Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə8/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   4   5   6   7   8   9   10   11   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalım pərdələyən yalan
Armenia  adlanan  bir  coğrafi  bölgd  olduğunu  qəbul  etdiyini 
bildirmişdir.  Beləliklə

Macler  də  coğrafi  bölgədə  hay  dilində 
danışmayan  xalqların  yaşamış  olmasım  qəbul  edir.  Bununla  da  bir 
sıra  hallarda  inkar  etsə  belə,  yaxud  ona  lazım  olan fikirlərini  ifadə 
edərkən  əhəmiyyət  vermədiyi  halda  bu  həqiqəti  qəbul  etdiyini  də 
bildirir.
İndi  də  erməni  tarixçisi  H.Bastırmaçıyanın  ingilis  dilində 
nəşr edilmiş kitabındakı tezislərə baxaq. Bu, qarşılıqlı müqayisə 
üçün  çox  maraqlı  və  nəticəli  ola  bilər.  Tarixdə  müqayisə 
metodunun  ən  vacib  şərtlərindən  biri  tezis  və  antitezisin 
qarşılıqlı  müqayisə  edilməsi  ilə  qərar  çıxarmaqdır.  „Hind- 
Avropa  xalqlarına  daxil  olan  hayların,  Şərqdə  meydana 
çıxmaları,  Urartuya,  yəni  ilk  Armeniyaya,  digər  bir  Hind- 
Avropa  birliyi  olan  kimmerilərlə  birlikdə  Qafqazdan,  yaxud 
özlərinə  qohum  olan başqa  bir Hind-Avropalı  xalqla,  Friqiya- 
lılarla  birlikdə  Balkanları  və  Kiçik  Asiyanı  keçərək  Qərbdən 
gəlmələri  m.  ö.  VII  və  ya  VI  əsrə  təsadüf  edir.  Hələ  də  elm 
aləmində  qəbul  edilən  bu  ikinci  tezis,  yəni  Hind-Avropalı 
hayları Balkanlardan gətirən tezisdir."*
 4
4
 45
„Əfsanəyə  görə  bu  Hind-Avropalı  birliyin  başında  Haik 
adında  bir  sərkərdə  var  imiş.  Haylara  görə  Haik  ölkələrinin 
qurucusu və ilk kralıdır. Özlərinə „hai", yəni Haik oğulları adı 
veriblər."46
„ Erməni tarix salnaməçiləri Haikin və xalqının Armeniaya 
gəlməsini m. ö. 2200-ci ilə aid edirlər və 2200-ci ildən 800-cü ilə 
qədər onları idarə etmiş patriarxlarm və kralların siyahısını da 
veriblər.  Bu,  müasir  tarix  elminin  rədd  etdiyi  bir  əfsanədir. 
Xalqlar insanlardan fərqli olaraq yaşlı olmağı sevərlər".47
Tarixi ədalət naminə erməni tarixçisi H.  Bastırmaçıyan bir 
sıra  tezislərə  tarix  məhkəməsinin  qərarlarına  uyğun  baxır.
■ H.Pastırmadjian.Histoire de  IArmenie.  s.  23;  Bedrich  Hrozny.  Histoire de  IAsıe 
Anterilure.  Paris,  s.  191-197
44 Yenə orada
Yenə  orada
30
Həsənbala  Sadıqov
Birincisi, onun Armenia termininə münasibətidir O, Armeniya­
dan  erməni  yurdu  kimi  deyil  „ilk  Armenia"  şəklində  danışır. 
Bu,  əslində  onun  ermənilərdən  çox-çox  əvvəl  Armeniamn 
bölgə  olmasını  qəbul  etməsidir.  İkincisi,  hayların  friglərlə 
qohum  olmasının  qəbul  edilməsidir.  Bu  da  bizim  bir  sıra 
tezislərimizə  haqq  qazandırır.  Üçüncüsü  isə  hayların  bu 
regiona  gəlmə  tarixinin  müəyyən  edilməsi  ilə  əlaqədardır.  O, 
bildirir ki, elmin qəbul etdiyi haiklərin Armeniaya gəlmələri m. 
ö.  VII  və  ya  VI  əsrdə  olmuşdur  və haik  məsələsinə  də  əfsanə 
kimi  baxır.  Ermənilərin  hay  olduqlarım  qəbul  edir.  H. 
Bastırmaçıyan  „tarix  elminin  rədd  etdiyi"  əfsanələri  də  erməni 
tarixindən  uzaqlaşdırmanın  lazım  olduğunu  görmüşdü. 
Bundan  başqa  erməni  salnaməçilərin  vermiş  olduqları 
„erməniləri  m.  ö.  2200-800-cü  illərdə  idarə  etmiş  patriarx  və 
kralların  siyahısını  "  da  tarixin  rədd  etdiyi  əfsanələr  qrupuna 
daxil  etmişdir.  Basürmaçıyan  xalqların  insanlardan  daha  çox 
yaşlı olduqlarını isbat etməyə çalışmalarını da qəbul etmişdir.
Nalbandyamn  da  fikirləri  bizim  üçün  çox  maraqlıdır. 
„Urartu  krallığı sadəcə  qüvvətli bir  əsgəri  dövlət  deyildi,  eyni 
zamanda  çox  böyük  ölçüdə  inkişaf  etmiş  bir  mədəniyyətdi. 
Xalqı  ari  olmayan,  o  zamanda  şifrəsi  açılmış  bir  dildə 
danışırdılar  və  Haldi  (Kaldi  deyilən  mənbələr  də  vardır) 
adında bir Allaha inanırdılar."48
„Miladdan öncə VIII və VII əsrdə başqa bir xalq Urartunu 
işğal  və  fəth  etdi.  Heredota  görə,  Urartuya  son  verən  xalq, 
haylar  deyə  tanınan  Friqiya  (friglər)  koloniyaçıları  idi.  Zaman 
keçdikcə  hay-Friqiyalı  qəbilələr  öz  Hind-Avropa  dillərini 
urartululara  empoze  (qəbul  etdirərək)  etdirdilər  və  bu  iki 
xalqin  birləşməsi  hay  xalqinin  meydana  çıxması  ilə 
nəticələndi."49
Burada  Nalbandyan  bir  sıra  məsələlərə  işıq  tutmağa 
çalışsa da, dolaşıq olan məsələləri daha da dolaşdırır. Nalband-
48 Louise Nalbanddian.  The Armenian revolulionary  moxoment.  Los  Angeles.  1963,  s.  4 
4> Yens orada
31


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
yan  bir  Friqiya-hay  xalqinin,  bu  bölgəyə  (Urartuya-S.H.) 
gələrək  yerli  xalqla  birləşməsi  nəticəsində  ortaya  çıxmasını 
söyləmişdir. Bununla da daha qədim tarixlərdə erməni xalqının 
mövcud olmadığı fikri açıq şəkildə ifadə edilmiş, söylənmişdir.
Qədim  hay  tarixi  haqqında  böyük  kitab  yazmış 
Groussetdən də aşağıdakı iqtibası almaq mövzu ilə əlaqədar bir 
sıra suallara cavab verə bilər;
„M.  ö.  1200-cü  illərə  doğru  Trakiya  qəbilələrindən  bir 
qismi  tarixi  friqiyalılar  adı  altında  Asiyaya  keçdilər  və  Hitit 
imperatorluğunu  dağıtdılar.  Friqiyalılar  Anadolu  yaylasına 
yerləşdilər  və  hakimiyyətlərini  Cənubi-şərqdə  Kilikiya  qapıla­
rına,  Cənubi-qərbdə  Hattusunun  şimalındakı  Höyükə  (qədim 
Hitit  paytaxtı  Boğazköy)  qədər  uzatdılar.  Assuriya  mənbə­
lərinin  Muşki  adı  altında  yad  etdikləri  bu  həmən  friqiyalılar 
olmalıdır...  677-ci  ildə  Assuriya  kralı  Assarhadon  onların 
(kimmerilər)  Tenchpa  və  ya  Tionchpa  komandanlığında  olan 
bir qrupunu  geri  oturtdu.  Bu  qrup Kiçik  Asiyaya yönəlib 676- 
675-ci  illərdə  friqiyalıları  məğlubiyyətə  uğratdılar.  Etnik 
mövcudluqlarına  olmasa  da,  hakimiyyətlərinə  son  qoydular. 
Kimmerilər  qalib  gəldikdən  sonra  uzun  müddət  davam  edə 
bilmədilər.  Ancaq  qədim  Friqiya  imperatorluğu  da  yenidən 
qurulmadı.  Onun  yerini  Kiçik  Asiyada  qismən  lidiyalılar 
tutdular.  Bundan  sonra  friqiyalılarm  bir  sıra  qəbilələri  Şərqdə 
özlərinə  vətən  axtarmaq  məcburiyyətində  qaldılar  və  hayların 
kökü hər halda bu şəkildə ortaya çıxdı."50
Friqiyalılar
Hitit  imperatorluğu  Ege  bölgəsindən  xalqların  böyük 
köçləri  qarşısında  davam  gətirə  bilmədi.  Bundan  sonra 
Anadoluda  müxtəlif tayfaların kiçik  şəhər  dövlətləri  meydana 
çıxdı.  Tarixi  mənbələrə  görə  m.  ö.  1200-750-ci  illərdə
50 Rene  Grousset.  Histoire de  IArmenie.  Paris,  1973,  s.  67-68
32
Həsənbala  Sadıqov
Anadoluda  şəhər  dövlətləri  hakimiyyətlərini  davam  etdir­
mişdilər.  Sonra  kiçik  dövlətlərlə  yanaşı  Anadoluda  iki  güclü 
dövlət -  Friqiya və Urartu dövlətləri meydana gəlmişdi.
Friqlər haqqında qədim mənbələrdə məlumat verilmişdir. 
Bu  mənbələr  sırasında  başda  assuri  çivi  yazıları  ilə  olan 
kitabələr  durur.  Bundan  sonra  son  Hitit  heroqlif  yazılı  daş 
kitabələr,  Urartu  vəsiqələri  gəlir.  Klassik  yunan  müəllifləri  də 
friqlər  haqqında  mühüm  məlumatlar  vermişlər.  Friqlərin 
paytaxtı Gordionda və Pazarlı mağaralarında aparılan arxeoloji 
qazıntıların nəticələri yazılı sənədləri böyük ölçüdə təsdiq edir.
Friqlərin  Anadoluya  nə  zaman  gəldikləri  hələ  də 
mübahisəlidir. Lakin bu şübhəsizdir ki, m. ö. IX əsrdə Gordion 
paytaxt  olmaq  şərti ilə  friqlər Orta  Anadoluda  Ankara,  Sinop, 
Alacahöyük,  Pazarlı,  Boğazköy,  Konya,  Şərqi  Anadoluda 
Malatya,  Qərbdə  Afyon  və  Marüsaya  qədər  uzanan  torpaqlar 
üzərində yaşamışlar. N. Baydur friqlərin ancaq m.  ö. VIII əsrdə 
gerçək bir krallıq halına gələ bildikləri fikrindədir.51
Bir  sıra  müəlliflər  də  N.  Baydurun  bu  tezisinə  tərəf­
dardırlar.52 Bu  tezisin  doğru  olma ehtimalı  onunla  əlaqədardır 
ki,  m.  ö.  VIII  əsrdən  başlayaraq  assuri  mənbələrində  friqlərlə 
eyni olduqları qəbul edilən muşkilər haqqında tez-tez məlumat 
verilir.  Ancaq  klassik  yunan  müəllifləri,  m.  ö.  13-cü  əsrdən 
etibarən  friqlərin  Qərbi  Anadoluda  göründükləri  haqqında 
məlumat verirlər. Nümunə olaraq Homerin „İlliada"  dastanım 
göstərmək  olar.  Dastanın  verdiyi  məlumata  görə  Troya  kralı 
Priamos zamanında friqlər Qərbi Anadoluda var idi.53
Heredot  friqlərin  Anadoluda  olmalarım  göstərməklə 
kifayətlənməmiş,  onların  haradan  gəldikləri  haqqında  da 
məlumat  vermişdir.  Heredota  54  görə  friqlər  Anadoluya 
gəlmədən  əvvəl  Makedoniyada  yaşamışlar.  Orada  olduqları
N.Baydur.a.  k.  e.s.  71,  E.  Memiş.  Eskiçağ Türkiye tanhi,  s.  182.
52  E.Memiş.  a.  k.  e.  s.  182.
53  Homeros.  İlyada,  III,  s.  184.
54  Heredotos,  VII, s.  73.
33


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə