Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

Bədənimizdə günəş şüalarının təsiri ilə D vitamini yaranır. Sümüklərin
möhkəmlənməsində D vitamini böyük rol oynayır. Uşaqlarda raxit xəstəliyinə qarşı
mübarizədə bu vitamindən istifadə olunur.


Sənin təhsilin
Lakin günəşin altında çox qalmaq olmaz. Günün qızmar saatlarında mütləq kölgədə
olmaq lazımdır. Belə vaxtlarda günəş şüaları orqanizmə ziyan vura bilər.
Dərinin qaralması həmişəlik deyil. Növbəti yaya qədər dəri öz təbii rəngini alır.
Yay sənə daha nə verib? Tətil zamanı asudə vaxtın çox olub. Bu vaxtdan necə
istifadə etmisən? Hansı filmlərə baxmısan, hansı kitabları oxumusan, hansı oyunları
oynamısan? Ən əsası tətil müddətində nə öyrənmisən? Bunları düşünsən, yaydan
necə faydalandığını bilərsən.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Yay başqa fəsillərdən nə ilə fərqlənir?
2.  Dərinin orqanizm üçün əhəmiyyəti nədir?
3.  3-cü sinif dərsliyinin sonunda verilmiş yay tapşırıqlarından hansılarını yerinə
yetirdin?
4.  «Yayda gördüyüm işlər» adlı cədvəli dəftərinə çək və doldur.
Apardığım
təcrübələr
Aldığım
nəticələr
Oxuduğum
kitablar
Gəzdiyim
yerlər
 



SƏNİN CƏMİYYƏTDƏ YERİN
3. TƏHSİL ƏSRİ
Ölkəmizdə hər il yeni məktəblər tikilir. Dövlət uşaqların təhsili üçün böyük məbləğdə
vəsait ayırır. Azərbaycan dövləti ölkənin inkişafında təhsilin rolunu yüksək
qiymətləndirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi dövlətin təhsil siyasətini
həyata keçirir. Bu dövlət orqanı daim ölkədə təhsilin keyfiyyətini yüksəltməyə çalışır.
Çünki hər bir ölkənin gələcəyi həmin ölkədəki təhsilin səviyyəsindən asılıdır. Amerika
Birləşmiş Ştatları, Yaponiya və s. kimi ölkələr ərazilərində olan təbii sərvətlərdən
daha çox insanların zəkası və səmərəli fəaliyyəti hesabına inkişaf etmişlər. Bu isə
yalnız təhsilin keyfiyyətinin yüksəlməsi sayəsində mümkündür.
Azərbaycan zəngin ölkədir. Burada təbii sərvətlər çoxdur. Lakin inkişafda yalnız təbii
sərvətlərə güvənmək azdır, bu sərvətlərdən ağılla istifadə etməyi də bacarmaq
lazımdır. Hər bir insanın özünəməxsus fərdi bacarıq və qabiliyyətləri var. Bu bacarıq
və qabiliyyətləri vaxtında aşkar edib inkişaf etdirmək təhsil sisteminin vəzifəsidir.
Hər bir şəxsin öz fərdi qabiliyyətlərini inkişaf etdirməsi üçün əlverişli mühitin
yaradılması çox vacibdir. Ölkənin vətəndaşları sağlam olmalı, uşaq yaşlarından
təhsilə cəlb edilməlidirlər.


Məsələn, sən 4-cü sinfi bitirəcək, ibtidai təhsil səviyyəsini başa vuracaqsan. Sonra
təhsilini yuxarı siniflərdə davam etdirəcəksən. Daha sonra arzu etsən, ali məktəbə
qəbul olarsan. Yaxud peşə-ixtisas məktəblərində istədiyin peşəyə yiyələnərsən.
Yəqin, artıq gələcəyə dair bir planın var. Çünki gələcəyə aid qərarlar bu gün qəbul
olunur. Lakin təhsildə bu da son hədd deyil. Müasir insanın həyat şəraiti sürətlə
dəyişilir, məlumatlar daim yeniləşir, yeni-yeni kəşflər edilir, yeni peşələrə, yeni
bacarıqlara ehtiyac yaranır.


Sənin təhsilin
İnsan inkişafı nə deməkdir?
SUAL VƏ TAPŞIRIQLAR
İndi yalnız ali təhsil almaq kifayət deyil. Zamanla
ayaqlaşmaq üçün insan həyatı boyu öz təhsilini
artırmalıdır. Daim yeni kitablar mütaliə etməklə,
məlumat mənbələrindən geniş istifadə etməklə,
dərslərdə fəal olmaqla sən buna nail ola bilərsən.
Beləliklə, sən gələcəkdə yaxşı mütəxəssis, sənətkar,
alim olar və Azərbaycanın daha da çiçəklənməsinə
öz töhfəni verərsən.
Birləşmiş Millətlər
Təşkilatı XXI əsri «Təhsil
əsri» elan etmişdir.
1.  Nə üçün Birləşmiş
Millətlər Təşkilatı XXI əsri
«Təhsil əsri» elan
etmişdir?
2.  Azərbaycan Respublikasında kimlərin təhsil almaq hüququ vardır?
3.  Dövlət nə üçün ölkədə təhsilin keyfiyyətini yüksəltməyə çalışır?
4.  Dövlətin təhsil siyasətini hansı dövlət orqanı həyata keçirir?
5.  Təhsil nə üçün davamlı olmalıdır?
6.  Tanıdığın bir insanın nümunəsində təhsilin rolunu müəyyənləşdir. Fikirlərini
dəftərinə yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
4. KEÇMİŞDƏ VƏ İNDİ
Gəlin birlikdə lap qədim dövrə səyahət edək. Görəsən, insanlar hələ hərfləri
tanımadıqları və yaza bilmədikləri vaxtlarda məlumatları bir-birlərinə necə
ötürürdülər?
İnsan həyatı boyu digər insanlarla ünsiyyət saxlamağa ehtiyac duyur. Elə ona görə
də insanı sosial, yəni cəmiyyətə bağlı olan varlıq adlandırırlar. Qəzet- jurnallar, radio-
televiziya, telefon, İnternet vasitəsilə insanlar bir-birinə yeni məlumatı ötürür,
təcrübə mübadiləsi aparır, öz sevinc və kədərlərini bölüşür. Lap qədim dövrdə
insanlar bir-birinə məlumatı şəkillər, işarələr vasitəsilə ötürürdülər.
Azərbaycan hökuməti Qobustandakı qədim insan məskənini dövlət qoruğu elan
etmişdir. Çünki burada qədim insanların çəkdiyi altı mindən artıq qayaüstü rəsm
qeydə alınmışdır. Bu rəsmlərdə heyvan və balıq ovu, kollektiv rəqslər, ceyran,
dağkeçisi, aslan kimi heyvanların, qayıqların, ikitəkərli arabaların və insanların
təsvirləri vardır. Sən bu rəsmlərə baxıb qədim insanların həyatı barədə məlumat
əldə edə bilərsən.
Təbii ki, rəsmlər vasitəsilə istənilən məlumatı tam çatdırmaq çətin idi. Zaman
keçdikcə həmin işarələrin əsasında müəyyən hərflər yarandı. İnsanlar bu hərflərlə
gil lövhəciklər, perqament* və papirus* üzərində yazırdılar.
İllər keçdi, ilk dəfə olaraq Çində insanlar kağızı icad* etdilər. Çinlilər kağızın
hazırlanma qaydasını gizli saxlamağa çalışsalar da, bu sirr açıldı. Kağızın sirri bütün
dünyaya yayıldı. Kağız yazmaq üçün rahat vasitə idi. Lakin bunun bir mənfi cəhəti
vardı: kağız ağacdan hazırlandığı üçün insanlar ağacları kəsir və bununla da təbiətə
ziyan vururdular.
* Perqament — üzərində yazı yazmaq üçün xüsusi hazırlanmış heyvan dərisi 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə