HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   2   3   4   5   6   7   8   9   ...   82

11 
 
deyildir (284-288). N.N
ərimanovun sovet hakimiyyətinin qadağalar dövründə çapa 
buraxılmayan  əsərləri xüsusi maraq kəsb  edir.  Bunları  vaxtaşırı  Z.Bünyadov, 
İ.Əliyev,  P.Əzizbəyova, T.Köçərli, F.Məmmədova, N.Cəfərov, D.Quliyev, 
T.Əhmədov,  Ş.Qurbanov,  H.Əhmədov,  J.Qurbanova,  M.Piriyev,  A.Acaloğlu, 
A.X
əlilov və  b. nəşr  etdirmişlər (161; 288; 149; 317). Azərbaycan  sovet 
hökum
ətinin sərəncam və  dekretləri N.Nərimanovun  şəxsi keyfiyyətləri və 
düşüncələri barədə fikir yürütməyə imkan verir.  
20-ci ill
ərdəki siyasi hadisələr zamanı N.Nərimanovla əməkdaşlıq edən  və 
Az
ərbaycanın  ilk  kommunist  tarixçilərindən olan, repressiyaya  uğrayan  Əhməd 
Əhmədovun  ARSPİHDA-da  saxlanılan  əlyazmaları  mövzunun  açılması  üçün 
böyük 
əhəmiyyət kəsb edir (264-269). Həmin  əsərlərdə  N.Nərimanovun 
bolşevizmə  müxalif olan ictimai-siyasi, o cümlədən milli dövlətçilik baxışları əks 
olunmuşdur.  
Sovet dövl
ət və  partiya xadimlərinin, xüsusən  V.İ.Lenin,  İ.V.Stalin  və 
G.Çiçerinin nitq v
ə  məruzələri dövrün ümumi mənzərəsini öyrənmək baxımından 
əhəmiyyətlidir. Müəllif tərəfindən 1917-1920-ci illərdə sovet hakimiyyətinin  milli 
m
əsələyə  dair siyasətinin mahiyyətindən bəhs edən  ədəbiyyat da öyrənilmişdir 
(164).  
Az
ərbaycanın bolşevik xadimlərinin əsərləri problemi öyrənməkdə mühüm 
m
ənbə sayıla bilər. Bu baxımdan Ə.Qarayev, Q.Musabəyov və M.Bağırovun (117; 
124; 99) 
əsərlərini qeyd etmək  lazımdır.  Həmin əsərlər sovet hakimiyyətinin ilk 
ill
ərində  Azərbaycanda  yaranmış  ictimai-siyasi vəziyyəti və  yeridilən siyasəti 
öyr
ənmək nöqteyi-nəzərindən əhəmiyyətlidir. 
Monoqrafiya  yazılarkən  bir  sıra  məsələləri müqayisəli təhlil etmək 
m
əqsədilə 
AXC xadiml
ərindən 
M.Ə.Rəsulzadə, 
Ə.Topçubaşov, 
M.M
əmmədzadənin və  H.Baykaranın  əsərlərindən  (58; 62; 166; 78; 7) istifadə 
edilmişdir. Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət 
Arxivinin (ARSPİHDA) fondlarının materiallarından geniş istifadə edilmişdir. Bu 
arxivd
ə  dissertasiya mövzusuna dair “N.Nərimanov  fondu”  adlandırılan  xüsusi 
fondda 200 iş qorunub saxlanılır. Fond N.Nərimanovun məktubları, teleqramları, 
m
əqalələri və  qeydləri, eyni zamanda ona göndərilən məktub və  teleqramlarla 
z
əngindir. Arxivdə  saxlanılan  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi 
Komit
əsinin materiallarından (f.1,2, 12, 64) geniş istifadə olunmuşdur.  
Monoqrafiyada  Az
ərbaycan  Respublikası  Dövlət Arxivinin (ARDA) 
müxt
əlif  fondlarının  materiallarından  istifadə  olumuşdur.  Gəncə  dairə 
m
əhkəməsinin (f.6), Azərbaycan  SSR  Xalq  Daxili  İşlər  Komissarlığının  (f.27), 
Az
ərbaycan SSR Xalq Xarici İşlər  Komissarlığının (f.28),  Azərbaycan SSR Xalq 
Maarif Komissa
rlığının  (f.57),  Azərbaycan  Xalq Cümhuriyyəti  Ədliyyə 
Nazirliyinin (f.100), Az
ərbaycan SSR Mərkəzi  İcraiyyə  Komitəsinin (f.379), 
Az
ərbaycan Dövlət Elmi-Tədqiqat  İnstitutu  nəzdində  Azərbaycanı  öyrənən və 
t
ədqiq edən cəmiyyətin (f.389), Azərbaycan  İnqilab  Komitəsinin (f.410), 


12 
 
Az
ərbaycan SSR  Xalq  Komissarları  Sovetinin  (f.411),  Azərbaycan Xalq 
Cümhuriyy
əti  Daxili  İşlər Nazirliyinin (f.894), Azərbaycan Xalq Cümhuriyyəti 
Xarici  İşlər Nazirliyinin (f.970), Azərbaycan  Xalq Cümhuriyyəti Fövqəladə 
İstintaq  Komissiyasının  (f.1061),  Bakı  Şəhər  Soveti  Xalq  Maarif  Şöbəsinin 
(f.1439), Az
ərbaycan Dövlət Neft Birliyinin (Azneft) (f.1610) və  b.-nın 
materiallarından  istifadə  olunmuş,  bir  sıra  sənədlər ilk dəfə  elmi dövriyyəyə 
g
ətirilmişdir.  
Az
ərbaycan  Respublikası  Dövlət  Ədəbiyyat və  İncəsənət Arxivində 
(ARDƏİA)  saxlanılan  görkəmli elm, mədəniyyət və  incəsənət  adamlarının  şəxsi 
fondlarından (f.84, 255, 517) və Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin  
(ARDTA) fondlarından (f.46, 389) istifadə edilmişdir.  

əllif Türkiyə  arxivlərindən  (433-483) və  Böyük  Britaniya  Xarici  İşlər 
Nazirliyinin arxivind
ə  (274-283)  saxlanılan  sənədlərdən istifadə  edərək 
Az
ərbaycandakı vəziyyətə dair məlumatları toplayıb elmi dövriyyəyə gətirmişdir.  
M
ənbələrin digər qrupuna xatirələri aid etmək olar. N.Nərimanov haqqında 
xatir
ələr onun xarakterini, düşüncələrini və fəaliyyətini başa düşməyə kömək edir. 
İlk növbədə,  yuxarıda  adı  çəkilən hökumət  üzvlərinin, eyni zamanda 
M.S.Ordubadi,  A.Şəfiyev,  İ.N.Smirnov,  A.Tağızadə,  Ə.Şıxlinski,  Ə.Şərif, 
Ə.Hüseynzadə, H.Məmmədquluzadə,  Asma  Şaraf,  X.Abuşayev,  S.Krakovskinin 
(425, 13 aprel 1990; 402; 427; 428; 432; 429; 423; 396; 411; 119), N.N
ərimanovun 
ail
ə  üzvləri  olan  İ.Nərimanovanın,  K.Hüseynovanın  (424;  430)  və  bir  sıra 
ziyalılarımızın  şifahi  xatirələri (418-421) o dövrdə  Azərbaycanda  baş  verən 
ictimai-siyasi prosesl
əri dərk etmək nöqteyi-nəzərindən  əhəmiyyətli hesab 
olunduğu üçün istifadə edilmişdir. 
Monoqrafiyada Rusiya v
ə  Azərbaycanda müxtəlif illərdə  nəşr  olunmuş 
q
əzet və  jurnalların  materiallarından  istifadə  edilmişdir.  XX  əsrin  əvvəllərində 
Az
ərbaycanda nəşr  olunan  “İrşad”,  “Kaspi”,  “Həyat”,  “Baku”,  “Tərcüman”, 
“S
ədayi  həqq”,  “İqbal”,  “Açıq  söz”,  “Hümmət”,  “Azərbaycan”, mərkəzi sovet 
m
ətbuat  orqanlarından  olan  “Pravda”,  “İzvestiya  ÇK  KPSS”,  “Voprosı  istorii”, 
Az
ərbaycan sovet mətbuatının  orqanları  olan  “Bakinskiy raboçiy”,  “Aqitator”, 
“Kommunist”,  Volqaboyu  v
ə  Orta  Asiyanın  türk  xalqlarının  “Tormış”,  “Kazan 
utları”, “Edil”, “Musulmanskaya qazeta”, “Astraxanskiy vestnik” və başqa qəzet və 
jurnallarda  N.N
ərimanovun həyat və fəaliyyətinə həsr edilmiş məqalələrdən geniş 
istifad
ə  olunmuşdur.    Monoqrafiyanın  metodoloji  əsasını  ümumi  elmi  metodlar 
t
əşkil  edir. Müəllif fakt və  materialları  toplayaraq  ümumiləşdirmiş,  müqayisəli 
t
əhlil üsulu ilə  araşdırmış,  nəzəri ümumiləşdirmələr  aparmış,  və  müvafiq elmi 
n
əticələr çıxarmışdır. Uzun illər boyu Nərimanovla bağlı  mövzular  araşdırılarkən 
t
ətbiq olunan marksizm-leninizm metod və  baxışlarından  imtina  edərək, tədqiq 
olunan hadis
ələr,  şəxslərin fəaliyyəti və  baxışları  tarixi  konteksdən ayrılmadan 
araşdırılmış,  istər ilk dəfə  işıqlandırılan,  istərsə  də  təkrar  araşdırılan  mənbələr 
obyektiv, ümumm
əntiqi baxımdan dəyərləndirilmişdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə