HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   2   3   4   5   6   7   8   9   ...   82

13 
 
Monoqrafiyanın  yazılmasında  başlıca  məqsəd N.Nərimanovun milli 
dövl
ətçilik  baxışlarını  və  fəaliyyətini  aydınlaşdırmaq,  ümumiləşdirmək və 
sisteml
əşdirilmiş  şəkildə  elmi dövriyyəyə  daxil etməkdir. Bu məqsədə  nail 
olmaqdan ötrü aşağıdakı vəzifələrin həllinə səy göstərilmişdir:  
-  1917-
ci  il  fevral  inqilabından  və  Oktyabr  çevrilişindən sonra və  sovet 
hakimiyy
ətinin ilk illərində  milli məsələni; 1918-ci  ilin  martında  daşnak  və 
bol
şevik  silahlı  dəstələrinin  Bakıda  müsəlmanlara  qarşı  törətdikləri kütləvi 
qırğınlar  zamanı  N.Nərimanovun  tutduğu  mövqeyi,  Aprel  hadisələri  ərəfəsində 
Az
ərbaycanda  yaranmış  vəziyyəti və  N.Nərimanovun Azərbaycan Xalq 
Cümhuriyy
ətinə münasibətini aydınlaşdırmaq;  
-  N.N
ərimanovun 1920-ci ilin aprelinədək olan ictimai-siyasi fəaliyyətini 
ümumi  şəkildə  təhlil etmək, sovet dövründə  onun milli təmayülçü kommunist 
ideologiyasının köklərini araşdırmaq; sovet Rusiyasının Türküstan siyasətinə onun 
baxışlarını,  milli  təmayülçülük hərəkatının  əsas mahiyyətini və  Nərimanovun bu 
siyasi h
ərəkatın yaranmasında və həyata keçirilməsində rolunu araşdırmaq;  
- Fevral 
inqilabından sonra Cənubi Qafqazda yaranmış ərazi münaqişələrini, 
1918-1920-ci ill
ərdə, 1920-ci ilin aprelində  və  1920-1923-cü illərdə  yaranmış 
ümumi v
əziyyəti və  N.Nərimanovun Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda 
mübariz
əsini öyrənmək;  
-  N.N
ərimanovun sovet dövlət  quruculuğu  prosesində, milli dövlətçilik 
baxışlarında  və  fəaliyyətində  olan xüsusiyyətlərini və  bolşevik  siyasəti ilə 
ziddiyy
ətlərinin mahiyyətini, kadr siyasətini, türkçülük mövqeyi və  Türkiyəyə 
münasib
ətdə  siyasətini, milli-mədəni  inkişaf  yolunda  fəaliyyətini,  milli  düşüncəli 
ziyalılara  qayğısını,  Azərbaycan dilinə  dövlət statusu verilməsi barədə  siyasətini, 
İslam  dininə  olan münasibətini,  sosial  yönümlü  iqtisadi  sistemin  yaradılmasında 
mövqeyini, sovet hakimiyy
əti dövründə  Azərbaycanın  milli  simasının  itirilməsi 
c
əhdlərinə qarşı siyasətini öyrənmək.  
Monoqrafiyada ilk d
əfə  olaraq N.Nərimanovun dövlətçilik  baxışları  və 
f
əaliyyəti sistemli, hərtərəfli tədqiq olunmuş, bu baxışların və fəaliyyətin mahiyyəti 

əyyənləşdirilmiş  və  sistemləşdirilmiş,  nəzəri ümumiləşdirmələr  aparılmış, 
t
ədqiqatın nəticəsi olaraq təqdim edilmişdir.  
Tarixin mühüm v
ə ziddiyyətli dövründə N.Nərimanov bir müddət AXC-ni 
d
əstəkləmiş,  sonralar  onun  süqutunun  labüd  olduğunu  görərək, vəziyyətdən daha 
az itkil
ərlə çıxmaq üçün yollar aramış, idealizmə qapılmamış, praqmatik siyasətçi 
olaraq bu v
əziyyətə  düşməyin səbəblərini sosialist sistemində, milli yönümlü 
kommunist  ideologiyasında,  sovet  Rusiyası  ilə  müttəfiqlikdə, Türkiyə  dövləti və 
Türküstan  xalqları  ilə  sıx  əlaqədə  görmüş  və  məhz belə  baxışla  Azərbaycan 
taleyinin m
əsuliyyətini  boynuna  götürmüşdür.  N.Nərimanovun  bu  addımı 
hakimiyy
ətə  can atmaqdan  daha  çox  yaranmış  vəziyyətin zərərsizləşdirilməsi ilə 
s
əciyyələnir. O, hakimiyyətə  gələrkən  yaranmış  ictimai-siyasi vəziyyəti  doğru 
qiym
ətləndirərək, ölkədə  yaranmaqda olan sosialist sistemindən  öz  xalqının 


14 
 
m
ənafeləri naminə  maksimum istifadə  etməyə  çalışmış,  xalqını  bolşevik 
inqilabının  faciələrindən  qurtarmağa  səy göstərmişdir.  Onun  bu  vəzifənin 
öhd
əsindən necə gəldiyi faktlar əsasında araşdırılmış və dəyərləndirilmişdir.  
N.N
ərimanovun Azərbaycandakı  sovet dövlət  quruculuğu  proseslərinə 
f
ərqli  baxışlarının  mahiyyəti, sovet sistemi və  kommunist  ideologiyasının 
qadağaları  və  təqibləri  şəraitində  N.Nərimanovun antiazərbaycan mövqeli 
siyas
ətçiləri vəzifələrindən  uzaqlaşdırmağa  nail  olması,  dövlətçilik  işlərinə  cəlb 
olunan  milli  kadrların  hazırlanmasında,  Azərbaycan  xalqının  milli-mədəni 
d
əyərlərinin  qorunmasında  və  milli  düşüncəli  ziyalıların  sovet  rejiminin  ölüm 
p
əncəsi və təqiblərindən xilas etməsində oynadığı müstəsna rol aşkar edilmişdir.  
Az
ərbaycanın  ərazi  bütövlüyü  uğrunda  mübarizə  1917-ci  ilin  fevralından 
1923-cü il
ə  qədərki dövrdə  eyni siyasi və  hərbi gərginlik,  dünyanın  aparıcı 
dövl
ətlərinin  geopolitik  maraqları,  milli  qarşıdurma,  xarici  təsirlər və 
bağışlanılmayan  ərazi itkiləri  (İrəvan və  Dərbənd  xanlıqlarının  və  Zəngəzur 
mahalının  əraziləri) ilə  səciyyələnir.  Sovet  Rusiyası  tərəfindən  Bakının 
Az
ərbaycanın paytaxtı, Zaqatalanın Azərbaycanın ərazisi olaraq tanınması, Dağlıq 
Qarabağ  və  Naxçıvanın  Azərbaycan  ərazisi olaraq beynəlxalq sənədlərlə 
r
əsmiləşdirilməsi N.Nərimanovun xidməti kimi qiymətləndirilməlidir.  
XX 
əsrin 20-ci illərində  kommunist  ideologiyası  çərçivəsində  ortodoks-
bolşevik  (solçular)  və  milli təmayülçülük  (sağçılar)  hərəkatlarının  arasında 
mübariz
ə  getmişdir. N.Nərimanov milli təmayülçülük hərəkatının ideoloqlarından 
v
ə  banilərindən  biri  olmuş,  bu  mübarizədə  Sovet  Rusiyasında  və  ümumiyyətlə, 
SSRİ-də fəaliyyət göstərən türkəsilli siyasətçilər arasında aparıcı şəxs olmuşdur.  
N.N
ərimanov  sovet  Rusiyasında,  yaranmaqda olan  SSRİ  hökumətində 
Az
ərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı çıxan qüvvələrlə açıq-aydın 
mübariz
ə  aparmışdır.  Bir  çox  uğurlar  qazanmasına  baxmayaraq,  mübarizəsinin 
n
əticələrindən razı qalmayan N.Nərimanov SSRİ rəhbərliyinə açıq şəkildə etirazını 
bildirmiş, hətta Azərbaycanın SSRİ ilə əlaqələrini pozacağını bəyan etmişdir. Onun 
gizli siyasi t
əşkilat yaratmaq səyi haqqında arxiv materialları mövcuddur.  O, milli 
dövl
ətçilik  baxışlarını  dinamik  şəkildə  inkişaf  etdirərək  Rusiyasayağı  kommunist 
ideologiyasından  (yəni  milli  maraqları  dəyərləndirməyən və  siniflərarası 
mübariz
əni qanlı qarşıdurmada görən bolşevizmdən) və sosialist sistemindən (yəni 
xırda  və  orta  burjuaziyanın  maraqlarını  nəzərə  almamaqdan) imtina edərək, 
Az
ərbaycan milli dövlətçiliyinin  inkişafını  milli  adət-ənənələrə  əsaslanan 
ideologiyada v
ə Avropasayağı sosialist sistemində görmüşdür.  
N.N
ərimanovun  baxışlarının  və  fəaliyyətinin öyrənilməsi sovet dövründə 
dövl
ətçiliyin, ictimai-siyasi həyatın,  elmin,  maarifin  və  mədəniyyətin müxtəlif 
sah
ələrində çalışan şəxslərin milli dövlətçilik baxışlarının, fəaliyyətinin tədqiqinə, 
çox
əsrlik tariximiz boyu xalqımıza  və dövlətimizə başçılıq edən xadimlərin milli 
dövl
ətçilik baxışlarının və fəaliyyətlərinin araşdırılmasına xidmət edir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə