HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   2   3   4   5   6   7   8   9   ...   82


 
monoqrafiyası  xüsusi  qeyd  olunmalıdır.  Bu  əsər dövrünün N.Nərimanova həsr 
edilmiş  dəyərli  işlərindən  biri  sayıla  bilər.  X.Əhmədovun  kitabında  sovetlərin 
yaradılması  prosesində  N.Nərimanovun xidmətlərinə  diqqət  yetirilmiş, 
M.Qazıyevin  əsərində  N.Nərimanovun həyat və  fəaliyyətinin tarixi dövrləri
biblioqrafiyası,  həyat  yolu  xronoloji  ardıcıllıqla  verilmiş,  N.Mehdiyeva 
N.N
ərimanovun həyatının Həştərxan dövrünü öyrənmişdir (44; 24; 115).  
70-ci ill
ərdə  100 illik yubileyi ilə  əlaqədar N.Nərimanovun  haqqında  ilk 
d
əfə olaraq geniş rəsmi dövlət və partiya sənədləri qəbul olundu. Azərbaycan KP 
MK-
nın  birinci  katibi  vəzifəsində  çalışan  Heydər  Əliyevin  N.Nərimanovun 100 
illik yubileyi il
ə əlaqədar geniş siyasi və təşkilatçılıq fəaliyyəti bu işdə həlledici rol 
oynadı. H.Əliyevin N.Nərimanovun 100 illiyinə həsr olunmuş təntənəli iclasdakı, 
Bakıda  və  Ulyanovskda heykəllərinin  açılışındakı  çıxışları  N.Nərimanovun tarixi 
xidm
ətlərini qiymətləndirmək baxımından xüsusi qeyd olunmalıdır. Bu sənədlərin 
c
əm şəklində nəşr olunması Nərimanovşünaslığa dəyərli töhfə idi (91). 
Bundan sonra N.N
ərimanov irsinin dərindən  elmi  araşdırılması  sahəsində 
yeni addımlar atılmış, zəngin arxiv materialları əsasında yazılmış əsərlər meydana 
çıxmışdır.  Müəllif həmin  əsərlərə  diqqət  yetirmişdir.  M.Məmmədovun  kitabı 
N.N
ərimanovun ana dilinə  münasibətinin mahiyyətini  açmaqda  ilk  addımlardan 
biri kimi qiym
ətlidir. N.Nərimanovun  anadan  olmasının  100  illiyi  münasibətilə 
F.Bayramovun  hazırladığı  biblioqrafik  göstəricinin, Q.Bayramovun məqaləsinin, 
Q.M
əmmədlinin N.Nərimanovun həyat və yaradıcılıq salnaməsinin (50; 4; 6, 1972,  
№  3; 48) Nərimanovşünaslığın  inkişaf  etdirilməsində  oynadıqları  rol  şəksizdir. 
Az
ərbaycan Sovet Ensiklopediyasının yeddinci cildində verilən məqaləni də qeyd 
etm
ək  lazımdır.  İ.Dubinskiy-Muxadze N.Nərimanovun həyat və  fəaliyyətini 
publisistik şəkildə vermiş, V.Ağasıyev N.Nərimanovun həyatının Odessa dövrünü 
t
ədqiq etmişdir. H.Əhmədov N.Nərimanovun həyat və fəaliyyətini, təlim-tərbiyəyə 
v
ə  tibbə  dair fikirlərini, məktəb və  maarifə  münasibətini,  T.Əhmədov 
N.N
ərimanovun həyat və  fəaliyyətini,  ədəbi və  dramaturji  yaradıcılığını  zəngin 
faktiki materiallar 
əsasında  geniş  işıqlandırmış  və  bir neçə  dəfə  nəşr  etdirmişlər. 
İ.Kərimov N.Nərimanovun  teatr,  N.Paşayev  isə  mədəniyyət sahəsindəki  
f
əaliyyətini  geniş  araşdırmışlar.  M.P.Gevorkova  namizədlik  dissertasiyasında 
N.N
ərimanovun dövlət fəaliyyətini  araşdırmışdırsa  da,  onun  milli-dövlətçilik 
baxışlarını  qiymətləndirməmişdir.  T.Musayeva  1920-ci ildən  sonrakı  dövrdə 
Az
ərbaycanda  xalq  maarifinin  inkişafını  öyrənmiş  və  bu  işdə  N.Nərimanovun 
rol
unu izah etmişdir (3, c.7, s.226-228; 112; 94; 25; 26; 27; 21; 22; 97; 46; 16; 106; 
125).  
Az
ərbaycan sovet tarix ədəbiyyatının  öyrənilməsi göstərir ki, dövrün 
şərtlərinə uyğun olaraq N.Nərimanov yazıçı, maarifpərvər, ictimai-siyasi xadim və 
inqilabçı  kimi  təqdim  olunmuş,  onun  dövlətçilik fəaliyyəti  lazımınca  tədqiq 
olunmamış,  milli dövlətçilik baxışları  və fəaliyyəti ilə bağlı  məsələlərin üstündən 
sükutla keçilmişdir. Yuxarıda göstərdiyimiz 20-ci illərin xatirələrində, 30-cu illərin 



 
siyasi s
ənədlərində və ensiklopedik nəşrlərində N.Nərimanov milli təmayülçü kimi 
qiym
ətləndirilərək  unutdurulmağa  çalışılırdı.  50-ci illərin  ortalarından  sonra  nəşr 
olunan 
əsərlərin müəllifləri N.Nərimanovu  əsasən marksist-leninçi ideoloji 
prinsipl
ərə  sadiq  bir  şəxs kimi təhlil  edərək onun öyrənilməsini labüd etməyə 
çalışmışlar.  
Maraqlıdır ki, N.Nərimanovu millətçilikdə ittiham edənlər də, onu müdafiə 
ed
ənlər də  marksist-leninçi mövqedən  çıxış  edirdilər. 80-ci illərin sonu –  90-cı 
ill
ərin  əvvəllərində  yaranmış  şəraitdə  sovet sisteminin zəifləməsi ilə 
N.N
ərimanovla  bağlı  aparılan  araşdırmalar  genişləndi və  tarixin keçid dövrlərinə 
xas  olan  fikir  ayrılığı  ortalığa  çıxdı.  Yazı  müəlliflərinin bir qismi, əsasən də 
N.N
ərimanovun sovet dövründə nəşri qadağan olunmuş irsi ilə yaxşı tanış olanlar 
onun bu zamana q
ədər nəşr  olunmayan  əsərlərini üzə  çıxarır,  milli  təmayülçü 
baxışlarına yeni dəyərlərə əsaslanan obyektiv qiymətlər verirdilər (335, 21 fevral 
1989; 350, 14 mart 1989; 309, 1990; 294, 13 aprel 1990; 364, 8 iyun 1990). Başqa 
bir qismi is
ə  tarixi hadisə  və  prosesləri  mövcud  olduqları  mühitdən  ayıraraq, 
hissiyyatın  tarixi  gerçəkliyi üstələdiyi qəzet məqalələrində  tarixi həqiqətlərin 
inkarını ön plana çəkib subyektiv mövqe tuturdular. Onlar N.Nərimanovu əsassız 
olaraq kommunist ideologi
yasına  münasibətdə  və  Rusiya ilə  əlaqələrdə  ən  azı 
sad
əlövhlükdə,  milli  maraqlara  qarşı  laqeydlikdə  günahlandırırdılar.  Bu 

əlliflərdən A.Balayevin, H.Qəhrəmanovun,  N.Kazımovun,  N.Nəsibzadənin, 
Ə.Tahirzadənin (330, 20 iyun 1991; 101; 366, 1991, № 9-12; 366, 1991, № 6; 367, 
26 iyul 1991; 368, 7 sentyabr 1991; 369, 8 fevral 1996; 350, 6 iyul 1991; 370, 12 
iyul 1991) bolşevizmə olan nifrətləri, demək olar ki, haqsız və əsassız olaraq tam 
h
əcmdə N.Nərimanova ünvanlanırdı. Sonuncuların belə yanaşması keçid dövrünün 
t
əzadlarından irəli gəldiyindən, onlar obyektiv tarixi gerçəkliyi tam əks etdirməyə 
qadir olmayaraq, tarixi t
ədqiqatların  dünyada  qəbul  olunmuş  ümumi  metodoloji 
prinsipl
ərinə  zidd olmaqla ən kiçik tənqidə  belə  tab gətirmirlər.  Bunların  qeyri-
obyektivlikl
ərinə  cavab  olaraq  bir  sıra  tarixçilər məqalələrlə  çıxış  edirdilər. 
K.R
əhimovun məqaləsində Nərimanovun fəaliyyətinin birbaşa zamanla uzlaşması 
m
əsələləri  qaldırılır  və  A.Balayev tərəfindən  ona  qarşı  irəli sürülən ittihamlara 
k
əsərli cavab verilir. F.Köçərlinin məqaləsində  N.Nərimanov  şəxsiyyəti  geniş 
şəkildə  elmi cəhətdən obyektiv təhlil  edilmişdir.  A.Hacıyeva  “N.Nərimanovun 
n
əzəri-fəlsəfi irsində  dinə  münasibət” mövzusunu ilk dəfə  olaraq dissertasiya 
mövzusu  kimi  araşdırmış,  B.Qəhrəmanov N.Nərimanovun  ictimai-siyasi 
f
əaliyyətini öyrənmişdir (56; 45; 65; 13).  
M
ərhum prezidentimiz Heydər Əliyevin 1995-ci il dekabrın 18-də Nəriman 
N
ərimanovun anadan olmasının 125 illiyi ilə əlaqədar imzaladığı fərmanda, 1993-
cü  il  sentyabrın  21-də  və  1997-ci  il  yanvarın  31-də  AMEA-dakı  görüşlərindəki 
nitql
ərində  N.Nərimanovun Azərbaycan tarixində  mövqeyi və  xidmətləri 
işıqlandırılmışdır  (1).  T.Əhmədovun N.Nərimanovun 130 illiyi münasibətilə 
hazırladığı  N.Nərimanovun  “Seçilmiş  əsərləri”nin  başlanğıcında  verilən  yazıda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə