Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə3/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   2   3   4   5   6   7   8   9   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
mənbələrini,  meydana  çıxmasını,  azərbaycanlı-erməni  müna­
sibətlərinin  tarixini,  müasir  vəziyyətini  və  perspektivlərinin 
öyrənilməsi vacibdir.  Bu  günün  problemlərinin həllini gələcək 
nəsillərə saxlamaq olmaz.
Çox  halda  özüm  özümdən  soruşuram:  „Biz  erməni 
məsələsi:  onların  xəyanətləri,  işğalları,  müxtəlif vaxtlarda  türk 
dünyasına,  o  cümlədən  azərbaycanlılara  qarşı  həyata  keçir­
dikləri  soyqırımı  və  onları  pərdələyən  yalanları  haqqında  nə 
bilirik?  Erməni  millətini  tanıyırıqmı?"  İstəsək də,  istəməsək də 
bir  həqiqəti  qəbul  etməliyik  ki,  düşməni  məğlub  etmək  üçün 
onu  tanımaq  lazımdır.  Bəs,  haylar  (erməni  adım  özəlləş­
dirmişlər)  bir  millət  olaraq  bizim  coğrafiyaya  gələnə  qədər 
haralarda  yaşamışlar?  Hansı  tarixə  sahibdirlər.  Ermənilərin 
1828/29-cu  illərə  qədər Qafqazda  yaşamadıqlarına  aid  faktlara 
əhəmiyyət  verməmişik.  Eyni  zamanda  tarixən  yaşadıqları 
bölgələrdəki  qonşuları  ilə  necə  münasibətdə  olduqlarını  da 
uzun illər, xüsusən də sovet hakimiyyəti illərində bilməmişik.
Ermənilər  türklərlə,  müsəlmanlarla  nə  vaxtdan  tanış­
dırlar?  Onların  tarixən  münasibətləri  necə  olmuşdur?  Bu 
münasibətləri  ikitərəfli,  türk-erməni,  azərbaycanlı-erməni 
münasibətləri hesab etmək olarmı? İstisnalar nəzərə  alınmazsa 
həmin münasibətlərin tənzim edilməsinə təsir edən amilləri də 
ətraflı  tədqiq  edə  bilməmişik.  Türk-erməni,  o  cümlədən 
azərbaycanlı münasibətlərinin təkamülünün öyrənilməsi bizim 
qarşımızda  duran  çox  suallara  cavab  verə  bilər.  "Əsrlər  boyu 
Azərbaycan xalqı  ilə yanaşı yaşamış və  taleyinə bundan sonra 
da  onunla  qonşuluq  etmək  yazılmış  erməni  xalqı"  2  nın 
qonşuluq  münasibətlərinə,  yaşadıqları  bölgələrdə, 
istər 
Anadoluda,  istərsə  də  Azərbaycanda  törətmiş  olduqları 
xəyanətlərin,  yalanların,  qırğınların,  işğalların  həqiqi  adını 
verməmişik.  Çox  halda  erməni  məsələsinin pərdə  arxasmdakı 
sirlərini aça bilməmişik.
2Ramiz Mehdiyev.  Gorus-2010 Absurd teatr mövsümü.  Bakı,  “Şərq-Qarb”,  2010,  s.6. 
10
HdSdnhala  Sadtqov
Erməni  tarixi  haqqında  yazan  müəlliflərimizin  son 
vaxtlara  qədər  xarici  mənbələr  ilə  tanışlıqları  ürəkaçan  deyil. 
Dünya  kitabxanalarının  fondunda  erməni  kataloqları  ilə,  o 
cümlədən  kitabları  ilə  tanışlığımız  zəifdir.  Dünya  kitab­
xanalarında  isə  erməni  tarixinin  bu  və  ya  başqa  məsələlərinə 
həsr  olunmuş,  elmi  əsası  olmayan,  miflərə  əsaslanan  yaşa­
dıqları bölgələrdəki  tarixi xəyanətlərini, soyqırımı və işğallarını 
gizlətmək üçün yalan və böhtanlara əsaslanan yüzlərlə əsərlər 
vardır.  Bəs  həmin  kitablar  hansı  şəraitdə  meydana  çıxıb. 
Onların  müəllifləri  kimi,  əsərlərin  yazdırılmasındakı  saxta­
karlıqların  öyrənilməsi  də  çox  vacibdir.  Bu,  bizə  bir  çox 
mətləbləri açmağa imkan verər.
SSRİ-də  milli  münasibətlərin  tələbləri  baxımmdan  70  il 
müddətində  ermənilərlə  „qardaşlıq"  dünyasında  yaşadıldıq. 
İstisnalar  nəzərə  alınmazsa  sovet  ideologiyasına  xidmət  edən 
tarixi  ədəbiyyatda  ermənilərlə  mübarizəyə  imkan  verilməyib. 
Lakin  mübarizənin  gizli  keçdiyi  qənaətindəyəm.  Biz  sovet 
qadağaları  ilə  razılaşaraq  ermənilər  haqqında  yalmz  rəsmi 
ideologiyamn cızdığı sərhədlərə qədər gedə bilmişik.
Son  70  ildə  əsassız  erməni  iddialarına  qarşı  yazılan 
əsərləri barmaqla saymaq olar.  Akademik Ziya Bünyadov VII- 
IX  əsrlər  tariximizlə  əlaqədar  ermənilərin  münasibətinin  daha 
dərinlərdə olduğunu ilk dəfə əsaslı şəkildə tədqiq etdi. Orta əsr 
mənbələrinin  erməniləşdirilməsi  prosesinə  işıq  tutdu.  Sonra 
Fəridə Məmmədovanın çox mühüm  əsəri meydana çıxdı Belə­
liklə,  yüz  illərlə  qonşu  olduğumuz  xalqı  tanımamışıq  və 
tanıtmamışıq. Rast gəldiyimiz erməni qırğını, azərbaycanlıların 
soyqırımı  hadisələrini  də  özümüzdən  olanların  ayağına 
yazmağa çalışmışıq. Bəzən buna nail də olmuşuq.
Bunları  ermənilər  haqqında  söyləmək  çətindir.  SSRİ-də 
onların bizə  qarşı  əsassız  iddialarla  dolu  kitabları  rus  dilində, 
erməni  dilində  və  xarici  dillərdə  nəşr  olunub.  Erməni  dilində 
yazılan  kitablar  bütün  vaxtlarda  senzuradan  kənarda  saxla­
nılıb,  türk  dünyasına,  o  cümlədən  azərbaycanlılara  qarşı
11


Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımım və işğalım pərdələyən yalan
düşmənçiliklər  açıq  aşkar  təbliğ  edilmişdir.  Metodları  da 
bəllidir;"  tarixi  faktları  tanınmaz  dərəcədə  təhrif  etmək,  tarixi 
onun  dediyi  tərzdə  yenidən  yazmaq,  elmi  mənbələrə 
əhəmiyyət  verməmək,  onların  əvəzinə  isə  Sarkisyanın  təklif 
etdiyi mif və uydurmalara əsaslanmaq."3 Onların tədqiqatında 
peşəkarlığa,  qərəzsizliyə  və  elmi  mənbələrin  tənqidi  təhlilinə, 
qonşu  xalqların  tarixinin  obyektiv  işıqlandırılmasına,  tarixi 
həqiqətə  və  tarixi  ədalətə  çoxsaylı  faktlar  və  sənədlər  olsa  da 
yer verilmir.  Ona  görə ki,  "elmin siyasi məqsədlərə  (bəzən də, 
ümumiyyətlə,  miflərə)  tabe  edilməsi  normal  hal  sayılan 
ölkədə" 4qonşu xalqların tarixinə aid sənədlər və yazılmış tarixi 
əsərlər  "redaktə  olunmaqla"  erməniləşdirilir."  Keçmiş  sovet 
məkanında  müntəzəm  şəkildə  yayılan  kitab,  jurnal  və 
qəzetlərdə milli mədəniyyətimizin,  klassik irsimizin, memarlıq 
abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub 
olduğunu sübut etməyə çalışırdılar."5
Dünyanın  müxtəlif  kitabxanalarında  türk  dünyasına 
qarşı,  o  cümlədən  Azərbaycana  qarşı  yazılmış  əsərlər  necə 
meydana  çıxmışdır?  Onların  içərisində  SSRİ-də  yaşayan  er­
mənilər tərəfindən yazılaraq xaricdə nəşr edilənləri az deyildir. 
Deməli,  70  il  sovet  rejimi  də  ermənilərin  tarix  yazmaq 
fəaliyyətlərinin  ana  xəttini  dəyişə  bilmədi.  "Xalqımıza  qarşı 
aparılan  soyqırımı  siyasəti  özünün  siyasi-hüquqi  qiymətini 
tapmadığı  üçün  tarixi  faktlar  sovet  mətbuatında  ermənilər 
tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı."6
Müstəqillik  mübarizəsinin  bəşəri  dəyərləri  olduğu  kimi, 
milli  dəyərləri  də  var.  Hər  millət müstəqillik  mübarizəsini  öz 
inkişafına  uyğun  təşkil  edir.  Hər  xalq  öz  tarixini  yaradır.
3  Ramiz Mehdiyev.  Gorus-2010 Absurd  teatr mövsümü.  Bakı,  “Şərq-Qərb”,  2010,  s.7.
4  Yenə orada,  s,9.
5  Heydər  Əliyev.  „Azərbaycanlıların  soyqırımı  haqqında”  Azərbaycan  respublikası
prezidentinin  fərmanı 26  mart  1998-ci  il
Heydər  Əliyev.  „Azərbaycanlıların  soyqırımı  haqqında”  Azərbaycan  respublikası 
prezidentinin  fərmanı  26 mart  1998-ci  il
12
Hdsənbala S adıqov
Erməni  tarixində  kimlərin  mühüm  rol  oynadığım  bilmə­
məyimiz  də  çox  bağışlanmazdır.  Bir  sözlə,  erməni  kilsələri 
haqqında bildiklərimiz çox azdır.
Ermənilər  bizə  qarşı  münasibətdə  heç  vaxt  sakitləşmir, 
mübarizələrini  fərqli  formada,  müxtəlif  müstəvilərdə,  şəraitə 
uyğun  olaraq  davam  etdirirlər.  Onlar  türk dünyasına  qarşı  olan 
təbliğatı  milli  sənayeyə,  dövlət  -planına  çevirmişlər.
 
Bunun  müqa­
bilində  uzun  illər,  Azərbaycan  son  dəfə  müstəqillik  qazanana 
qədər həmin məsələlər bizdə  özfəaliyyət çərçivəsindən kənara 
çıxarılmadı.
Biz  müstəqillik  qazanana  qədər  gücümüzə  görə  deyil, 
təbliğatımıza görə ermənilərdən geri qalırdıq.  Günah qələm tutanların 
deyil, qələm tutanlarımızı istiqamətləndirənlərin idi.
 
Çünki o zaman 
müstəqil, sovet ideoloji reseptlərindən azad tədqiqatçılar təqdir 
edilmirdi?  Beləliklə,  biz  həqiqətləri  dünyaya  çatdıra  bilmədi­
yimiz halda  ermənilər xəyanətlərini,  işğallarını,  soyqırımlarını, 
azərbaycanlıların  əzəli  tarixi  torpaqlarından  deportasiyasını 
pərdələyən yalanlarmı dünyaya yaymış və çox halda qəbul da 
etdirmişlər.  "Bir  çox  hallarda  xarici  ölkələrin  onlar  tərəfindən 
pulla, rüşvətlə ələ alınmış riyakar siyasətçiləri onların səsinə səs 
verirlər.  Bu,  ədalətsizliyin  zirvəsidir.  Bu,  mənəviyyatsızlığın 
zirvəsidir."7
Ermənistanın  son  iki  yüz  ildə  türk,  azərbaycanlı  yur­
dundan  monoetnik  erməni  dövlətinə  çevrilməsi  prosesini 
tədqiq  edib  dünyaya  təqdim  etməyimiz  vacibdir.  Son  yüz 
illiklərdə  törədilən  qırğınların  tarixləri  dünya  ictimaiyyətinə 
çatdırılmalıdır.  80-ci  illərin  sonlarından  başlayan  Dağlıq 
Qarabağ böhranının mənbələri əsaslı şəkildə öyrənilməlidir.
Sovet  dövründə  ermənilərin  Türkiyə  nümunəsində  türk 
dünyasına  düşmənliyi  heç  vaxt  zəifləməmiş,  həmişə  də 
rəhbərlər  tərəfindən  dəstəklənmişdir.  Biz  "qardaş  olub  Ha- 
yastan Azərbaycan"  mahnısı oxuyur, ermənilərin Türkiyəyə, o
İ. Əliyev.  Azərbaycan və türk diaspor təşkilatı  rəhbərlərinin birinci  forumu.  Bakı, 9  mart 
2007,  Azərbaycan” qəzeti  10 mart 2007-ci  il.
13


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə