacirət edən  Krım 
tatarlarının  vətənə  dəvət edilməsi, fəaliyyəti  ancaq  Krımla  məhdudlaşan  xüsusi 
h
ərbi bölmələrin yaradılması irəli sürülürdü. Komissiya üzvləri əhali ilə görüşür və 
xüsusi to
plantılar  keçirirdilər. Bu tədbirlərin bəziləri həyata keçirilsə  də, çoxuna 
m
ərkəz razılıq vermədi. 
Milli t
əmayülçülərlə  mübarizə  o dövrdə  sovet hakimiyyəti üçün çox 
s
əciyyəvi idi. Stalin bu hərəkata qarşı qəddarcasına  mübarizəyə  girişmişdi. Lenin 
is
ə  deyirdi ki, yerli milli təmayüllü kommunist hərəkatı  rus  şovinizminin 
m
əhsuludur və  hətta onu da qeyd edirdi ki, qeyri millətlərdən  dönüb  ruslaşanlar 
h
əmişə ruslardan daha ruspərəst olurlar (122, c.5, s.358). Lakin Leninin belə açıq-
aşkar  verdiyi bəyanatlardan Stalin ibrət almırdı. Sonralar Stalin SSRİ-nin rəhbəri 
olark
ən  rus  şovinizminə  qarşı  barışdırıcı  mövqe  tutdu,  milli  təmayülçülüyü isə 
milli burjuaziyaya qulluq ed
ən kimi qiymətləndirərək  ona  qarşı  barışmaz  mövqe 
tutdu (135, c.12, s.371; c.13, s.361). Lenin Stalin
ə  müraciət edərək deyirdi ki
başqalarını  milli  təmayülçülükdə  ittiham edən kəs  əslində  Proletariatın  sinfi 
h
əmrəylik  maraqlarını  kobud  şəkildə  pozur (122, s.45, s.357-361). 
“T
əmayülçülük” məfhumunun  mövcudluğu bir daha sübut edir ki, bu meyl  məhz 
rus şovinistlərində vardır (122 c.45, s.607). 


30 
 
Sovet hakimiyy
əti  yaradılandan  sonra  milli  məsələlər daha kəskin 
v
əziyyətdə  inkişaf  etməyə  başladı.  Stalin  hər iki tərəfə  -  “sağlara”,  “sollara”, 
“şovinistlərə”, “yerli millətçilərə”  qarşı  eyni  vaxtda  mübarizə  aparmağın 
vacibliyini qeyd ets
ə  də, mübarizəni  ancaq  milli  respublikalarla  aparırdı  (410). 
Frunze is
ə Stalinə müxalif mövqe tutaraq qeyd edirdi ki, əsas mübarizə problemi 
rus şovinizmi olduğu halda, yerli şovinizmə qarşı mübarizə şişirdilir (95,  1989, № 
1
 
s.82-104). Stalinin q
əddarlığı  tək milli məsələlərdə  özünü göstərmirdi. Stalin 
özünü milli m
əsələlərdə mütləqi-hakim sayırdı. Ola bilsin ki, ətrafındakılar da onu 
bel
ə  hesab edirdilər. Yəqin bu ondan irəli gəlirdi ki, Stalin qeyri-rus millətinin 
nümay
əndəsi  kimi  bu  xalqların  psixologiyasına  yaxşı  bələd  olduğunu  göstərmək 
ist
əyirdi. Şaumyan da özünü milli məsələlər üzrə mütəxəssis kimi qələmə verərək 
bolşeviklərin azərbaycanlılara  və  ermənilərə  qarşı  ikili  standartlara  əsaslanan 
siyas
ətini  formalaşdırırdı.  Stalini tez-tez milli məsələlərdə  mütəxəssis kimi 
Şaumyanla  müqayisə  edirdilər. Stalin isə  nə  bu müqayisəni, nə  də  Şaumyanı 
sevirdi  (121,  s.81).  Şaumyanın  oğlu  Suren  Şaumyan  Stalini  Bakı  Kommunasına 
yardım  göstərməyi gecikdirdiyinə  görə  ittiham edirdi (15,  s.29). 1918-ci ilin 
oktyabr  ayında  Stalin  “Pravda”  qəzetində  çap  edilmiş  “Oktyabr  çevrilişi  və  milli 
m
əsələ”  adlı  məqaləsində  “Bütün hakimiyyət zəhmətkeş  xalqa”  şüarına  verilən 
yeni m
ənanı  xarici  qüvvələrin  Rusiyanın  daxili  işlərinə  qarışması,  Ukraynada  və 
C
ənubi Qafqazda yaranan milli hökumətlərin “əksinqilabi” mahiyyəti ilə  izah 
edirdi (135, t.4, s.162). Stalinin sinfi mübariz
ədə başqalarından daha qəddar olduğu 
bütün probleml
ərin həllində özünü büruzə verirdi. Hələ 1919-cu ildə bolşeviklərin 
ordu qurucu
luğunun ən ağır  vaxtlarında  Trotski  və  Lenin (onların  variantı “hərbi 
müt
əxəssis” adlanırdı) çar zabitlərini ordu quruculuğuna cəlb etməyin tərəfdarları 
kimi,  Stalin  (onun  variantı  “hərbi müxalifət”  adlanırdı)  isə  onun  əleyhinə  çıxış 
edirdi. M
əsələ  partiyanın  VIII  qurultayında  müzakirə  edildi. Nəticədə  Lenin-
Trotski variantı qəbul olundu. 
Türk  düşüncəsinə  sadiq yüzlərlə  siyasətçi  xalqı  qarşısında  borcunu  yerinə 
yetirm
əyi sovet hakimiyyəti ilə  əməkdaşlıqda  görürdü.  Söhbət  onların  sovet 
hakimiyy
ətinə və kommunist ideyalarına inanıb-inanmamalarından, səmimi qulluq 
edib-etm
əmələrindən də getmir. Əsas odur ki, onlar yaranmış vəziyyətdə vətənə və 
xalqa dilin, dinin, milli m
ənliyin inkişafı üçün nə kimi xidmətlər etmişlər. Onlar bir 
çox hallarda bu f
əaliyyətlərində təltif və tərif gözləməmişlər. Bu şəxslər ölümü və 
c
əzanı  öz  gözləri önünə  gətirərək kommunist hakimiyyəti ilə  əməkdaşlığa 
girmişlər. Təqiblərə baxmayaraq, türk siyasətçiləri milli dövlətçilik ideyalarından 
ç
əkinmirdilər.  Xalqlarının  bolşevik  hakimiyyəti  şəraitində  də  milli  maraqlarını 
qorumaq v
ə  onları  həyata keçirmək vəzifələrinə  sadiq  olmuşlar.  Bolşeviklərlə 
əməkdaşlıq edən təkcə N.Nərimanov deyildi. Rusiyanın başqa yerlərində fəaliyyət 
göst
ərən  qabaqcıl  türk  ziyalıları  və  siyasətçiləri  arasında  da  bolşeviklərlə 
əməkdaşlıq etmək, sovet hakimiyyəti şəraitində vəzifə tutmaq kimi taktiki üsullara 
yol ver
ənlər  çox  olmuşdur.  Düzdür,  onların  çoxu  da  bolşevik  qəddarlığının  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə