15
I F Ə S İ L
SOVET HAKİMİYYƏTİ VƏ MİLLİ TƏMAYÜLÇÜLÜK
1.1. Sovet hakimiyy
ətinin ilk illərində milli məsələ
1917-1920-ci ill
ərdə milli məsələlər. 1917-ci il oktyabr çevrilişindən sonra
müst
əmləkəçilik psixologiyası ilə barışmayan Rusiya xalqları bir növ gözləmə
mövqeyin
ə keçdilər. Onlar hələ də Ümumrusiya Müəssislər Məclisinin
toplanacağına və qərarlar qəbul edəcəyinə inanırdılar. 1918-ci ilin yanvarında
toplaşan Müəssislər Məclisi Rusiyanı federativ respublika elan etdi. Xalqlar buna
inansalar da bolşeviklər Müəssislər Məclisini dağıtdı. Nəticədə federativ
demokratik respublikanın yaranmasına olan ümidlər heçə çıxdı. Bundan sonra
xalqlar müst
əqilliyə doğru getmək haqqında düşünməyə başladılar. Belorusiya
Oktyabr çev
rilişini anarxiya adlandırdı, Ukrayna 1918-ci
ilin aprelində öz
müst
əqilliyini elan etdi. Cənubi Qafqaz xalqları 1918-ci ilin fevralında Zaqafqaziya
Seyminin yaradıldığını, apreldə isə Cənubi Qafqazın Rusiyadan ayrıldığını bəyan
etdil
ər. 1917-ci ilin noyabrında Şimali Qafqaz Dağlı xalqları Respublikası adlı
dövl
ət qurumu yaratdılar. Rusiya müsəlmanlarının IV qurultayı 1917-ci ilin
noyabrında paytaxtı Kokand olmaqla Türküstanın muxtariyyətini elan etdi.
Qazaxlar Alaş-Orda adlı milli muxtariyyət yaratdılar. Bolşeviklərin başı öz
hakimiyy
ətlərini möhkəmləndirmək işinə qarışdığından, hələ ki, bu “hərc-
m
ərcliyə” dözürdülər.
Oktyabr çevrilişindən sonra bir sıra nəticələr əldə olundu. Birincisi,
bolşeviklər artıq federativ demokratik respublika yaratmaq fikrində deyildilər.
İkincisi, Rusiya xalqları artıq öz müqəddəratlarını Müəssislər Məclisindən
gözl
əməli deyildilər.
Üçüncüsü, siyasi qüvvələri belə bir sual düşündürürdü ki,
hansı yönümlü dövlət yaratsınlar: sosialist yönümlü, yoxsa burjua yönümlü?
Bolşeviklər 1917-ci ilin ortalarına qədər hər hansı federasiyanın əleyhinə
olsalar da, sonralar öz mövqel
ərini dəyişdirdilər. Oktyabrda onlar “xalqların öz
müq
əddəratını təyin etmək hüququ” haqqında dekret qəbul etdilərsə də, sonralar
Stalin b
əyan etdi ki, bu məsələ ancaq “xalqın sosializmi seçməsi” şərtilə həyata
keçiril
ə bilər.
Bolşeviklərin yeni dövlətçilik sistemini yaratması prosesində çoxlu
ziddiyy
ətlər
meydana
çıxdı.
Bir
tərəfdən,
bolşeviklər proletar
beyn
əlmiləlçiliyindən, sinfi həmrəylikdən danışır, o biri tərəfdən isə xalqlar öz
milli-
azadlıq yollarını milli dövlətçilikdə görürdülər. Stalinə görə yaradılmaqda
olan muxtariyy
ətlər gələcək sosialist mərkəzçiliyinə və ya unitar dövlətçiliyə keçid
üçün sad
əcə bir vasitə idi (135, t.4, s.32; 92; 102; 115-117).
Milli siyasətçilər də
axtarışda idilər. Bəzi milli-siyasi qurumlar marksizmin yararsız olduğunu hiss
ets
ələr də özlərinin milli-azadlıq yoluna çıxışlarını ancaq Leninlə, bolşeviklərlə
16
əməkdaşlıqda görürdülər. Bolşeviklər də öz növbələrində milli siyasətçilərlə
əməkdaşlığa hazır idilər. Onlar hətta gələcək ateist siyasətlərini hələlik
qabartmadan xalqları ələ almaq üçün onların din xadimləri ilə də əməkdaşlığa hazır
idil
ər (105, s.21). Tərəflərin hər biri öz məqsədini güdürdü və iki tərəfin də
praqmatik siyas
əti göz qabağında idi. Milli siyasətçilər yaratdıqları mııxtariyyəti
tanıtmaq üçün hər hansı güzəştlərə hazır idilər. O biri tərəfdən, xalqların öz
müq
əddəratını təyin etmək hüququnu elan edən bolşeviklər onların sovet
hakimiyy
ətini qəbul etdikləri və bu hakimiyyətə tabe olduqları halda
muxtariyy
ətlərinin tanınacağını bəyan edirdilər (92, s.36) .
Bir sıra ərazilərdə sovet hakimiyyəti elan olundu. 1919-cu il iyunun 3-də
Rusiya, Ukrayna, Latviya,
Litva v
ə Belorusiyanın nümunəsində sovet
respublikalarının birləşməsi üçün ilk cəhd edildi. Bu, gələcək SSRİ-nin yaradılması
üçün ilk t
əşəbbüs idi. Bu respublikalar hərbi işlərini, xalq təsərrüfatı sahələrini -
iqtisadiyyatlarını, dəmiryolu idarəçiliyini, maliyyə məsələlərini
və əmək
probleml
ərini birləşdirdilər. Birləşmiş problemlərin idarəsi üçün xüsusi
kollegiyalar yaradıldı. Bunlar isə gələcəkdə yaradılacaq ittifaq nazirliklərinin ilk
nümun
əsi idi (135, s. 11-12). Bu mərhələdə bolşeviklər üçün ən vacib olan məsələ
Rusiya
ərazisində sovet hakimiyyətinin qurulması idi.
Onlara görə sovetləşmiş
ərazilərin birləşməsi sonranın işi, həm də asan məsələ idi (135, s.12).
Sovet hakimiyy
əti, yarandığı ilk üç il ərzində milli məsələlərin həllini
diqq
ət mərkəzinə gətirdi. Bolşeviklərin bəyan etdiyi sülh haqqında dekretdə “özgə
ərazilərin ilhaqı və tutulması”, “hər hansı ərazinin birləşdirilməsi”, “güc tətbiqi ilə
ərazi birləşdirilməsi” pislənir (164, s.5), “Rusiya xalqlarının hüquq
b
əyannaməsi”ndə xalqlara “öz müqəddəratını azad şəkildə təyin etmək
və müstəqil
dövl
ət yaratmaq hüququ verilirdi” (135, s.7). Zəhmətkeş və istismar olunan
xalqların hüquq bəyannaməsində “xalqların öz müqəddəratını azad yolla təyin
etm
ək” yolu ilə “demokratik sülhün əldə edilməsi” bəyan olunurdu (135, c.71).
Müv
əqqəti hökumətin bu məsələlərdə qeyri-müəyyən hərəkətləri fonunda belə
q
ərarların qəbul edilməsi siyasətçilərin və geniş xalq kütlələrinin diqqətindən
yayına bilməzdi.
Müxt
əlif xalqlara aid xüsusi dekretlər qəbul olundu. Sovet hakimiyyətinin
ilk ill
ərində ermənilər haqqında sənədlər qəbul olundu: “Xalq Millətlər
Komissarlığının müraciəti; Türkiyə Ermənistanı haqqında Xalq Komissarları
Sovetinin 3 yanvar 1918-ci
il dekreti; Erm
əni Milli Şurasının, Müdafiə Şurasının,
H
ərbi-İnqilabi komitələrinin və ermənilərin başqa burjua təşkilatlarının
buraxılması haqqında Xalq Komissarları Sovetinin Qərarı (19 iyul 1918-ci il);
Moskvadakı Erməni İnstitutu haqqında Rusiya Xalq Komissarları Sovetinin 4 mart
1919-cu il dekreti (institutun
əsasnaməsi)”. Bu sənədlərin təhlili göstərir ki,
bolşeviklərə ermənilər nə qədər yaxın olsalar da, sovet hakimiyyəti onlardan daha
əziz idi. Bolşeviklər ermənilərin hər hansı problemlərini onların sovet
hakimiyy
ətini qəbul etmələri şərti ilə həll etməyə hazır idi. Hətta “Türkiyə