Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə5/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   2   3   4   5   6   7   8   9   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
H.S)  özlərinə  hay  deyən  Muşkilərə  verildiyini  müəyyən  etməklə 
yanaşı  Medlər,  ondan  sonra  farslar  bu  Urartu  ərazisinin  yeni 
sahiblərini,  əllərinə  keçən  torpağın  qədim  Urartularda  olan  adı  ilə 
adlandırmış ola bilərlər.
 
"15
Toynbe  bu  izahatın  tamamilə  dedi-qodu  olduğunu  da 
əlavə  edərək,  kəlmənin  Urartunun  tarixdə bəlli  olan  son kralı 
III  Rusamn  atası  Ermeniadan,  yaxud  miladdan  öncə XI  əsrin 
sonları  ilə  X  əsrin  əvvəlində  Şimali  Ərəbistan  çöllərindən 
gələrək Nairini işğal edən Aramaenlərin ölkəsi mənasına gələn 
„Aramu-ni"dən gələ biləcəyini də əlavə edir.
Bir Akkad sənədinin dili ilə
Doğrudan da, Mesopotamiyada miladdan əvvəl 3 mininci 
ilin  sonlarında  qurulan  Akkad  imperatorluğu  kralları  (m.  ö. 
2350-2150), bütün Qabaqasya ölkələrinə hakimiyyətlərini qəbul 
etdirmişdilər.  Akkad  imperatorlarından  Sarqonun  nəvəsi 
Naram-sin-ə  aid  olan  Şartamhari  mətnlərində16  adı  keçən 
kralın  Sedir  meşələrini  (Amonoslar)  və  Gümüş  dağlarım 
(Toroslar)  aşaraq  Anadoluya  girdiyi  və  Hath  kralı  Pampamn 
idarəsindəki  17  şəhər  dövlətindən  meydana  gəlmiş  Anadolu 
ittifaqına qarşı müharibə etmiş olduğu aydın olur.
Şamtamhari  mətnlərinin  Hattuşas  arxivindəki  nüsxə­
sindən  ələ  keçirilən  surətinin1” ilk  7 sətiri  qırıq  olub,  mətn 8-ci 
sətirdən etibarən aşağıdakı şəkildə davam edir. Salamat sətirlər 
8-dən başlayıb  18-ci  sətrə  qədər  davam edir.  (1-12-ci sətirlərdə 
akkadlara qarşı ittifaqa daxil olan müxtəlif dövlətlər və onların
15 K.Gürün.  s.  11;  Arnold  J.Toynbee-A  Study o f History,  Vllb, 661,
6  Şartamhari  mətnləri  əslində  üç  nüsxə  olub,  birincisi,  Mesopatomiyada,  Babildə, 
ikincisi,  Misirdə  Telel  Amamada,  üçüncüsü,  Anadoluda  Hattuşaş  (Boğazköy)  arxivində 
ələ  keçirilmişdir.  „Mücadilənin  kralı”  mənasına  gələn  bu  mətnlər  üçün  baxın:  H.  G. 
Güterbock,  ZA 42-44.
17 Hattuşaş  arxivində  ələ  keçirilən  nüsxə,  Kbo  III,  13  nömrəli  mətndir.  Hitit  dilində  və 
Hitit  çivi yazılanyla yazılmış  olan bu  mətn,  bəlli  kı,  Hititlər zamanında (m.  ö.  1750-1200) 
Akkadca orijinalından  Hıtıtcəyə tərcümə edilmişdir.  Mətnimiz H.  G.  Güterbock tərəfindən 
ZA  (Zeitschrift für Assyriologie) Berlin,  1938  ,44-cü cild,s.  67-68s
18
Həsənbala  Sadıqov
krallarının  adı  verilir.  Bunlar  qədim  tarixin  və  coğrafiyanın 
öyrənilməsində  çox  dəyərli  qaynaqlardır.  Lakin  əsərin  dilinin 
ağırlaşdırılmasmdan  imtina  etmək  məqsədi  ilə  mən  haqqında 
danışılan  mətni  tam  deyil,  bizə  lazım  olan  13-cü  və  15-ci 
sətirləri  vermək  qənaətinə  gəldim.  13-cü  və  15-ci  sətirlər 
aşağıdakı şəkildə yazılmışdı:
13. Armanu kralı Mudakina, Sedir dağları kralı İşgippu 
15. Türki kralı İlşu-Nail, Kaşura kralı Tişkinli 
Mətnin  çox  pozulmuş  arxa  tərəfində,  onların  gecələr 
düşmən  qərargahına  basqın  etdikləri,  onları  məğlub  etdikləri, 
alınan qənimətlər haqqında qırıq-qırıq cümlələrlə bəhs edilmiş­
dir.  Bu,  Anadolu haqqında məlumat verən ən qədim sənəddir. 
Mətndən  məlum  olur  ki,  m.  ö.  3  mininci  illərin  sonlarında 
Anadoluda  böyük  bir  dövlət  olmamışdır.  Ancaq  hər  bir 
şəhərdə kiçik bir krallıq hakimiyyət sürmüşdür.  Bu şəhər döv­
lətləri  aralarında  daima  hakimiyyət  mübarizəsi  apardığından 
təbii  olaraq  həmişə  başqa  işğalçı  dövlətlərə  lazım  olan  müqa­
viməti göstərə bilmirdilər. Lakin bir sıra hallarda onların bir it­
tifaqda  mübarizə  etdikləri  haqqında  danışan  mənbələr  də 
vardır.
Anadolunun şəhər dövlətlərinin güclü kralın hakimiyyəti 
altında düşmənə qarşı mübarizəsinin nümunəsi olaraq onların 
akkad  imperatoru  Naram  Sinin  17  Anadolu  kralından 
meydana  çıxan  birliyə  qarşı  mübarizəsini  göstərmək  olar. 
Şamtamhari  mətnlərinin  Hattuşaş  arxivindəki  mətnin  15-ci 
sətrində göründüyü kimi bu krallardan biri də Türki kralı Ilşu- 
naildir.  Buradakı  Türki  kəlməsinin  Türk  olduğuna  şübhə 
olmadığı kimi, İlşu-nail adı da qulaqda yabançı səslənmir.
İndi  tarixçilərin  qənaəti  belədir  ki,  günümüzdən  təqribən 
4200  il  əvvəl  Anadoluda  müxtəlif tayfalar yaşamaqda  idilər  ki, 
onlardan biri də kök etibarı ilə Asiyadan olan türk tayfaları idi.18 
Tarixçilərin  qənaətinə  görə  m.  ö.  3500-cü  illərdə  Şumer
18  E.Memış.-N.Köstüklü.  Tarih boyunca Ortadoğu-Anadolu  ilişkileri  .Konya,  1992, s.  14.
19


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
türkləri  Mesopotamiyaya  yerləşərkən,  türklərin  başqa  bir 
köçləri  də  Qafqazdan  keçərək  Anadolunun  şərq  bölgələrinə 
yerləşməyə  başlamışdılar.  Bir  qədər  əvvəl  Şamtamhari 
mətnlərində  adı  çəkilən  türk  krallığını  onlar  təşkil  etmiş 
olmalıdırlar.  Çox halda məsələnin bu şəkildə qoyulmasının bir 
sıra səbəbləri vardır.
Bunlardan  birincisi  ondan  ibarətdir  ki,  türklərin  Ana­
doluya  ilk  köçləri  gəldiyi  zaman  hələ  yazıları  olmadığından 
qədim dövrə aid kitabələrdə lazımınca məlumat yoxdur. Lakin 
bu  inkar  edilməsi  mümkün  olmayan  həqiqətdir  ki,  yuxarıda 
istifadə  olunan  mənbədəki  yazılı  mətn  (Kbo  III,  13)  m.  ö.  III 
minilliyin  sonlarına  doğru  Anadolunun  siyasi  həyatını 
işıqlandırır və bu da bir şansdır ki,  Anadoluda  türklərin olma­
sına aydınlıq gətirmişdir.19
Yuxarıdakı  mənbələrin  əldə  edilməsinin  ən  əhəmiyyətli 
nəticəsi  bundan  ibarət  olmuşdur  ki,  türklərin  Anadoluya 
yerləşmələrinin  qədim  tarixi  ilk  dəfə  müəyyən  edilmiş  və 
qədim  tarixi  ortaya  çıxmışdır.  Deməli,  heç  də  çoxlarının iddia 
etdikləri kimi türklərin Qafqaza və Anadoluya gəlmələri bizim 
erada deyil, bizim eradan çox əvvəllər olmuşdur.  Bir çoxları hər 
vəchlə  türklərin  Anadoluya  gəlişini  yalnız  26  avqust  1071-ci  ildəki 
Malazgirt  meydan  müharibəsi  ilə  əlaqələndirməyə  çalışırlar.  Lakin 
Malazgirt müharibəsi türklərin Anadoluya ük gəlişi deyildir.  Türklər 
Malazgirt müharibəsində qazandıqları  böyük zəfərlə bundan  təqribən 
4200  il  əvvəl  birdəfəlik  Anadoluya  yerləşmiş  olduqlarını  bir  daha 
təsdiq etmiş və Anadolunu türk yurduna çevirmişlər.20
istifadə  etdiyimiz  Şamtamhari  çivi  yazılı  mətnin  13-cü 
sətrində  olan  „Arrnanu"  məmləkəti  ilə  bugünkü  Ermənistan 
respublikası  arasında hər hansı bir əlaqə varmı? Həqiqətən  də 
qədim  dünyada  Anadolu  tarixini  bilməyənlər  üçün  belə 
görünə bilər ki, Şamtamhari mətninin 13-cü sətrində adı keçən
19 E.Memiş.-N.Köstüklü,  a.  k.  e.  s.  14-15.
‘° E.Merııış.  M.  Ö.  3  Binytlda  Anadoluda  Türkler.  Türk  dünyası  araşdırmaları,  sayı  53, 
İstanbul  1988,  s. 45.
20
Həsətıbala  Sadıqov
Armanu məmləkətinin kralı (Luqal-kur Uru Ar-ma-nu) erməni 
kralıdır.  Lakin  çoxlarının  həmin  görüntüdən  və  səslənmədən 
istifadə  etdiklərinə  və  etməyə  çalışdıqlarına  baxmayaraq  bu 
doğru  deyildir.  Həmin  tezisi  irəli  sürməkdə  heç bir  subyektiv 
iddia yoxdur.
Bunu belə bir faktla -  tarixi gerçəkliklə isbat etmək olar ki
qədim  yazılarda  olduğu  kimi  ermənilər  Şərqi  Anadolu  bölgəsinə 
miladdan  əvvəl  VI  əsrin  başlanğıcında  gəlmişlər.  Konkret  tarix 
olaraq  ifadə  etmək  lazım  gəlirsə,  ermənilər  Şərqi  Anadolu 
torpaqlarına  miladdan  əvvəl  Urartu  dövlətinin  yıxılmasından 
sonra gəlmişlər. Bunu da qəbul etmişlər ki, miladdan əvvəl VIII 
əsrdə  Anadoluda  dövlət  qurmuş və bölgənin  siyasi həyaünda 
iştirak  etmiş  friglər  ermənilərin  qohumları  idi.  Onlar  tarixi 
mənbələrə  görə  iki  əsrə  qədər  bir  müddətdə  müxtəlif 
coğrafiyada  görünmüş,  Urartu  dövlətinin  yıxılmasım  fürsət 
bilərək gəlib onların torpaqlarına yerləşmişlər.
Erməni adı və ermənilər haqqında
Aparılan  müqayisələrdən  görünür  ki,  Armeniya  isminin 
Hayastan ilə, erməni kəlməsinin hay ilə əlaqəsi yoxdur. Coğrafi 
ad olan Armeniyada uzun illərdən bəri çox xalqlar yaşamışlar. 
Böyük  coğrafiyanı  əhatə  etmiş  Armanuyla,  bugünkü  Er­
mənistan arasında tarixi varislik baxımından əlaqə yoxdur.
Tarixi  mənbələrdə  erməni  adma  ilk  dəfə  miladdan  əvvəl 
VI  əsrdə  İran  şahı  Daramn  kitabələrində  rast  gəlmək  olar. 
Bugünkü  ermənilər  özlərinə  tarixən  heç  bir  zaman  erməni 
deməmişlər. Həmişə özlərini ,,haikh"(Hai-hay) olaraq adlandır­
mışlar.  Erməni  adı  İran  şahı  Daramn  bölgənin  adımn  orada 
yaşayan  xalq  ilə  əlaqədar  uydurmuş  olduğu  bir  etnonimdir. 
Ona  görə  ki,  bölgəyə  miladdan  əvvəl  III  minildən  etibarən 
Armanu, ya da Armenia deyilirdi.
Məhz  buna  görə  də  İran  şahı  Dara  hakimiyyəti  altmda 
olan bölgəyə  Anadolunun  qərbindən  gəlib  yerləşən  xaricilərə-
21


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə