Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə7/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   2   3   4   5   6   7   8   9   10   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımım və işğalını pərdələyən yalan
ermənilər də bu sınaqdan uğurla çıxmışlar.33
"Bədxah  ermənilər  özləri  üçün  saxta  bir  tarix  yaratmaq­
dan  ötrü  minlərlə  erməni  saxtakarlığı  üzərinə  Nuhla  da  bağlı 
bir saxtakarlıq, daha doğrusu, saxta tarix əlavə ediblər. Və buna 
görə  də  bu  məsələ  xüsusi  məqsədlə,  bəd  niyyətlə  araşdırılır. 
Nuh  peyğəmbərlə  bağlı  tarix  xüsusi  məqsədlə  elə  dolaşdırılıb 
ki,  Nuhun qəbri,  Nuhun  tarixi, Nuhla bağlı  Azərbaycan  tarixi, 
Naxçıvanın  tarixi  bizim  Naxçıvanımızdan,  Azərbaycanımız­
dan,  bütün  türk  dünyasından  ayrı  salınsın  və  bu  torpaqların 
tarixi saxtalaşdırılsın."34
Əslində  belə  iddialar  elm  adına  heç  bir  həqiqəti  əks 
etdirmir. Bütün bunlar mifoloji təsəvvürlərə əsaslanan əfsanəvi 
iddialardır.  Məsələyə  dini  aspektdən  yanaşsaq,  Adəm 
peyğəmbər  bəşəriyyətin  ilk  atası  sayıldığı  kimi,  Nuh 
peyğəmbər  də  dünya  tufanı səbəbiylə  bəşəriyyətin  ikinci  atası 
sayılır.  Belə  bir  vəziyyətdə  Nuh  peyğəmbərin  hər  hansı  milli 
mənsubiyyətindən  söhbət  gedə  bilməz.  Əfsanə  və  dastanlar 
mədəni  və  psixoloji  dəyərlər  şəklində  qəbul  edilə  bilər,  ancaq 
elmi  və  tarixi  həqiqət  olaraq  önə  sürülə  bilməz.  Ermənilərin 
Nuh  peyğəmbərə  təkbaşına  sahib  çıxmaları  heç  bir  dastani 
məziyyətləri özündə əks etdirmir.
Mənə  görə Nuh peyğəmbər haqqında olan əfsanə dünyanın  ilk 
və  əbədi  barış,  qardaşlıq  qanunudur.  İnsanları  bir dünyada,  bəlli  bir 
coğrafiyada,  heç olmazsa  bir bölgədə  barış  içində saxlamaq  üçün  çox 
böyük  mənəvi  dəyərlərə  malikdir.  Bütün  xalqların  da  ermənilər 
qədər  Nuh  peyğəmbərin  varisi  olduqlarını  qəbul  etmək  lazım 
gəlir.  Bu  düşüncənin  dünyada  qərarlaşması  çox  ədalətlidir.  Türk 
xalqi,  o cümlədən torpaqlarının 20%-ni ermənilərin işğal etdiyi 
azərbaycanlılar da  Ağrı  dağı və onun ətrafında olan bölgələrlə
33  Emin  Arif  Şıxəliyev.  Ermənilərin  Nuh  peyğəmbərlə  bağlı  iddiaları  və  Naxçıvan 
məsələsi.  Nuh  peyğəmbər, dünya tufanı və Naxçıvan. Naxçıvan 2010.  s.  262-269 
' Yaqub Mahmudov.  Dünya tarixində  Naxçıvan:  Yer kürəsində  həyatın başlandığı  yer. 
Nuh  peyğəmbər, dünya tufanı  və Naxçıvan.  Naxçıvan  2010.  s.  17-29.
26
Həsənbala S adıqov
əlaqədar  Nuh  peyğəmbərin  varisi  olduqlarını  iddia  edə 
bilərlər.
Dünya  tarixində  qardaşların varislik  uğrunda  müharibə­
sinə aid  çoxlu nümunələr vardır.  Nuhun varislərindən hər biri 
-  türklər  də, ermənilər  də,  azərbaycanlılar  da və başqa xalqlar 
da  varislik  müharibəsində  iştirak  etmişlər.  O  ərazini  türklər 
əllərində  saxlaya  bilmişlər.  Bəlli  tarixdən bəri  indi  Ermənistan 
adlanan ərazi də azərbaycanlıların yaşadıqları bölgə olmuşdur. 
"İndiki  Ermənistanın  yerləşdiyi  ərazi  qədim  türk,  Azərbaycan 
torpaqlarıdır,"35  "Müasir  Ermənistan  ərazisində  ermənilərlə 
bağlı  aşkar edilmiş ən  qədim  antropoloji tapıntılar yalnız  XVII 
əsrə  aiddir  və  yalnız  Kenaker  nekropolunda  aşkar  edilmiş 
tapıntılarla  təsdiqlənir.  Onlar  bir  sıra  əlamətlərə  (kəllə 
qutusunun  forması,  üz  skeletinin  quruluşu  və  s.)  əvvəlki 
paleoantropoloji  seriyalardan  əsaslı  şəkildə  fərqlənir  və  yeni 
etnik  komponentdirlər."36  Ermənilərin  tarix  olaraq  Azərbay­
canda  1828-ci  ildən  yaşamağa  başladıqları  da  hər  kəsə  mə­
lumdur.
Ermənilərin  mənşəyi  haqqında  Gatteyrias  aşağıdakıları 
yazmışdır: „Pamir dağlarından gələn ilk ari qəbilələr, bir hissəsi 
cənubda Sind vadisinə, başqaları  şimalda İran yaylasına yerlə­
şincə,  köç  dalğalarına  sadəcə  Qərb  yolu  açıq  qaldı  və  yeni 
gələnlər  Avropaya  yayılmaq  məcburiyyətində  qaldılar.  İlk 
addımlarında  Qafqaz  dağlarına  rast  gəldilər  və  Kiçik  Asiya 
istiqamətindən cənuba doğru bir keçid taparaq yayıldılar.37"
„Ermənistanın  müxtəlif  vadilərinə  yerləşən  bu  qəbilələr, 
bir başqasından müstəqil olaraq inkişaf etdilər və öz həyatlarını 
yaşadılar.  Hətta bəziləri olduqca  qüvvətləndilər,  yaxud  konfe­
derasiyalar halında birləşdilər. Assurlar Nairi ölkəsini, Dəclə və 
Fərat  mənbələrinə  qədər  I  Assur  xanədanının  hakimiyyəti
35 Dünya  Azərbaycan  və  türk  diaspor  təşkilatlan  rəhbərlərinin  I  forumunda  Azərbaycan 
Prezidenti  İlham Əliyevin nitqi.”Azərbaycan” qəzeti,  10 mart 2007.
36  Ramiz  Mehdiyev.  Gorus-2010:  Absurd teatr mövsümü.  Bakı  2010,  s.  35.
37 J.A.Gatteyrias.  lArmenie et les Armeniens.  Paris,1882,  s.  12-15
27


Erməni məsələsi: xəyanəti,  deportasiyanı, soyqırımım və işğalını pərdələyən yalan
illərində m.  ö.  1300-cü  ildə ilk dəfə  işğal etdikləri vaxtda  onlar 
bu vəziyyətdə idilər."38
„II  Assur  xanədanı  zamanında  fəth  müharibələri  daha 
ciddi  şəkildə  davam  etdi  və  Urartu,  yaxud  Ararat  xalqları bir 
çox məğlubiyyətləri daddılar.  18 və ya  19  səfərdən sonra m.  ö. 
782-780-ci  ildə  Armenia  təslim  oldu  və  40  il  ərzində  Assurlar 
yuxarı 
Dəclə 
vadisinin 
şəriksiz 
hakimi 
oldular 
və 
mədəniyyətlərini yaymağa çalışdılar."39
„Semitik  irqin  bu  yüksəlmə  təşəbbüsləri  ari  qanlarım  və 
ruhlarını  başqalarından  daha  qüvvətlə  qoruyub  saxlamış  olan 
Urartunun  erməni 
qəbilələrinin  ciddi  müqaviməti  ilə 
qarşılaşdı."40
iqtibaslar gətirilən mənbə dünya kitabxanalarında erməni 
tarixinə  aid  kitablar  içərisində  mühüm  yer  tutur.  Bu  kitabdan 
gətirilən  iqtibaslara  həvəskar  gözü  ilə  deyil,  tarixçi,  konkret 
halda  mövzunun  mütəxəssisi  gözü  ilə  baxdıqda  və  təhlil 
etdikdə çox maraqlı mətləblər ortaya çıxır və çox suallara cavab 
da tapılır.
Bu iqtibaslarda nəzərə çarpan ilk cəhət ondan ibarətdir ki
tarixçilər  xalqların  böyük  köçlərim,  müxtəlif  coğrafiyalara 
yerləşmələrim,  tarixə  və  coğrafiyaya  əhəmiyyət  vermədən 
yazmışdılar.  Çox  ehtimal  ki,  bunlar  tarixi  gerçəkləri  obyektiv 
işıqlandırmaq  üçün  deyil,  kimlərəsə  lazım  olduğu  üçün 
muzdla yazdırılmışdır.
Burada  müəllifin  tarix  və  coğrafiyam  zorlayacaq  düşün­
cələrinin  başında  hayların  hər  kəsə  məlum  olan  böyük  köçlər 
zamamnda  Pamirdən  bu  bölgəyə  gəlmiş  olmalarıdır.  Sanki 
müəllif  tarixi  „qəhrəmanlarını"  gerçək  tarix  və  coğrafiyada 
deyil,  o  zamanlar  kimsəyə  bəlli  olmayan  lal  xəritə  üzərində 
hərəkət  etdirir  və  onunla  da  tarixdəki  „izlərindən"  istifadə 
edərək tarix yazır.
38 Yenə  orada
39  Yenə  orada
40 Yenə orada 
28
Həsənbala Sadıqov
Tarixi mənbələrdə dəfələrlə isbat edildiyi,  təkzib edilməsi 
mümkün  olmadığı  halda  Gatteyrias  yenə  də  hayları  Urartu 
dövlətini  meydana  gətirən  qəbilələrdən  biri  kimi  göstərir. 
Lakin burada müəllifin „haylar" ifadəsini coğrafi termin olaraq 
istifadə etməsi onu, „korun dəyənək bilib ilanı tutması"  vəziy­
yətindən qurtarmış ola bilər.
Jacgues  de  Morqanın  düşündükləri  belədir:  „Hər  halda 
sahib  olduğumuz  sənədlərdən  anlaşıldığına  görə  ermənilərin 
Kapodokiyadan Ərzurum yaylasına doğru hərəkət etmələri m. 
ö.  VIII  və  ya  VII  əsrdə  olmuşdur.  M.  ö.  ən  azı  600  il  əvvəl bu 
xalq  Van  gölü  və  Ararat  çevrəsində  bəzi  məntəqələri  işğal 
etməkdə idilər."41
Maclerin  görüşləri  bunlardır:  „Armenianın,  yaxud  tarixi 
dövrlərdən bəri Armenia adlandırılan coğrafi bölgənin davamlı 
olaraq,  bilaxirə  haylar deyə yad  edilən xalq  tərəfindən  yaşayış 
yeri edilmədiyi... ölkədə mütləq olaraq başqa bir xalqa məxsus 
deyilsə  belə  haycadan  fərqli  başqa  bir  dil  danışan  bir  xalqin 
yaşamış olduğu dəqiqdir."42
„Ermənilərdən ilk dəfə  olaraq m.  ö.  515-ci  ildə Bisütunda 
Dara43  tərəfindən  həkk  edilmiş  Əhəməni  qaya  yazılarında 
danışılır.  Burada  Armenianın  Daranın  imperatorluğuna  daxil 
olan bir satrap (bir növ əyalət) təşkil etdiyi qeyd edilmişdir."44
Maclerin  fikirlərində  maraqlı  cəhətlər  çoxdur.  Onların 
içərisində ən mühüm olanlarından biri Armenia deyilən coğrafi 
bölgə həmişə heç də hayların yaşadığı bölgə olmaması fikridir. 
O  haylar  (yaxud  hayiklər)  bölgələrdə  yaşamadıqları  zaman, 
hay  dilində  danışmayan  xalqların  da  əvvəllər  o  bölgədə 
yaşadıqları haqqında məlumat verir.
Bununla Macler də bir çox tarixçilər kimi haylar yaşamadan da
41  Jacgues de Morgan.  Histoire  de peuple Armenien.  Paris  1919.s. 43-44
42 Frederic  Macler.la Nation Armenienne, son Passe,  ses Malheurs.  Paris, 1924,  s.  18-19
43 M.  ö.  516-cı  ildə  İran  şahı  Dara Armeniyanı  zəbt etmiş və Armeniya da  iki  yüz  il  İranın 
bir  vilayəti  olaraq  valilərlə  idarə  edilmişdir.  Esat  Uras.  Tarixdə  ermənilər  və  erməni 
məsələsi.
44 Yenə orada
29


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə