Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   22





Mehdiyeva G., Kərimova
B.
M 44 Həyat bilgisi.
Ümumtəhsil məktəblərinin
4-cü sinfi üçün dərslik.
Bakı, «Aspoliqraf», 2015,
104 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə
olmadan bu nəşri və yaxud onun hər hansı
hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə
yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası 
Təhsil Nazirliyi, 2015
Rəyçilər:
Şərafət Hüseynli 
Bakı şəhəri, Texniki-Humanitar 
liseyin müəllimi
Akif Hüseynli 
coğrafiya üzrə fəlsəfə doktoru, 
HeydəƏliyev adına liseyin
əllimi
Dil redaktoru:
Vətanə Zeynalova 
Bakı şəhəri, 177 №-li tam orta 
məktəbin müəllimi




Salam,
dostum!
Səninlə
görüşdüyüm
üçün çox
sevinirəm.
Nəşriyyatda
rəssamlar
şəkillərimi
çəkdikcə, dizaynerlər səhifələrimi tərtib etdikcə maraqlı bir kitab olub məktəbə
gedəcəyim günü səbirsizliklə gözləyirdim. Sonra redaktorlar, korrektorlar məni
oxudular. Redaksiyada iş başa çatdı və mən mətbəəyə getdim. Orada məni əvvəlcə
dəmir lövhələrə, sonra kağıza köçürdülər. Nəhayət, səhifələrimi qatladılar, üst-üstə
yığıb tikdilər, yapışqanla bərkitdilər və mən tam hazır oldum. Artıq məktəbdə, sənin
masanın üstündəyəm. Buna görə çox sevinirəm. Bilirəm ki, yeni dərs ilinin
başlanmasına, dostlarınla, müəllimlərinlə görüşməyinə şadsan, inanıram ki,
mənimlə görüşünə də sevinirsən. Axı mən də sənin dostunam.
Biz bütün dərs ili boyu yenə birlikdə olacağıq. Mən sənə yeni-yeni varlıq və
hadisələrdən danışacağam. Ümid edirəm bunlar sənin üçün maraqlı olacaq. Dərs
ilinin sonuna qədər sən çoxlu bilik və bacarıqlara yiyələnəcəksən.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
1. YENİ DƏRS İLİ
Sən artıq 4-cü sinifdə oxuyursan. Hər il ilk dərs günündə əllərində gül dəstələri
tutmuş şagirdlər məktəbə gəlirlər. Məktəb rəhbərləri, müəllimlər çıxış edirlər. Hamı
bir-birini 15 sentyabr «Bilik günü» münasibəti ilə təbrik edir. Televiziyada yeni dərs
ilinin başlanmasına həsr olunmuş verilişlər yayınlanır. Qəzetlərdə bu mövzuda geniş
yazılar dərc edilir.
Sənin tanıdığın bütün məktəbyaşlı uşaqlar məktəblərdə təhsil alırlar. Bir zamanlar
məktəblərdə yalnız təhsil haqqını ödəmək imkanı olan ailələrin uşaqları
oxuyurdular. Ona görə də insanların hamısı təhsil ala bilmirdi.
Pulsuz təhsil hər bir insanın qarşısında geniş imkanlar açır. Ölkəmizdə hər bir
insanın təhsil alması üçün şərait yaradılmışdır.



Sənin təhsilin
SUAL VƏ TAPŞIRIQLAR
* İcbari — məcburi
Azərbaycan Respublikasının
Konstitusiyasında göstərilir ki, bütün
vətəndaşların milli və dini
mənsubiyyətindən, dilindən,
səhhətindən asılı olmayaraq, təhsil
almaq hüququ var. Heç kim uşağa
məktəbə getməyi qadağan edə bilməz.
Dövlətimiz uşaqların təhsil hüququnu
qoruyur.
15 sentyabrda məktəbə gəlirsən, işıqlı
otaqlarda dərs keçirsən. Bu sənin
təhsil hüququndur. Bir şagird kimi
sənin vəzifən bu hüququ
dəyərləndirmək və onun verdiyi
imkanlardan bacarıqla istifadə
etməkdir. Gündəlik tapşırıqları yerinə
yetirmək, dərslərdə fəal olmaq, hər
gün yeni biliklər əldə etməyə çalışmaq
hər bir şagirdin vəzifəsidir.
Azərbaycanın neft milyonçularından
biri olan Hacı Zeynalabdin Tağıyev özü
savadsız idi. Amma soydaşlarının
təhsil alması, maarifin, mədəniyyətin
inkişafı üçün böyük məbləğdə vəsait
sərf etmişdi. Bakıda qızlar üçün
məktəb açdırmışdı. Səncə, nə üçün?
«Uşaq hüquqları haqqında»
Azərbaycan Respublikasının
Qanununda da göstərilmişdir: «Hər bir
uşağın təhsil almaq hüququ var və
uşaqların ümumi icbari* orta
təhsildən yayındırılması qadağandır».
1) İlk dərs günündə diqqətini ən çox nə
cəlb etdi? 
2) Dövlətin sənin təhsilinə qayğısını
nədə hiss edirsən? 
3) «Uşaqların təhsildən yayınması» nə deməkdir? 
4) «Mənim təhsil hüququm» adlı esse yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
2. YAY TƏTİLİNDƏ
Yay tətili sona çatdı. Tətil vaxtı bəzi uşaqlar dincəlmək üçün başqa şəhər və kəndlərə
gedirlər. Xarici ölkələrə səyahət edənlər də olur. Tətil müddətində onlar səyahət
etdikləri yerlərdə yeni məlumatlar və təcrübə əldə edirlər. Yeni dostlar tapırlar,
maraqlı kitablar oxuyurlar.
Dərinizin rəngi gündən qaralıbmı? Qaralıbsa, bu, yaxşıdır. Orqanizmin sağlamlığı
üçün dərinin sağlam olması vacibdir. Ona görə ki, dəri insanın əsas
orqanlarından biridir. O, insanın bədənini kənar təsirlərdən qoruyur. Dəri həm də
insanın duyğu orqanlarından biridir. Biz ətrafımızdakı varlıqlara toxunur, dərimiz
vasitəsilə onların soyuq, yaxud isti, sərt, yaxud yumşaq olduğunu hiss edirik. Dəridə
tər vəziləri var. Bu vəzilərin sayəsində insan tərləyir. Tərləmə isə artıq istiliyi çıxarır
və lazım olmayan maddələri bədəndən kənarlaşdırır, yəni ifraz edir. Deməli, dəri
həm bədənin temperaturunu tənzimləyir, həm də ifrazat funksiyasını yerinə yetirir.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə