HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   4   5   6   7   8   9   10   11   ...   82

17 
 
Erm
ənistanı”nda  da  bolşeviklər ermənilərə  bir  şərtlə  -  orada sovet hakimiyyəti 
qurulacağı təqdirdə yardımçı ola bilərdilər (135. s.14-16). 1920-ci il fevralın 1-də 
Xalq Mill
ətlər  Komissarlığı  Rusiyanın  bütün  əyalətlərinə  müraciət edərək  hansı 
xalqın  öz  milli  qurumunu  yaratmaq  istədiyi barədə  ictimai fikri öyrəndi  (135, 
s.146).  Aydın  oldu  ki,  sovet  hakimiyyətinin ilk illərində  xalqların  hüququnun 
b
ərpası  bolşeviklər tərəfindən  qabarıq  şəkildə  həyata keçirilirdi. Xalq Millətlər 
Komissarlığı nəzdində bir çox millətlərin işi üzrə xüsusi şöbələr yaradılmış, MİK 
n
əzdində  muxtariyyətlərin nümayəndəliyi təşkil  olunmuşdu  (135,  s.150-151). 
H
ərbi məsələlərdə  də  xalqların  hüququ  bərpa olunurdu: milli hərbi  qurumların 
yaranmasına  icazə  verilirdi, hərbi  çağırış  məsələlərində  qeyri-rus  xalqlarının 
hüquqları rus xalqından hərbi xidmətə çağırılanların hüquqları ilə eyniləşirdi. Hətta 
Sultanqaliyevin s
ədrliyi ilə Mərkəzi Müsəlman hərbi kollegiyası yaradılmışdı (135, 
s.163-
165).  Bolşeviklər ilk illərdə  xalqların,  onların  dillərinin  inkişafına,  dinin 
c
əmiyyətdə yerinə böyük diqqət yetirirdilər. Rusiyada yaşayan xalqların dillərində 
t
əhsil  sistemi  yaradılırdı  (135,  s.153-162). Hətta yerli hakimiyyət  orqanları  milli 
dild
ə, məsələn, çuvaş dilində, qəzetlərin gizlədilməsində mərkəz tərəfindən ittiham 
olunurdular. Çünki bel
ə olduqda bolşeviklərin vədləri və inqilabi çağırışları xalqa 
çatmırdı  (135,  s.31).  Həmin illərdə  S.Şaumyan  rus  dilini  dövlət dili elan etməyi 
t
əklif etdiyi halda, Lenin buna etiraz edərək  bildirirdi  ki,  bu,  xalqları  sovet 
hakimiyy
ətindən uzaqlaşdıra bilər (129, s.56-57). 
Ç
ar generalları isə heç bir şəkildə hər hansı müstəqillik və hətta muxtariyyət 
haqqında  düşünmək belə  istəmir, Qərbin təzyiqi ilə  bəzən  şərti olaraq bu barədə 
b
əyanatlar verirdilər.  Antantanın  təzyiqi ilə  Kolçak 1919-cu  ilin  mayında 

əssislər Məclisinin toplantısını keçirmək, Finlandiyanın müstəqilliyini tanımaq 
fikrind
ə idi. Bununla belə, o, Polşanın müstəqilliyini, Baltikyanı, Cənubi Qafqaz və 
Zakaspi ölk
ələrinin muxtariyyətinin  tanınmasını  sonraya  saxlamaq  istəyirdi (385, 
19 noyabr 1918; 388, 24 noyabr 1918). Avropa ölk
ələrində  yerləşən rus 
nümay
əndəlikləri isə  vəziyyəti Avropa mövqeyindən qiymətləndirərək Kolçaka 
tövsiy
ə  verməkdə  davam edirdilər.  Rus  siyasi  müşavirliyinin  Parisdəki 
nümay
əndəsi  V.A.Maklakov  Kolçakın  Daxili  İşlər Nazirliyinə  yazırdı  ki, 
Ru
siyanın,  ərazisində  yaşayan  xalqların  hüququna  hörmət etdiyinə  dair bəyanat 
verm
əsi  vacibdir (102, s.31). Maklakov  Kolçakın Xarici  İşlər Nazirliyinə  yazdığı 
m
əktubunda  öz  fikrini  daha  açıq  bildirərək  yazırdı  ki,  biz  Rusiyanın  gələcəyini 
muxtariyy
ət və  federalizm prinsipləri üzərində  qurulmuş,  xalqların  azad,  birgə 
yaşayışından  başqa  yolda  görmürük.  Bəzi  hallarda  razılaşmış  saziş  əsasında 
verilmiş  müstəqillik də  ola bilər (l 13, s.215). Bəzi tədqiqatçılar  Kolçak 
hakimiyy
ətinin məğlubiyyətinin səbəblərini məhz yerli xüsusiyyətləri nəzərə 
almamaqda, yerli r
əhbərlərlə  dil tapmamaqda, bu sahədə  duran problemləri həll 
ed
ə  bilməməkdə  görürlər (118, s.50). Stalin qeyd edirdi ki, Kolçak, Denikin, 
Vrangel v
ə  Yudeniçin arxa cəbhəsində  duran xalqlar öz bitərəfliyi ilə  əslində 
bolşeviklərə  qulluq edirlər.  Onların  milli  maraqlarının  mövcudluğu  əslində  çar 


18 
 
generallarının arxa cəbhəsini dağıdırdı. Çar generalları onlara “vahid və bölünməz 
Rusiya”, biz is
ə xalqlara və dinlərə azadlıq vəd edirdik (135, t.5, s.246). Beləliklə
bolşeviklər öz hakimiyyətlərini möhkəmlətmək məqsədi ilə  xalqların  milli 
maraqlarını təmin etmək fikirlərini istismar edirdilər. Çar generalları isə Rusiyanın 
birliyi v
ə  bölünməzliyi  şüarı  arxasında  milli  maraqları  çox  vaxt  görmək 
ist
əmirdilərsə də, vaxtaşırı bu problemə aid bəyanatlar verirdilər. 
Araşdırmadan aydın olur ki, sovet hakimiyyətinin ilk illərində milli məsələ 
daim diqq
ət mərkəzində  olmuş,  xalqların  milli  dillərinin, mədəniyyətlərinin 
inkişafına  xüsusi  fikir  verilmişdir.  Bütün  bunlar  sovet  hakimiyyətinin 
möhk
əmləndirilməsi məqsədi  daşısa  da,  hər  halda  xalqların  maraqlarına  uyğun 
g
əlmişdir. 
1905-1907-ci ill
ər, xüsusən də  1917-ci  il  Fevral  inqilabı, Rusiyanın  bütün 
xalqlarında  olduğu  kimi,  Volqaboyu  türk  xalqlarında  da  dövlətçiliklərinin 
b
ərpasına ümid yaratdı. Volqaboyu türklərinin dövlətçilik ideyası müxtəlif şəkildə 
t
əcəssüm  tapırdı.  Yerlərdə  müxtəlif yönümlü, lakin eyni məqsədli təşkilatlar 
yaranırdı. Görkəmli şəxsiyyətlər Rəşid İbrahim və Qayaz İsxaki hələ 1906-cı ildə 
muxtariyy
ətin  yaradılması  ideyasını  irəli sürmüşdülər. 1915-ci ildə  Yusif Akçura 
v
ə  Rəşid  İbrahim  Osmanlı  imperatorluğunun  protektoratlığı  altında  dövlət 
yaradılması  tərəfdarı  olmuşdular.  1917-1918-ci illərdə  Volqaboyu türkləri 
muxtariyy
ət  uğrunda  mübarizələrini davam etdirdilər. Bu məsələdə  iki mövqe 
hökm sürürdü: biri sad
əcə milli muxtariyyət, o birisi isə milli-ərazi muxtariyyəti idi 
(407). 1917-
ci  il  noyabrın  20-də  Sədri  Maksudi  yeni  yaranmış  Milli  Məclisin 
açılışındakı  çıxışında  Rusiya  tərkibində  yaranan dövlətlərin  əhəmiyyətini xüsusi 
qeyd etdi (407). 
Volqaboyu türkl
əri tərəfindən yaradılmış Milli Məclis 1917-ci il dekabrın 4-
d
ə  İdil-Ural  adlı  dövlətin  yaradılmasını  elan  etdi.  Müxtəlif  türkdilli  xalqları 
birl
əşdirən bu dövlət hər  hansı  xalqın  hökmranlığını  yolverilməz sayırdı.  Sədri 
Maksudinin  başçılığı  ilə  hökumət də  yaradıldı.  Dövlətin tərkibinə  Kazan və  Ufa 
quberniyaları,  Orenburq,  Perm,  Vyatka,  Samara  və  Simbirsk  quberniyalarının 

əyyən  əraziləri daxil ola bilərdi. Milli Məclis  Rusiyadan  ayrılmaq  məqsədini 
güdm
ədiyini bildirdi. Buna baxmayaraq, bolşeviklər belə dövlətin yaranmasına yol 
ver
ə  bilməzdilər. Bu məqsədlə  bolşeviklər milli təşkilatların  başçılarını  həbs 
etdil
ər. Bolşeviklərin belə hərəkəti bir çox milli ziyalıları və siyasətçiləri onlardan 
üz dönd
ərməyə məcbur etdi. 
1918-
ci  il  yanvarın  3-də  Qalimcan  Şərəf  ərazi muxtariyyətinin tərəfdarı 
kimi çıxış etdi. O, dünyada artıq inkişaf tapmış “hər millətin öz dövləti” ideyasını 
ir
əli sürdü. O, öz fikrini təsdiq etmək üçün türk tarixindən hər  türk  xalqının  öz 
dövl
ətinin olmasına dair misallar gətirdi (392, 5 yanvar 1918). 1918-ci il yanvarın 
4-d
ə  Qayaz  İsxaki  türkçülərin  adından  belə  bir fikir irəli  sürdü  ki,  yaradılacaq 
birl
əşmiş  qurumun  əsas həyat mənbəyi  yerli  iqtisadi  imkanları  olacaqdır.  Bu 
s
əbəbdən, onun fikrincə, Volqa çayı bu yaradılacaq qurumun əsas arteriyası olmalı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə