deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə
niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın».
5
Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər
kəsi böyük bir vahimə bürüdü.
6
Gənclər gəlib Xananyanın meyitini kəfənə
bürüdülər və aparıb dəfn etdilər.
7
Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun
olub-keçənlərdən heç bir xəbəri yox idi.
8
Peter ondan soruşdu: «Mənə söylə,
torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə».
9
Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur,
ə
rini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa
gəlirlər».
10
Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı.
çəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin
yanında dəfn etdilər.
11
Bütün imanlılar cəmiyyətini və bu hadisəni
eşidənlərin hamısını böyük bir vahimə bürüdü.
Hə
varilə
r çox adama şə
fa verdi
12
Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi.
Bütün imanlılar Süleymanın eyvanına yığılardı.
13
Xalqın gözündə böyük
nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi.
14
Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi.
15
Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə
düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə
qoyardı.
16
Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz
xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa
tapardı.
Həvarilər təqib olunur
17
Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə
mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı.
18
Ona
görə də həvariləri tutub ümumi zindana atdılar.
19
Amma Rəbbin mələyi
gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi:
20
«Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını
deyin».
21
Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub
təlimlərini öyrətməyə başladılar.
Baş kahin və yanındakılar gəlib Ali Şuranı – srailin bütün ağsaqqallar
məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün
mühafizəçiləri zindana göndərdilər.
22
Lakin mühafizəçilər gəlib zindanda
həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər:
23
«Gördük ki,
zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb.
Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik».
24
Bu sözləri eşidən
məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə
qurtaracaq?» deyə çaşıb-qaldılar.
25
Elə bu zaman kimsə onların yanına gəlib
xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata
təlim öyrədir».
26
Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər.
Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
27 *
Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan
soruşdu:
28
«Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma
siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim
boynumuza yükləmək istəyirsiniz».
29
Peter və başqa həvarilər belə cavab
verdi: « nsana deyil, Allaha itaət etmək daha vacibdir.
30
Ata-babamızın
Allahı sizin çarmıxa çəkib
l
öldürdüyünüz sanı diriltdi.
31
srailə
günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və
Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı.
32
Bu şeylər barədə biz şahidik,
Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
33
Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər.
34
Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı
bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları
m
qısa
müddətə bayıra çıxarsınlar.
35
O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey
sraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin.
36
Bir
qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı
və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün
tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı.
37
Sonra siyahıyaalma
zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü
və tərəfdarlarının hamısı darmadağın edildi.
38
ndiki iş barəsində sizə onu
deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş
insandandırsa, məhv olub gedəcək.
39
Yox, əgər Allahdandırsa, bu adamların
işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə
bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar,
40
həvariləri içəri çağırıb
qamçılatdılar və əmr etdilər ki, sanın adını çəkərək heç nə danışmasınlar.
Sonra onları azad etdilər.
41
Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali
Ş
uranın önündən ayrıldılar.
42
Onlar hər gün məbəddə və evlərdə təlim
öyrətməkdən, sanın Məsih olması barədə Müjdəni yaymaqdan əl
çəkmədilər.
6
*
5:27-28 Mat. 27:25
l
5:30 Çarmıxa çəkib – hərfi tərcümədə ağacdan asıb.
m
5:34 Bu adamları – bəzi əlyazmalarda həvariləri.