Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə9/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   5   6   7   8   9   10   11   12   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımım və işğalım pərdələyən yalan
dövrdə adlarının friq deyil, briq olduğu göstərilir. Heredot friq 
kral  sülaləsinin  adlarını  da  vermişdir.  Heredota  görə  ilk  friq 
kralları Gordias, Midas və Adrastus olmuşlar.55
Heredota  görə  friqlər  Qızılirmaq  çayının  sol  sahilində 
yaşayırdılar.56  Lidiya  ilə  Kapodokiya  arasında  olan  bölgəyə 
Friqiya  deyirdilər.57 Heredotun  bu  məlumatları  alimlərə  görə 
bu  gün  Lidiya  ilə  Kapadokiya  arasındakı  bölgədə  friq 
məzarları  və  friq  abidələrinin  aşkar  edilməsi  ilə  təsdiqlənmiş­
dir.  Bununla bərabər  Anadolunun heç bir  yerində  friqlərə  aid 
məlumatlann tapılmadığı məlumdur.
Mənbələrdən  görünür  ki,  friqlər  m.  ö.  12-8-ci  əsrlər 
arasında dağımq  qəbilələr halında  yaşamışlar.  M.  ö.  VIII  əsrdə 
isə  Anadoluda  çox  böyük  siyasi  güc  halını  almışlar.  Bu  da 
qəbul  edilir  ki,  friqlər  nə  qədər  güclü  olsalar  da  tam  olaraq 
Anadolunu  hakimiyyətləri  altına  ala  bilməmişdilər.  O  dövrdə 
Qərbi  Anadoluda  yeni  bir  dövlət  Lidiya  krallığı  meydana 
çıxmışdı.
Lidiya  ilə  Friq  dövlətləri  arasmdakı  münasibətlər  tam 
öyrənilməmişdir.  Yəni  Lidiya  dövlətinin  friqlərə  tabe  olub 
olmaması da bəlli  deyildir. Mübahisəsiz olan budur ki,  Friqiya 
dövləti  ən  güclü  vaxtlarında  belə  Qərbi  Anadoluda  dənizə 
yaxın  bölgələrdə  şəhərlər  qura  bilməmişlər.  Arxeoloqlara  və 
tarixçilərə  görə  Qərbi  Anadolunun  dənizə  yaxın  bölgələrində 
aparılan arxeoloji  qazıntı işlərində friqlərin küp və çanaqlarına 
belə rast gəlməmişdilər.58
Friqiya  dövləti  m.  ö.  8-ci  əsrin  sonlarında  Midas  ləqəbli 
krallardan  birinin  idarəsində  olarkən  ən  güclü  dövrünü 
yaşamışdır.  Lakin  friqlərin güclü  olmaları  onlardan  daha  güc­
lülərin meydana çıxmayacağına təminat vermirdi. Anadolunun 
qədim  tarixində  vaxtaşırı  olaraq  siyasi  qabarma  və  çəkilmə
55  Herecfotos.  VII,  s.  14-15
56 Yenə orada
57  Yenə orada, V, s.  49
58  B.Umar. THİT,  s.  190;  E.  Memiş.Eskiçağ Türkiye tarihi..  s.  183.
34
Həsənbala  Sadıqov
dövrləri  olmuşdur.  Tarixdə  gözlənilmədiyi  halda böyük  siyasi 
güclər  ortaya  çıxmış,  böyük  əraziləri  hakim iyy əti əri  altında 
birləşdirmiş  və  güclərinin  zirvədə  olduğu  vaxtda  tarix 
səhnəsindən çəkilmişlər.59
M.  ö.  8-ci  əsrdə  friqlərin  çox  əhəmiyyətli  güc  sahibləri 
olduqları  Anadolu  gözlənilmədən  yeni  bir  qəbilənin  hücu­
muna məruz qaldı.  Bu  qəbilələr Tövratda gomerlər60,  Assuriya 
vəsiqələrində gimirrailər61, yunan müəlliflərinin kimmerioslar62 
dedikləri kimmerilərdir.
Homerin  „Odisseya"  əsərində  kimmerilər  haqqında  da 
məlumat  verilmişdir.  Homer  „Odisseya"  əsərində  kimmerilə- 
rin  istifadə etdikləri bir cümlə ilə onların coğrafi mənsubiyyət­
lərini  müəyyən  etmişdir.  Dastanda  kimmerilərin  dili  ilə 
aşağıdakılar bildirilir: „oldum olası bol sis və buludlarla örtülü  bir 
ölkə" gördüm.  Bu ifadəyə əsasən Homer bildirir ki, kimmerilər 
Krım yarımadasında yaşayırdılar.63
Kimmerilərin  Anadoluya  gəlmələri  aşağıdakı  şəkildə 
aydınlaşdırılır.  Kimmerilər  Tövratda  aşkenazlar,  Assuriya 
vəsiqələrində  isə  aşquzailər  adlanan  iskitlərin  64  Krıma 
hücumları  ilə  üz-üzə  qalmışdılar.  İskitlərin  Krıma  hücumları 
bölgədə  olan  siyasi  gücləri,  o  cümlədən  kimmeriləri  çətin 
vəziyyətdə 
qoymuşdu. 
İskitlərə 
qarşı 
dura  bilməyən 
kimmerilər Qafqaz üzərindən Şərqi Anadoluya daxil olmuşlar. 
O zamanlarda  Şərqi Anadoluda  Van gölü  ilə  İrandakı Urmiyə 
gölləri arasındakı torpaqlarda Urartu dövləti hakim idi.
Qafqazlar  üzərindən  böyük  qüvvə  ilə  Şərqi  Anadoluya 
daxil  olan  kimmerilər  ilk  olaraq  Urartu  dövlətinin  gücləri  ilə 
qarşılaşmışdı.  M.  Ö.  714-cü  ildə  olan  Kimmeri-Urartu  savaş-
59  Adamın yadına SSRİ  düşür.
60 Genesis, X  s.  2-3  E.  Memiş.  Eskiçağ Türkiye tarihi..  s.  184.
D.  D.  LuckenbiII,  ARAB,  II,  517  və  533;  E.  Memiş.  Eskiçağ Türkiye  tarihi..  s.  184.
62  B.Umar.THİT,  s.  190.  E.  Memiş.  Eskiçağ Türkiye tarihi..  s.  184.
3  Homeros.  Odisseya XI,  14;  E.  Memiş.  Eskiçağ Türkiye tarihi..  s.  184.
1  Azərbaycanda  tarix  kitablarında  yanlış  olaraq,  rus  dilindən  mexaniki  tərcümədə  dil 
qanunlanna uyğun olm ayan,.skiflər" şəklində  işlədilir.
35


Erməni Məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
larmda  qədim  dünyanın  ən  güclü  dövlətlərindən  biri  olan 
Urartu  məğlub  olmuşdu.  Urartu  kralı  III  Rusas  kitabələrində 
kimmerilər ilə olan müharibələr haqqında məlumat vermişdir.
Kimmerilər  Orta  Anadoluda  friqlərlə  qarşılaşmış  və 
tərəflər  arasmda  olan  savaş  da  Friqiya  kralı  Midas  məğlub 
olmuş  və  müəlliflərə görə  Midas bu  fəlakəti  yaşaya bilməmiş, 
bir inəyin qanım içərək intihar etmişdi.65
Arxeoloqlara  görə  Gordion  şəhərində  qəbri  aşkar  edilən 
Midasın  sonuncu  friq  kralı  olduğu  təxmin  edilir.  Skelet 
qalıqlarına  görə  Midas  60  yaşlarında  ölmüş,  qısa  boylu  bir 
adam  olmuşdur.  Yunan  müəlliflərinin  əsərlərində  Midasın 
əfsanələşdirildiyi  məqamlar  da  vardır.  Yunan  müəlliflərinə 
görə  Midas  çox  zəngin  olmaqla  yanaşı  onun  toxunduğu  hər 
şeyin  qızıla  çevrildiyinə  inananlar  da  var  idi.  Bu  səbəbdən  də 
arxeoloqlar  ola  bilər  ki,  uzun  müddət  onun  zənginliklərini  -  
qızıllarım da axtarmışlar. Lakin Midasın aşkar edilmiş qəbrində 
qızıl tapılmamışdır.
Bu  məsələ  ilə  əlaqədar  mübahisələr  vardır.  Kimmerilərə 
məğlub  olarkən  Midasın  qızılları  qaliblərə  vermiş  olduğunu 
söyləyənlər də olmuşdu. Kimmerilərin friqləri məğlub etmələri 
ilə bir vaxtda  onların paytaxü Gordion  şəhəri də  yandırılıb və 
xarabazarlığa çevrilmişdi. Kimmerilər m. ö. 690-cı ildə friqlərin 
dövlətinə  son  verdikdən  sonra  qərbə  doğru  hərəkət  etmiş  və 
Lonik  bölgəsinin  qədim,  zəngin  şəhərlərini  qarət  etmişdilər. 
Heredotun66 məlumatlanna  görə  Simima67 və  Miletos68 şəhər­
ləri də kimmerilərin hücumuna məruz qalmışdı.
Kimmerilər  Anadoluda  80  il  müddətində  mühüm  siyasi 
güc  olmuşdular.  Tarixçilər  kimmerilərin  Anadoludakı  haki-
6S  B.Umar.  THİT,  s.  191;  E.  Memiş.  Eskiçağ Türkiye tarihi..  s.  184 
’°  Heredot  bu  və  ya  buna  bənzər  hadisələri  aydınlaşdırarkən  yunan  olmayanlar  haqqında 
„barbar”  ifadəsindən  istifadə  etmişdir.  Ona  görə  „barbar”  ifadəsi  onların  danışdıqlarının 
başa düşülməməsi  mənasında  olub yunan olmayan deməkdir..  „Barbar” bizim anladığımız 
mənanı  sonralar qazanmışdır.
67  İzmir
68 Milet
36
Həsattbala Sadıqov
miyyət dövrünü „terror və qorxu dövrü"69 hesab edirlər. 
Urartuya  son  qoyan  kimmeriləri  m.  ö.  679-cu  ildə  assuri  kralı 
Asarhaddon  böyük  zərbə  ilə  məğlub  etdi.  Kimmerilərə  son 
zərbəni  Heredota  görə  609-cu  ildə  Lidiya  kralı  Alyattes  m.  ö. 
vurmuş və onları tam aradan qaldırmışdır.70
Van  krallığı assurilər və babillər tərəfindən „Urartu"  ola­
raq  tanmırdı.  İbranicə  Ararat
  şəklində  ifadə  edilirdi.  Qədim 
babil  səyyah  xəritəsində  Ura-Urtu  şəhəri  Assuriyanın 
şimalında  göstərilmişdi.  Qədim  dövrə  aid  bir  lövhə  sözlükdə 
Urtun-un-Tilla
  -   dağlıq  ərazi  mənasım  verdiyi  qeyd  edilir. 
Bunu da deyək ki,  ölkə Topzavadaki Rusa kitabəsinin assuricə 
variantında „Urtu"
 olaraq göstərilmişdi.
Assuri  hökmdarı  III  Salmanassara  aid  yazılı  sənədlərdə, 
Urartu  çivi  kitabələrində  adı  keçməyən  Агате
  adlı  bir Urartu 
kralı  haqqında  məlumat  verilmişdi.  Doğrudan  Kurkh Monoliti 
adı  verilən  vəsiqədə71 III  Salmanassar  hakimiyytə  gəldiyi  ilin 
(m.  ö.  858)  hadisələrini  aşağıdakı  şəkildə  vermişdi.  III  Salma­
nassara  aid  olub  Diyarbəkirin  20 km  şərqində  eyni  adlı  yerdə 
tapıldığından Kurkh Monoliti-də
 (kolon 1, 2-ci sətirdə: A-ra-me 
Kur-U-ra-ar-ta-a-a)
  kolon 2  sətir 48-də „А-га-тн  URU-U-ra- 
ar-ta-a-a və ya da Aramudan
 bəhs edilir.72
„Hökmdarlığımın  başlanğıcında,  səltənətimin  ilk  ilində... 
Habuşkiadan  hərəkət  etdim,  Suguniaya  Urartulu  Arame-nin 
kralının  şəhərinə  yaxınlaşdım.  Şəhərə  hücum  etdim  və  ələ 
keçirdim.  Savaşçılanmn  çoxunu  qılıncdan  keçirdim.  Qəni­
mətləri topladım. Şəhərin önündə kəsilmiş başlardan bir sütun 
qurdum.  Ətrafdakı  14 şəhəri yandırdım.  Suguniyadan hərəkət 
etdim. Nairi ölkəsinin dənizinə73 çatdım".
Bu  kitabələrdə  Urartu  tarixi  haqqında  mühüm  məlumat
69  Ekrem Memiş.  Eskiçağ Türkiye tarixi, s.  185
70  Daha  sonra  iskitlərin  də  Urartu  üzərinə  hərəkət  etdiklərini  və  miladdan  sonra  609-cu 
ildə onların dövlət olaraq varlığına son qoyulduğunu söyləyənlər vardır.
71  D:  D.  Luckenbill.  ARAB,  I,  598;  E.  Memiş.  Eskiçağ Türkiye  tarihi.  S.  194.
72  E.Memiş.  D.D.Luckenbill.ARAB,1,598
73  Van  gölü nəzərdə tutulur
37


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə