Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə6/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   2   3   4   5   6   7   8   9   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
haylara  „Armenia  bölgəsində  yaşayanlar"  mənasında  erməni 
adını vermişdir. Bundan istifadə edən müasir ermənilər heç bir 
sənədə  və  tarixi  reallığa  əsaslanmadan  saxtalaşdırılmış  tarix 
versiyası  uydurmuş  və  onlardan  əvvəl  həmin  bölgədəki 
torpaqlarda yaşamış urartululara (m. ö. 9-6) özlərini varis hesab 
edirlər.
Elm  aləmində  filoloji tədqiqatlardan məlumdur  ki,  erməni  dili 
ilə  urartuluların  dili  arasında  əsaslı  fərqlər vardir.  Ermənilərin 
dili  Hind-Avropa  dillərindəndir.  Urartulann  dili  m.  ö.  Şərqi 
Anadolu  ilə  Cənub-Şərq  Anadolunun  bir  bölgəsində  yaşamış 
Hurri  dili  ilə  qohum  olub  Asiya  köklü  bir  dildir.  Bu  qədər 
.aktlar,  onlara  əsaslanaraq  aparılan  tədqiqatlar  olduğu  halda 
ermənilərin  özlərini  urartulann  varisləri  hesab  etmələrinin 
təsdiq edilməsi mümkün deyildir21. Görkəmli akademik Ramiz 
Mehdiyevin  yazdıqları  ermənilərin  bu  əsassız  arqumentlərini 
çox  asanlıqla  aradan  qaldırır:  'Axı  linqvistikada  qəbul  edilmiş 
qaydaya əsasən, hay dili yüz seçim əlamətinə görə 11  qrupa və 
44 dialektə bölünür (bax:  Джаукян  Геворк  Б.  Общее  и  армян­
ское  языкознание.  Ереван,  АН  Арм.  ССР  1978  г.).  Dilçi 
mütəxəssislərin fikrincə, xalqın bu qədər çoxsaylı dil və dialekt 
şaxələrinin  olması  bunu  deməyə  əsas  verir  ki,  hay  dili  bir 
xalqın  dili  deyildir.  Bu,  Ermənistan  ərazisində  qədim 
məzarlıqlarda  tapılmış  kəllələrlə  də  təsdiqlənir.  Həmin 
kəllələrin  baş  göstəriciləri  müasir  ermənilərin  baş  göstə­
ricilərindən  kəskin fərqlənir  (bax:  Roqtnskiy  Ə.Ə.,  Levin  M.Q. 
Antropologiya, M., 1963, str. 390).22
arixi  gerçəklik  təsdiq  etmişdir  ki,  indiki  Ermənistan 
hayların  ana  vətəni  olmaqdan  çox  uzaqdır.  Bölgənin  tarixi  və 
coğrafi  toponimləri  də  buna  imkan  verməyir.  Ermənilərin 
Azərbaycan  torpaqlarına  gəlməsi  tarixi  çox  uzaq  deyildir.
21  E.Memış.  a.g.e.s.  46,  n.  6
Ramiz Mehdiyev.  Gorus-2010:  Absurd  teatr mövsümü.  Bakı 
2010
,  s  34
22
Həsənbala S adıqov
Ermənilərin  1978-ci  ildə  Azərbaycamın  Maraşen23  kəndində 
qurduqları,,  150 il obeliski" bunu təsdiq edir.  "Ermənilərin diş- 
çənə  sisteminin  təhlili  də  onların  Dağlıq  Qarabağ  zonasında 
aborigenlər olmamasma dəlalət edir."24
"Ermənilərin  Qafqazla,  o  cümlədən  Azərbaycan  torpağı 
olan Qarabağ və başqa yerlərlə tarixən heç bir  əlaqəsi yoxdur. 
Qərbi  Azərbaycan  torpaqlarının  XIX  əsrdə  rus  işğalından 
başlayaraq  Erməni  vilayəti  adlandırılması  çarizmin  türk  dün­
yasını  parçalamaq  siyasətinin  nəticəsi  idi.  Qısa  bir  müddətdə 
bu  siyasət  gerçəkləşdirilərək  ermənilərin  kütləvi  surətdə 
Azərbaycan 
torpaqlarına 
köçürülməsi  həyata 
keçirildi. 
Soyqırımı  Azərbaycan  torpaqlarının  işğalının  ayrılmaz  bir 
hissəsinə  çevrildi.  İrəvan,  Naxçıvan  və  Qarabağ  xanlıqlarının 
ərazilərində  məskunlaşdırılan  ermənilər  orada  yaşayan 
azərbaycanlılarla  müqayisədə  azlıq  təşkil  etmələrinə  bax­
mayaraq  öz havadarlarının himayəsi  altında  Erməni vilayəti" 
adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə 
süni  ərazi  bölgüsü  ilə,  əslində,  azərbaycanlıların  öz  torpaq­
larından  qovulması  və  məhv  edilməsi  siyasətinin  bünövrəsi 
qoyuldu."25
Qədim  yazılı  mənbələr  ermənilərin  Azərbaycandan  tor­
paq  iddiasında  olmalarının  da  əsassız  olduğunu  isbat  edir. 
Ermənilərin  Azərbaycana  gəlmələri,  yerləşmələri,  bu  coğrafi­
yanın haylarla heç bir əlaqəsinin olmaması, onların Ermənistan 
adından istifadə  etmələri normal  tarix,  arxeolgiya,  etnoqrafiya 
məntiqinə  uyğun  gəlmir.  "Ermənilər  antropoloji  baxımdan 
praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları 
üçün  xarakterik  olan  antropoloji  tipə  uyğun  gəlmirlər.
231 828-ci  ildə  Marağadan  gələrək  Azərbaycana  yerləşdikləri  ilk  yeri  ermənilər  Maraşen 
adlandırmışlar.  1978-ci  ildə  məskunlaşdıqlarını  tarixləşdirmək  üçün  Maraşendə  „150  il 
abidəsini*’  ucaltmışlar.  Sonra  hadisələr  başlandıqda  abidəni-,şahidi 
ləğv  etməyə
çalışdılar.  Lakin onun haqqında sənədlər saxlanılır.
4  Ramiz Mehdiyev.  Gorus-2010:  Absurd teatr mövsümü.  Bakı  2010, 8.35.
25  Heydər Ə liyev. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan  Respublikası 
prezidentinin  fərmanı.  Bakı,  26  mart  1998-ci  il
23


Erməni məsələsi: xəyanəti

deportasiyanı, soyqırımını və işğalım pərdələyən yalan
Aparılmış antropoloji tədqiqatlara  əsasən deyə bilərik ki,  tarixi 
Azərbaycanın  qərb hissəsinin  əhalisi bütün  dövrlərdə  (eneolit- 
dən  başlamış  müasir  dövrə  qədər)  Azərbaycanın  qalan  his­
səsinin əhalisinə oxşar olmuşdur. "26
Əslində bizim tədqiqatımızın məqsədi ermənilərin qədim 
tarixini  o  dövrə  aid  sənədlərlə  müqayisəli  şəkildə  verməkdir. 
Bu,  o  mənaya  gəlməməlidir  ki,  həmin  sahədə  tədqiqatlar 
aparılmamışdır.27 Mütəxəsislər  çox  mübahisəli  məsələləri  həll 
etmişlər.  Lakin  mən  Azərbaycan  oxucusu  üçün  məlum  olma­
yan  mənbələrdəki  sənədlərin  daha  faydalı  olacağı  düşün- 
cəsindəyəm.  Bu  çox  mühüm  məsələ  olduğundan  bir  çox 
hallarda  mübahisələrdən  imtina  etməyin  imkansız  olduğunu 
da  bilirəm.  Bununla  belə  mübahisələrin  mənbələrin  qarşılıqlı 
müqayisəsi ilə dəyərləndirilməsinə tərəfdaram.
Son  illər  nəzərə  alınmazsa  Azərbaycanda  ermənilərin 
tarixi  haqqında  olan  əsərləri  barmaqla  saymaq  olar.  Bu 
səbəbdən az da olsa dünyanın görkəmli tarixçilərinin ermənilər 
haqqında  fikirlərini  maraqlananlara  çatdırılmasını  vacib 
saydım.
Ermənilərin  "milli  davası"  ideyası  tarixin  çox  qədim 
dövrlərinə  təsadüf  edir.  O,  qədim  erməni  tarixçiləri28 Xorenli 
Moisey,  Toma  Ardzrouni  və  bunları  dəstəkləyənlər  iddia 
edirlər  ki,  erməni  irqi  Nuh  peyğəmbərin  nəslinin  davamıdır. 
Şifahi  xalq  ədəbiyyatında  Nuhun  gəmisinin  Ağrı  dağında 
(ermənilər  Urartunu  mənimsəmə,  özəlləşdirmə  fəaliyyətlərini 
davam etdirərək Ağrını Ararat adlandırırlar) lövbər salmasını29 
qəbul  edənlər  vardır.30 Ermənilərə  görə  onların  irqi  Ağrı  dağı
26  Ramiz Mehdiyev. Gorus-2010:  Absurd teatr mövsümü.  Bakı  2010, s.  35.
21  Bu  sahədə  xarici  ölkə  müəllifləri  geniş  tədqiqat  aparmışlar.  Kitabda  onlardan  istifadə 
edilərkən  müəllif münasibətini  də bildirmişdir.
28 Salnaməçilər olaraq qəbul  etmək daha düzgün olardı.
'  Gazigiray  A.  A.  Osmanlıdan günümüze kadar vesikalarla ermeni  terörünün  kaynakları. 
İstanbul:  Gözen,  1982,  s.  12;  Gürün  K.  Ermeni  dosyası  Ankara: TTK,  1983, s.  12-16;
Uras  E. Tarihte crmeniler ve ermeni  meselesi.  S .100-101.
30  Elm  aləmində  ermənilərin  iddialarının  əsassızlığı  isbat  edilmiş,  Nuh  peyğəmbərin
gəmisinin  Naxçıvanda  lövbər  salması  qəbul  edilmişdir.  Bunu  Azərbaycan  Milli  Elmlər
24
Həssnbala  Sadıqov
bölgəsində  yaşamışdır.  Əslində  qədim  salnaməçilərin  bu 
tezislərinin  əfsanələrdən  qidalandığı  aydındır.  Tezisin  təsdiqi 
gerçək  tarixi  mənbələrlə  təsdiq  edilməmişdir.  Hətta bu  tezisin 
qondarma olduğunu erməni müəllifləri də müdafiə edirlər31.
Bir  anlığa  qədim  erməni  tarixçilərinin  „ermənilər  Nuhun 
törəmələridir" tezislərini qəbul edək.  Bu şəkildə qurulmuş tezis­
lərin  məsələnin  birtərəfliliyinə  görə  tənqidə  davam  gətirməsi 
mümkün deyildir. Axı, Nuh  əfsanəsi dünya xalqlarına məxsus 
olub heç də erməni əfsanəsi  deyildir.  Bu əfsanənin qeyd edilən 
özəllikləri bütün xalqlar tərəfindən qəbul edilmiş və bu gün də 
qəbul  edilməkdədir.  Lakin  ermənilər  istisna  olmaqla  dünya 
xalqlarının  heç  biri  Nuh  peyğəmbəri  mənimsəmək,  ona 
„vətəndaşlıq pasportu vermək" iddiasında deyil.
Ermənilər  ənənəvi  olaraq  Nuh  peyğəmbərin  erməni 
mənşəli  olduğu  yöndə  çox  əsassız  iddialarda  bulunaraq,  bu 
aspektdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana 
qarşı  ərazi  iddiaları  ilə  çıxış  etməkdədirlər.  Şübhəsiz  ki,  bu 
ənənə tarixin genişmiqyaslı və hərtərəfli  saxtalaşdırılmasından 
ibarətdir.  "Guya  ermənilərin  tarixi  e.ə.  2350-ci  illərə  -   "Nuh 
tufanı"na  qədər  uzanır.",  "Ermənilərin  tarixi  guya  Nuhun 
nəvəsinin  nəvəsi  Hay  və  ya  Наук  ilə  başlayır."  "Hz.  Nuhun 
erməni  mənşəli  olduğunu  və  onun  erməni  dilində  danışdığını 
əsassız  olaraq  iddia  etməkdədirlər.32  Ermənilər  bu  inancla 
özlərini  əsassız  olaraq  "seçilmiş millət"  görməkdədirlər.  Guya 
Tanrı erməniləri "seçilmiş millət" olaraq tufanla sınağa çəkmiş,
Akademiyasının  Naxçıvan  bölməsi,  A.  A.  Bakıxanov  adma  tarix  institutu  və  Naxçıvan 
Dövlət Universitetinin 24-25  aprel  2009-cu ildə keçirilmiş “Nuh peyğəmbər,  dünya tufanı 
və  Naxçıvan”  mövzusunda  beynəlxalq  simpoziumun  materiallarından  görmək  olar.  Nuh 
peyğəmbər,  dünya tufanı  və Naxçıvan.  Naxçıvan 2010.
1 Kerovpyan  K.  Mitolojik ermeni tarihi.  İstanbul:  Aras yaym lan,2000, s.  86.
32  Uras  E,  Tarihte  ermeniler ve  ermeni  meselesi.  İstanbul.  Beige,  1987,  798  s;  Balayan  Z. 
Oçaq.  Yerevan  1984,  424  s.  Emin  Arif  Şıxəliyev.  Ermənilərin  Nuh  peyğəmbərlə  bağlı 
iddiaları  və  Naxçıvan  məsələsi.  Nuh  peyğəmbər,  dünya  tufanı  və  Naxçıvan.  Naxçıvan 
2010.  s.  262-269.
25


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə