HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   2   3   4   5   6   7   8   9   ...   82


 
m
ərhum prezidentimiz Heydər  Əliyevin  N.Nərimanovu “görkəmli sima, böyük 
siyasi  xadim”  adlandırması,  “N.Nərimanovu ittiham edən fikirlərlə  heç cür 
razılaşmaq olmaz” fikri  (288) epiqraf kimi  verilmişdir. Beləliklə, N.Nərimanovla 
bağlı  əsərlərin  sayı  artmış,  onun  irsinə  ciddi  elmi  yanaşmanı  əks etdirən yeni 
əsərlərin yaranmasına zəmin yaranmışdır.  
S.Rüst
əmova-Tohidi N.Nərimanov və  M.Ə.Rəsulzadənin, V.Quliyev 
N.N
ərimanov və  Əhməd  Ağaoğlunun  ictimai-siyasi fəaliyyətlərini,  baxışlarını  və 
tarixi  missiyalarını  müqayisəli təhlil edərək  araşdırmışlar.  M.Səttarov 
N.N
ərimanovun islam dininə münasibətini, E.Fətullayev ictimai-siyasi fəaliyyətini 
araşdırmışlar.  E.Etibarlı  N.Nərimanovun  şəxsiyyətinin təftişinə  qarşı  çıxır. 
C.Quliyevin m
əqaləsində  N.Nərimanov  şəxsiyyətinin həqiqətləri  açılır,  Elçin  öz 
yazılarında  insanları  N.Nərimanovun  xalqımız  qarşısındakı  böyük  xidmətlərini 
qiym
ətləndirməyi  bacarmağa  çağırır.  R.Xudiyev  və  T.Köçərli N.Nərimanovun 
Az
ərbaycanın  ərazi  bütövlüyü  uğrundakı  fəaliyyətini  araşdırırlar.  Ş.Qurbanovun 
kitabları  ilk  əvvəl N.Nərimanova  qarşı  irəli sürülən ittihamlara kəsərli cavab 
olaraq, onun ictimai-siy
asi baxışlarının vətənpərvərlik aspektlərini açmağa kömək 
edir.  Bu kitablara yüks
ək qiymət verən  Q.Bayramovun  yazdığı  rəy tarixi 
şəxsiyyətlərə qiymət verməyi düzgün öyrənmək baxımından diqqəti cəlb edir (330, 
8 dekabr 1995; 14; 60; 137; 371; 13 aprel 1996; 372, 1996; 
№ 6-7; 20; 373, 1999, 
№ 15; 43; 17; 18; 19; 371, 14 sentyabr 2003).  
F.İbrahimli  öz  əsərində  Azərbaycan kəndində  yeridilən sovetləşmə 
siyas
ətində, dini və milli adət-ənənələrə qarşı aparılan mübarizədə N.Nərimanovun 
s
ərt şəkildə milli maraqlardan çıxış etdiyini xüsusi qeyd edir. Əsərdə qeyd olunur 
ki, N.N
ərimanov Azərbaycanın  “xalqın  azadlıq  yolunu  sosializmdə  görən milli 
hissli v
ə milli baxışlı kommunistlər” tərəfindən idarə olunmasını tələb edirdi (38).  
F.Əhmədovanın  əsərlərində  N.Nərimanovun  ictimai-siyasi xadim kimi rolu 
h
ərtərəfli  araşdırılmışdır  (28-36). Onun namizədlik  dissertasiyası  da 
N
ərimanovşünaslığa  ciddi  töhfə  hesab edilə  bilər. Müəllif belə  nəticəyə  gəlir ki, 
“N.N
ərimanovun  siyasi  dünyagörüşü  çarpaşıq  sarsıntılar  prosesində 
formal
aşmışdır  və  belə  bir məsuliyyətli  zamanda  o,  passiv  mövqe  tutmamış, 
əksinə, sosial mühitə  fəal təsir göstərmişdir”.  R.Osmanova  namizədlik 
dissertasiyasında  rəhbərlikdə  azlıq  təşkil  etməsinə  baxmayaraq,  xalqın 
müst
əqilliyini düşünən, milli hissli, vətənpərvər, nicat yolunu yaranmış quruluşda 
gör
ən azərbaycanlı qüvvələr arasında birinci olaraq N.Nərimanovu qeyd edir (35; 
36;  55).  F.İbrahimli,  F.Əhmədova,  R.Osmanova  haqlı  olaraq  qeyd  edirlər ki, 
N.N
ərimanov Azərbaycandan  uzaqlaşdırıldıqdan  sonra  Azərbaycanda milli 
yönümlü siyas
ətin zəifləməsi  müşahidə  olunmuşdur.  M.Sultanqaliyev  bildirir  ki, 
N.N
ərimanovun ölümündən sonra onun Azərbaycandakı  tərəfdarları 
əməkdaşlıqdan  imtina  edərək milli yönümlü siyasəti  “yanlış”  kimi 
qiym
ətləndirirdilər (84, s.223).  


10 
 
Monoqrafiy
a  yazılarkən 90-cı  illərdə  çap  edilmiş,  Azərbaycanın  daxili  və 
beyn
əlxalq vəziyyətinə  həsr  edilmiş  ümumiləşdirilmiş  əsərlər də  öyrənilmişdir. 
Bunlardan 
S.Q
əndilovun, C.Həsənovun, P.Darabadinin, C.Quliyevin, 
A.İsgəndərovun,  M.Qasımovun, T.Nəsirovun, B.Rəfiyevin,  İ.Musayevin, 
X.M
əmmədovun  (12; 72; 107; 111; 39; 9; 10; 54; 51; 128; 9) əsərlərinə, həmçinin 
ABŞ, macar, fransız, ərəb, qazax müəlliflərinin əsərlərinə  (61; 143; 121; 393; 401; 
403; 92) d
ə müraciət edilmişdir.  

əllif Türkiyədə nəşr olunan, uzun illər Nərimanovşünaslar üçün əlçatmaz 
olan 
əsərlərə  xüsusi diqqət yetirib. Bu səpkidə  Rza Nurun xatirələri və  bu 
xatir
ələrdə  N.Nərimanova verilən qiymət çox dəyərlidir.  Doğan  Avçıoglunun 
əsərində Atatürk hökumətinə və Kazım Qarabəkir Paşaya N.Nərimanovun başçılıq 
etdiyi Az
ərbaycan sovet hökumətinin göndərdiyi maliyyə  yardımı  haqqında 
danışılır.  Atatürk  və  müasiri olan xarici dövlət  başçılarına  həsr  olunmuş  topluda 
N.N
ərimanovun  da  adı  vardır  (79;  80;  89).  Türkiyə  nəşrləri  araşdırılarkən 
M.Sarayın,  İ.Bozdağın,  İ.Yükselin,  V.İmanovun  əsərlərində  Azərbaycanda sovet 
hakimiyy
əti qurularkən  yaranmış  şərait  geniş  təhlil olunur. Bu  baxımdan 
B.Gökayın əsərini də qeyd etmək lazımdır. M.Sarayın “Atatürkün sovet politikası” 
əsəri bizi maraqlandıran mövzulardan bəhs edir (87; 86; 82; 88; 83; 90).  
Halit Kakıncın son zamanlar Türkiyədə nəşr olunan “Sultanqaliyev və Milli 
Kommunizm”, el
əcə  də  “Destani  Kuramçi  Sultanqaliyev”  adlı  əsərlərində  sovet 
dövründ
ə  müxtəlif vəzifələrdə  çalışan  kommunistlərin fəaliyyətinə  yeni  baxışla 
rastlaşırıq.    Əsərlərdə  N.Nərimanovun  sovet  Rusiyasının  başqa  siyasətçiləri ilə 
birlikd
ə  apardığı  milli  təmayülçülük fəaliyyəti  haqqında  geniş  danışılır.  Həmin 
əsərlər  haqqında  professor Emre Konqar deyir: “Bu  əsərlər Türkiyənin həm 
düşüncə, həm də siyasi tarixindəki önəmli boşluqlardan birini doldurur,  Türkiyə 
Cümhuriyy
ətinin  qurulması  dövründəki təhlili  baxımından  böyük  bir  boşluğu 
doldurmaqdadır, sadəcə tariximizə deyil, bu günümüzə və gələcəyimizə işıq verən 
bir 
əsərdir”. Professor Toktamış Atəş isə Sultanqaliyevi və Sovet İttifaqının başqa 
türk kommunistl
ərini nəzərdə tutaraq qeyd edir ki, “onların kommunist olmalarını 
inkar ed
ərək türkçülüklərini, yəni milli təmayülçü siyasətlərini irəli sürmələri çox 
vacibdir (84; 85).  

əllifin  əsərləri N.Nərimanovun fəaliyyətinin indiyədək  araşdırılmayan 
milli dövl
ətçilik baxışlarının öyrənilməsinə həsr edilmişdir (66; s.3-63; 66, 2003, 
№ 3, s.79-93; 69, 2003; 70, 2003, № 3). Bu əsərlərdə N.Nərimanov milli ruhlu bir 
şəxs kimi və milli dövlətçilik baxışları olan Azərbaycan dövlət xadimi kimi təqdim 
edilmişdir.   
Monoqrafiya  yazılarkən  internet  materiallarından  da  istifadə  edilmişdir 
(390-410).  
Monoqrafiya z
əngin mənbə  bazası  əsasında  yazılmışdır.  İstifadə  olunmuş 
m
ənbələri bir neçə qrupa bölmək olar. İlk növbədə, N.Nərimanovun nitq, məruzə 
v
ə  məqalələrini dərindən  öyrənmədən  problemin  obyektiv  araşdırılması  mümkün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə